Toxunuşun səsi
Məcid Məcidinin
"İlahi rəng" filmi
barədə
Məcid Məcidi İran kinematoqrafiyasının əvəzedilməz sütunudur. Elə sütun ki, onu kiminləsə əvəzləsən, mütləq əvəzlənən sütun həmin yükü saxlaya bilməyəcək. M.Məcidinin filmləri dünyəvidir, amma milli-mental dəyərlərin realizə olunması da öz yerində. Məsələn, "İlahi rəng" filmində çay qırağında üzünü qırxan qəhrəman, əlindən düşüb sınmış güzgünü özündə saxlamır, çaya atır.
Bildiyimiz kimi sınmış güzgünü çaya atmaq müsəlman adətidir, həm də inancdır. Sınmış güzgüdə əksin bölünür. İnsanın əksi isə onun simasının, həyatının parçalanmasına işarədir ki, filmdə belə də olur. Bir dəyər sistemini, digər ölkələrin dəyər sisteminə çevirmək müasir dünyada çox görünən bir haldır. İran bütün sahələrdə olduğu kimi, film sahəsində də özünəməxsusluğu saxlamaq məsələsində həssasdır. Ən yaxşısı da odur ki, İran siyasəti filmlərə çox da yol tapa bilmir. Bu amilin müxtəlif səbəbləri olduğu məlumdur, amma həmin səbəbin sənət tərəfi bizi daha çox maraqlandırır və məmnun edir. M.Məcidinin korların həyatından bəhs edən "İlahi rəng" filmi də onun digər ekran işləri kimi əsl sənət nümunəsi, şedevrdir. Kor uşağın həyatından bəhs edən bu film insanı həm kövrəldir, həm də şükür etməyə məcbur edir. Filmə baş rollarda Hüseyn Məcruh, Mövsüm Rəmazani, Somer Feyzi, İlham Şərifi və Rəhnaz Şəfani oynayır. Əlirza Korhəndirinindir. Filmin ssenari müəllifi və rejissoru M.Məcididir.
Süjet
Məhəmməd kor uşaqlar
oxuyan məktəbdə təhsil alır. Orda bütün həyat səs
və toxunuşdan ibarətdir. Qəribədir
hər biri həyatı görmürlər
deyə həmin məktəbdə intriqalar
da yoxdur. Deməli,
görmək insanda tamah,
tamahsa intriqa
yaradır. Rejissor bu
sistemlə korlar və görən insanlar arasındakı fərqdə korlara üstünlük verir, onları İlahiyə daha
yaxın olduğunu göstərir.
Tətil zamanı
uşaqlarını götürməyə gələn
valideynlər arasında Məhəmmədin valideyni yoxdur, gəlməyib.
Məhəmməd özünü tənha
hiss edir. Baxçada təkcə oturub
atasını gözləyən Məhəmməd axır ki, arzusuna çatır,
atası gəlir. Onu kəndə
aparır, Məhəmmədin anası yoxdur,
atası isə evlənmək eşqinə düşüb.
Ona görə də Məhəmmədi kor dülgərin yanına qoymaq
istəyir. Amma Məhəmmədin nənəsi qəti etiraz edir, oğluna
başa salır ki, sən
Məhəmmədi yox, özünü
düşünürsən. Öz
xoşbəxtliyini düşünə-düşünə Məhəmmədin
həyatını diqqətdən kənarda qoyur.
Lakin heç bir xeyri olmur.
Atası məcburən Məhəmmədi nənəsindən
ayırıb həmin dülgərə köməkçi verir özü isə
mürəxxəs olur. Dülgər, Məhəmmədə
kiçik bir otaq verir. Məhəmməd
əvvəl-əvvəl ağlayır. Özünü
tənha hiss edən Məhəmməd
dülgərlik sənətini öyrənməyə
başlayır, ağacların qabığından
tanıyır ki, yonacağı taxta hansı ağacdandır. Onun
səsi kosmik, İlahi
səsdir deyə, göyləri də əli ilə hiss edir. Onun
ahı da nəfəslə deyil, toxunuşla
çatır Tanrıya. Məhəmmədin nənəsi az vaxtdan sonra
vəfat edir. Atasının istədiyi
qızsa ona göndərilən hədiyyələri
geri göndədir ki,
onların nişanlanması onun ailəsinə
və həyatına uğursuzluq gətirir.
