Şəhid
şəhər
(Əvvəli ötən
sayımızda)
Gələn jurnalist Komandir
televiziyada göstərilən verilişlə əlaqəsi
olmadığını söyləyərək dedi ki, gəlmişəm
Sizdən müsahibə alam. Şəhərə Dolu
yağarkən jurnalistin başına müsibət gəlmişdir.
Dolu yağarkən həyəcandan başın itirmiş
jurnalist yatdığı evin pəncərəsindən
şalvarsız özünü çölə
atmışdır. Ev yiyəsi uşaqlarını evin zirzəmisinə
endirmişdir və jurnalisti də zirzəmiyə endirmiş və
şalvarını gətirib vermişdi ki, ayıbdır adam
şalvarsız qaçmaz. Qorxudan tir-tir əsən jurnalist
iki çappa stəkan araq içəndən sonra Dolunun
qorxusunu unutmağa çalışmışdır.
Komandirlə jurnalist çay
içəndə 15 yaşlı, boyu kiçik olan Qeyrət
Dağarcığı adlı saldat onlara yaxınlaşıb
Komandirə onun çağırışına görə gəldiyini
bildirdi. Komandir jurnalistə
dedi ki, get bundan və Bakıda Musanın anasından min manat
pul istəyən həkimlərdən yaz. Yoxsa
gedib bağlı qapılardan yazıb ermənilərin dəyirmanına
su tökmə.Ermənilər Naxçıvanikdə Zakir Fəxrinin
qardaşı Kamili yandırmışdılar. Onun 18
yaşlı bacısı ağlayanlara demişdi:
-Qardaşım millət, torpaq
yolunda şəhid olub, onu ağlamaq lazım deyil. (səh. 62)
Komandir jurnalistə dedi: "Bilirsən
dostum, müharibədə üç cür adam
var. Döyüşənlər, tank belində şəkil
çəkdirənlər, biri də müsahibə verənlər.
Bu boyda rayonda iki tank var, birini camaat pul
yığıb alıb, Qarağacı qəbirstanlığında
ermənilərin qabağını kəsib. O birini də
Mütəllibov göndərib özünkülərə,
guya biz nemesik.Ağ Evin qabağındadı, oradakıları
qoruyur. Şəkil çəkdirənlər
üçündür, istəyirsən get birini də sən
çəkdir". (səh. 62-63)
Komandir yenə də
üzünü jurnalistə tutaraq söyləyir: "Qulaq
as, Nitşe deyir ki, öləcəm, məni bu torpağa
basdıracaqsınız, sonra bu torpağı mənə
görə daha çox sevəcəksiniz. İndi
biz nə qədər ölürük, sizlərə bu torpağı
sevdirə bilmirik ki, bilmirik!" (səh. 63)
A.Abbas öz qəhrəmanının
dili ilə Vətəni sevməyin əsas şərtlərini
açıqlamağa çalışmışdır: Bəzək-düzəksiz,
səmimi və lakonik xalqımızın hər bir gənc
övladına Vətən məhəbbəti millət tərəfindən
aşılanır.
Müəllif burada Dünyanın Ən
Varlı Şəhərinin daxili mənzərəsini
açmaq istəmiş və hər bir hadisəni olduğu
kimi canlı həyati müzahidələr əsasında verməyə
çalışmışdır. Səngərdə yatan bu
uşaqların artıq xeyli müddət idi ki, heç bir
yerdən gəlirləri yox idi. Hər şey tükənməyə
doğru gedirdi.
Dünyanın Ən Varlı Şəhərinin
insanları nə qədər vuruşsalar da, rusiya və
xarici ölkələrdən dəstək alan erməni vəhşiləri
hər vasitə ilə şəhəri məhv etməyə
çalışırdılar. Dünyaya harayı
çatmayan şəhər ölüm-dirim savaşında əzimkarlıqla
döyüşürdü.
"Əllərində ovuc-ovuc
qızıl Gəncədə Şerbakın qapısında
növbəyə durudular ki, BTK cəhənnəmə, bəlkə
heç olmasa bir şilka ala bildilər. Dünyanın bu Ən
Varlı Şəhəri Şerbakı dünyanın ən
varlı generalına çevirmişdi. Qızıl su qiymətinəydi,
bir pulemyota bir ovuc qızıl verirdilər. Bu şəhərə
bir avtomat gətirib bir maşın aparmaq olardı. Evlərdə
gəbə-xəli qalmamışdı, bir ov tüfəngini,
lap təklülə olsun, bir xalçaya dəyişirdilər.
