BÖYÜK
ƏDƏBİYYATIN QAPISI AĞZINDA
ƏDƏBİ
HƏYAT
Onun adı Sahilədir.
Yeni eranın-yeni əsrin gənc
yazarlarından biri.
Böyük ədəbiyyatın
qapısı ağzındadır.
Hekayələri bir neçə
ildir ki, ədəbi dərgilərdə işıq
üzü görür. Bu bir neçə ildə dərc
etdirdiyi və etdirmədiyi nəsr əsərlərini
"Varlı kişinin portmanatı" adlı ilk
kitabında oxuculara təqdim edir.
Hər bir cavan nasirin, o cümlədən,
Sahilənin də ilk yazıları barədə tənqidçi
sözünə, özü də düzü düz, əyrini
əyri-obyektiv sözünə ehtiyacı var.
Axı, sən kimin üçün yazırsan? Əlbəttə, oxucu üçün..Sənin də hələlik balaca da olsa, bir auditoriyan olmalıdır. Sən tanınmalısan və..özünə inanmalısan.
Tənqidçi də bir
oxucudur, amma professional oxucular sırasındadır. Mən də
elə bu səbəbdlən Sahilənin yazıları barədə
fikir və mülahizələrimi həm onunla, həm də
oxucularla bölüşmək istəyirəm.
Öncə onu qeyd edim ki, Sahilə
öz yaşına görə (təxminən 20-25 yaş
arası) bir az irəli gedib-yazılarından hiss olunur ki, bu
qız Dünya ədəbiyyatından halidir, internet deyilən
nəsnə ilə daimi ünsiyyətdədir. Mütaliəsi
yetərincədir. Təbii ki, bütün
bunlar bir cavan nasirin dünyagörüşünün
formalaşmasında müəyyən rol oynayır. Lakin əsas məsələ ondadır ki, Sahilə ədəbiyyata
şöhrət qazanmaq, "baxın ey, bu cavan qız
yazıçıdır" iddiasiyla gəlməyib. Bəlkə də Azərbaycanda ədəbiyyat
adamlarının və bayaq dediyim professional oxucuların
çoxu onu tanımır. Amma
yaxşı bilirəm ki, gec-tezi var, bu istedadlı
qızı-cavan nasiri hamı tanıyacaq. Bu
inam nədən doğur?
Sahilə bir cavan
yazıçı üçün hansı keyfiyyətlər
lazımsa, onu əxz etməyə can atır, buna nail də
olur. Nədir bu keyfiyyətlər? Həyati
müşahidə qabiliyyəti..Yazdığını,
təsvir etdiyini oxuduğu, tanış olduğu kitablardan daha
çox həyatdan götürməkg Gerçəkliyin fakt
və hadisələrini ümumiləşdirmək.. Yaddaqalan obrazlar yaratmaq..
Sahilənin "Varlı kişinin
portmanatı" kitabında bu xüsusiyyətlərin bir
çoxu (birində az, birində çox)
öz əksini tapıb.
Kiçik bir hekayə
ilə də yaşadığın həyat, cəmiyyət və
mühit haqqında SÖZ deyə bilərsən. Böyük rus yazıçısı Çexov,
fransız yazarı G.Mopassan, bizim Mirzə Uəlil dünya ədəbiyyatında
hekayənin misilsiz nümunələrini yaratmışlar.
Mən şəxsən "Poçt
qutusu"nu yaxud "Məmurun ölümü"nü ən
gözəl romanlarla bir sırada yanaşı qoyardım.
Sahilə-bu cavan nasir də bəlkə bunu
yaxşı dərk edir ki, böyük ədəbiyyata elə
kiçik canrdan gəlmək lazımdır. Təbii ki, biz ondan Mirzə Uəlil ya Çexov səviyyəsində
şedevrlər gözləmirik, indiki halda bu heç
mümkün deyil. Amma niyə də
olmasın?
Sahilənin
"Varlı kişinin portmanatı" hekayəsi bu
canrın novella qisminə aiddir. Məlumdur
ki, elə novella da öz tipinə görə hekayədir, amma
hekayədən fərqli olaraq novella gözlənilməz
finalla başa çatır. Bu gözlənilməzlik
əsərin gözlənilən məntiqindən
doğmalıdır. Bəli, oxucu intuisiya
ilə hiss etməlidir ki, bax, nəsə baş verəcək.
