O,
PEYĞƏMBƏR DEYİLDİ, AMMA...
(əvvəli qəzetimizin 7 fevral
sayında)
Təxminən bir neçə gün bundan əvvəl həmişəki kimi müxtəlif mənbələrdəki xəbərlərlə tanış olarkən məlumatlar sırasılnda dünya ilə bağlı maraqlı, həm də həyəcanlı bir məlumat diqqətimi cəlb etdi. Orada son günlər Yerin təkindən, yəni dərinliklərindən qeyri-adi səslərin gəlməsi və bu səslərin Yer kürəsinin ən müxtəlif ölkələrində Kanadada, Böyük Britaniyada, Polşada hətta Azərbaycanda belə eşidilməsi ilə bağlı məlumatlar, həm də bəzi şərhlər öz əksini tapmışdı. Qeyd edilən həmin təzahürlə əlaqədar ən rəngarəng versiyalar irəli sürülürdü. Hətta o da bildirilirdi ki, Yer kürəsinin dərin qatlarından eşidilməkdə olan bu səslər planetimizin maqnit qütbünün yerini dəyişməsi ilə bağlıdır. Yəni iddialardan belə nəticə çıxarmaq olurdu ki, ümumiyyətlə son dövrlər təbiətdə baş verən ən müxtəlif kataklizmlər məhz bu yerdəyişmə nəticəsində baş verir və verəcək.
Elm hələlik belə
versiyanı təsdiqləməsə də bu,
ağılabatan da görünür. Amma məlumatda
sözügedən səslər haqqında dini yorumlar da
verilirdi. Həmin yorumlara görə isə bunlar artıq
yaxılaşmaqda olan məhşərin səsləri idi. Yəni, məhşər günü
yaxınlaşmaqdadır. Özü də bu versiyanın
ardınca Qədim Maya təqviminin xatırlanması, həmin
təqvimə görə 2012-ci ildə Yer kürəsinin
sonunun çatacağının iddia edilməsi yadıma Edqar
Keysini saldı. O Edqar Keysini ki, bir zamanlar onu tanıyan əksər
insanlar bu adamı hətta peyğəmbər belə
adlandırırdılar. Və xatırladım ki, onun da
dünyanın fəlakət günü ilə bağlı
dedikləri var...
Bir müddət beləcə davam etdikdən sonra Keysi Ketçumla və Noyla əməkdaşlıqdan vaz keçdi. O, daha çox fotoqrafçılıqla məşğul ollmaq istəyirdi. Və əslində onu bu həkimlərlə birgə çalışmaqdan çəkindirən başqa nüanslar da vardı, lakin Edqar bunların haqqında danışmırdı. Nəhayət o, Alabama ştatınının Selma şəhərində adicə fotoqraf kimi işləməyə başladı, amma təxminən bir ildən sonra özünə şəxsi fotostudiya alaraq orada həm də menecer kimi çalışmağda davam etdi. İndi onun işləri heç də pis getmirdi. Maddi imkanları da yaxşılaşmışdı. Ona görə də tək yaşamaqla vidalaşmaq üçün arvadı Gertrudanı və oğlu Hyu Linni yanına gətirdi. Və o burada getdikcə artan məşhurluğunu insanlara unutdura və sadə, lakin sakit bir həyat tərzi sürdürə bilərdi. Lakin hadisələrin sonrakı axarı yenidən buna izin vermədi.
KEYSİ YENƏ HƏR KƏSİ
HEYRƏT İÇƏRİSİNDƏ
BURAXIR
Adi təsadüf, daha doğrusu, bədbəxt
bir qəza üzündən özünü
fotoqrafçılığa həsr etməyə
hazırlaşan Keysiyə mane oldu. Adi
günlərin birində Hyu Linn fotostudiyada kibritlə oynarkən
şəkil çəkilən zaman obyekti
işıqlandırmaq üçün istifadə edilən
maqnit tozu od tutaraq alışdı, onun gözünün
birini möhkəm yandırdı. Ara qarışdı.
Uşağı vaxt itirmədən ixtisasçı-həkimə
çatdırdılar. Müayinədən sonra ümidləri
alt-üst edəcək bir xəbər alındı: səkkiz
yaşlı Linnin yanıq zədəsi almış
gözü görmə qabiliyyətini tam itirib, bərpası
da mümkün deyil. Həkimlər hətta bildirdilər ki,
uşağın həmin gözünü ümumiyyətlə
yerində saxlamaq olmaz. Övladlarının
düşdüyü vəziyyət onlar üçün əsl
dəhşət idi.