Bir kisə patron ver, bir gəbəni götür get. Bu
bostanı uralamaq üçün hər yerdən
tökülüb gəlirdilər, hətta Gürcüstandan
belə. Maşın-maşın, özü də
insafsızcasına dəyişirdilər. Dəyişirdilər
Dünyanın Ən Varlı Şəhərinin var-dövlətini.
Tanrı bilmirdilər, peyğəmbər bilmirdilər,
soğan kimi soyurdular, Dünyanın Ən Varlı Şəhərini.
Bu camaat həm soyulurdu, həm
qırılırdı, həm də lağ yeriydi:
-Nə oldo, ə! Yekə-yekə
danışırdız?! İndi ermənilərlə
bacarmırsız!" (səh. 69)
Dünyanı Ən Varlı Şəhərində
gedən bu müharibəyə etinasız yanaşmaq,
insanlarına lağ etmək camaata erməni gülləsindən
güclü dəyirdi və sarsıdırdı.
A.Abbas əsərin bu hissəsində
tarixi yaşantıları olduğu kimi qələmə
almış, hadisələrin daxilində iştirak edən
şəxs kimi bütün anıları göz önündə
canlandıraraq öz biçimində göstərməyə
çalışmış və ölkənin vahid şəkildə
müharibə aparmaq amilini ön plana çəkmişdir. Döyüş
altında olan torpağa və şəhərə xalqın
bütün milli ruhlu vətəndaşları eyni şəkildə
yanaşmalıdır. Milli birlik olmasa, düşmənə
qarşı müharibədə heç vaxt qalib gəlmək
olmaz. Bu tarixin sınağından çıxan danılmaz
faktlar həmişə sübut olunmuş və bu gündə
öz dəyərini saxlamaqdadır.
At Belində Olan Adam kabinetinə gələndə
katib zəng edib ona dedi ki, Gəncəyə Şerbaka
"yüz min pul" göndər silah-sursat göndərəck,
paylayarsan batalyonlara. Bundan əlavə Baş Mühasibinə
tapşır aparıb hər batalyona "on-on beş min pul
versin". Katibin tapşırıqlarını yerinə yetirəcəyinə
söz verib dəstəyi asdı. Sonra
Baş Müsahibə tapşırdı ki,
qonşuluğunuzda olan Pələngi axşam evinizə
çağır, onunla işim var.
Pələng Komandirə məlumat
verdi ki, yeddi yüz manat toplamışam.
Komandir ona dedi ki, Rəisə demişəm qalanını da o
verəcək. Pələng evlərinə gəldi
və anası onu xeyli sual-cavab etdi. Pələng
evdə yatdı və anası yatmış oğluna xeyli
tamaşa etdi.
Drakon Pələng
onu vurduğu üçün pərt olmuşdur və
özünə söz vermişdir ki, mütləq Pələngi
öldürsün.
Dünyanın Ən
Varlı Şəhərinə hələ Sovet vaxtında da gələn
vəzifə sahibləri bu şəhərin qanunları ilə
hesablaşmışlar. Hesablaşmayanlar
isə ya öldürülmüş, ya
döyülmüş, ya da evi
yandırılmışdır. "Ümumiyyətlə,
bu şəhərdə Sovet hökuməti yox idi və
yetmiş il idi qura da bilmədilər" (səh. 81).
Burada sovet hökumətini qurmaq istəyən
inqilabçını kabinetində öldürmüşlər
və ondan "otuz il" sonra
atasının vəzifəsinə gəlmiş və
atasının qanın almaq istəyən oğlun meyidini isə
Qarqar çayından tapmışdılar.
Qaçaq oğlunun
yerini demədiyinə görə Rəis ananı
döymüşdür. Rəisin
müavini ona demişdir ki, Rəis bizi işə saldın.
