Öyrəndikcə öyrədən,
öyrətdikcə ucalan insan
Hörmətli İzzət müəllim, mən sizi 1960-ci ildən tanımağım haqqında 28 may 1992-ci ildə "Kəndin səsi" qəzetində bu sözləri yazmışdım: "1960-cı il idi. Səhər tezdən işə gedirdim. Həyətdə qapıbir qonşum olan İzzət Rüstəmova rast gəldim. Dedi "səni təbrik edirəm!" Soruşdum ki: "nə münasibətlə?" Qayıtdı ki, dünən səhər qəzetdə dərc olunmuş "Ər dağı" şeirini oxudum, xoşuma gəldi. Mən söhbətin səmtini dəyişmək üçün dedim: - "Bəs səhər-səhər indi belə hardan gəlirsən?" Gülüb -" doğum evindən. Oğlum olub" - dedi. Mən də onu təbrik etdim. Sən demə "Ər dağı" şeirim onun oğlu Məzahirdən bir gün əvvəl dünyaya gəlmişdi. İllər ötdü ,Məzahir böyüdü, cavan oğlan oldu. Bir gün baba yurduna uzanmış mənfur düşmənin qara əllərini kəsmək üçün əsgər paltarı geyindi. Əsgəri xidmətdə olarkən ilk övladı - Təhminə dünyaya gəldi. Amma körpə hardan biləydi ki, atası avqust ayının 7-də Şınıx döyüşündə düşmənlərlə üz-üzə təkbətək qalacaq, son gülləsini öz qəlbinə sıxacaq... Heç mənim də ağlıma gəlməzdi ki, günlərin bir günü "Ər dağı" şeirimin yaşıdı Məzahirə şəhid nəğməsi yazacağam:
İzzət dədə, əziz
dostum, qardaşım,
Təsəllimi necə
sözlə söyləyim?!
Ürəyinə gizli axır
göz yaşın,
Qəm selini hansı güclə əyləyim?!
Sən ömrünün ilk barıyla
güləndə,
Fələyinmi urcah oldun oynuna?!
Məzahirin sənə arxa gələndə
Qolun düşdü - məzar
aldı qoynuna!
Şınıx
eli çox
görübdü sınağı,
Ər yurduna düşmən gəlsə,
ər görər! İsgəndərin qanı
axan torpağı El xatirə gülzarına döndərər... İzzət dədə,
ər atalar karıxmaz, Qoymaz geyə qəm libası çöhrələr.
Şəhid oğlun xatirəsi soluxmaz -
Səngərindən
qalxar palıd pöhrələr! Rəfiqən də göz yaşını saxlasın,
Oğlu çatdı
anaların dadına.
İgidləri ancaq bahar ağlasın, - Gül bitirsin hər birinin adına!.. Şəhidlərin
arasında Məzahir Ölümüylə çatdı
ada, -şöhrətə,
Qəhrəmanlar sırasında
Məzahir Bir qəhrəman addı xalqa, millətə!..."
Bəli, İzzət müəllim!
İndi sizin 80 yaşınız olacaq. Sizin haqqınızda düşünürəm:
İzzət müəllimi
necə tanıyıram?
Özümün özümə
verdiyim bu sualıma cavabı düşünəndə, yenə
gözlərimin qabağından
bir səhnə keçir: Gədəbəydə
Mərkəzi yerdə,
gözəl bir bağçada Azərbaycanın
Milli Qəhrəmanı
Məzahir Rüstəmovun
büstü açılır.
Açılışda Bakıdan və
rayonun kəndlərindən
gəlmiş iştirakçılar
arasında dayanmışdınız.
Siz məhzun olsanız da nikbin danışırdınız;
kədərinizi gizləyirdiniz,
dəyanət göstərirdiniz.
Büstün açılışına gəlmiş insanlar önündə çıxış
edib onları vətənpərvərliyə ruhlandırırdınız, hamı
sizi alqışlayırdı.
Hamı Məzahiri alqışlayırdı.
Mən də Məzahir haqqında həmin münasibətlə yazdığım
təzə şeirimi
oxuyurdum. Mənə elə
gəlirdi insanlarla bərabər Məzahiri dağlar da, səmadan ağır-ağır
keçən buludlar da da salamlayıb
alqışlayırdı. Siz qürurla baxırdınız.
