* * *

SƏBİR DAŞI

 

   "Səbir daşı".

   Bu sözü də sözlərimin çoxu kimi

   Mən anamdan eşitmişəm.

   İnsanın qoparı analıq bağı,

   İlk məktəbi ana qucağıdır.

   Hegy analıq dünyası

   Ananın səsi

   İnci dolu sədəf sinəsi

   Başımı tövşək döşünə qoyduğum anlar

   Eşitdiyim hikmətli dastanlar

   Hey

   O mənə

   Qara bəxtinin,

   Faciəli taleyinin

   Əlində sarsılan anasız bir qızın

   Ürəyini "səbir daşı"na açdığını,

   Səbirə: "Səbir daşı, mən deyim, sən səbir elə" -

   Deyə samansızlıqlara

   Dərdini söylədiyini,

   Qara daşdan yardım dilədiyini söylərdi.

   bilim?!

   Bəlkə də yazıq anamın

   Əfsanəvi dona geydirdiyi

   "Səbir daşı"ndan məqsədi mən imişəm?!

   Yox!

   Bu dastanı anasından eşitdiyini söylərdi o.

   Anası da öz anasından

   Olsung

   Ola bilər ki, hər törəyən nəsil

   Qabaqkıların "səbir daşı" olsun

   Səbirg səbirg

   Axı nə qədər, neçə əsr?..

 

   ***

  

   Can atdım,

   Axtardım "Quran"ı tapdım.

   Oxudum kəlmə-kəlmə,

   Sətir-sətir,

   Varaq-varaqg

   Daima fikrinə daldığım,

   Hər yandan sorağını aldığım,

   Sin-sin axtardığım

   Fəzilət dünyasının,

   Səadət röyasının

   Nişanələrin onda tapdım.

   Qəribə dildə yazılmışdı bu "Quran".

   , qara, sarı,

   Ərəb, türk, əcəm,

   Rus, fransız,

   Savadlı, savadsız

   Dünyanın hər beş qitəsində -

   Amerikada, Avropada,

   Hindistanda, Çində

   Oxuya bilərdi onu hamı.

   Çox qısa,

   Çox da aydın idi sözlər.

   Vaqedə bir kəlmə, təkcə bir: Əgər

   Hər kəsin əməyi özünə verilsə,

   Kimsənin haqqını dartıb almasa kimsə,

   Dünyada samansızlıq olmaz,

   Fəlakətdən rəzalətdən iz-əsər qalmaz.

   Bununsa bircə yolu var demək:

   Dünyada, yer üzündə

   Haqsızlar çalışıb ac yatanlarla

   Birləşsin gərək!

  

   HÖRMƏTLİ USTAD BÖYÜK ŞƏHRİYARA

  

   Bir əlimdə qələm, bir əldə kağız,

   Xəyalım boylanır damdan, divardan,

   Başımda yar bağın gəzmək havası,

   Qapılar bağlıdır, yol tapım hardan?

  

 

   Hasarın dalında könül verdiyim

   O yar bağ salıb, suyu bülüldən,

   Heyvası kəhrəba, narı yaqutdan,

   Tağı firuzədən, divarı güldən.

  

 

   Mavi eyvanında saz çalır Zöhrə,

   Bürcündə yay çəkib dayanıb Heyvan,

   Layiqi var girəm qəsrinə mən -

   Qıllı papağımlan, sızıq sazımlan?

  

   O bu ehtişamla, bu təmtəraqla

   Qapısın üzümə açmasa var?

   Şahla rəiyyətin söhbəti tutmaz,

   Mən bir obalıyam, odur Şəhriyar.

  

   Gərək rüsxət alam Heydər babadan,

   "Yox" cavabı bəlkə mənə verməsin,

   Bir Şəhriyardan fərmanım vardır,

   "Şair bir-birini olur görməsin?"

  

   Yox, mən Səhəndəm, başım ucadır,

   İçimdə sönməyən eşq atəşi var.

   Məndə səfası var güllü baharın,

   Başımı tutsa da qara buludlar.

  

 

   Laləli, çiçəkli çəmənlərimdə

   Gəlib yurd salsa da çoban-çoluqlar,

   Yalvarram səfamdan üz döndərməsin,

   Şəhriyara layiq Şahyurdum da var.