Rəis isə müavinini qorxaqlıqda
suçlamışdır. Sabahısı
gün Rəis işə gəlmədi. Onun
arxasınca gedənlər meyidini yaşadığı evin həyətində
gördülər və "ağzına da yaylıq
basmışdılar". (səh. 82)
Təyinatla rayona yeni gəlmiş
Katib iclasda tanınmış ağsaqqallardan birini təhrik
etdiyi üçün "Təyinatsız Katibin" göstərişi
ilə "Fazil Müəllimin Kinoteatrının"
qarşısında qalstukunu "qayçı ilə kəsib
döş cibinə qoymuşdurlar". (səh. 82) "Həmin
gün o Katib də şəhərdən çıxıb
getmişdir. "Təyinatsızların təyinatlılara
bir sözü vardı": Ya bu şəhərin
qanunlarıyla yaşayacaqsınız, ya da bu şəhərədə
yaşamayacaqsınız!" (səh. 82)
"Drakon da Maqadandan
dönəndən bu şəhərin Təyinatsız Rəisi
idi". (səh. 82) Drakondan bütün
oğrular çəkinirdi. Onun qorxusundan
heç kəs şəhərdə oğurluq edə bilməzdi.
Hətta Rəşid Behbudov şəhərə
konsert verməyə gələndə onun papağını və
xəncərini qonaq evində yatdığı yerdə Pələng
yanından götürmüşdür. Həmin
gün şəhər bir-birinə dəyir, Rəis və
prokuror nə qədər çalışırsa heç bir
nətincə əldə edə bilmirlər. Onların hər ikisi Drakona yalvarırlar ki, bizi bu xəcalətdən
qurtar. Drakon tez bulvarda uşaqların
yanına gedir və öyrənir ki, papaq və xəncər
Pələng adlı bir uşaqdadır. Drakon
Pələngdən papağı və xəncəri alıb
onlara verir. Rəşid Behbudov tələb
edir ki, papağı və xəncəri götürəni gərək
mənə göstərəsiniz. Pələngi
Drakon onun yanına aparır. Rəşid
Behbudov papağı və xəncəri Pələngə
bağışlayır və konsertdə birlikdə "Lalələr"
mahnısını oxudular.
Əsərdə bu əhvalatı
müəllif olduqca maraqlı şəkildə oxucuya
çatdırır. A.Abbas hər bir
obrazın şəxsi keyfiyyətlərini açmaq
üçün onun keçdiyi həyat yolunu çözələyir
və çalışır ki, onun həyatının oxucu
üçün qaranlıq məqamları qalmasın.
Pələngin Drakonu
vurması Drakona çox ağır gəlirdi. Ona
görə özünə söz vermişdi ki,mütləq
Pələngi öldürəcək.
Komandir postları
bir-bir gəzərək gəlib çıxdı Abdal postuna.
Postda uşaqların ac olduğunu gördü.
Geri qayıdan vaxt Qarqarın üstündə
Şelli Eldara rast gəldi. Eldar vəziyyətin
ağırlığından silahın olmamasından gileyləndi.
Eldar Komandirdən soruşdu bəs Ağ Evdə
bu işlərə necə baxırlar. Onlar camaatın
başını aldadır və heç bir iş
görmürdülər. Viktor Petroviç
Polyaniçko da Ağ Evə tez-tez gəlir, amma
lazımlı işlə məşğul olmur. Şelli Eldarla Komandir xeyli söhbət etdilər.
Söhbətin əsas məğzini şəhərdəki
vəziyyət Katibin yardım gətirən və araqatan
adamlara acığı tutması oldu.
Lənkəranlı
bir əsgərin ölməsindən, atasının
oğlunun meydini aparmayıb burada dəfn etməsindən və
oğlunun yerinə səngərdə olmasından Eldar Komandirə
danışdı.
