SƏDAQƏTLİ
DOST İDİ O...
(Vahid
Əlifoğlunun vəfatından iki il ötür)
Ömrün
ixtiyar çağında ölümün
labüdlüyü, həyatın əvvəli olduğu kimi,
sonunun da mövcudluğu inkarolunmaz faktora çevrilir və
istər-istəməz taleyin qisməti ilə
barışırsan, bilirsən ki, geriyə yol yoxdur, necə
deyərlər, qarşıda sıldırım qaya, sonra
güclü külək səni dənizin ağuşuna
atacaq! Nə qalacaq səndən? - Ancaq ömür
payında rastına çıxan insanların yaddaşına
hopan şirin xatirələri! Nədənsə,
mən qismətinə iztirablı, kədərli illər,
günlər düşən insanları daha çox
xatırlayır, onların vaxtsız-vədəsiz
ölümünə heyfislənirəm və bəlkə mən
elə gəlir o adamlar uzunömürlü olsaydı,
dünyanın müsibətlər, bədbəxtliklər yükü azalardı. Heyf, heyf, yalan, riya bilməyən,
qanında, ruhunda paklıq, ləyaqət, təmizlik olan,
mehribanlığı, istiqanlığı ilə qəlbimə
hakim kəsilən bir insanın - Vahid Əlifoğlunun
ölümü, nə qədər dözümlü olsam belə,
sarsıtmaya bilmədi məni. Hər gün
görüşmürdük, amma o, hər dəfə Biləsuvara
gələrkən həmsöhbət olur, siyasətdən
başlayıb, ev-ailə dərd-sərinə kimi hər
şeydən danışardıq. Bəzən
15-20 dəqiqəlik görüşümüz 2 saata kimi
çəkirdi. Çadır həyatı, ordakı aura
öz yerində, lakin doğma yurd-yuvasından ayrılan,
taleyin çətin sınaqları ilə üzləşərkən
5 kq düyü üçün, 5 kq şəkər tozu
üçün sınan, əyilən, bir-birinə kəf gələn,
bəzilərinin iyrənc xisləti odsuz-ocaqsız
yandırıb-yaxırdı Vahidi. Qaçqın, məcburi
köçkün həyatının çətinlikləri
öz yerində, insan ləyaqətinin ayağa düşməsi,
nadanlar tərəfindən tapdanması daha çox əzab
verirdi ona.
Vahid məndən əvvəl Rac Muradovla RHİB-nın humanitar məsələlər üzrə müavini ilə dost olmuşdu. Səmimi, mehriban, isti münasibətləri var idi. Mən aparatda məsləhətçi işləyirdim, Vahid 3 saylı çadırın nümayəndəsi idi. İslər çox, qayğılar nə qədər desəng
Yaxından
tanışlığımız 1994-cü ilin noyabrına təsadüf
etdi. 32 il rayon qəzetinin əməkdaşı, jurnalist
olduğumdan şair Vahidi dövrü mətbuatda
tanıyırdım və sevirdim. Budur ilk məhrəm
söhbətimiz:
- Haralısan, Vahid qardaş?
- Füzulidən, Seyid Əhmədli
kəndindən.
- Rəhmətlik Vəzir
Hacıyevi tanıyırdınmı?
Dərindən köks
ötürdü:
- Mənim böyük
qardaşım idi o. Daha heç nə demirəm.
Əlimi alnına söykəyib.
Vəzirli günlərimə qayıdıram. Bir ay Bakıda kursda
olmuşuq. O,
"Araz"ın yazarı, mən "Məhsul"un məsul katibi. Bir otaqda
qaldığımızdan, tez isinişmişdik bir-birimizə.
Yoldaşlığımız, dostluğumuz
tuturdu. Sonralar hərdən zəng edib,
kefimi soruşurdu o. Ziyalı insan idi Vəzir, qələmə,
sözə dərin hörmətlə yanaşırdı,
fikir və düşüncələrində təzəlik,
yenilik etmək bacarığına malik idi; ləyaqətini,
şəxsiyyətini göz bəbəyi kimi qoruyurdu. Bir fikri hələ yaddaşımdan silinməyib.
