XOCALI
DƏRDLƏRİ SƏNGİMİR...
Xankəndi şəhərindəki Nizami Gəncəvi adına 4 saylı orta məktəbin məzunu Rauf
Qarsalan oğlu Qənbərovun
taleyi erməni faşizminin
xalqımızın tarixinə yazdığı ən
qanlı səhifələrdən biridir.
Xocalı faciəsinin 20 illiyi ərəfəsində
Rauf Qənbərovla görüşümün təəssüratları
sözün həqiqi mənasında qəlb göynədir. Rauf
haqqında yazmaq çətindir, hətta
deyərdim ki, onunla
söhbətə başlayıb müsahibi
olmaq belə ağırdır. Ən
azı ona görə ki,
Rauf kimi məşəqqətli
ömür sürənlərin söhbətini
dinlədikcə, bir anlığa
onların taleyini yaşadıqca mənsub
olduğun millətin hansı rəzalətlərlə
üzləşdiyini, bu rəzalətləri
bizə düçar edənlərin isə
həya etmədən haqqdan
danışaraq hələ də cəzasız
qaldığını dərk etdikcə əsəblər
tarıma çəkilir.
Raufla - Qarabağ
savaşının yetirdiyi müxtəlif faciələrin
ağrılarından bol-bol pay almış bu məcburi
köçkünlə Gəncədə - liseyə məxsus
binada sığındığı evində diz-dizə,
göz-gözə əyləşmişik. Raufu erməni millətçilərinin
xalqımıza vurduğu zərbələrdən
ən çox zərərçəkmiş
bir azərbaycanlı obrazı kimi qələmə vermək olar.
Onun qəmgin
notlara köklənmiş simasına, qələmlə
təsviri mümkün olmayan
intəhasız kədər dolu gözlərinə
baxmaq yetər ki,
dünyanın ən bədbəxt insanının
qarşında olduğunu dərk edəsən.
Sanki Ulu Tanrı bəşər
övladının dərdlərə dözümünün
son həddini hesablamaq
üçün Raufu
dünyaya gətirmişdir...g
...Bəşəriyyət çox müharibələr görüb. Milyonlarla insan məhrumiyyətlər, fəlakətlər gətirən müharibələrdə dünyasını dəyişib. Milyonlarla insan hakimiyyət hərisliklərinin, torpaq iddialarının bəşəri hisslərdən məhrum maraqlarının qurbanı olub. Ailələr müharibələrdə verdikləri itkilərin dünyalarını dəyişənə qədər ağrısını çəkib. Müharibələrdə tək bir insan itkisini "qazanan" ailələr, ailə üzvləri qanlı-qadalı savaşların yetirdiyi dərdə dözə bilməyilər. Bəs, görəsən bütün ailə üzvlərini itirənlər necə dözüb və necə dözürlər müharibənin gətirdiyi dərd-bəlanın nəhəngliyinə? Dünyanın özü boyda dərdi çiyənlərində saxlayan, Qarabağ savaşında - XX əsrin ən vəhşi nümunəsi olan Xocalı faciəsində bütün ailə üzvlərini və əzizlərini - 53 yaşlı atası Qarsalan Gəray oğlu Qənbərovu, 52 yaşlı anası Validə Boran qızı Qənbərovanı, 30 yaşlı qardaşı Səfər Qarsalan oğul Qənbərovu, 23 yaşlı qardaşı Nadir Qarsalan oğul Qənbərovu, 6 yaşlı qardaşı qızı Esmira Səfər qızı Qənbərovanı, 4 yaşlı qardaşı oğlu Emin Səfər oğlu Qənbərovu, 24 yaşlı qardaşı arvadı Mətanət Hacı qızı Qənbərovanı itirmiş Rauf - erməni faşizmindən ən ağır yaraları alaraq indi dözülməz dərdlərin daşıyıcısıdır.
Deyirlər dərdli adam çox
danışar. Raufun dərdləri, onun bədbəxt taleyi, mənfur
erməni şovinizmi ilə zəhərlənmiş
ömrü onu
danışmaqdan, danışaraq - dərdinə şərik taparaq yüngülləşməkdən də
məhrum edib. Dərd yükü
Raufun fikirlərini dağıdır. Keçirdiyi sarsıntılar, son
hədli psixoloji gərginliklər onun nitqinin nizamını pozur...
...Raufun müsahibindən gizlətmək
istədiyi dolmuş gözləri qarşısında nələr
canlandığını təxmini təsəvvür edirəm
- Xocalı faciəsinin dəhşətli səhnələri
- doğmalarının, əzizlərinin ölüm səhnələri
Raufun yaş dolu gözləri qarşısında canlanır.
O, aram-aram,
qırıq səslərlə danışır, Xocalıdan,
Meşəlidən keçən döyüş
yollarını xatırlayır, anası Validə xalanın ölümcül yara
almasından, ölümün
gözünə dik baxaraq
soydaşlarını təhlükəsiz yerə
çıxarmaq üçün son damla qanına qədər
mübarizə apararaq iki ayağından ağır güllə
yarası alan və dəhşətli
ağrılara dözməyərək "məni ürəyimdən
vurun, güllələyin" deyən
qardaşı Nadirin itkin
düşməsindən, o vaxtkı
ölkə rəhbərlərinin Xocalını köməksiz
qoymalarından, xocalıları aldatmaqlarından söhbət açır və sözünün
ardını gətirə bilmir. Çünki Xocalı faciəsinin
qurbanları olmuş ailə üzvlərinin
siyahısı böyükdür - itkisi, dərdi nəhayətsizdir, bütün bunlardan
söhbət açmaq Rauf
üçün son dərəcə
ağırdır.
...Rauf dolmuş gözlərini məchul
bir nöqtəyə zilləyib sükuta dalır. Onun çəkdiyi iztirablar
az qala məndə bu ünvana gəlməyim,
sağalmamış yaralara bir yara da
əlavə etməyim, dərdləri təzələməyim
üçün
peşimançılıq hissləri yaradır. Xankəndi
şəhər 4 saylı orta məktəbinin
iki məzunu - bu
yazımın "ağır yükünü
tutan" mən və Rauf
beləcə bədbin hisslərlə sükuta
dalmışıq. Biz məktəb illərininin
şirin xatirələrini yada
salmaq əvəzinə Azərbaycan
xalqının başına gələn müsibətlərdən
danışırıq...
...Fəqət, namərd
düşmənin Ulu Tanrının qəzəbinə gəlməsinə,
layiqli cəza almasına da ümidsiz deyilik...
Hikmət Xudiyev (Cəmilzadə), respublikanın əməkdar
jurnalisti, daxili xidmət
polkovniki
Ədalət.-2012.-21 fevral.-S.6.