O,
PEYĞƏMBƏR DEYİLDİ, AMMA...
(Əvvəli qəzetimizin 31 yanvar sayında)
Təxminən bir neçə gün bundan əvvəl həmişəki kimi müxtəlif mənbələrdəki xəbərlərlə tanış olarkən məlumatlar sırasında dünya ilə bağlı maraqlı, həm də həyəcanlı bir məlumat diqqətimi cəlb etdi. Orada son günlər Yerin təkindən, yəni dərinliklərindən qeyri-adi səslərin gəlməsi və bu səslərin Yer kürəsinin ən müxtəlif ölkələrində Kanadada, Böyük Britaniyada, Polşada, hətta Azərbaycanda belə eşidilməsi ilə bağlı məlumatlar, həm də bəzi şərhlər öz əksini tapmışdı. Qeyd edilən həmin təzahürlə əlaqədar ən rəngarəng versiyalar irəli sürülürdü. Hətta o da bildirilirdi ki, Yer kürəsinin dərin qatlarından eşidilməkdə olan bu səslər planetimizin maqnit qütbünün yerini dəyişməsi ilə bağlıdır. Yəni iddialardan belə nəticə çıxarmaq olurdu ki, ümumiyyətlə son dövrlər təbiətdə baş verən ən müxtəlif kataklizmlər məhz bu yerdəyişmə nəticəsində baş verir və verəcək.
Edqar Keysi Qərbdəki mövcud ənənələrindən
fərqli olaraq erkən - təxminən 25-26 yaşlarında
ailə qurmuşdu. Özü də
sevərək, bəyənərək. Hopkinsvilldə
kitab mağazasında işlədiyi
dövrdə təsadüfən
qarşılaşdığı Gertruda Evans həqiqətən də ona
yalnız arvad deyil, həm
də həyatda yoldaş, dost,
hətta işlərində assisent belə
olmuşdu. Özü
də qeyd etmək lazımdı ki, Keysi bir
çoxları kimi sonrasını düşünmədən,
gələcək ailəsinin maddi cəhətdən
necə keçindirəcəyini hesablamadan
Gertruda ilə nigahlanmamışdı. Onlar hər bir işi ölçüb-biçdikdən sonra ailə qurmuşdular.
Və gənc cütlük həmin vaxtlar problemlər içərisində olsa da sakitcə öz həyatlarını
yaşayırdılar. Amma çox
çəkmədi ki, Keysinin
işlərində irəliləyişlər başladı və
şəriki ilə birgə şəxsi fotostudiya
açmağa müvəffəq oldu.
Əslində elə onların istədikləri də bu idi. Çox qəribə görünsə də Edqar bir neçə dəfə Leynlə birgə xəstələrin qəbulu işindən uzaqlaşıb özünün fotoqraflığı ilə məşğul olmağa cəhd göstərmişdi. Həttə bir dəfə o, ümumiyyətlə qəribə bir psixoloji vəziyyətdə çıxıb getmiş, xeyli müddət ətrafda onu "gördüm" deyən olmamışdı. Lakin görünür tale onun üçün başqa bir misiya hazırlayıbmış. Həmin vaxt Al Leyn Edqarı foto-atelyesinə qapanmış tapdı. Yorğun, kədərli, susqun...
Onda
Al Leynin çoxlu təkidindən, xahişindən sonra Edqar Keysi
ara-sıra xəstələrin müalicəsi ilə məşğul
olmağa razılıq verdi.
Lakin vaxtının əsas hissəsini yenə
foto-atelyedə keçirirdi. Amma bir hadisə yenidən
Edqarın xəstələrin müalicəsi işinə
qayıtmasına səbəb oldu. Həmin vaxt şəhərdə
yayılmış qızdırma xəstəliyi insanlarda vahimə yaratmış, tələfatlara
səbəb olmuşdu. Çoxları hər
yerdə onu arayırdı. Bundan başqa, Gertruda ilə Al Leyn də Edqarı inandırmağa cəhd
edirdilər ki, Tanrı tərəfindən
ona verilmiş bu istedadı beləcə qapatmağa
haqqı yoxdu və o
mütləq insanlara kömək əlini
uzatmalıdı. Onda Edqar
müalicəyə başlaması üçün
bir neçə şərt irəli sürdü: xəstələrin təsiri
altına düşməmək üçün
posientləri görmədən işini
sürdürəcək, seanslarda
yalnız həkimlər iştirak edəcək
və gördüyü işin
müqabilində bir qəpik, hətta ən
adi hədiyyə belə almayacaq.
