İslamı tanıyaq, sevək və yaşayaq
III söhbət
"Ey insanlar!
Sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin".
(Bəqərə surəsi, 21-ci ayə)
Əvvəl də dəfələrlə
qeyd etdiyim kimi İslamı tanımağın və sevməyin
yolu Allahı tanımaqdan gedir. Çünki
insan özünə yol
və əqidə seçəndə həmişə bu yolun banisinin
kimliyini, keyfiyyətlərini ədalətli
olub-olmamasını bilməsi vacib olur. Təsadüfi deyil ki, ilk
vaxtlar Peyğəmbər Rəhman olan Allahın elçisi olduğunu bəyan edəndə bir ərəb qadını həmin Rəhmanın
kim olduğunu,nəsəbini soruşmuşdu (ərəblərdə bir adamı tanıyanda onun
hardan olmasını,nəsəbini
soruşardılar).Həmin vaxt Allah "İxlas" surəsini
nazil etmişdir: "De: O Allah birdir.Allah
möhtac deyildir! O, nə
doğmuş,nə də doğulmuşdur.Onun
heç bir tayı və
bərabəri də yoxdur".Yəni Allahın heç bir şeyə
ehtiyacı yoxdur.Əksinə,yaratdığı aləmlərin,məxluqatın
Ona ehtiyacı vardır.Bəs onda görəsən Allahın insanı yaratmaqda məqsədi nə olmuşdur?
Buna da cavabı Allah Quranın "Zariyat"
surəsində vermişdir: "Mən
insanları yalnız və yalnız mənə ibadət etmək
üçün yaratmışam".Qalan şeylər isə yalnız məişətdir:
işləmək,mənsəb,ailə,var-dövlət sahibi olmaq və sairə...
İnsan yaradılışının əsas
qayəsi Allahı ibadətə layiq tək
İlah bilərək Ona
ibadət etməkdir.Yəni Onun bütün əmrlərinə,qadağalarına,qanunlarına
qeyd-şərtsiz uymaqdırgNə qədər ki, insanın yaradılış qayəsi Allaha ibadət etməkdir,onda bu
ibadətin qaydalarını öyrənmək də isanın
yaradılış qayələrindəndir.Çünki insan öz
yaradılış qayəsi olan ibadətin
yollarını bilməzsə,onda yaradılış qayəsi
olan ibadəti də həyata
keçirə bilməz.Çünki elmin
nəzəriyyəsini bilmədən,onda bu
elmi həyata keçirmək olmaz.
Allaha ibadətin yolu isə onu sevməkdən
keçir.İnsan öz Yaradanını olduğu
kimi,haqqı ilə bilsə,Onu sevməyə bilməz.
Allahın varlığını
necə tanıyırıq? Allah özü və Peyğəmbəri
vasitəsilə öz ad və sifətlərini bizə
bildirib.Görək nədir bunlar?..
Allah ər-Rəhmandır-Mərhəmətlidir,əzəldən
bütün yaradılmışlar haqqında xeyir və rəhmət
iradə edəndir, sevdiyi, sevmədiyini ayırd etmədən
bütün məxluqatını saysız nemətlərə
qərq edən,həyatları üçün bütün zəruri
ruziləri verəndir...g
Allah ər-Rəhimdir-Rəhimlidir,
həddindən artıq mərhəmətedicidir.
Allah əl-Quddusdur-Müqəddəsdir
Allah əl-Mumindir-Haqqı təsdiq edəndir, Ona
sığınanlara aman verib onları qoruyandır.
