AYIBDIR

  

   Xocalı, qanlı müsibət,

   Bu nə dəhşət, bu ə vəhşət.

   Başıbəlalı millətin

   O ilki qışı necə sərt

 

   İsdi od ocaqlarından

   Səpələndilər çöllərə,

   Qalın qarlı meşələrə.

   Körpələr süngü başında

   Qız -gəlinlər, əldən-ələ,

   Erməniyə oldu kölə.

  

   Üçüncü minillikdəyik,

   Sivil insan şəklindəyik

   Xocalı - yatmış bir vulkan

   Biz də onun bətnindəyik.

  

   Xocalı tarixi qara,

   Bütün türk elinə yara

   Durun gedək qisas alaq,

   Bəsdir, baxdıq ora-bura!

  

   Bu məsələdə vəkil.

   Avropa ya NATO - çəkil!

   El namusun qorumağa

   Bizə icazəmi gərək 

   Vallah, ölüb yerə girək!

  

   Hanı XXI əsrin

   Babəkləri, Nəbiləri,

   Koroğlunun dəliləri?

   Haradadır Cavad xanlar,

   Qeyrət qəsri ucaldanlar?

 

   Yetişibdir artıq zaman,

   Puskurəcək yatmış vulkan,

   Qalxacaqdır Xocalıdan

   Yaralanmış Azərbaycan!

   Parçalanmış Azərbaycan!

  

   Ayıbdır, vallah, ayıbdır

   Əsrlərin arxasından

   Bizə baxan əcdadlardan,

   Namus çəkən babalardan,

   Ağsaqqallardan ayıbdır.

  

   Qazilərdən, şəhidlərdən,

   Qız gəlinlərdən ayıbdır,

   Ətəyi kəsik torpaqdan -

   Azərbaycandan ayıbdır.

 

 

   Səkinə SADIQ

 

   Ədalət.-2012.-25 fevral.-S.20.