Deyərdi: partiyalı mətbuatda işləməyin yaman
çətinliyi var. Fəhlə, kəndli aristokratına,
binamusun, qeyrətsizin birinə orden-medal verirlər və səni
də məcbur edirlər ki, ay aman, tez ol, onun haqqında təcili
olaraq mədhiyyə yaz, tərifini ala buluda qaldır. V.Hacıyev arayıb-axtarırdı, bəzi
insanlarda bizim görə bilmədiyimiz keyfiyyətləri qələmə
alırdı. Onun səriştəli,
sanballı yazıları tez-tez mərkəzi mətbuatda
görünürdü. (o zamanlar
"Kommunist", "Sovet kəndi", "Azərbaycan gəncləri"
kimi qəzetlərdə çap olunmaq hər rayon
yazarının hünəri deyildi).
Vahidlə Racın dostluğu ilə
bağlı bir xatirə yarpağı:
Çadır şəhərciklərinə
4 maşın duru yanacaq (ağ neft) gətirilmişdi
və onun bölgüsünü Ras Vahidə həvalə
etmişdi. "Vahid insan psixologiyasını
yaxşı bilir, kimin əyri, kimin düz olmasını tez
ayrıd edib, haqqı nahaqqa verən deyil" - Rac bu qənaətdəydi
və iş, əməl göstərdi ki, o, tamamilə
haqlıdı. Nə isə, yanacaq paylandı və iki
gün sonra bizim aparat iclasında əsl mərəkə
qopdu: başqa bir şöbənin müdiri hamıya şok
yaşatdıg O, birbaşa başçı Əli Babayevə
dedi:
- Vahid Hacıyev yanacağın bir
maşınını İmişlidə sataraq pulunu R.Muradova
çatdırıbg
Racın
dil-dodağı titrədi, nitqi tutuldu. O, elə
sarsıldı ki, özünü müdafiə etməyə,
bu böhtana cavab verməyə sanki söz tapmadı. Onu və Vahidi yaxından tanıdığım
üçün mən qəzəblə, əsəbi halda
ayağa qalxıb, onların hər ikisini müdafiə etdim,
"bəsdirin, - dedim, -nə qədər şər-böhtan
yolundan əl çəkməyəcəksiniz". Sonra özümdən asılı olmayaraq o
şöbə müdirinə ən iyrənc, nalayiq
söyüşlər verdim. Arxayın
idim, qorxum yoxdu, çünki başçı mənim uzaq
qohumum idi.
Vahidlə bağlı daha bir xatirə:
1997-ci ilin dekabr ayında Heydər
Əliyevin Lissabon zirvə toplantısında uğurlu
diplomatiyası Qarabağın lap tezliklə azad olunmasına
inamı artırmışdı. Çayxana söhbətimiz
yadımdadır: yamanca sevinirdi Vahid, gözlərinə bir
dünyanın işığı dolmuşdu, az
qalırdı qanad açıb doğma yurd-yuvasına
dönsün. Mən nə qaçqın, nə
didərgin ömrü yaşamamışam və
çadır həyatının
ağrı-acılarını heç zaman onun kimi duya bilməzdim.
Amma nə etməli, təsəlli, ürək-dirək verməkdən
başqa əlimdən nə gəlirdi:
- Yaxşı, düzünü de,
torpaqlarımız azad olsa, qayıtsan o yerlərə və
bir gün məni Seyid Əhmədlidə görsən, neylərsən?
- Boynunu qucaqlayıb, bağrıma
basaram. Quzu kəsib kabab çəkərəm.
Başımı yellədim.
- Yox, Vahid, bunları saxlag Mən
oralara gələn kimi, birbaşa gedərəm Yağlıvənd
qəbirstanlığına - Vəzirin məzarını
ziyarət edərəm.
Kövrəldi, papirosa dərin
qüllab vurdu:
- Allah niyyətinə yetirsing Susdu,
susdu və mən hiss elədim ki, çöhrəsini yenidən
qatı duman aldı, ümid çırağı öləzidi.
- Heç inanmıram erməni
alçaq o yerləri, bizim Qarabağı özbaşına
boşalda. Arxasında rus dayanıb onların,
rusun da hərbi texnikası, silah-sursatı dünyaya lərzə
salırg Bir bənd şeirini dilə gətirdi.
