Xalq rəssamı vəfat etdi
Azərbaycanın
xalq rəssamı Oqtay Şıxəliyev vəfat edib.
Rəssamlar İttifaqından
Lent.az-a verilən xəbərə görə, 81 yaşlı
xalq rəssamı dünən gecə saatlarında
dünyasını dəyişib. Oqtay Şıxəliyev uzun
müddət xəstəlikdən əziyyət çəkib.
Bu gün rəssamın yaşadığı evdə onunla
vida mərasimi olacaq.
Qeyd edək ki, Şıxəliyev
Oqtay Yusif oğlu 1931-ci il sentyabr Bakı şəhərində
anadan olub. 1939-cu il Bakı 1 saylı orta məktəbə
daxil olub. 8-ci sinfi bitirdikdən sonra 1947-ci il Əzim Əzimzadə
adına rəssamlıq məktəbində təhsil alıb.
1952-ci ildə rəssamlıq məktəbini
fərqlənmə diplomu ilə bitirdikdən sonra O.
Şıxəliyev Leninqrada gedib, Muxina adına Ali Rəssamlıq
məktəbinə daxil olub. 1960-cı ildə SSRİ Rəssamlar
İttifaqının üzvü olub. İndiyədək Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında müəllim,
professor kimi fəaliyyət göstərib.
1992-ci ildə isə Azərbaycan
Respublikasının xalq rəssamı fəxri adı verilib.
Ədalət.-2012.-1
fevral.-S.8.