Vəzifə sahibim Əziz müəllimin
yanına gələn Qadın (Sevinc) çox çətinliklə,
az qala yalvara-yalvara onun qəbuluna
düşür. Bu Qadın Əziz müəllimin
yerə düşən portmanatını görür, onu
götürür və sahibinə çatdırmaq istəyir.
Qadının acınacaqlı taleyi var" ərsizdir,
evdə yaxşı dolandıra bilmədiyi iki
uşağı var. Səfalət içində
yaşayır. Hər gün
"avropa" otelinin qarşısında müştəri
tapmaq üçün var-gəl edir. Portmanatdakı
pullar onun bir çox ehtiyacını həll edə bilərdi.
Kimsənin bundan xəbəri də yox.
Amma bədənini satan bu Qadının
ruhu, ürəyi, Vicdanı salamat qalıb və o, bunların
diqtəsiylə portmanatı sahibinə qaytarmaq istəyir. Cmacağı da var. "Portmanatın sahibi ona nədəsə
kömək edə, heç olmasa portmanatı tapıb
qaytardığı üçün yüz dollar verə bilərdi.
Cəmisi yüz dollar Sevinc üçün bir
neçə günlük istirahət idi, soyuqda küçələrdə
müştəri gözləməmək, özünü məcburi
satmamaq idi".
Lakin... "Əziz
müəllim əlini portmanatına sarı apardı. Sevinc sevindi.
-Portmanata görə çox sağ olun. Gözətçi
sizi yola salar. Ağır-ağır
ayağa qalxdı. Son ümidi gözətçi
idi. Yəqin Əziz müəllim onu
"yola salmağı" gözətçiyə
tapşırıb.
Gözətçi əlini
pecəyinin sağ cibinə apardı Sevinc sevindi.
Gözətçi sağ cibindən
çıxardığı dəsmalla burnunu sildi, nəzakətlə
darvazan kənara çəkilərək qadının
çıxmaçsına əli ilə göstəriş verdi"
Vəssalam! "Beynəlxalq
səviyyəli insan hüquqları institutunun direktoru Əziz
müəllimin maskası açıldı. Və ordan içi biganəliklə dolu xəbis bir
sifət görsəndi.
"Sevinc
narın-narın yağan yağışın müşayiəti
ilə içinə hopmuş kədərdən
ağırlaşmış vücudunu küçələrdən
güclə sürüyüb aparırdı.
Əziz müəllim
axşamkı tədbirə hazırladığı məruzə,
Tərlanla Ləman analarının gətirəcəyi
şirniyyatı gözləyə-gözləyə ümidlə,
narın-narın yağan yağış damlaları Sevincin
sinəsinə tökülən aramsız göz
yaşları ilə oynayırdılar".
Doğrudan da, oxucunu
heyrətləndirən və sarsıdan hekayədir və bunu
bir azərbaycanlı qızı yazıb.
Beləliklə, kiçik bir hekayədə
iki insan obrazı ilə tanış olduq. Həyatdan gələn obrazlardır və Sahilə
bunları uydurmayıb. Birisini sevdik..bədənini
satsa da, ruhunu, vicdanını satmayan Qadını. O birisinə
nifrət edirik.
Bayaq böyük
hekayə ustası Mirzə Cəlilin adını çəkdim.
Ondan həmişə öyrənmək olar və
lazımdır. Mirzə Cəlilin "Zırrama"
adlı bir hekayəsi var. Bu hekayənin "qəhrəmanı"
Qubanqulu bəydir. Bu adam Mollanın (Mirzə Cəlilin)
qarşısını kəsib hər gün ona vəzzəriyyat
oxuyur: "A Molla, mən Novruz ağanın qardaşı
oğluyam, əmimi atlı sultanı eləyiblər,
böyük qardaşım Xəlil ağa teleqraf
naçalniki olub, İrəvandan Məşədi Cəfər
gəlib gedir Moskvaya, Məşədi Qurbanəli gəlib
Tiflisə özünə diş qayıtdırsın,
Sarvanlardan çox züvvar gəlib Xorasana gedir, Hacı Həsən
ağanın oğlu Möhsün naxoş olub, həkimə gətiriblər,
Rus ilə Osmanlıların Kars üstə
danışıqları var və araları sərinləyib,
qaçaq Pirverdiyə 6 il Sibir kəsiblər,
Naxçıvanda pendir bir az bahalaşıb və s."
