Üzü bahara doğru
(əvvəli ötən
sayımızda)
Quruculuq işləri
yeni mərhələdə
2011-ci ildə görülmüş digər tədbirlər nəticəsində 724 daimi iş yeri açılmışdır. Bütövlükdə 2003-2011-ci illərdə rayonda 8562 yeni iş yeri açılmışdır ki, bunun da 6518-i və ya 76,1 faizi daimi iş yerləridir.
Dövlət
başçısı İlham Əliyevin ölkədə Milli
sahibkarlığın inkişafının
stimullaşdırılması ilə bağlı
gördüyü işlər Göyçay rayonunda da özəl
sektorun dinamik inkişafına güclü təkan
vermişdir. Yerli sahibkarlar
və iş adamları rayonun
sosial-iqtisadi inkişafının sürətləndirilməsində,
əhalini narahat edən problemlərin həllində
fəal iştirak edirlər.
2011-ci ildə rayon üzrə sənaye
məhsulunun 76,3 faizi qeyri-dövlət sektorunda istehsal
edilmiş və ötən ilə nisbətən özəl
bölmədə sənaye məhsulu istehsalı 52,8 faiz
artmışdır.
İnvestorların rayona cəlb
edilməsi üçün əlverişli mühitin
yaradılmasının nəticəsidir ki, hər il Konserv
zavoduna, Süd zavoduna, Kərpic zavoduna, Broyler Quşçuluq
fabrikinə milyonlarla manat investisiya qoyulur.
Ötən ilin
may ayında şəhərin sənaye
zonasında "ATF" MMC-nin vəsaiti
hesabına smeta dəyəri 800 min manat, istehsal
gücü saatda 120 ton olan asfalt
zavodu istifadəyə verilmişdir.
Keçən il Sahibkarlığa
Kömək Milli Fondundan kredit almaq istəyən
sahibkarların sayı xeyli artmış, 19 sahibkarlıq
subyektinə fondun vəsaiti hesabına 1,9 milyon manat güzəştli
kredit verilmişdir. Hazırda rayonun Yalman kəndində fondun
ayırdığı kredit hesabına üzüm qəbulu müəssisəsi və
sutkada 8 ton spirt istehsal edən qurğu kompleksi tikilir.
Rayonda sahibkarlara məsləhət, informasiya və tədris xidmətləri göstərmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Göyçay biznes tədris mərkəzi yaradılmışdır. Keçən il İqtisadi İnkişaf Nazirliyi tərəfindən rayon sahibkarları üçün müxtəlif mövzularda iki seminar, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kredit yarmarkası keçirilmişdir.
Təhsil, səhiyyə,
mədəniyyət...
Rayonda fəaliyyət göstərən
təhsil, səhiyyə, mədəniyyət və digər
humanitar sahələrin kollektivləri də öz işlərini
yüksək səviyyədə qurmağa səy göstərmişlər.
Keçən dərs ilinin
buraxılış imtahanlarında IX siniflər üzrə
1819 nəfər, XI siniflər üzrə 1188 nəfər
iştirak etmiş, müvafiq olaraq 1766 və 909 nəfər
müvəffəq nəticə göstərmişlər.
Ali məktəblərə 307 nəfər
qəbul edilmiş, 11 nəfər 600, 47 nəfər 500-dən
yuxarı bal toplamışlar.Ümumilikdə rayon üzrə
ali məktəblərə sənəd vermə 11,9%, qəbul
olunma 1,5% artmışdır.
Bütün bunlarla yanaşı
rayon məktəblərində təlim-tərbiyə
işinin və tədrisin təşkilində nöqsanlar
çoxdur. Bir sıra məktəblərdə
yuxarı sinif şagirdlərinin dərsə
davamiyyəti zəifdir, qızların təhsildən
yayınması, erkən nikahların qurulması ilə
bağlı faktlar vardır.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin baloniya təhsil prosesinə qoşulması təkcə tələbələrin deyil, həm də müəllimlərin əməyinin qiymətləndirilməsinə imkan yaradır və onlarda məsuliyyət hissini artırır. Kollec Azərbaycan -Almaniya texniki əməkdaşlıq cəmiyyəti ilə əlaqələr yaratmış, Almaniya universitet və kollecləri ilə təcrübə mübadiləsi qurmuşdur.
Kənd təsərrüfatı və sənaye sahələri üzrə kadrlar hazırlayan Peşə liseyində 2011-2012-ci tədris ilində 10 ixtisas üzrə 200 nəfər şagird qəbul olunmuş, 2 yeni fakültə: baytarlıq və kompüter operatorları qrupları açılmışdır.
Keçən il əhaliyə
göstərilən səhiyyə xidmətinin
yaxşılaşdırılması istiqamətində müəyyən
işlər görülmüşdür.
Keçən il Yaponiya dövlətinin
dəstəyi ilə Təcili və Təxirəsalınmaz
Tibbi Yardım stansiyası əsaslı təmir olunmuş,
"Ailə planlaşdırılması və Reproduktiv
Sağlamlıq" Mərkəzində yeni otaqlar tikilib
istifadəyə verilmişdir.
Respublika Səhiyyə Nazirliyinin müvafiq sərəncamı ilə 2006-2011-ci illərdə yeni doğulmuş uşaqlar Elektron Sağlamlıq Kartı ilə təmin olunur. İl ərzində 7098 nəfərə kart paylanmış və bu sahədə işlər davam etdirilir.
Bunlarla bərabər Mərkəzi rayon xəstəxanası tərəfindən əhaliyə göstərilən səhiyyə xidmətinin təşkilində nöqsan və çatışmamazlıqlar çoxdur. Kənd səhiyyə müəssisələrinin çoxuna ali təhsili olmayan tibb işçiləri rəhbərlik edir, pediatr, mama-ginekoloq və s. ixtisaslar üzrə həkimlər çatışmır. Kənd yerlərində tibbi xidmətin zəif təşkili əhalinin haqlı narazılıqlarına gətirib çıxarır.
Rayon Mədəniyyət və
Turizm şöbəsi tərəfindən əhaliyə
göstərilən mədəni xidmətin səviyyəsinin
yüksəldilməsi istiqamətində müəyyən tədbirlər
həyata keçirilmişdir.
2011-ci ilin noyabr ayında rayonda sayca 6-cı olan nar bayramı
festivalı keçirilmişdir. Bayramda
20-ə yaxın xarici
dövlətin səfiri
və diplomatik korpusların nümayəndələri,
Azərbaycan Respublikası
Milli Məclisin üzvləri, qonşu rayonların nümayəndələri,
minlərlə rayon sakini
iştirak etmiş, sonda Respublikanın tanınmış incəsənət
ustalarının iştirakı
ilə böyük bayram konserti və atəşfəşanlıq
olmuşdur.
Rayonda dövlət və milli bayramlarımızla bərabər may ayında
keçirilən "Gül"
, "Kitab günü"
bayramları, "Yaşa
kitab", "Yaşa
qədim Azərbaycan"
sərgiləri, Beynəlxalq
"Uşaq günü"
və digər tədbirlər tamaşaçıların
geniş marağına
səbəb olmuşdur.
(ardı
gələn sayımızda)
Məzahir Əhmədoğlu
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyyə yardımı ilə
Ədalət.-2012.-18 fevral.- S.12.