At Belində Olan Adam Rəisə
telefon açıb dedi ki, gərək mənim Drakondan
qanımı alasan. Bunun üçün sənə Bakıda
üç otaqlı ev, Gəncəyə
rəis və bir çamadan da pul verəcəyəm. Onun bu təklifi
Rəisə çox ağır gəldi, Rəis ona dedi:
"-Oğraş
özünsən! Bütün nəslindi! Binamus oğlu
binamus!-dedi və telefonun dəstəyini necə yerinə
çırpdısa, dəstək ortadan qırıldı, əlini
də yaraladı; - Göpəyoğlu! Ona görə erməni
anamızı...! (səh. 109)
At Belində Olan
Adamın Rəisin ona cavabından sonra
çalışırdı ki, onu ləkələsin. O
Polyaniçkoya məlumat verdi ki, Rəis
oğruları başına yığıb dövlət
adamlarını eşitmir. Polyaniçko Rəisi
yanına çağırıb hədələdi və
işdən çıxarılmasını elan etdi. Rəis isə ona söylədi ki, sənin məni
işdən çıxartmağa hüququn yoxdur. Məni yalnız Nazir azad edə bilər. Sözünü sərt şəkildə deyib
kabinetdən çıxdı. İçəridən
çıxarkən qapının ağzında duran At Belində
Olan Adama dedi": - Sənin bu şəhərdən
qazandıqlarını burnunun iki deşiyindən tökmək
mənə borc olsun... (səh. 124)
Baş Mühasib gəlib Pələngi
At Belində Olan Adamla
görüşdürməyə apardı. At
Belində Olan Adam Pələngə bir çanta pul gətirmişdi
ki, Drakonu öldürsün. Pələng
onu aldadaraq pulu götürüb evdən çıxdı.
Evlərinə gəldi. Puldan bir bağ
anasına verib dedi ki, birdən mənim başıma bir iş
gəlsə lazımın olar. Sonra
çantadakı pulları ona tapşırdı ki, batalyona
pulları türklər göndərib. Arvad
türklərə alqış etməyə başladı.
Pələng puldan iki bağlama aparıb verdi
Musanın Qardaşına və söylədi ki, Musaya pul
göndərmişəm, ananı müalicə etdirəcək.
Musanın qardaşı Pələngə dedi ki, gedim Seyid
Lazım Ağanı gətirib səninlə Drakonu
barışdıracam. Pələng pulları
Musanın Qardaşına verdikdən sonra evlərinə
qayıdıb getdi. Səhər tezdən
durub batalyonun həyətinə getdi və gördü ki,
hamı Gülablıya getməyə tələsir.
Komandir onu görüb dedi ki, get tez silahını al
ardımca gəl.
Gülablıda ermənilər
yuxarıdakı postu ələ keçirmişlər. Dövlət ordusunun əsgərləri kəndi
qoyub qaçırdılar. Kolxoz sədri
qaçan əsgərlərin qarşısını kəsib
onları qaçmağa qoymurdu. Hətta əsgərlərlə
əlbəyaxa olmuşdu. Komandir UAZ-dan
düşüb özünü oraya yetirdi. Hadisədən xəbərdar oldu və əsgərlərin
niyə qaçdığını soruşdu. Məlum oldu ki, onların komandirini ermənilər
vurub. Onlar söylədi ki, biz yiyəsiz
qalmışıq. Komandir onların uşaq olduğunu nəzərə
alıb dedi ki, kim getmək istəyirsə
silahını qoyub getsin. Bəziləri
silahını vermədi. Verməyənlərin
özləri döyüşə qayıtdılar. Bu zaman Drakon da gəlib çıxdı.Drakon
Komandirə söylədi ki, ermənilər bir BMP-si
yaxşı bir mövqey tutaraq bizimkilərə zərbə
vurur. İcazə ver gedib onu susdurum. Pələng də onunla getmək istəyəndə
Komandir icazə vermədi. Drakon BMP-ni
qumbara ilə partlatmalı idi. O qayalıqda kollar
arası ilə xeyli yuxarı qalxdı və bu zaman arxadan Pələngin
gəldiyini gördü. Pələng meşədən
tapdığı bircə mərmisi olan qrantamiyotu
götürüb gəlmişdi. Onlar BMP-yə
xeyli yaxınlaşdılar. Belə qərara
gəldilər ki, Drakon qunbara əlində BMP-yə daha
yaxınlaşıb Pələngin atəşin gözlədi.