Onun sonuncu şərti
o dövrdəki cəmiyyət üçün axmaq tələbdən
başqa heç nəyə
oxşamasa da bir çox
ağzıgöyçəklərin, gözügötürməyənlərin
dilinə qıfıl vurmağa kifayət
edirdi.
Posientlərin qəbuluna başlayan Keysi yenidən trans vəziyyətinə girir, xəstələrə diaqnozlar qoyur, ardınca da resept diqtə edilirdi. O, psixi gərginlik keçirməmək üçün gün ərzində yalnız iki xəstəyə baxırdı. Bir müddət sonra Edqar Keysi Leynin hipnozunun təsiri ilə trans vəziyyətinə girməyə də son verdi. Çünki o artıq bunu iş və məşqlər zamanı öyrənmişdi. Həkimlər şokda idilər. Tibb, hətta digər sahədə belə ali təhsili olmayan bu adamın trans vəziyyətində qoyduğu diaqnozlar, reseptlər o qədər dəqiq və konkret idi ki, buna ancaq heyrətlənmək olardı. Hətta çoxları belə düşünürdülər ki, Keysi bacarıqlı həkimdir, lakin daha çox diqqət çəkmək üçün türkəçarəçi kimi özünü göstərir.
O NƏLƏR GÖRÜRDÜ?...
Onlar heç
Keysinin trans vəziyyətdə
nələr hiss etdiklərini də anlamaq istəmirdilər. Şübhəsiz ki, o qeyri-adi
vəziyyətdə real aləmdən
ayrılırdı. Çünki
reallıqda belə şeylər mümkünsüdü.
Keysi bir dəfə həmin
vəziyyətini belə təsvir etmişdi:
"rahat uzanmış halda
hər iki ovucumu
başıma - üçüncü gözün yeri deyilən
nahiyyəyə qoyuram və dua edirəm. Bir neçə
dəqiqə siqnal gözləyirəm. Bu siqnal hərdən
qızılı qığılcımıları olan ağ
işığın alışması, parlamasıdır və
bu kantakta girdiyimə
işarədir. İşığı gördükdən sonra ovuclarımı günəş kələfinə
hərəkət etdirirəm. Mənim gözlərim bu müddət ərzində tamam
açıq vəziyyətdə qalır. Tənəfüsüm
diofraqmadan düzgün,
və dərin olur. Bir
neçə dəqiqə keçir,
gözlərim örtülür. Bundan sonra mənə necə
diqtə edirlərsə mən eləcə suallara
cavab verirəm". Onun
anlatdıqları heyrətamiz deyildimi? Bu, əslində Allahın möcüzəsi idi. Keysi isə sadəcə
bu işdə vasitəçi kimi seçilmişdi.
Onu fırıldaqçı da adlndıra bilməzdilər. Çünki Keysi özü dəfələrlə bu işdən uzaqlaşıb adicə fotoqraf həyatı yaşamağa cəhd etmiş, yanına gələn xəstələrdən də heç vaxt pul, hədiyə tələb etməmişdi. Fırıldaqçılıq, möhtəkirlik pul, sərvət qazanmaq üçün olunmurmu?
Əslində
onun qeyri-adiliyi heç də xəstələrin müalicəsi
ilə məhdudlaşmırdı. Edqar Keysini həm də möhtəşəm
öncəgörən, ekstrasens kimi də qəbul etmək lazımdı. Çünki dövrün
ən məşhur ekstrasensləri də, öncəgörənləri
də qabiliyyətinə görə ona
qibtə edə bilərdilər. Bir
dəfə ona gələn italiyanca məktuba transda italiyanca da cavab
vermişdi. Mütəxəssislər
onun bu qabiliyyətini ən
müxtəlif dillərdə - almanca,
fransızca... sınasalar da nəticə şok edici
alınmışdı. İngiliscədən başqa
heç bir dil bilməyən Keysi
müxtəlif dillərdəki sorğulara,
mətnlərə elə həmin əcnəbi dildə də,
mükəmməl şəkildə cavab
verməyi bacarırdı. Bütün
bunları isə şarlatanlıqla, hiyləgərliklə həyata
keçrmək mümkün deyildi, çünki bu qeyri-adi qabiliyyətə
hər kəs, hər an şahid
ola bilirdi.
