UZAQDAN GÖRÜNƏN İŞIQ...

 (əvvəli ötən sayımızda)

  

   MƏKTƏBİN MÜƏLLİMLƏRİ

 

   Hər məktəb öz müəllimi və şagirdləri ilə seçilir. Müəllim savadlı, təcrübəli və bacarıqlı olanda şagirdlər də yetərincə cəmiyyət üçün yüksək səviyyədə hazırlanır. Təkcə məktəb şagirdlərə təhsil vermir. Həm də məktəb cəmiyyət üçün, xalq üçün vətənpərvər insanlar yetişdirir.

   Bu mənada Böyük Bəhmənli kəndindəki Allahyar Əliyev adına 2 saylı tam orta məktəbin xüsusi çəkisi var. Bu çəki də ən çox kollektivdə bayaq dediyimiz kimi savadlı və təcrübəli müəllimlərin olmasıdır. Bu gün bu məktəbdə 49 müəllim və 15 texniki işçi işləyir. Müəllimlərdən ən yaxşı tanıdığım vaxtilə mənə dərs demiş ibtidai sinif müəllimim Həqiqət xanım Rzayevadır. Həqiqət xanım deyir ki, ilk dəfə müəllimliyə sizin sinifdən başlamışam. Onda hansı həvəslə dərs keçirdim, elə indi də həmin həvəslə işləyirəm. Dərs vaxtı istəmirəm ki, bir dəqiqə boş vaxtımız olsun. Hər dəqiqənin qədrini bilirik. Çünki hər dəqiqə bir işıq deməkdir. Əgər biz bu işığı, bu nuru şagirdlərimizin beyninə vaxtında ötürə bilmiriksə, bax onda gecikirik. Məktəbdə Həqiqət müəllimə kimi neçə-neçə savadlı, istedadlı və ziyalı insanlar var. Uğur Babaşov, Fəxrəddin Yusifov, Filyar Məmmədova, Nəzifə Əhmədova, Hətəm Rzayev, Gültəkin Abdullayevə belə ziyalılardandır. Onların hər birinin şagirdlərin üzərində böyük zəhməti var. Təlim-tədris işləri üzrə direktor müavini Namiq Məmmədov, təşkilatçı müavin Misir Mehdiyev, uşaq birliyinin rəhbəri Eyzangül Səfərova, psixoloq Yaqut Hüseynova, gənclərin çağırışa qədər rəhbəri Mahir Həsənov demək olar ki, bir müəllim olaraq tapşırılan işin öhdəsindən bacarıqla gəlirlər və dərs dedikləri şagirdlərin yaddaşında iz qoyublar.

   ALLAHYAR ƏLİYEV KİM OLUB?

   Allahyar Əliyev Qarabağ uğrunda gedən döyüşlərdə ilk gündən könüllü olaraq, əlinə silah götürərək cəbhəyə gedib. Bəlkə də o başqa tay-tuşları kimi ayrı işlərlə məşğul olar və döyüşə getməzdi. Amma onun ürəyi və dünyası addım-addım onu Qarabağ döyüşlərinə aparırdı. Hər döyüşdə Allahyarın igidliyindən komandirləri razılıq eləyərdi. Deyərdilər ki, bu oğlan qurd ürəyi yeyib, döyüşdən heç vaxt çəkinmir. Ən ağır döyüşlərə birinci o, özü gedir. Belə döyüşlərin biri də 1993-cü ilin yanvarın 5-də Füzuli rayonunun "Qızılqaya" adlanan yüksəklik uğrunda olub. O döyüşdə Allahyar Əliyev son gülləyə qədər ermənilərlə vuruşub və qəhrəmancasına şəhid olub. O, bu məktəbdə oxumuşdubu məktəbi bitirmişdi. Ona görə də 1993-cü ildən məktəb Allahyar Əliyevin adını daşıyır.

   MƏZUNLAR...

   Bu məktəbi indiyə qədər çoxlu sayda məzunlar bitirib. 1991-ci ildən 2011-ci ilə qədər bu təhsil ocağını bitirən 150 məzun müxtəlif aliorta ixtisas məktəblərinə qəbul olublar. Onların bir çoxu Prezident Yanında İdarəetmə Akademiyasını, Bakı Dövlət Universitetini, Azərbaycan Tibb Universitetini, Naxçıvan Dövlət Universitetini, Azərbaycan İqtisad Unversitetini, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını, Azərbaycan Neft Akademiyasını bitiriblər. Faktlar göstərir ki, heç də hər şey təsadüfən həllini tapmayıb. Yəni böyük bir pedaqoji kollektivin uğurlarına əsas səbəb çəkilən zəhmət və yaradılmış yüksək nizam-intizamdır. Bu gün məktəbdə 439 şagird təhsil alır. Onların hər biri ilə fərdi qaydada işləmək, düz yol göstərmək və gələcəklərini müəyyənləşdirmək müəllimlərin üzərinə düşən əsas məsuliyyətdir. Bu məsuliyyət vaxtında yerinə yetirilirsə bax onda istər-istəməz çəkilən zəhmət öz müsbət nəticəsini zaman-zaman verməyə başlayır. Amma bir balaca intizam zəifləyəndə hansısa müəllim dərsə gəlməyəndə bir boşluq mütləq yaranmalıdır. Ona görə də bu məktəbin əsas vəzifələrindən biri yüksək nizam-intizamın qorunub saxlanmasıdır.