Pələng BMP-ni bir atəşlə vurdu və
alov yüksəyə qalxdı. Alovun içərisindən
çıxan bir erməni Drakonu nişan
alır və atəş açarkən Pələng
özünü güllənin qabağına verir güllə
onun sinəsinə dəyir. Drakon həmin an
geri dönüb ermənini vurdu. Pələng
sinəsindən ağır yaralanmışdır. Drakon onu dalına alıb meşənin içərisinə
tərəf apardı. Ermənilər
meşəni atəşə tutsalar da irəliləməyib
postlarına qayıtdılar. Drakon Pələngi
yerə qoyub yarasına barıt tökdü və əynindən
çıxartdığı köynəklə bərk
sarıdı və üstünüdə də toqqa ilə
bağladı. Meşənin içi ilə
xeyli aşağı apardı. Pələng
su istəyirdi. Drakon onu nə qədər
dilə tutsa da, söylədi ki, mən ölürəm yerə
qoy rahat ölüm. Pələng ona vəsiyyət
etdi ki, Rəşid Behbudovun papağını və xəncərini
oğluna verərsən. Qoy məndən
ona yadigar qalsın. Drakon onun istəyinə görə
gedib bulaqdan papağında su gətirdi və Pələng sudan içdi və qalanını isə
başına tökməyi xahiş etdi. Drakon onun dediklərini
yerinə yetirdi və o artıq can verirdi. Drakon
onu ağacın altına uzatdı pencəyini baş
altına qoydu. Qumbaraları
götürüb BMP vurulan yerə yaxınlaşdı, cəld
sıçrayıb iki qumbaranı birlikdə ermənilərin
səngərinə atdı. Dəhşətli
partlayış oldu. Səngərdə sağ qalıb
qaçan ermənilər Drakonla qarşılaşdılar və
onu güllələdilər. Yüksəkliyi
bizimkilər aldı. Drakonun meydini orada
tapdılar. Komandir meyidi qucaqlayıb
hönkürtü ilə ağladı, onun meyidini əsgərlər
meşədə cığırla aşağı aparanda Pələngin
meydini də ağacın altında gördülər. Batalyonun həyətində mağar quruldu və Komandir
mağarda oturub gələn qonaqları
qarşılayırdı. Şəhərin
bütün əhalisi yas mərasimində iştirak edirdilər.
Komandirlə Rəis oturduğu stola yaxınlaşan Pələngin
anası onların qarşısına bir çanta pul qoyub
dedi ki, dünən bunu Pələng gətirmişdi ki, Komandir sizə verməli idi. Ancaq
verə bilmədi. Dedi Türkiyədən uşaqlara
göndərilən puldur. Qoynundan kağıza
bükülü pulları da çıxardıb stolun
üstünə qoydu və dedi ki, Pələng bu pulları
da mənə vermişdir. Mən ölsəm
ana lazımın olar. Mən də bu
uşaqlara verirəm, mənə lazım deyil. Mağarın qarşısında asılmış
Drakonun və Pələngin qanına batmış köynək
bayraq kimi yellənirdi. Camaata şayə
yayılmışdı ki, bu Türkiyənin
bayrağıdır. Əslində isə
şəhidlərin qanlı köynəyi idi. Müəllif Vətən və xalq yolunda
canını fəda etmiş bu qəhrəmanları
xalqımızın cəsur oğulları kimi tərənnüm
etmiş və göstərmişdir ki, belə oğullar
heç vaxt unudulmamalıdır. Romanın
ikinci fəslində ermənilərin sərhəd boyunca
böyük maştabla hücuma keçməsi təsvir
olunub. Komandir özü Qarqar
çayının üstündə vurulub yanan iki tankdan
birini vurmuşdur. Vurğun Vurmuş
Cavanlar nə qədər cəsurluqla döyüşsələr
də ermənilər böyük qüvvə ilə irəliləyirdi.
Qarağacıya xəbər dalınca gedən
Qeyrət Dağarcığı da Komandirə bir məlumat gətirmişdir.
Məlumata görə, düşmən
üç istiqamətdə Dünyanın Ən Varlı
Şəhərinin üstünə hücuma keçmiş və
şəhəri işğal etmək ərəfəsində
idilər. Onlar məqsədlərini həyata
keçirmək üçün var gücləri ilə irəliləyirdilər.
(Ardı var)
Sabir
Rüstəmoğlu,
AMİ-nin
Ağcabədi filialının dosenti
Ədalət.-2012.-4 fevral.-S.14.