- Təndir neynir yaş xəmiri,
Kündələmə boş xəmiri,
Taleyimiz daş xəmiri
Yoğrulmağı
çox uzundu.
İş gününün sonuna az qalıb. Pəncərədən
eşiyə baxıram. Narın payız
yağışı, buludlu hava ovqatımı korlayır.
Pah, budu, Vahid gəlir. O, binaya girib, otaqlara baş çəkir
və mənim yanıma gəlir. Xoş-beş,
salam-kalam.
- Gəldim məvacibimi alım,
mühasib də yoxdu.
- Darıxma, qardaş, - dedim, - biz
maaşı almışıq. Gedək
boğazımızı yaşlayaq.
Süfrə arxasında ona
uydurduğum yalan danışıram:
- Yuxu görmüşəm, Vahid.
- Necə yuxudu o?
- Hə, belədi də... Əlimə məbləği məlum olmayan pul
düşüb. Fikirləşdim neyləyim
onu? Çarəsini tapdım. Pulu verib Marsda torpaq alım və bütün erməniləri
köçürüm ora, bəlkə canımız bu əclafların
əlindən qurtara.
- Ə, ağluva dua
yazdır. Getməzlər o əclaflar.
- Yox, qulaq as, Vahid, sən deyən
qədər də avam deyiləm mən. Elan verəcəm: bir
türk ailəsinə Marsa getmək üçün 100 min
verirəm. Hə, bax onda tamahına bəs deməyən
türklər axışacaq Marsa və ermənilər də
düşəcək onların ardınca, bütün Qalaktikaya
hay-küy salacaqlar ki, bəs Mars elə Mesropundu, Aşotundu, nə
bilim, hansısa dığanındı...
Vahid gülür:
- Bax, bunu yaxşı uydurmusan. Sənə
"beş".
Mən dərdə
qardaş deyən Vahidə elə dözümlü, səbirli
olmağı arzulayıram.
- Vahid əzizim, - deyirəm, ruhdan
düşmə, naümüd şeytandı. Hansı
şairinsə bir bəndi var:
Düşmə ruhdan səni bir
Dərdə düçar etsə
fələk
Bu günün qəmlə
keçib,
Bəlkə sabah
xoş keçəcək!
... İki il
öncə Respublika Təhsil Nazirliyi elan verdi ki, yeni dərsliklərin
yazılması üçün yerlərdən təkliflər
verilsin. Mən göstərilən ünvana məktub
göndərdim. Yazdım ki, orta məktəblərin
yuxarı siniflərində N.Gəncəvi, M.Füzuli,
Ş.İ.Xətai, S.Vurğun... kimi dahilərlə
yanaşı - onlar klassiklərdi heç olmasa. I-IV
sifinlər üçün hazırlanan "Oxu", "Ana
dili", "Azərbaycan dili" dərsliklərində
V.Əlifoğlunun 2-3 şeiri çap olunsun. Niyə?
Ona görə ki, sabahın, lap elə bu günün
uşaqları bilsin ki, XX əsrin sonlarında çadır
şəhərcikləri olub və erməni təcavüzkarlarının
işğal elədiyi rayonların yüz minlərlə əhalisi
çadır ömrü yaşayıb...
Vahidlə
bağlı daha bir xatirə yarpağı.
Günəş od
ələyir, bütün canlı bəşər
Muğanın bürkülü havasından cana doyur; 40-45 dərəcəlik
istidən hamı ağac kölgəsinə, sərinliyə
həsrət çəkir... bazar günü evə zəng
edir Rac Muradov:
- Maşını göndərirəm,
gəl apparata, - deyir.
İş yerinə çatan kimi
o, yenə tapşırıq verir:
- Zəng elə çadıra, qoy
Vahid təcili gəlsin. İşimiz var.
Telefona qızı cavab verdi.
Atanı çağır dedim.
Tapşırığı ötürdüm ona:
Qardaşlığın deyir: Vahid
tez, sözündən də tez gəlsin Biləsuvara..
- Ə, bilərsən,
nə olub?
- Mənə deməyib. Görəsən nəsə var. yəqin. Beləcə
dedi: Vahid, qoy üzünü orda islatsın, burda
qırxdırsın...