Allah əl-Cəbbar-acizlərə,
zəiflərə kömək edəndir, əl-Xaliq-Yaradandır,
əl-Bəri-yoxdan var edəndir, əs-Səmii-hər
şeyi,hər kəsi hər yerdə eşidəndir, əl-Basir-hər
şeyi hər yerdə görəndir,Ondan gizli heç nə
yoxdur,əl-Mövla-Havadardır,ən-Nasir-imdada
çatandır, əl-Afuvv-çox
bağışlayandır,əl-Kəbir-Əzəmətlidir,
əl-Mütəal-hər şeydən Ucadır, əl-Həqq-Haqq
olandır, əl-Mətin-Yenilməzdir, əl-Aliim- hər
şeyi Bilən,xəbardar olandır, ət-Təvvəb-tövbələri
qəbul edəndir, əl-Həkim-Hikmətlidir, əl-Kərim-səxavətli,əliaçıqdır,
əl-Qarib-hər kəsə yaxın olandır, əl-Mucib-duaları,istəkləri
qəbul edəndir, əl-Ğafur-çox
bağışlayandır, əl-Vadud- çox sevən,nəvaziş
göstərəndir, əl-Valiyy-dostdur, əl-Hafiz-Qoruyandır,
əl-Fəttah- ən gözəl və insaflı hökm edəndir,
əl-Basit-bol ruzi verəndir, əl-Mənnan- nemət bəxş
edəndir, əl-Vakil-bəndələrinin işlərini ram
edəndir, əl-Muhsin-sonsuz yaxşılıq edəndir, əl-Həsib-Ona
təvəkkül edənlərə sahib
çıxandır, Əş-Şafi-şəfa verəndir,
əl-Muqit-hər kəsin ruzisini verəndir, əs-Səyyid-Ağadır,
əl-Həkəm-ədalətli Hakimdir, əl-Vahhab-istəmədən
verən,verdiyinin qarşılığını tələb
etməyəndir, əl-Əlad-ən Ucadır, əl-İlah-məbud,
ilahdır...
Ən əsası isə Allah Rəbbdir-Sahibdir.Bu Allahın bizim üçün ən önəmli olan adıdır.Təsadüfi deyil ki, Quranın ilk ayəsi məhz bununla başlayır: "Aləmlərin Rəbbi olan Allaha həmd olsun".Bir şeyin həm sahibi,həm də tərbiyəçisi olan varlıq Rəbb adlanır.Allah da bu kainatın,insanların Yaradanı olmaqla bərabər,həm də onun Rəbbidir-tərbiyəçisidir. Yəni Allah bizi yaratmaqla bizi özbaşına, başıboş buraxmamış,həm də bizim tərbiyəçimiz olmuş,bizə düzgün yol göstərmiş,bununla da bizi bəlalardan,pisliklərdən,bəlalara aparan yollardan çəkindirmək üçün Peyğəmbərləri vasitəsilə din və şəriət göndərmişdir.
Şübhəsiz ki,Allaha iman gətirmək,
imanın əsaslarının ən mühümü,ən əzəmətlisi,ən
təqdirəlayiq olanıdır.Allahın yuxarıda sadalanan ad və sifətlərinə
iman gətirməyin müsəlmana,onun Rəbbinə
etdiyi ibadətə çox
böyük müsbət təsiri vardır.Bu adların mənasını bilmək insanda istər-istəməz həmin Rəbbə
qarşı istək,sevgi yaratmalıdır.Çünki necə
ola bilər ki,insan ona qarşı bu qədər
mərhəmətli,rəhmli,nemət verici,qoruyucu,ədalətli,qarşılıqsız
nemətlər bəxşedici Rəbbini sevməsin,ona
ibadət etmək istəməsin...Axı insan ona ən az yaxşılıq edən bir
insanı da sevir,ona
hörmət edir,ona bunun
əvəzində nəsə bir
yaxşılıq etmək istəyir,onun xahişlərini,tapşırıqlarını
yerinə yetirir.Bəs indi bizi
bu dünyaya gətirən,
özbaşına qoymayıb bizim tərbiyəmizlə,
qorunmağımızla, ruzimizlə, şəfamızla məşğul
olan bir Yaradanı necə
sevməyə bilərik?Misal üçün,
Allahın "əl-Ğaffər", yəni
bağışlayan adının insanın Onu
sevməsinə və Onun mərhəmətindən
ümidini üzməməsinə böyük təsiri vardır.Allah sevgisi də öz növbəsində
insanın dünya və axirət səadətinə
nail olmasına və böyük xeyrə
çatmasına gətirib çıxarır.Həmçinin,Allah
sevgisi qulun öz Rəbbinə mükəmməl surətdə
ibadət etməsi üçün ən
böyük yardımdır və o hər bir xeyir qapısının
açarıdır.İnsanın hər hansı əməli
mükəmməl və Allahın istədiyi
formada etməsi üçün
ilk öncə Onu sevməsi
gərəkdir.Çünki insan öz Rəbbini nə qədər çox tanısa,bir o qədər
Ona yaxın olar,Ona daha çox ibadət edər,Ona
qarşı günah işlətməkdən
daha çox çəkinər.Allahı