KEYSİ MƏTBUATIN DA DİQQƏTİNİ
ÇƏKMİŞDİ
Bu ərəfələrdə Edqar
Keysi üçün böyük itki sayıla biləcək
bir hadisə baş verdi. Onun çox böyük həvəslə
düzəldib-yaratdığı foto-atelye
və çəkdiyi ən gözəl şəkillərin
qalareyası təsadüf üzündən yanıb məhv oldu. Bu qəza onu həm mənəvi, həm də maddi cəhətdən sarsıtdı. Amma Edqar vəziyyəti
düzəltmək üçün ən
müxtəlif yerlərdə, müxtəlif şərtlər
daxilində işləmkdəydi. Tanrı bəndəsini
mükafatlandıracaq, yetər ki, yolunu azmayab səbr etməyi
bacarasan. 1907-ci ildə Keysinin
bir oğlu dünyaya gəldi - Hyu Linn.
Milad bayramında Edqar Keysini həkim-qomeopad Uesli Ketçumla tanış etdilər. Həkim onun haqqında danışılanlara inanmadığı üçün ağır bir xəstəyə appendisit diaqnozu qoyaraq Keysinin müayinəsinə göndərdi və bununla da xəstəliyin aşkarlanıb-aşkarlanmayacağını yoxlamaq istədi. Tanınmış həkimdən fərqli olraraq Edqar həmin posientə tamam yüngül diaqnoz qoyaraq sadə bir müalicə yazdı. Bundan sonra bu iki fərqli diaqnozdan birinin təsdiqlənməsi üçün həkim konsiliumunun keçirilməsi qalırdı. Keçirildi və inanılmaz nəticə: Keysinin diaqnozu və müalicəsi doğru idi. Bundan sonra doktor Uesli ən mürəkkəb, ən ağır xəstələrin müalicəsində Keysinin imkanlarından istifadə etməyə başladı. Aldığı nəticələrsə yenə Ketçum üçün fantastik idi. Edqar heç bir texnikadan, aparatdan istifadə etmədən ən mürəkkəb xəstəliklərin diaqnozlarını bir neçə dəqiqə içərisində qoya bilirdi.
İstər-istəməz
Edqar Keysinin
şöhrəti hər tərəfə yayılmaqdaydı. Uesli Ketçum 1910-cu ildə
"Amerika Klinik
Araşdırma Cəmiyyəti"nə məruzə göndərdi
və Keysinin bacarığı
haqqında Araşdırma Cəmiyyətinə müfəssəl
məlumat verdi. O, bu
məruzəsində Cəmiyyətdəki həmkarlarına,
mütəxəssislərə bildirirdi ki, Edqar Keysi
adlı şəxs sözün gerçək
mənasında tibbin möcüzəsidir.
Elə həmin ərəfədə - 9 oktyabrda
başqa bir hadisə
- "Nyu-York Times"
qəzeti Edqar Keysi
haqqında böyük bir
məqalə dərc etdi - "Təhsilsiz
adam hipnoz altında həkimə
çevrilir". Bu hadisələrdən sonra Keysinin şöhrəti
öz şəhərinin
hüdudlarından aşaraq ölkəyə
yayılmağa başladı. Artıq hər yerdə onun haqqında müxtəlif söhbətlər
gəzməyə başlamışdı. Hətta bu söhbətlərin içərisində
cürbəcür əfsanələr də
dolaşırdı. Bir sıra iş adamları pullar təklif
edib Keysinin
bacarığından yararlanmağa cəhdlər
etsə də bunlar baş
tutmadı. O, Hopkinsvillə gələrək bir
fotostudiya açdı - "Keysi Art Studio".
Və burada sevdiyi
işlə məşğul olmağa girişdi. Həqiqətən də
buradakı fotoqrafçılığıyla o
özünü daha
xoşbəxt hiss edirdi.
Buna baxmayaraq onun işdən sonrakı boş
vaxtlarının "müştəriləri" heç də azalmırdı...
