REGİONLARDA
XÜSUSİ OVQAT- " İDMAN İLİ"
Uğurların
təntənəsi
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən təsdiq
olunmuş Regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramları 2004-cü ildən başlayaraq
ölkə həyatının bütün istiqamətlərdə
yüksəlişini təmin etməkdədir. Bu illər ərzində
tikilən yüzlərlə sənaye müəssisəiləri,
inzibati və məktəb binaları, xəstəxanalar,
diaqnostika mərkəzləri, müasir yaşayış evləri,olimpiya
idman kompleksləri, müasir yollar, körpülər digər
qurğular, eyni zamanda bütün regionlarda aparılan yeniləşmə
tədbirləri, yüzminlərlə iş yerlərinin
açılması, əhalinin rifah halının
yaxşılaşması dövlət siyasətimizin
uğurlu strategiyasını müəyyənləşdirir.
Bu uğurlu strategiyanı daha gözəl gələcəyimiz
üçün proqramlaşdıran Prezident fərman və sərəncamlarının
bütün istiqamətlər üzrə icrası fərəhli
anlar yaşadır. Dövlət Proqramlarının həyata
keçirilməsi ilə yanaşı, son dövrlər
qarşılanan illərin hər biri ictimai - siyasi xarakterli
özünəməxsusluq qazanır, ölkə vətəndaşlarını
əzəmətli tədbirlərin iştirakçısı
olmaqla bir araya gətirir.
İllərdən biri " İdman ili"
Cənab Prezident tərəfindən
elan edilən " Gənclər ili", " Ekologiya
ili", " Turizm ili" qarşıya qoyulan məqsədi
stimullaşdıran ən gözəl vətəndaş həmrəyliyini
əks etdirdi. 2012-ci il də " İdman ili" kimi tarixə
düşəcək. Cənab Prezidentin göstərdiyi kimi
ölkədə idmana diqqət və qayğı ilk növbədə
gənc nəslin bütövlükdə respublika əhalisinin
sağlam həyat tərzinə, mənalı istirahətinə
hesablanan strategiyadır. Yəni əsas məqsəd
idmanın kütləviliyinə nail olmaqdır." İdman
ili " nı mənalı yaşamaq üçün
Göyçay rayonunda da geniş imkan və şərait
yaradılmışdır. Bu barədə geniş söhbət
açacağıq. Əvvəlcə keçmişə,
idmanla bağlı yaşanan ənənələrin müəyyən
məqamlarına diqqət yetirməyi də vacib
sayırıq.
Keçmişi də xatırlayaq...
Göyçay rayonunda idmanın
kütləviliyi keçən əsrin 50-ci illərindən
diqqət çəkməyə başlayıb. Burada
idmanın voleybol, futbol, güləş, boks, atletika növlərinə
daha böyük maraq göstərilib. Respublikanın kənd
rayonlarında tikilən ilk stadionlardan biri məhz
Göyçay şəhərindəki 2000 yerlik idman
qurğusu olub. Əllinci illərin sonlarından başlayaraq
rayonun idmançıları müxtəlif respublika birinciliklərində
daimi iştirakçı olublar. Rayonun kişilərdən
ibarət voleybol komandası dəfələrlə belə
yarışların mükafaltçıları
sırasında yer alıb. Yaşlı adamlar hələ də
Böyükağa Hacıyevin, Ənvər Məmmədovun,
Kazım Əlimusəvinin, Fikrət Zeynalovun, Rasim Musayev, Vaqif
Məmmədovun, Abbas Salahovun gözəl oyunlarını
xatırlayırlar. Vaqif Məmmədov 60-cı illərin əvvələrində
SSRİ birinciliyində iştirak edən və əsasən
4- 5- ci yerləri tutan Azərbaycan komandasının
Vyaçeslav Ağayev, Gennadi Fimuşkin, Viktor Qədəşov...
kimi məşhur voleybolçuları ilə birlikdə
çıxış edib. Stadion istifadəyə verildikdən
sonra Göyçay futbolu İbrahim, İsmayıl, Adil
qardaşları, Gennadi Məmmədov, Evgeni Suliko, Faiq
Abdullayev, Feyruz İsayev, Yafəs Məmmədov, Akif Məmmədov
və başqa neçə- neçə güclü
oyunçuları yetşdirib. Bu futbolçulardan bəziləri
sonralar Kirovabadın " Dinmo", Sumqayıtın "
Polad" komandalarına dəvət olunublar. Boksçular
Murad Muradxanov və Robink Hüseynov, güləşçilər
Ərşəng Xəyyami, Nazim Qəhrəmanov, Nazim Muradov,
Teymur Mirzəyev və başqaları SSRİ birinciliyində
yüksək nəticələr qazanıblar. O vaxtlar
qızlarınıda idmana marağı və yarışlarda
iştirakı diqqət çəkib. Qadınlardan ibarət
voleybol komandasının üzvlərindən Mütəllimova
bacıları, Həbibə Məmmədova, Vera
Çuşkina, yüngül atletika üzrə respublika
çempionu Zenfira Abdullayeva, sonralarsa Avropa və dünya
birinciliklərində uğurlu nəticələr qazanan
şahmatçı Fənarə Babayeva...