 

   Könlüm havasıyla qol-qanad açır,

   Qaf qalasın aşmaq - deyə ucalır,

   Qalxdıqca boy atır daş-divarlar da,

   Alıcı tərlanım yorulur, qalır.

  

   Divarlar, divarlar, polad olsaz da,

   Almaz mişar ollam, kəsib biçərəm!

   Külüngün borc allam Fərhad babanın,

   Bisütun olsaz da, çapıb keçərəm!

  

   Divarlar, divarlar yol verin keçim,

   Vulkanam, nəfəsim tufan qoparar.

   Buludam, sallansa qaşım-qabağım,

   Ağlaram aləmi sellər aparar.

  

   Bir əlimdə od var, bir əlimdə su,

   Bir üzüm qara qış, biri bahardır,

   Dosta, istəkliyə isti qoynum var,

   Düşmana baxışım şaxtadır, qardır.

  

   İçimdə boğulur dadım, harayım,

   divar hayıma hay verir, yar,

   daşdan səs çıxır, qardaşdan,

   Sanki boşluqlarda itir dalğalar.

 

   Bilmirəm, bəlkə bu bir xəyaldır,

   Ya da ki, sehrdir məni aldadan,

   Deyirlər dilbərim büllur qəsrində

   Dardadır, asılıb təpə saçından.

  

   Səhəndi qorxutmaz saray, sehr,

   "Məhəbbət" deyilən bir əfsunu var, -

   Həm ismiəzəmdir, həm ismişəbdir,

   Bağlı qapıları üzünə açar.

  

   Açılın, açılın, bağlı qapılar,

   Məhəbbət naminə, istək naminə!

   Əriyən, tökülən dəmir qıfıllar,

   Könül xatirinə, ürək naminə!

  

   Gəlir qulağıma iniltiləri,

   "Burda bir şir daha qalıb, bağırır",

   Doğrudan da mən bir "mürüvətsizəm".

   Qardaşım dardadır, məni çağırır.

  

   Çəkilin, çəkilin, yol verin keçim,

   Ürəyim alışıb, alov saçaram!

   Şəhriyar boynuna zəncir vuralar?

   Çeynərəm, gəmirrəm, dartıb açaram!

 

   İşləyir qoluma dəmir paxlalar,

   Zəncir qıcıqdırır, sancır ətimi.

   Can, qardaş, hələlik bağışla məni,

   Deyəsən unutdum əsarətimi.

  

   Əziz Şəhriyarım, bağışla məni,

   İncimə, darılma, fikrin hardadır?

   Mürvətsiz deyil sənin qardaşın,

   Ancaq sənin kimi o da dardadır.

  

   Özün demədin ki, bizim ellərdə

   "Vəkil müvəkkilin xərcini çəkər?"

   Ana - eşq ocağı sönməsin - deyə,

   Ürəyin əridir, çırağa tökər.

  

   Hər yanı bilmirəm, bizim diyarda

   Heç xəyal deyil dostluq, məhəbbət,

   Ancaq işıq saçan isti günəş

   Bəzən bulud altda gizlənir, əlbət.

  

   bilim, bəlkə , sultanım qardaş,

   İşin eybi bizim özümüzdədir.

   Həmin bu ilqarın düşkünüyük biz,

   Günah yadda deyil, günah bizdədir.

  

   Bir ovuc kələkbaz, qumarbaz ilən

   Pakibaz olmuşuq, pak uduzmuşuq.

   Mərd ikən namərdə rəhm eyləmişik,

   İndi namərdlərə möhtac olmuşuq.

 

   Dövlətiyə saxsı lazım olanda

   Vurub sındırmışıq öz kuzəmizi,

   Çıxdığımız qını bəyənməmişik,

   Biz eli atmışıq, el atıb bizi.

  

   Elimizə gün ağlamışıq biz?

   Bağın şaxta vurub, bostanın yanıb.

   El bizə neyləsin, gün ağlasın?

   Ağzı uçuqlayıb, dili bağlanıb.

  

   İndi olan olub, keçənlər keçib,

   Calanan su bir kuzəyə dolmaz!

   Daldan atılan daş topuğa dəyər,

   Göz yaşı tökməklən yara sağalmaz!

  

   Bu gün mən Səhəndəm, sən Şəhriyarsan,

   Gəl başın ucaldaq qoca Təbrizin,

   Bir kərə yadların daşını ataq,

   Çəkək qayğısını öz elimizin.