O, gələn kimi Rac mətləbini
açdı:
- Hə, belədi, dostlar. Bütün ayı, günü hökumətə
işləyirik. Gecəmiz yox,
gündüzümüz yox. gəlin
bu günü özümüzə baxaq.
Gedəyin "Şəlalə"yə!
- Ə, nə gözəl, vallah! Səndən
bir dənədi, Rac! Ağlıva quzu kəsim,
- Vahid dostunu təriflədi.
"Şəlalə"
Masallıdan Yardımlıya gedən yolun sağındadı.
Əsl cənnətdi. Hündürdən
tökülən su dağların hörükləridi sanki.
Ağacların kölgəsi can rahatlığı, əsl
istirahətdi. Yeyib-içirik və başlayırıq
çimməyə: suda zarafat, gülüş... onu yada
salım ki, bura gələndə hər addımbaşı
dilənçilər bizə əl açır, bir şey
qoparmadan əl çəkmirlər. Biz suda
olanda belə utanıb-qızarmadan qıraqda dayanıb,
yalvar-yaxarla, Allaha, çörəyə, Qurana and içməklə,
balalarımıza dua etməklə, pul istəyirlər. Rac da bu qeyri-adi missiyanı
tapşırmışdır Vahidə. Yazıq Vahid
tez-tez sudan çıxıb dilənənləri
yola salırdı.
Hə, budu, axşam
sərini düşüb və geri qayıdırıq. Masallıya çataçatda maşında
nasazlıq olur. sürücü
kapotu qaldırır. Rac deyir:
- Arağın suyu qayıdıb,
çay içmək istəyirəm. Kimdə
pul var? əlimizi cibimizə
salırıq. Heç nə yoxdu...
- Bəs indi neyləyək? Pullarımız necə oldu, Vahid?
- Apardı dilənçilər..
Arxada oturan
qardaşların "davası" başlanır. Zarafatlaşır, məzələnir,
gülüşürük. Rac israrlıdı: çay
olmasa, getməyəcəm. Bəlkə belə danışaq:
sizin birinizin adını yazdıraq çayçının
boc dəftərinə, necədi, hə?
- Əşi, yox, elə iş olar?
Biabır olarıq.
Yaddaşım məni
aldatmırsa, Vahid orda bir bənd deyir:
- Əlim cibimdən
küsülü,
Cibimin üzü qara
İndi çay pulu
üçün
Mən yazıq gedim
hara?
Sürücü sükan
arxasına keçən kimi Vahid tez soruşur:
- Pulun var, Nazim?
O, əlini piston cibinə salıb,
dörd bükülən "Şirvan"
çıxarır. Gözümüzə
işıq gəlir. Çay içə-içə
Rac yenə dostuna sataşır:
- Əşi, vallah o dilənçilər
bizdən varlıdı... Mən bax, burda deyirəm: yadında
saxla, qadaş, şairliyin, təmizliyin, ürəyiyumşaqlığın...
Səni ömrün boyu ac qoyacaq... Adam dilənçiyə
qəpik-quruş verər. Sən deyəsən....
Vahid onun sözünü kəsir:
- Düz deyirsən, qardaş. Mən hər əl açana bir manat verirdim. Qucağı uşaqlı bir gəlinin əlinə
deyəsən o, bizə iki dəfə yaxınlaşdı
"Şirvan" verdim. Neyləyim bəs,
qadını, uşağı, şikəsti dilənən
görəndə ürəyim bir tikə olur...
***
Vahidin ürək dostu R.Muradov
haqqında bir neçə söz...
70-ci illərdə imtahan verərək,
H.Əliyev təşəbbüsü ilə SSRİ-nin digər
ali təhsil ocaqlarına üz tutan gənclərdən
biri idi. Stavropal Kənd Təsərrüfatı
İnstitutunun mexanika fakültəsini qırmızı
diplomla bitirmiş, Azərbaycan LKGİ MK-nın kəndli gənclər
şöbəsinin müdiri işləmişdi. Atası vəfat etdiyi, ailənin tək
övladı olduğu üçün, anasının
yalvarışlarını eşidərək, rayona
qayıtmışdı. Bu vəfasız
dünyadan o da tez (1959-1996) axşam işdən evə dönərkən
elə maşındaca keçinmişdi. Onun dəfn mərasimində
mən matəm mitinqini açıb, bir neçə kəlmə
söz dedim. Başçı Əli Babayev,
müharibə veteranı Nabat Ağayevə, hərbi kommisar
Gündüz Səmədov danışdılar. Sonra mərhumun yaxın dostu Vahid Əlifoğluna
söz verdim. Qırıq-qırıq,
boğula-boğula, güclə 5-6 kəlmə söylədi
və dəsmalı gözünə basıb,
hıçqırdı...