Göyçay rayonu o vaxtlar ölkə
idmanı üçün tanınmış hakimlər və
məşqçilər də yetişdirmişdir. Məşhur
futbol hakimi Köçəri Əliyev, 35 ilə yaxın gənclər
və böyüklərdən ibarət Azərbaycanın
Yunan- Roma güləşi üzrə yığma
komandasına rəhbərlik etmiş SSRİ-nin əməkdar
məşqiçisi Ehsan Kərimov və başqaları
unudulmaz şəxslərdir. Məhz belə məhşurların
şəxsi nümunəsi uzun bir dövr üçun
Göyçayda idanın kütləviliyini
stimullaşdırmış, gənclər boş
vaxtarını daha çox stadionlarda, örtülü və
açıq müydanlara keçirməyə meylli
olmuşlar.
Məqsəd
aydınlığı
Müəyyən dövr
durğunluqdan sonra keçmişin gözəl ənənələri
yeni forma və məzmunda yenidən bərpa olunmuş, gənclərlə
aparılan bütün işlər kimi idman da kütləviləşmişdir.
Bütün bunlar barədə Göyçay Rayon Gənclər
və İdman İdarəsinin rəisi Elşən Şirinov
qəzetimizə geniş şəkildə məlumat verir:
- Ölkə Prezidentinin gənclərə
böyük qayğı və diqqətinə görə biz
də ictimai- siyasi həyatda fəal olmalı, səmərəli
fəaliyyət göstərməli, respublikamızın
inkişafı və tərəqqisinə layiqli töhfələr
verməliyik. Təşkilatımız 30.600 gənci birləşdirir.
Bu gənclərdən 2000 nəfərdən çoxu
idmanın müxtəlif növləri ilə müntəzəmliklə
məşğul olur. Rayonda Olimpia İdman Kompleksi, 2 UGİM,
1 şahmat məktəbi, 1 stadion, 1
üzgüçülük hovuzu, 127 sadə idman qurğusu gənclərin
ixtiyarındadır.
Gənclər uşaq gənclər
məktəblərinin bölmələrində əsasən
idmanını Yunan- Roma, sərbəst güləş, futbol,
voleybol növlərinə maraq göstərirlər. Rayonda
xeyli sayda gənc eyni zamanda idmanın qeyri- olimpiya növləri
ilə də məşğul olur, müxtəlif
yarışlarda iştirak edirlər. Keçən il
idmançılarımız üçün uğurlu
keçmişdir. Yeniyetmə güləşçilərimiz
Yunan- Roma güləşi üzrə respublika birinciliyinin
komanda nəticəsində 2-ci yerə
çıxmışlar. Əməkdar məşqçi
Ehsan Kərimovun xatirəsinə həsr edilmiş
rayonlararası turnirdə müxtəlif çəki dərəcələri
üzrə 8 nəfər birinci, 5 nəfər ikinci, 10 nəfər
isə üçüncü nəticə göstərmişlər.
Turnir həm sərbəst, həm də yunan- roma güləş
növləri üzrə keçirilmişdir. Eyni zamanda il ərzində
idmanın müxtəlif növləri üzrə 15 rayon
birinciliyi təşkil olunmuş, bu yarışlarda yüzlərlə
gənc yüksək yerlər uğurunda mübarizə
aparmışlar. Cənab Prezident tərəfindən 2012-ci
ilin "İdman ili" elan edilməsi gənclərə
göstərilən qayğının daha bir diqqətəlayiq
örnəyidir.Bu mənada bizim üzərimizə
mühüm vəzifələr düşür. Əsas vəzifə
idmanın kütləviliyini daha da artırmaqdır. Buna nail
olmaq üçün il boyu ciddi və məsuliyyətli
işləmək lazımdır. Biz Prezidentimizin yüksək
diqqət və qayğısına cavab olaraq fəaliyyətimizi
qarşıya qoyulan tələblər səviyyəsində
qurmağa çalışacağıq.
Bu sahədə
qazanacağımız uğurlar rayon gənclərinin idmana
kütləvi cəlb edilməsindən asılıdır. Biz
var qüvvəmizlə çalışıb buna nail
olacağıq. Görüləcək bütün işlər,
keçiriləcək bütün tədbirlər və
yarışlar yeni məzmun, yeni istək daşımaqla daha
geniş miqyas alacaq. Yaxşı başa düşürük
ki, bütün bunlar gənclərimizin sağlam həyat tərzinə,
vətənpərvər ruhda tərbiyəsinə, xoşbəxt
gələcəyinə hesablanan strategiyadır. Bu həm də
bütövlükdə cəmiyyətin diqqət göstərməli
olduğu məsələdir...
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-4
fevral.-S.16.