TANRI
YERDƏ QOYMAZ BU İNTİQAMI
Mənim bir yaram varg qaysaq
bağlamır,
Qövr edir, sızlayırg
sarğı saxlamır.
Dərindirg sağalmır,
göz-göz olubdur,
Loğman həsrətilə
gözü dolubdur!
O yara Xocalı - dərd
yarısıdı,
Gözümün ağıdı,
zil qarasıdı!
Gözəl bir diyarın faciəsidir,
Sızlayan kamanın matəm səsidir!
O yara sinəmdə cəllad
dağıdı,
Nahaqdan qaralan el çırağıdı!
Ata naləsidi,
ana harayıg
Ağladır səmada Günəşi,
Ayı!
Xalqın kədəridi, torpağın
dərdi,
Cəhənnəm
odundan daha betərdi!
O yara qızların üz həyasıdı,
Nakam bir ocağın,
elin yasıdı.
Matəmə çevrilən toy-düyündü,
Ən ağır kədərli,
zülmət günüdü!
Elə bir zülmət ki, ömrün üzünə
Ən müdhiş bəladır
çöküb gözünə.
Göyləri titrədən soyqırımıdı,
Böyük bir fəlakət ildırımıdı!..
Xalqım layiq deyil bu
ağır dərdə,
Düşmən at oynadır indi
o yerdə.
Niyə belə oldu yaramız dərin,
İgidlər məkanı o gözəl
yerin
Qocası, uşağı, qızı,
gəlinig
Verib bir-birinə möhkəm əlini
Düşmənə
dağ kimi sinə gərirdi;
Mərdlik nümunəsi el göstərirdi!
Dillər əzbəriydi Xocalı adı,
Qartal qanadlıydı hər bir övladı!
Elə şığıyırdı düşmən
üstünə
Bir ləkə gəlməzdi
onun şəstinə.
Silaha dönmüşdü yaba
da, bel də
Hamı döyüşürdü bu cəsur eldə.
Hər cəsur qılınctək
elə kəsirdi,
Önündə
düşmənlər tir-tir
əsirdi!..
Xocalı bax belə ərlər
yurdudu,
İgid övladları güclü
ordudu
Fəqət olmasaydı xəyanət əli,
Baş tuta bilməzdi Şeytan əməli!
Qaranlıq gecədəg şaxtada, qarda
İgid Xocalını qoydular
darda.
Qırıldı
el-oba bir an içində,
Boğuldu tökülən al qan içində!
Körpələr
püskürən alova
yandı;
Ana qucağında
qana boyandı.
Müdrik qocaların kəsildi başı,
Axar selə döndü qanlı göy yaşı
Yoldu saçlarını ağbirçək
ana,
Bilmədi zülmətdə qaçsın
hayana!
Tapdandı isməti qızın, gəlinin;
Ağıya çevrildi sözü
dilinin.
Belə bir Xocalı verildi bada,
Yazıldı tarixə bu qan, bu qada!..
Qaçqın
adlansa da bu gün adları,
Bu ana torpağın mərd övladları
Nə qədər sözünü
deməyib qəti,
Qalıb gözlərində torpaq həstəri!
O həsrət
vüsala tez yetməyincə
Qılınclar
qınına qoyulmur məncə!
Silaha sarılıb nə vaxdan bəri
Cilov gəmirirlər el igidləri!
El-oba düşsə də dara, çətinə,
Güvənir onların cəsarətinə!
Elə cəsarət ki, şahintək şığar,
Başına yenilməz igidlər yığar!
Dağı da oyadar öz
təməlindən,
Çilçıraq
yaranar onun əlindən!
Yenə gülər üzü aranın, dağın;
Olar xilaskarı Ana Torpağın!
Əl-ələ
verərək qalxanda hamı
TANRI yerdə qoymaz bu intiqamı!
Əjdər QİYASLI
Ədalət.-2012.-25
fevral.-S.20.