  

 

   Vəfasız güllərin üstündən uçaq,

   Qonaq sədaqətli el qucağına.

   Sönməz eşqimizdən bir peyvəst salaq

   Elin şaxta vurmuş gül-budağına.

  

   Şairim, dünyanı necə görürsən,

   Duz yeyib, duzqabın sındıranlar var.

   Qədirbilən yara can quban elə,

   Qədir bilməyənə heyifdir ilqar.

 

   Özgə çırağına yağ olmaq bəsdir,

   Doğma ellərimiz qaranlıqdadır.

   Yanıb, yandırmayaq yadın ocağın,

   Evimiz soyuqdur, qışdır, şaxtadır.

  

   Demirəm yanmayaq, alovlanmayaq,

   Yanmasın, neyləsin yazıq pərvanə?!

   Yanmayaq vəfasız yarın oduna,

   Yanaq elimizə, yanaq Vətənə!

  

 

   Bir yerdə qalmaqdan darıldıq, öldük,

   Doğma yurdumuzu dolanaq, gəzək,

   El ilən ağlayaq, el ilən gülək,

   İncimizi vətən sapına düzək!

 

   O əziz diyarda, doğma şəhərdə

   Şairi coşduran səhnələr çox var.

   Nisgilləri çoxdur dərdli Təbrizi,

   Biri sən özünsən, əziz Şəhriyar!

 

   Borc altda yaşamaq yamandır, qardaş,

   Borcluyuq, borcluyuq həm mən, həm sən.

   Gör ruzigarda, gör gündədir

   Şəhriyar bəsləyən bu el, bu vətən!..

  

   Çəkək şeir topun, haydı, qardaşım,

   Sən Heydər babaya, mən Səhəndə,

   Şairin silahı nəğmədir, sözdür,

   Nəğməmiz yayılsın şəhərə, kəndə.

  

   Yazaq, hər misramız bir bayraq olsun,

   Həqiqət bayrağı, zəfər bayrağı!

   Parlasın mayaktək, yansın çıraqtək

   Gələcək mayağı, ümid çırağı!

  

   İndilik zəif bir damla olsaq da,

   Süzülək, yığılaq, göl olaq, axaq!

   Qarıaq çaylara, daşqın sulara,

   Dərələrdən keçək, dənizə çataq.

 

   Şıltaq ləpələrə qoşulaq, coşaq,

   Süzək dalğalarda sonalar kimi.

   Gün vursun, yağışlı buluda dönək,

   Uçaq, havalanaq durnalar kimi!

 

   Əssin üstümüzə soyuq küləklər,

   Bozaraq, tutulaq, qaralaq, yağaq!

   Sel olaq, çağlayaq uca dağlardan,

   Yerli qayları dibindən qazaq!

 

   Dağları qoparaq, dərələr dolsun,

   Köpüklü suları calayaq düzə,

   Yaşarsın qurumuş kolların kökü,

   Baharı qaytaraq vətənimizə!

  

   Çaylara sədd vuraq, zülmə hədd vuraq,

   Haqdara tapşıraq haqqı hər yerdə!

   Qısır qumsallara cummasın sular,

   Zəmilər göz göyə dikməsin bir !

  

   Kəsək ədavətin, kinənin kökün,

   "Eşqdən yeni bir quruluş quraq!"

   Minək şəhablara, ildırımlara,

   Gedək ulduzlara, günəşə qonaq!

  

   Səhər bulağının arıdaq gözün,

   İşıqlar qaynasın xarraxar axsın!

   Qızınsın yalıncıq, çılpaq meşələr,

   Bu dağlar döşünə gül-çiçək taxsın!

  

   Səhənd də gül açsın, Heydərbaba da,

   Üzərində çadır qursun Şəhriyar.

   Baxaq çiçəklənən yurda, şeir yazaq,

   Şair də bəxtiyar, şeir də bəxtiyar!

 

   Şairim, yubanma, yoldadır karvan,

   Qulaq as, dünyada gör bir səsdir,

   Bağrını sıxmasın atılan toplar,

   Qırılan - zəncirlər, sınan - qəfəsdir.

 

Səhənd

Ədal\ət.-2012.-18 fevral.-S.20.