Mirzə Cəlilin təsvir etdiyi
bu tip öz adına layiqdir. Zırrama-yəni
gic, sarsaq, ağıldan kəm, sözünü, hərəkətini
bilməyən zırı.
Sahilənin də bir
hekayəsinin adı "Zırrama"dır. Mən deyə bilmərəm, Sahilə Mirzə Cəlilin
həmin hekayəsini oxuyub. Amma Mirzə Cəlilin
Zırraması ilə Sahilənin Zırraması eyni
dövrün və eyni şəraitin adamı olmasalar da,
mahiyyətcə bir çevrədə birləşirlər.
Yəni ikisi də nadandır, qanmazdır.
Mirzə Cəlilin Zırraması bunu dərk eləmir,
amma Sahilənin Zırraması özünün Zırrama
olduğunu anlayır.
Yaşadığımız
dövrdə yeni, "modern" Zırramalar istənilən qədər.
Onları adi adamlar içərisində də
görə bilərsiniz, vəzifəlilərin arasında da.
Zırramalar iş başına keçib, əmrlər,
buyruqlar verirlər. Xaosdur, hərcmərclikdir və
Zırramaların bayramıdır. Sahilənin
təsvir elədiyi Zırrama da dövrün, zamanın bu
qatmaqarışığında klub müdirliyindən
yavaş-yavaş nazir müavininə qədər yüksəlib.
"Mən bu vəzifəyə lapdan gəldim
və hamını heyrətə gətirdim. Çünki hamı mənim zırrama olduğumu,
iki eşşəyin arpasını bölə bilmədiyimi
bilirdi. Amma bu mənim vecimə də
deyildi. Məgər məmləkətimizdəki
vəzifə sahiblərinin hamısı iki eşşəyin
arpasını bölməyə qadirdirlərmi? Zırrama
məmurlardan mən zırramanın nəyi əskikdi ki".
Sahilənin hekayələrində
dinamika var, yəni onun təsvir etdiyi obrazlar hərəkətdədirlər,
onların xarakteri də hadisələrdə
açılır. O, situasiya doğuran, biri digərini
şərtləndirən hadisələri təsvir etməyi
bacarır. Məsələn, "Təxirəsalınmaz
nikbinlik planı", "Avqustun iyirmi üçünə
üç gün qalmış", "Dünyanın
qarnı quruldayır" hekayələri də situativ hadisələr
üzərində qurulmuşdur. "Elə deyilmiş"
adlı hekayəsində isə başqa bir mətləb var.
Burada təsvir olunan hadisə xəyallarla real gerçəkliyin
təzadı üzərində qurulmuşdur. Hadisə
Kişi və Qadının bütün ömrü boyu davam
edir. Sevdiyi qadının vüsalına yetən Kişi
bütün ömrü boyu "hər şey yaxşı
olacaq" ümidiylə ovundurur. Nə yaxşı olacaq? Xəyalların
həqiqətə çevriləcəyi gün. Amma kişi də,
qadın da qocalır, heç nə olmur...gDeməli, belə
çıxır ki, insanları təkcə məhəbbət
yaşada bilməz, bu məsələdə maddiyyatın
amansız zərbələrinə tab gətirməlisən.
Tab gətirə bilirlərmi? Təəssüf. "Onlar daha dərd
çəkmirlər. Dərd onları çəkir. Dərd
olan yerlərə tələsirlər". Pulun
hökmranlıq etdiyi bir cəmiyyətdə xoşbəxtliu
tutiya kimiymiş.