Edqar Keysi ömrü boyu öz
yaxınlarından ötrü malik olduğu imkanlardan
yararlanmamağa çalışmış, amma bunu
bacarmamışdı. Həm yenicə
doğulmuş övladından ötrü (onu qurtara bilməmişdi),
həm də ölümcül xəstələnmiş
arvadından ötrü bu prinsipi pozmuş, doğmalarına
olan sevgisi bu yasağa qalib gəlmişdi. Bu
dəfə də belə oldu. Üzünü Tanrının
ona bəxş etdiyi bacarığa tutdu, oğlu Linn ilə
yeni seanslara başladı. Onu da qeyd edim ki, Edqar bu cür
seansları "oxuma" adlandırırdı. Trans vəziyyətində
olan Keysi həkimlərin zədə almış gözün
cərrahi əməliyyatla yerindən
çıxarılması təklifindən imtina etməyin
lazım olduğunu söylədi, əvəzində isə
taninli turşu hazırlanmasını və iki həftə
müddətində bu məhlulla gözün
isladılmasını söylədi. Bu müalicə üsulu
həkimlər üçün ağılsızlıqdan
başqa bir şeyə oxşamasa da Edqar dediklərində
israrlı idi. Elə yaxşı ki, israrlı imiş. On
beş gündən sonra Hyu Linn demək olar ki, sağaldı.
Yeri gəlmişkən qeyd edim ki, Linn onun yeganə
övladı deyildi. 1918-ci
ilin fevralında Keysinin daha bir oğlu - Edqar Evans dünyaya gəlmişdi.
Əlbəttə, bu
cür faktları sadalamaqla bitirmək heç də
mümkün deyil. Edqar Keysi qeyri-adiliyi ilə sadə
insanlardan tutmuş dövrün alimlərinədək hər
kəsi heyrət içərisində buraxan möcüzələr
göstərirdi. Daha kimsə onun diaqnozlarına, müalicəsinə
şübhə ilə yanaşmağa cürət belə
etmirdi. Amma... Amma bunlar heç də onun
bacarığının hamısı deyilmiş. Edqar Keysi
böyük ekrtrasens, möhtəşəm öncəgörən
idi. Və bundan da xəbər tutan sadə insanlar artıq
Edqar Keysiyə peyğəmbər kimi baxmağa
başladılar. Axı, peyğəmbərlərdən
savayı kim gələcəkdə nələrin baş verəcəyini
söyləyə bilərdi ki
"KADİRON"
Keysi qatı dindar
olsa da peyğəmbər deyildi. O, yalnız Allah tərəfindən
verilən qeyri-adi qabiliyyət və imkanlarla digərlərinə
möcüzə kimi görünən şeyləri etməyi
bacarırdı. Bu haqda araşdırma aparanlar
yazırlar ki, onun qeyri-adi bacarığına həqiqətən
inanmaq çox çətin idi. Keysinin öncəgörmələrinin
ilkin dövrlərindən bəhs edənlər yazırlar ki,
Edqar seanslarının birində xəstə üçün
kimsənin hələ eşitmədiyi bir dərmanın -
"kadiron"un adını
yazdırıb və onun Çikaqo dərman
laboratoriyasından tapmağın mümkün olduğunu
söyləyib. Telefonla göstərilən ünvana zəng
vurarkən laboratoriyadan təəccüblə soruşublar:
"Siz "kadiron" haqqında haradan eşitmisiniz?Axı, o hələ satış
üçün buraxılmayıb. Biz yalnız
indi onun tərkibinin formulasını dəqiqləşdirmişik
və adını da indi qoymuşuq".
Bəli, bu Edqar
Keysinin növbəti möcüzəsi idi. Dərmanın yaradılması haqqında həmin dəqiqə,
özü də belə dəqiq informasiya insan oğluna
yalnız İlahi vergi ilə ötürülə bilərdi.
Şöhrətsə böyüyürdü.
Ölkənin ən müxtəlif yerlərindən
çoxlu sayda xəstələr ona müraciət etdiyindən
posientlərlə əvvəlki qaydada işləmək
mümkün olmadı. Xəstələrin
çoxluğundan savayı, posientlərlə daha
yaxşı şəraitdə məşğul olmaq, həkimlərin,
tibb bacılarının köməyi ilə müalicəni
daha düzgün aparmaq üçün bir xəstəxanaya
ehtiyac vardı. Və o belə bir xəstəxana
arzulayırdı. Amma bundan ötrü
lazımi maliyyəni yalnız arzulamaq mümkündü.