Məhəmmədin atası tək-tənha qalır və gedir ki, oğlunu
öz yanına gətirsin. Məhəmməd
atasına qoşulub gəlir. Bir xeyli yol
gedirlər qalın meşənin ortasındakı
çayın üstündən atla
keçəndə körpü uçur Məhəmməd və ata çaya
düşürlər. Bir müddət olanlara qıraqdan baxan
atası şokdan ayılır və Məhəmmədin
dalınca üzsə də çata bilmir. Bir gün
sonra çayın dənizə qovuşduğu yerdə, daha
doğrusu, dənizin sahilində uymuş vəziyyətdə olurlar.
Məhəmmədin atası oyanıb ağlamaq
istəyəndə, təxminən, yüz
metr aralıda dənizin sahilində
dayanmış Məhəmmədi görür
və onun yanına yüyürür.
Məhəmmədsə oyanmır. Atası Məhəmmədi
bağrına basıb öpür və
ağlayır. Elə həmin an Məhəmmədin
həmişə danışdığı, səslərini
anladığı bir dəstə quş onların başının
üstündən oxuya-oxuya keçirlər
və Məhəmmədin əlləri tərpənməyə
başlayır. O quşların səsinə oyanır və rejissorun qayəsi yekunlaşır, film bu səhnəylə bitir. Rejissor göstərmək
istəyir ki
A) İnsan təbiətin ayrılmaz hissəsidir.
B) Ətrafımızdakı səslər nələrisə ifadə edir, amma biz o səsə qoşulmaq istəmədiyimizə görə o səsi anlaya da bilmirik. Tanrı insanı ən kamil varlıq yaradıbsa, insan təbiəti dərk eləməlidi, ona (insan heyvana, insan ağaca) yuxarıdan aşağı baxmamalıdır.
C) İslam fəlsəfəsinə xas maraqlı bir ünsür də filmin açılış tezislərindəndir: "Allah bir tərəfdən alanda, bir tərəfdən verir". Tanrı xeyirxah olduğuna görə bizdən aldığı, əslində, bizə vermədiyidir, onu bizim əlimizdən almayıb. Bizə verdiyi isə bizi xeyirə aparandır: Məhəmməd quşların səsini duya bilməsəydi, öləcəkdi, çünki o atasının səsinə oyanmamışdı.
Filmdə maraqlı situasiyalar var: məsələn,
Məhəmmədin ağlayaraq Tanrıya üsyan etməsi:
"Müəllim deyir ki, Allah siz korları daha çox sevir,
ona görə ki, siz görmürsünüz. Məndə
ona deyirəm ki, əgər
bizi sevsəydi bizi kor eləməzdi. Müəllim dedi ki, Allah
gözlə görünən deyil, o hər yerdədir, siz onu hiss edə, əllərinizlə
görə bilərsiniz. Mən hər yeri
gəzirəm ki, bir gün əlim ona
çatsın və hər şeyi ona deyim, hətta ürəyimdə
olan sirləri də". Rejissor
qəhrəmanın dili ilə də
ideyasını əyan edir: İlahi rəng, İlahi
səsdir.
1. Korların təbiəti hiss etməsi
ilə bağlı səhnələr də çox
maraqlıdır: Məsələn, Məhəmməd
torpağın üstünə düşmüş quş
balasını yerdən götürüb köynəyinin
cibinə qoyur və ağaca dırmaşıb quşu öz
yuvasına qoyur.
2. Avtobusda gedəndə küləyə
əli ilə toxunur. Yəni özünü
təbiətin bir hissəsinə
çevirməyi bacarır.
3. Ağacdələnlərin
səsini anlayır. Dəniz kənarında
qağayıların səsinə qoşula
bilir.
4. Torpağa ayağıyla belə
toxunanda bilir ki, getdiyi yol kəndin yolu deyil.
Fərid Hüseyn
Ədalət.-2012.-21 fevral.-S.4.