Sahilənin qəhrəmanlarının əksəriyyəti Keçid dövrünün tipaclarıdır. Dəyişilən dövrün, zamanın övladlarıdır onlar. Dəyişilən dövr onların xarakterinə təsirsiz qalmır. Budur, "Köhnəlmiş sevgilər" hekayəsi. Onun qəhrəmanı adi, ortabab bir yazıçıdır, hansı qəzetdə isə redaktor müavinidir. Onu baş redaktor ixtisara salır. Çünki "növbəti yığıncaqda anladı ki, onun sevgiləri köhnəlib, daha ağacları, yarpaqları, çiçəkləri, torpağı, insanları onun kimi incə-incə sevmək olmaz, indi insanlar başqa cür sevirlər. O, yazıları ilə artıq gənclərin zövqünü oxşaya bilmir, onun sevgiləri gülüş doğurur, əsərləri monotondur, birtərəflidir, bayağıdır, ən əsası da səmimilikdən uzaqdır, yəni indiyə qədər onu yaşadan sevgiləri süni səslənir. Axı o sevgilərini ürəyinin dərinliyindən isti-isti çıxarır, bütün səmimiyyəti ilə yazır, bəs onda niyə, nə üçün?".
Hekayənin ikinci hissəsində
artıq dəyişmiş, yeni dövrə, zamanın təqazasına
uyğunlaşmış bir yazıçı
görürük. Bu, həmin yazıçıdır,
artıq köhnə sevgiləri öldürüb
özündə. "Bu binanı yazıçı biznesmen
tikdirmişdi. Belə binalardan şəhərdə çox
idi. Çoxunu da yazıçı tikdirmişdi.
Keçmiş baş redaktor onun qarşısında baş əyirdi.
İndi o, köhnə sevgilərini bir kənara tullayıb
müasir sevgilərdən yazırdı. İndi insanları əvvəlki
tək sevmirdi. Özünü onlara sevdirirdi".
Budur, yazıçı-biznesmen bir
səhər köhnə sevgiləri üçün qəribsədiyini
hiss edir. Və gəlir köhnə məhəllələrinə
sarı. Kövrəlir, hönkürür köhnə evinin
içində. Amma bu, çox çəkmir. Yenidən təzə
sevgilərinə qayıdır-"can pulu" yığmağa
gedir.
Əsl bu
zamanın hekayətidir. Yeni dövrün mənəvi-əxlaqi
prinsipləri, yeniləşmiş insan. Həyatın əydiyi,
sındırdığı insanlargRüşvətxorluq.
Ən dəhşətlisi isə əbədi meyarların, ənənələrin
puç olması. Sahilənin "Robot oğlan",
"Torbadakı on min dollar" hekayələrində də
elə bu mətləblərdən danışılır.
Əlbəttə, ədəbiyyat
həmişə işığa can atıb, işığa
sarı gedib və işıqlı insanlar axtarıb. Belə
işıqlı insanları da unutmaq olmaz və mən
çox istərdim ki, Sahilə həyatın bizə zülmət
dadızdıran hadisələrindən, olaylarından
yazdığı kimi, işığa doğru da getsin. Onun təsvir
etdiyi obrazların içindəki işıq daha gur olsun.
Sahilənin bu kitabda janrını
bəlli etmədiyi bir əsəri də var: "Zemi". Əsəri
oxuduqduqdan sonra onun povest olduğunu müəyyənləşdirmək
çətin olmadı. Bu əsərdə müəllif hadisə
təsvir etməyə o qədər də meylli deyil. Müəllif
obrazların daxili dünyasını açmağa, psixoloji
aləmini açıqlamağa can atır. Belə ki, povestdə
çox şeydən danışılsa da, milli-mənəvi
dəyərlərə qayıdış gonun başlıca xəttini
təşkil edir. Amma Sahilənin hekayələrində
gördüyümüz o bədii təravəti burada o qədər
də hiss eləmədik. Əslində povest Xədicə
obrazı ilə daha çox bağlanmalıydı, o isə əsərə
sonradan daxil olur. Sahiləyə məsləhət görərdim
ki, hələlik hekayədən ayrılmasın.
Bir qədər də yazı mədəniyyətinə,
özünün təhkiyə tərzinə, obrazların
dilinə diqqət yetirsin. Qüsurlu cümlələri var.
Təbii ki, bütün bunlar tədricən
aradan qalxa bilər və qalxmalıdır, çünki
istedad olan yerdə bütün zəifliklər aradaq qalxacaq.
Sahiləyə uğurlar diləyirəm!
Vaqif
YUSİFLİ
Ədalət.-2012.-18 fevral.- S.19.