Keysi bu qədər pulu qazanmaq üçün 1919-cu ildə
gözlənilməz bir qərar qəbul etdi: Texasda neft
axtarışlarına başlayan müəssisələrdə
işə girib çalışmaq. Təəssüf
ki, o, bu işə bir neçə ilini sərf etsə də
uğur qazanmadı. Çünki onda
şirkətlərin heç biri ehtimal etdikləri neft
yatağını tapa bilmədi.
XƏSTƏXANA
Edqar Keysinin həyatında əsaslı
dönüş 1923-cü ildə baş verdi.
Həmin vaxt onun artıq 46 yaşı vardı.
O, fotostudiyanı buraxıb bütünlüklə
özünü və bacarığını tibbi
psixodiaqnostikaya həsr etməyə qərar verdi.
Buna görə də Edqar ailəsi ilə
birlikdə Oqayo ştatındakı Deyton şəhərinə
gələrək burada işlərini qurmağa girişdi.
Əslində onun Deytonda dəstəkçisi
vardı. Bu şəxs onun yenicə
dostlaşdığı Artur Lammers idi. Bir
sıra müəssisələrə, həm də özünəməxsus
həyat fəlsəfəsinə malik olan Lammers naşir kimi də
tanınırdı.
Lammers bu
qeyri-adi adama həm mənəvi, həm də maliyyə
yardımı göstərərək ona həmin şəhərdə
ayaq üstə durmağa yardımçı oldu. Edqar Keysidən ötrü bir missioner müəssisəsi
- "Keysi Araşdırmalar İnstitutu" təsis etdi.
Onu da qeyd edim ki, həmin vaxt münasib bina
tapmadıqları üçün İnstitut ilk dövrlər
yerli mehmanxanaların birində yerləşdirildi, personalla təmin
edildi. Bu işçilər arasında ən uğurlusu
isə Keysinin xidməti steneqraf-katibəsi - gənc bir qız
Qledis Fevis Terner idi ki, sonradan Edqarın ən yaxın, ən sədaqətli
köməkçisinə, hətta ailəsinin bir nümayəndəsinə
çevrildi. Və Keysini son günlərinədək
tərk etmədi. Məhz onun əməyinin
nəticəsiydi ki, məhşur öncəgörənlər,
ekstrasensalər arasında Keysinin fəaliyyəti daha səliqəli
şəkildə sənədləşdirilmişdir.
Lakin elə
düşünülməsin ki, bununla da Edqar Keysinin maddi
problemləri, digər məişət çətinlikləri
tamamilə həllini tapdı. Bu belə
deyildi. Onun Deytondakı həyatında
yeni-yeni çətinliklər Keysilər ailəsini sakit
buraxmırdı. Alabamanın və
Kentukkinin mülayim, günəşli şəraitindən
sonra buranın soyuq, uzun sürən şaxtalı havasına
alışmaq xeyli müddət mümkün olmadı. Bunlardan savayı, Edqarın yüksək mənəvi
həyat fəlsəfəsinə sadiqliyi ona imkan vermirdi ki,
posientlərindən, həyata keçirdiyi seanslardan,
müalicələrdən pul alsın. Çoxları
bu cür hərəkəti Keysinin maymaqlığı kimi qəbul
etsə də o öz xeyirxahlığından əl çəkmirdi.
O, yalnız xeyriyyəçi, humanitar yardımlardan imtina
etmirdi. Amma xəstəxanada çalışan
personalın maaşını yalnız bu cür üsulla vermək,
ailənin maddi tələbatlarını ödəmək,
müəssisənin digər xərclərini qarşılamaq
hədsiz çətin idi. Bununla belə
Edqar Keysinin Deytonda keçirdiyi illəri, fəaliyyətini
onun həyatının çox vacib etapı hesab etmək
olar.
Keysi
üçün yeni təzahürlər, əvvəllər məlum
olmayan sahələr - astrologiya, reinkarnasiya və onun dini
inancının möhkəmliyinin sınağı məhz
burada özünü göstərdi. İndi
onun gələcəkdə bir çox dünyəvi hadisələrin,
dramatik proseslərin baş verəcəyi ilə bağlı
peyğəmbərliyini çoxları bilir. Keysini digər öncəgörənlərdən fərqləndirən
cəhətlərdən biri də onun uzaq keçmişdə
baş verən, yalnız fərziyyələr, əfsanələr
dolaşan hadisələrdən də xəbər verməsiydi.