Axı, Məzahiri bu ruhda siz böyütmüşdünüz.
Onu könüllü olaraq doğma yurdu qorumağa siz yola salmışdınız!
Ürəyimdən keçən aşağıdakı
misraları da mən söylədim.
Siz təvazökarlıqla "çox
sağol" dediniz.
Məzahirin qoynundadı yenidən,
Oxşa onu yellərinlə, a dağlar!
Başı üstən keçir bulud, axır çən,
Öpür sanki tellərini, a dağlar!
Vətən üçün ömrə-günə
qıydı o,
Ata-baba qeyrətini saydı o,
Həzilərə
Mehdilərə taydı
o,
Al qoynuna güllərinlə, a dağlar!
Şükür
olsun böyük haqqın rəhminə,
Nizam verir yerin-göyün səhminə...
Dil açanda körpə qızı Təhminə
Dindirmədi dillərilə, a dağlar!
Hər şəhidin yeri olsun laləzar!
İlyas, elin övladıdır hər məzar!...
Məzahirin könüllərdə adı
var; -
Yaşadacaq bu ellərlə, a dağlar!
Siz Vətənə qəhrəman
oğul böyütmüşdünüz!
Qəhrəman atası olmaq necə böyük xoşbəxtlikdir!. Daha bir xatirəmi də göz önümə gətirirəm:Sizinlə
Gədəbəyin Qızıl Torpaq kəndindən
Zəyəm çayının sahiliylə Ağbaşlar
Qəribli kəndlərinə getdik...
Atdı bulaqda bizi
köhnə tanışlarınız, dostlarınız bizi qarşıladı. Bizimlə söhbətləşib,
məclis qurdular. Sevindilər. Dostunuz Cavanşir müəllim,
filosof, professor
Əbülhəsən Abbasov və mən.
Bir də, sizi
yaxşı tanıyan insanlar
-hamımız sevinir, deyib-gülürdük;
bu səfər yaddan
çıxmayan uğurlu bir
səfər idi. Əsrarəngiz bir səfalı yerdə qudanızgildə qonaq olduğumuzu, orada sizin can-ciyərləriniz
saydığınız hörmətli, əziz insanlarla görüşləri yaddan çıxara bilmirəm, tez-tez xatırlayıram. Bu
hörmət, məhəbbət sizə, dostlarınız
Əbülhəsən və Cavanşir
müəllimə görəydi. Sizin
böyüklüyünüzə, ürəyiaçıqlığınıza
olan ilahi hörmət
idi. Mən sizi o kəndlərin ən sevimli
insanı kimi görürdüm...
İzzət müəllim, sizinlə
bağlı xatirəm, başqalarının dilindən
eşitdiyim xoş sözlərin sayı - hesabı saymaqla
qurtarmaz. Hazırladığınız "Əslimiz-nəslimiz"
kitabında adları çəkilən, mənimlə tay-tuş olan insanların
çoxu ilə qarşılıqlı
hörmət və ünsiyyətimiz var. Bu nəslə, ulu kökə
dərin hörmətdir...
Sizin Bakının Əhmədli
yaylasındakı doğma kəndinizdəki həyətinizi
xatırladan əlinizlə saldığınız bağça
heç kəsin yadından çıxmaz: Gicitkanlı, əvəlikli,
baldırğanlı, yolotulu, löyün-löyün
ağacları, çiçəkləri olan bağça. Bəzən
o bağın gözəlliklərini
görməyən, onun ekologiyamıza verdiyi təmiz havanı, saflığı duymayan kobud və qəba əllər
də olub, ancaq siz həvəsdən düşməmisiniz. Sizin bağınızdan mən də gicitkan və çiyələk toxumundan götürüb
öz bağçama
əkmişdim. Nəvəm Aygül
ordakı çiyələkləri özü
dərib sevinclə yeyirdi. "Baba bunu kim
əkib?" - deyəndə, cavabım bu
olurdu: "İzzət baba
əkib bu çiyələkləri"...
Aygül əlini gicitkana
vuranda gicitkan əlini
daladı. - dedi İzzət baba gicitkanı nahaq əkib,
əlimi sancdı... Mən gicitkanı tərifləyib ona sevdirdim.