Biz R.Muradovun vəfatının
40-cı günü də Nərimankənd qəbiristanlığına
getdik. Qarşılaşdığım mənzərə
bütün vücudumu titrətdi. Sarsıldım.
Molla yasin oxuyr, Vahid Əlifoğlu isə dostunun
məzar daşını qucaqlayıb, səssizcə göz
yaşı axıdırdı.
***
Mən bilərəkdən,
şüurlu şəkildə Vahidlə bağlı ancaq
yaşantılarımı, xatirələrimi önə
çəkdim. Onun poeziyasının bədii
tapıntıları, sözə qanad verməsi... haqqında
yazmadım. Lakin reallıq budur ki, son illər
rayonumuzun şadlıq saraylarında masəbəyilər həzin
musiqinin müşayiəti ilə şövqlə, həvəslə
"Biləsuvar" şeirini söyləyirlər.
"Gənclik" parkında o masabəyilərin
üçünü bir yerdə saxlayıb, soruşdum:
- Toylarda oxuduğunuz "Biləsuvar"
şeirinin müəllifi kimdir? İkisi başını
buladı, çiynini çəkdi... Üçüncüsü
dedi:
- Hə, mən bilən, bizim
çadır şəhərciyində şair var idi. Vahid Əlifoğlu. Şeiri o,
yazmışdı. Orta yaşlı, qarayanız, ağ saçlı, kövrək duyğulu bir
insan idi.
O şeiri oxuculara təqdim edirəm:
Biləsuvar
İgidlər yazıblar ayaq izlərin,
Sinənə peyğəmbər
ocağı kimi.
Çiçəyi sayrışan
geniş düzlərin,
Açıldı
anamın qucağı kimi.
Halallıq, bərəkət
adından keçib,
İllər il
gətirib yaşının üstə.
Gündüzlər günəşin
odundan keçib,
Gecələr ay
doğar başının üstə.
Dünyanın sevdalı günləri
çoxdu,
Toylara, nişana
heyran qızların.
Kim deyir
Muğanın ceyranı yoxdu.
Ceyrandan gözəldi, ceyran qızların.
Sən bir şirin nağıl, bir
şirin yuxu,
Oğlunam gəlmişəm,
ay Biləsuvar.
Ulu keçmişimin müqəddəs
ruhu,
Öpüm torpağını qoy
Biləsuvar.
... Hər insanın həyatdan getməyi əsl faciədi, sondu, onun yaxınları, dostları üçün ağır itkidi. Ona görə, məncə, ölümü vaxtlı, ya vaxtsız adlandırmaq düzgün deyil.
Bu yazıma
nöqtə qoymaqdan əzəl "Bu dünya Vahidsiz
qaldı" deyə alışıb-yanan, özünün
yaşamaq həvəsi azalan Əbülfət Mədətoğluna
böyük qardaş kimi öyüd-nəsihət vermək
istəyirəm.
Ulu Yaradanın bir adı da
dözümdü, səbirdi, əzizim! M.Ə.Sabir:
"O hansı müşkül işdi ki, səbirlə asan
olmasın".
Depressiyadan qaçmaq
üçün təkliklə, tənhalıqla qol-boyun olma!
Hərdən qapını
örtüb, öz-özünə danış. Yadına
gülməli əhvalatlar sal;
Hərdən yazı stolunu döyəclə. Bir zamanlar Seyfəddin Dağlı bizə deyəndə ki, söz adamının stolu nağaradı, gülüşərdik. İndi başa düşürəm, yox, biz səhv etmişik, o kişi haqlıymış...
Vaxtın olanda bazara, tünlüyə baş çək. Müxtəlif xarakterli insanların danışığı, alış-verişi sənə ləzzət verəcək!
Əlibala Rəhimov
Ədalət.-2012.-11 fevral.-S.13.