Muğan düzündəki rayon
Biləsuvar şəhərində
içməli su təchizatı və kanalizasiya sistemi yenidən
qurulur
(əvvəli ötən
sayımızda)
"Bu mənim rayonumdur"
Biləsuvarda respublika banklarının
filialları kifayət
qədərdir. "Röyal-Bank"
ASC-nin Biləsuvar
rayon filialının müdiri
İsmayıl Rüstəmov
da digər şəhər sakinləri
kimi öz rayonunu çox sevir:
- Hər bir dövlətin iqtisadiyyatında banklar mühüm rol oynayır. İndi insanlarımz banklara
daha çox inanırlar. Nəticə
odur ki, ötən ilin 9 ayında biləsuvarlılar
banklara 412,0 min manat əmanət qoymuşlar. Bu da
iqtisadiyyatımızın bir
göstəricisidir. Pərakəndə
əmtəə dövryyəsi
75,8 milyon manat olmuşdur ki, bu ötən
ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz
çoxdur. İstehsal etdiyimiz məhsulun
həcmi 118.0 milyon manata çatmışdır.
Hər nəfərə düşən
ümumi məhsul buraxılışının həcmi
1284 manat təşkil
etmişdir.
Əhalinin həyat tərzinin yaxşılaşması, pul
gəlirlərinin artması
nəticəsində rayonda
110 fərdi ev
tikilmiş, ümumi mənzil fondu 1601.5 min kvadratmetr olmuşdur.
2011-ci ilin 9 ayı ərzində istehsalatın
müxtəlif sahələrində
çalışan sahibkarlara
kömək məqsədi
ilə 21 sahibkarlıq
subyektinə Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən
2.2 milyon manat güzətli kreditlər verilmişdir. Əhalinin gəlirləri 119.8 milyon manata çatmışdır,
adambaşına düşən
pul gəlirlərinin həcmi 1303,6 manat olmuşdur. Həmin müddətdə
də 366 daimi iş yeri açılmışdır.
Əhalini elektrik enerjisi
ilə daim təmin etmək üçün 15 ədəd
elektrik transformatoru əsaslı, 160 ədədi
isə cari təmir edilmişdir.
Camaatımızın təbii qazı
daha yaxşı almaları üçün
əlavə 7 kəndə
zəruri işlər
yekunlaşmışdır. Rayon sakinlərinə sürətli internet xidməti
göstərmək üçün
elektron ATS-lərdə
avadanlıqların quraşdırılması
davam etdirilir.
Belə, bütün bu
uğurlar mənim yaşadığım Biləsuvarda
gərgin və nizamlı zəhmətin hesabına qazanılıb.
Düşünürəm ki, belə uğurlarımız hələ
çox olacaq.
Kənd təsərrüfatının dinamik
inkişafı
Dediyimiz, kimi Biləsuvar
Muğan düzündə
yerləşən aqrar
rayonudur. Ötən
il rayon 46050 hektar ərazidə mülkiyyətçilər tərəfindən
müxtəlif kənd
təsərrüfatı məhsullarının
əkini aparılmışdır.
Payızlıq əkinin
13338 hektar buğda , 11046 hektar isə arpa olmuşdur.
Nəticədə Biləsuvar əməkçiləri
taxıl sahələrindən
hər hektardan məhsuldarlıq 23.4 sentner
olmaqla 57215, 8 ton məhsul
götürmüşlər.
2012-ci ildə daha yaxşı məhsul götürmək üçün
biləsuvarlılar təxminən
15500 hektar buğda, 12000
hektar ərazidə payızlıq əkin aparmışlar. Rayon
Aqroservis filialında və fiziki şəxslərdə bu
işləri görmək üçün
işlək vəziyyətdə olan 174 ədəd
şum traktoru və kotan, 148 ədəd mala,
80 ədəd taxılsəpən var.
Suvarılacaq əkin sahələrinin ərazisi 38.9 min hektardan 42.3 min hektara
çatdırılmışdır.
Heyvandarlıq sahəsində də
ötən il uğurlu olmuşdur. Rayonda
iribuynuzluların sayı 39125 başa,
xırdabuynuzluların sayı isə 134109 başa
çatdırılmışdır. Ət istehsalı 3885 tona, süd istehsalı
17779 tona çatdırılmışdır.
Kənd təsərrüfatını daha
da genişləndirmək üçün
mülkiyyətçilərə 2011-ci ilin
9 ayı ərzində 1558378 manat subsidiya verilmişdir. Onlara 2374 ton güzəştli
qiymətlərlə mineral gübrələr
satılmışdır. Torpaq
adamlarına kömək üçün
"Aqrolizinq" ASC-nin
Biləsuvar filialının tikintisi başa çatdırılmışdır.
Yaxşı təhsil,sağlam
insan gələcəyin təminatçısıdır
Xeyrulla Mürsəlov Biləsuvar
ziyalılarından biridir. Burada doğulan , burada
istehsalatın müxtəlif sahələrində
çalışan Xeyrulla müəllim öz rayonu haqqında həvəslə
danışır:
-Rayon haqqında yüz
danışmaqdansa bir görmək daha yaxşıdır. Biləsuvar
son illərdə öz
simasını o qədər dəyişib
ki, 10-15 il əvvəl
buranı tərk edən indi rayona gəlsə ən azından təəcüblənər.
Bu mübaliğəsiz belədir.
Ancaq hər ölkənin, hər rayonun təhsili onun gələcəyi deməkdir. Rayondakı 26 tam orta, 10 ümumi orta, 3 məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazası durmadan yüksəlir. 9 məktəbdə əsaslı təmir aparılmışdır. Ötən il 146 məzunumuz ali məktəbə, 70 nəfər orta ixtisas məktəbə qəbul olunub.9 nəfər şagirdimiz isə qəbul imtahanında 600-dən çox bal toplayıb. Xırmandalı kənd 1 saylı orta məktəbin direktoru Firudun Hüseynov "Respublikanın əməkdar müəllimi" adına layiq görülüb.
Bu gün biləsuvarlılara 106 həkim,
291 nəfər orta tibb işçisi xidmət edir. Əhaliyə
xidmət üçün rayonun
bir neçə kəndində tibb məntəqəsi açılmışdır.
Uşaq Sağlamlıq Mərkəzi ən
müxtəlif avadanlıqlarla təhciz edilmişdir.
Ana və uşaqların mühafizəsi
gücləndirilmiş, "Ailə Planlaşması və Reprodiktiv Sağlamlıq " Proqramı həyata
keçirilməyə başlanılmışdır.
Qısası, sağlam insan,
mükəmməl təhsil gələcəyin təminatçısıdır.
Bu mənada bizim
Biləsuvarda bu işlər arzu olunan məcrada gedir.
...Muğan düzündəki Biləsuvar haqqında çox danışmaq olar. Ancaq hələlik bunlarla kifayətlənməli olduq. Çünki, bu rayon haqqında daha dolğun yazılar buradakı lahiyələr həyata keçiriləndən sonra bir daha qələmə alınacaq.
Səxavət Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyy yardımı ilə
Ədalət.-2012.-15 fevral.-S.7.