   MƏKTƏB YANDIRILDI...

   Ermənilər Füzuli rayonunun bir şəhərini (qəsəbə) və 22 kəndini 1993-cü ilin avqustun 23-də işğal elədilər. O vaxtlar Böyük Bəhmənli də işğal olunan sonuncu yaşayış məntəqəsi idi. Ermənilər bu kənddə 100-ə yaxın evi və məktəbi yandırdılar. Təbii ki, yandırılmış yaşayış sahələrini və məktəbləri birdən-birə bərpa eləmək o qədər də asan deyildi. 1994-cü ilin yanvarında Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə Azərbaycan ordusu Füzulinin Horadiz şəhərini və 22 kəndini işğaldan azad elədi. İşğaldan azad olunandan sonra kəndin yanmış evləri, dağıdılmış və külə döndərilmiş məktəbi bir müddətdən sonra yenidən əsaslı surətdə tikildi. İndi bu məktəbə baxanda tanınmaz dərəcədə hər şey dəyişib və yeniləşib. Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq Böyük Bəhmənli kəndindəki Allahyar Əliyev adına 2 saylı məktəb də əsaslı surətdə yenidən tikilib müəllimlərin və şagirdlərin istifadəsinə verilib. Məktəbin direktoru Həsən müəllimlə ayrı-ayrı sinif otaqlarını gəzirik. O deyir ki, məktəbdə bir çox fənn kabinetləri və laboratoriyalar fəaliyyət göstərir. Məktəbimiz xeyli avadanlıq və kompüter dəsti ilə təchiz edilib. Təbii ki, məktəbin maddi-texniki bazası möhkəm olanda müəllimlər də şagirdlərlə daha yaxşı işləyə bilir. İndi texnologiyanın məktəbə gətirilməsi bizə bir çox üstünlüklər verib. Onu da qeyd edim ki, müəllimlərimizin əksəriyyəti kompüterdə işləməyi bacarır və yeni texnologiyalara üstünlük verirlər. Bu da bayaq dediyim kimi, şagirdlərimizə müasir elmi yenilikləri çatdırmağa bizdə şərait yaradır.

  

   Murad Abdullayev

   RESPUBLİKA MÜSABİQƏSİNİN QALİBİ OLUB

   Əvvəlcə onu qeyd edək ki, məktəbin müəllimi Gültəkin Abdullayeva Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildəki uğurlara görə "Tərəqqi" medalı ilə təltif olunub. Gültəkin müəllimə buna uzun müddət əldə etdiyi uğurlara, təcrübəyə və yeniliyə görə layiq görülüb. Aydındır ki, bayaq dediyimiz kimi, müəllim savadlı olanda onun şagirdi də savadlı yetişir. Bu məktəbdə çoxlu sayda istedadlı şagirdlər var. Onlardan biri isə Murad Abdullayevdir. Murad Abdullayev "Heydər Əliyev şagirdlərin gözü ilə" Ümumrespublika inşa müsabiqəsində birinci yeri tutub. O birinci yeri tutduğuna görə Fransa, AlmaniyaBelçikaya turist səfərinə göndərilib. Eyni zamanda pullakompüter dəsti ilə mükafatlandırılıb. Bu isə o deməkdir ki, müəllimlərin çəkdiyi zəhmət artıq öz bəhrəsini verib. Məktəbin direktoru Həsən Rzayev bizimlə söhbətində onu da qeyd elədi ki, rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və təhsil şöbəsinin müdiri Almaz Həşimova təhsilə həmişə böyük diqqət və qayğı göstərir. Məktəbimizdə olan bəzi tədbirlərdə Almaz xanım özüiştirak edir. Yəni biz hər tərəfli diqqət və qayğı ilə əhatə olunmuşuq. Əgər diqqət və qayğı varsa, deməli biz də zəhmət çəkib işimizi görməli, gənc nəslin təlim-tərbiyəsində öz payımzı verməliyik. Müəllim o vaxt sevinir ki, onun yetişdirdiyi məzun hansısa ali məktəbə qəbul olur və vətənpərvər ruhda böyüyür. Məhz biz də şagirdlərimizi bax belə bir ruhda böyütməyə çalışırıq.

 

Faiq QİSMƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2012.-23 fevral .-S.7.