DOĞMALARINDAN GƏLƏN
SARSINTILARI
Lakin həyatın xoş
sürprizləri kimi ağır, çətin "hədiyyələri"
də heç vaxt insanları tərk etmir. 1911-ci ildə
Keysinin ikinci oğlu dünyaya gəldi.
Bu onun üçün
böyük bir sevinc idi.
Amma o yenidən sınağa məruz
qalacaqdı. Belə ki,
iki aylıq körpə ağır xəstləndi
və bir neçə həkimin bütün çabalarına baxmayaraq
uşağın vəziyyəti günü-gündən pisləşməyə
başladı. Keysi özü
də övladını vəziyyətdən çıxarmaq
üçün əlindən gələni
etdi. Təəssüf. Balacanı ölümün pəncəsindən xilas etmək mümkün
olmadı. Bu itgi həm
Keysini, həm də Gertrudanı son dərəcə sarsıtdı. Hər ikisi dərin depresiyaya
düşdülər. Körpə oğlunu
xilas edə biləcəyini, amma niyəsə bunu
bacarmadığını düşünən Keysi acizliyinə görə özünü
günahkar bilirdi.
Oğlunun ölümündən özünə gəlməmiş Keysi növbəti zərbəni aldı. Belə ki, plevrit xəstəliynə mübtəla olan Gertruda ağır vəziyyətdə yatağa düşdü. Həkim dostlarından biri bəyan etdi ki, xəstəlik artıq vərəmə çevrilib və qadını xilas etmək mümkün görünmür. Həqiqətən də həmin dövrlər vərəm öldürücü xəstəlik sayılirdi. Və hər kəs - həkimlərlə bərabər bütün yaxınları Gertrudanın yaxın vaxtlarda həyatla vidalaşacağı fikri ilə barışdı. Yalnız Edqar belə düşünmürdü. O özü arvadının sağalması üçün bütün gücü ilə çalışdı. Qızdırmanın nisbətən səngiməsi o qəfər də uzun vaxt aparmadı. Buna cəmi iki gün yetdi. Amma xəstəlik tam sağalmadı, müalicə təxminən 6-7 ay çəkdi. Gertruda yalnız 1912-ci ilin yanvarında tamamilə sağalıb ayağa qalxdı.
YOXLAMALAR
Artı Edqar Keysinin kimliyi, nəyə
qadir olması, getdikcə daha da artan şöhrəti ölkədə
bir çox qurumları hərəkətə gətirmişdi.
Məhz bu üzdən də onun bacarığını, psixi
istedadını yoxlamaq üçün
elə həmin il Harvard
Universitetindən doktor Huqo
Myunsterberq Hopkinsvillə təşrif buyurdu. O həmin dövrlər üçün
yetərincə böyük mütəxəssis
sayılırdı. Huqo Myunsterberq
bu səfərindən çox
sonralar belə yazacaqdı: "Mənim əsas
məqsədim onun (Edqar
Keysinin - B.Y.) bütün
reputasiyasını məhv etmək, bu
adamın yalnız bir şarlatan
olduğunu hər kəsə göstərmək
idi. Lakin mən geri qayıdanda onun
bacarığına və etdiuklərinin effektinə əmin oldum. Edqar həqiqətən
də ona verilən bu
qeyri-adi hədiyyəni insanlara
kömək üçün istifadə edir".
Əslində Keysinin bacarığı, qeyri-adi istedadı onu açıq və gizli şəkildə çoxlarının yoxlama "obyektinə" çevrilmişdi. Bu da Keysini incidirdi. Axı, Edqar onsuz da insanlara yardım göstərərkən özü psixoloji və fizioloji gərginliyə məruz qalır, çətin prosedürdən keçirdi. Nəhayət Amerika Həkimlərin Baş Assosasiyası özünün araşdırmalarından sonra Edqar Keysinin bacarığını qəbul etməli oldu və ona rəsmən "psixi məsləhətlər verə bilər" icazəsi verildi. Amma əslində xəstələrə şəfa vermək qabiliyyəti onun bacarığının hamısı deyildi. Hər kəs şahidi olacaqdı ki, bu möcüzəli adam həm də gələcəkdə nələrin baş verəcəyindən xəbər verə bilir....
(Ardı qəzetin 14 fevral sayında)
BABƏK YUSİFOĞLU babek-yusifoqlu@mail.ru
Ədalət.-2012.-7 fevral.-S.4.