İzzət müəllim, siz dövlət səviyyəli böyük vəzifələr görmüş, elmi sahədə uca zirvəyə çatmış təfəkkür sahibi, hörmətli bir alimsiniz. Sizin çalışqanlığınız, sadəliyiniz, xeyirxahlığınız haqqında çox adamdan xoş sözlər eşitmişəm ADU-nun 40-50-60-70-ci illərdə riyaziyyat müəllimi olmuş dosent Hüsnüyyəddin Tağıyev (Abdulla Şaiqin bacısı oğlu, onunla Bakıda qonşu olmuşuq) hər dəfə oturub söhbət edəndə, sizi hədsiz dərəcədə tərifləyirdi, rus dilini öyrənməyinizə, çalışqanlığınıza, təşəbbüskarlığınıza heyran qalan bir insan idi. Hüsnüyəddin müəllim sizi vaxtdan səmərəli istifadə edən, ədəb və ərkanda nümunə olacaq bir insan kimi çox istəyirdi. Sizə və Qoşqar müəllimə görə, mənə A.Şaiqdən, H.Caviddən xoş xatirələr danışmaqdan qürur duyurdu. Hüsnüyəddin müəllim deyən bu sözləri də xatırlayıram: Bir gün H.Cavid Şaiq dayımgilə qonaq gəlmişdi, süfrə salındı əyləşib xeyli söhbət edib, öz evinə gedəndə mən tez ayağa qalxıb onun papağını gətirdim və paltosunu tutdum, Cavid əfəndi dedi: - Çox sağ ol, mənim oğlum da gələcəkdə sənin paltonu tutar.
Sizi mən həmişə imkanınızdan asılı olmayaraq, avtobusda, metroda, sadə adamlarla çiyin-çiyinə yol gedən, söhbət edən görmüşəm - bütün bunlar sadə, alicənab insanlığınızdan xəbər verən əlamətlərdir. Dəvətli olduğunuz şənliklərdən, toylardan, dost - məclislərindən heç vaxt qalmazdınız. Həmişə də nikbinliyiniz, xoşdilliyiniz, müdrikliyinizlə fərqlənərdiniz?. Olduğunuz hər məclis, xoş tədbir də sizə təzə dostlar qazandırırdı.
Sizin böyük və müqəddəs peşəniz müəllimlikdir. Bu müqəddəs ada layiq, gözəl ziyalılığınız, geniş dünya görüşünüzlə tələbələrin sevimli alim-müəllim kimi tanınmısınız
İzzət
müəllim, mən sizin həyat səlnamənizin,
elmi-sosioloji fəaliyyətinizin
çoxsahəli olduğunu bilirəm. Nəşriyyatda
işlədiyim illərdə sizi məsuliyyətli,
vəd verdiyi vaxtda dəqiqliyi
olan müəllif, istedadlı tərcüməçi
kimi tanımışam.
Böyük maarifçi, milli mətbuatımızın təməl daşı Həsənbəy Zərdabi haqqında monoqrafiyanız, XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalqının fəlsəfi fikir tarixinin, xüsusilə Azərbaycandakı elmi-sosioloji fikrin formalaşması və tədqiqi sahəsində xidmətləriniz şəxsən mənim özümün fəaliyyətimdə öyrəndiyim və sevdiyim bir sahədir. Mətbuatda görünən hər bir məqalə, xatirə ictimai mövzulu yazılarınızı oxuyub, həyat yollarımın müsahibi bilmişəm.Həm müəllim, həm təşkilatçı, həm böyük elm adamı, fəlsəfi fikrin təbliğatçısı, Milli Qəhrəmanın atası kimi, qohum-dostcanlı, sədaqətli ailə başçısı kimi doğma yurdu, vətəni ürəkdən sevən əsl insan kimi tanımışıq! Mənim gözümdə siz öyrəndikcə öyrədən, öyrətdikcə ucalan insansınız. Yaşınız münasibətilə sizə ömür yoldaşınız Rəfiqə xanımla birlikdə ən böyük nemət olan cansağlığı arzulayıram.
İlyas Tapdıq
Ədalət.-2012.-16 fevral.-S.7.