Edqar çox uzaq keçmişdə əfsanəvi
Atlantida materikinin yox olması haqqında da məlumat verirdi.
O, dünyanın ən möhtəşəm öncəgörənlərindən,
bəsirətli şəxslərindən sayılan Volf Messinqdən,
Vanqadan... əvvəl bu dünyaya gəlmişdi.
DOĞULUŞDAN
ƏVVƏLKİ HƏYAT...
Edqar Keysi dini inanclarına, yəni
qatı dindarlığına uyğun gəlməsə də
özünün həyatı, keçmişi ilə
bağlı eksperiment, "oxuma" keçirməyə qərar
verdi. O, transa daxil olub haradan gəldiyini, ruhunun haralardan
keçdiyini öyrənməyə cəhd edəcəkdi...
"Oxuma" baş tutdu. Transada olan "mənbə"
özünün də gözləmədiyi məlumatları
ona ötürməkdəydi. Bəli, onun əvvəlki
həyatı olmuşdu... "Çox da uzaq olmayan bir
keçmişdə o, Con Beynbridc adlı bir muzdlu əsgər
olmuşdu. İngilis türmələrinin birindən onu digər
dustaqlarla birlikdə çıxarıb döyüşmək
üçün Kanadaya göndərmişlər. Amma
orada qaçmağı bacarmış, böyük çətinliklə
də olsa uzaq yol qət edib indiki Virciniya Biç ərazisində
yerləşmişdi. Koloniyada kəşfiyyat dəstəsində
xidmət zamanı isə o, hindulara əsir
düşmüş, oradan qaçmağa cəhd göstərərkən
- Oqayo çayı yaxınlığında ələ
keçmişdi..."
Əslində Edqar Keysi Vircinya
Biçin əvvələr onu niyə cəzb etdiyinin səbəbini
bilməzdi. Yalnız onu hiss edərdi ki, həmin yerlərə
getmək, oraları gəzmək istəyir. Və bunu harasa yozmağa
cəhd etməmişdi. "Oxunma"da isə əvvəlki
həyatı bunu göstərdi. Axı o həmin yerlərdə
yaşamışdı. Lakin "mənbə" daha uzaqlara
getməkdəydi. Bu dəfə göstərilirdi
ki, onun ruhu daha qədimlərədə, Misirdə firon II
Ramsesin dövründə mövcud olmuş - Ra-Ta adlı Baş
Kahinin imiş. Atlantidanın məhv olması zamanı
çoxlu qaçqın axını başlayanda o öz
xalqının inamını saxlamaq üçün əlindən
gələni etməyə çalışmışdı..."
Bu "oxunma"dan sonra Edqar bir daha inandı ki, Allah onun ruhunu
günahlardan təmizləmək üçün yenidən
bu dünyaya qaytarmış və bu onun həlledici həyatıdır.
Və əmin idi ki, ona verilən bu qeyri-adi imkanlar
böyük xeyirxahlıqlara vəsilə olmaqdan
ötrüdür...
RUH...
Edqar Keysi ruhun ölməzliyinə,
yenidən Tanrının dərgahına qayıtmasına
inanırdı. Və transda həyatı
ilə bağlı öyrəndikləri Keysinin fəlsəfəsinə
güclü təsir göstərsə də onu malik
olduğu qatı dindarlıqdan uzaqlaşdırmadı,
inanclarına təsir etmədi. Əslində gördükləri
elə inancının təsdiqi idi. Sadəcə olaraq
reinkarnasiya onun əvvəlki fəlsəfəsinə aid
deyildi. Edqar Keysinin RUHla bağlı qəribə söhbəti,
verilən sualları özünəməxsus
cavablandırması çox maraqlıdı...
- Cənab Keysi, insanın ruhu nə
hesab edilir? Ruh nədir?
- Bu tanrının hər bir
canlıya, və ya insana başlanğıcda verdiyi mahiyətdir
və hər yerdə özünün evini, yaxud onu
Yaradanı axtarır.
- Ruh nə vaxtsa ölürmü?
(ardı qəzetimizin 21 fevral
sayında)
BABƏK
YUSİFOĞLU babek-yusifoqlu@mail.ru
Ədalət.-2012.-14 fevral.-4.