tanımaq insanların qəlblərində
Ona qarşı sevgini
yaradar və tədricən
artırar.Çünki Allahın adları hər cəhətdən
kamildir.İnsanların qəlbləri isə hər cəhətdən
kamilliyi hər zaman
sevir.İnsanın qəlbində Allah sevgisi qərar tutduqda isə
əzaları da yaxşı əməllər
etməyə müvəffəq olur.Nəticə etibarı ilə
Allahın insanları xəlq etməkdə olan
Hikmət-Ona ibadət etmək yerinə yetmiş
olur. Peyğəmbər əlini sinəsinin
üstünə qoyaraq demişdir:
"Hər kəsin qəlbində bir ət
parçası vardır.Həmin ət parçası təmiz
olarsa,insan da düz olar,yox əgər düz olmazsa,insan da düz olmaz".Onda həmin qəlbi mütləq
Allah sevgisi ilə doldurmaq lazımdır ki, ora daha başqa
sevgi,başqa əməllər girməsin.Çünki
qəlb heç vaxt boş qala bilmir.Ora
Allah sevgisi girməsə,mütləq
başqa sevgilər girəcək,Allah sevgisi olmayan qəlb isə
sahibini Allahın sevmədiyi yollara yönəldəcək və bununla da insan
həm bu dünyasını,həm də
Axirətini itirmiş olacaq...g
İndi bizə bu qədər nemətlər
verən Allah həqiqi sevgiyə layiq deyilmi?..Əlbəttə,hamı
bir ağızdan cavab verəcək ki, əlbəttə
layiqdir və biz də Onu sevirik.Amma görəsən həqiqətənmi
belədir?..
Nə qədər insanlar var ki, "mən iman gətirdim" deməklə işin bitdiyini zənn edirlər.Bir o qədər də insanlar var ki, "mən Allahı sevirəm" deməklə də işin bitdiyini zənn edirlər.Ətrafımıza baxaq...Kimisə sevdiyini bildirənlərin bu sevgisi yalnız dillərində deyilən sözlərdən ibarətdirmi?..Yoxsa bunun isbatı üçün bəzi şeylər tələb olunur? Məsələn, baxıngSevənlər sevdiklərini nə ilə isbat edirlər?Bunu çox aydın görəcəksiniz ki,sevdiklərini təsdiq edən bir çox sübutlar vardır.Yəni bu quru-quruya bir "sevirəm" demək deyildir.Ətrafa baxsaq,bunu çox dəqiqliyi ilə görəcəyik. "Sevirəm" deyənlər sevdiklərinin yolunda hər şeyə,hətta ölümə də hazırdırlar.Bu, gündəlik həyatda rast gəldiyimiz sevmənin isbatlarıdır.Adi həyatda sevginin bir isbata ehtiyacı olduğunu gördüyümüz halda, Allahı sevmənin yalnız quru sözlə deyilməsinin kifayət olması ilə razılaşmaq olarmı?Əlbəttə yoxgƏslində isə, "mən Allahı sevirəm" kəlməsini adi sözlə deyib,bunu əməllə isbat etməyənlərin özləri belə bu sözlərinə inanmırlar.Bu yalnız Şeytanın və öz nəfslərinin onları aldatmasıdır. "Allahı sevirəm" demək yalnız quru sözlə olmur,bunun üçün bu sevgini isbat edəcək əməllər də vacibdir,əks təqdirdə bu artıq əsl sevgi olmayacaqdır.Necə olur ki, insan sevdiyinə sevgisini sübut etmək üçün çox qəhrəmanlıq etməli,əzablara dözməlidir,onun xahişlərini canla-başla yerinə yetirməlidir, amma Allaha olan sevgisini sübut etmək üçün bircə quru söz deməsi kifayət edə bilər?.. Əlbəttə yox...Çünki bu heç adi məntiqə də sığan fikir deyil. Deməli,Allahı sevdiyini bildirən şəxslərdən bir çox əməllər tələb olunur ki,bunlar da Allahdan başqa ibadətə layiq haqq Məbud (İlah,ibadət edilən) olmadığına, Mühəmmədin də onun qulu və elçisi olduğuna tam ixlasla şəhadət etmək, şirkdən(Allaha ibadətdə şərik qoşmaqdan) və şirk əhlindən uzaq olmaq,namaz qılmaq,oruc tutmaq, Allahın dostları ilə dost,düşmənləri ilə düşmən olmaq və sairədir... Bu sadalananlar və İslamın əmr etdiyi digər əməllər olmadan heç kim Allahı sevdiyini iddia edə bilməz,iddia etsə də belə,Allah tərəfindən qəbul olunmaz.
(Ardı var) Azər Əzizov advokatazer@mail.ru
Ədalət.-2012.-10 fevral.-S.4.