XOCALIDA
BİR GECƏ...
Türkiyədə
ən nüfuzlu qəzetlərdən biri olan
"YENİASYA",(internet saytı www.yeniasya.com.tr bizdə bir
çox məqamlarda NURÇULAR
adıyla tənqid olunan bir
ortamın üstünlük verdiyi,amma heç də qaraguruhçu olmayan bir qəzet) nufuzlu qəzetlərdən
biri hesab
olunur.Türkiyədə yaşadığım
illərdə bu qəzetdə uzun zaman yazılarım çap olundu və bu qəzetin əməkdaşlarını hələ
də sayqıyla yad edirəm.Və
onların da bizim məmləkətə
simpatiyasını bilirdim.Həmən zamanlarda
mən HOCALI hadisəsi ilə bağlı bir
səhifə çap etdirmişdim.Sonra daha bir
yazı yayınlatdım.Bunu xüsusi olaraq vurğulamaq istəyirəm:
Mən bilən "XOCALI SOYQIRIMI" İFADƏSİ
1993-CÜ İLDƏ İLK DƏFƏ MƏNİM YAZIMDA
TÜRK MƏTBUATINDA GÖRÜNMÜŞDÜR.
Tarixin dərsləri unudulursa tarix həmən
dərsləri yenidən yaşamağa məhkumdur.
İnsanlarıyla birgə. Tarix dərs və
ibrət alınaraq yaşanmalıdır məncə. Amma bəzən elə olur
ki, tarixin dərsləri
və ibrət alınacaq şeylər unutulmadan
belə,bəzi şeyləri təkrar yaşamağa
məcbur olunur. Bunun ən
dəhşətli nümunəsi:
XOCALI FACİƏSİ VƏ
SOYQIRIMI
Sabah Güneş öyle parlak doğacak ki
Sanki gecə hiçbir felaket yaşanmamış gibi
Ketlin Ferrier
İngilis müğənnisi.
Oxuduğu mahnıdan
Dünyanı lərzəyə gətirən
və ermənilərin
iç üzünü
dünyaya göstərən
Xocalı faciəsi Azərbaycan torpağının
bu ağılsız müharibədə aldığı
ən unudulmaz yaralardan biridir.
Xocalı soyqırımı unudulmaz
hələm-hələm...
Unudulmaz, qan yaddaşı olan millət tərəfindən...
Tarix belə şeyləri
yaşamışdır və
insanlar da tarixlə birgə yaşamışdır belə
şeyləri. Amma insanlar
dərs almamışlar
belə şeylərdən,
belə faciələrdən
ki, onu yenidən
təkrar edirlər.
Bu faciənin
ağırlığını və acılığını
bəzi türk qəzetləri dünyaya çatdıra bildilər
o zaman.
... Mən bu sətirləri
yazan zaman bu faciədən artıq bir xeyli vaxt keçirdi.
Amma bu faciəni əks ətdirən bir foto var
ki, hər gecə mənim yuxuma girir və
hər gecə olmasa da, zaman-zaman
onun acısını
yenidən yaşayıram.
Bu bir
şair sözü deyil. Bu bir
poetik cümlə də deyil. Bu acı bir
həqiqətdir.
Bu yaşanılmaz
bir həqiqətdir.
O fotoda əks olunan hadisə və onun altında yazılan sözlər bir millətin acizliyini və gücsüzlüyünü bir
sənəd kimi əks etdirir.
Mən o fotonu hər
dəfə xatırlayanda
arvadımın və
uşaqlarımın üzünə
dik baxa bilmirəm. Başım köksümə əyilir.
Uşaqlarımın və arvadımın
bu fotodan heç xəbəri də yoxdur bəlkə. Amma neyləyim
ki, bu foto
başımın üstündən
bir Demoklis qılıncı kimi asılmışdır.
TARİXÇƏSİ BELƏDİR BU FOTONUN:
Moskvada çap olunan
"Moskovski novosti"
qəzetindəydi. Sanki
jurnalist də, bu şəkli çəkən də qabaqcadan hazırlanmış
bu soyqırımı
bilirmiş.
Bu rus
jurnalist və bu fotonu çəkən
fotomüxbir ermənilərlə
birlikdə bir tanka minərək Xocalıya gəlmişlər.
Jurnalist öz gözləriylə
görmüş bu qırğını və
anlatmış bu olanları :
"4-5 nəfər əlləri arxadan bağlı olaraq torpağa çökdürülmüş. 4-5 əsgər də
əllərində avtomatla
onların başının
üstünü kəsdirmişlər.
Bu əsgərlər, əlləri bağlı adamların önündə
xoruzlanan əsgərlər
ermənilərdir. Namərdcəsinə gülürlər. Bu soyqırım,
bu faciə gecə gec saatlarda
olsa da,foto
çox təmiz çəkilmiş və
sanki bunu qəsdən belə montaj etmişlər və sanki bunu
azəri türklərinə
olan nifrətlərini
ifadə eləməyin
bir yolu olaraq düşünmüşlər,
dünyaya duyurmaq üçün, dünyaya
meydan oxumaq üçün.
Fotoqrafın altında dəhşətli
sözlər yazılmış.
Eynən budur o sözlər:
"BU ADAMLAR MƏHSƏTİ
TÜRKLƏRİDİR. İNDİ BUNLAR
KİMDİR? BU ADAMLAR ÜÇÜN
BİR QAB BENZİN İSTƏDİK AZƏRİLƏRDƏN.
AZƏRİLƏR VERMƏDİLƏR. BUNLAR
BİR QAB BENZİN QƏDƏR DƏ QİYMƏTLİ
DEYİL. "
Bəli, beləcə yazılmışdı
fotonun altında...
Bu nifrət
hardandır bu ermənilərdə?
Əslində,kim tərəfindən
deyilirsə deyilsin və söylənilirsə
söylənilsin, bu sözlər insanlıq adına bir ləkədir.
Yuxuma girər o foto...
Qulaqlarımda səslənər o sözlər...
Uşaqlarımın gözlərinin içinə
baxa bilmirəm.
Həmən o xoruzlanan ermənilər, rusların xəyanətinə
sığınıb xoruzlanan
erməni əsgərlər,bir az sonra
əsir düşəndə
dillərini bir qarış çıxarıb
yalvaracaqlar və biri-birilərini satacaqlar.
Bunları da biz televiziyalarda
çox gördük.
Bu müharibədə onlara
kömək eləyən
rusları da, satmağa qalxan ermənilər sadəcə
kim olduqlarını
göstərdilər dünyaya...
Onlar insan deyil, bəlkə
də bir "manqurtdurlar"...
Ya elə,ya belə.
XX yüz ilin sonlarında törədilən
bu vəhşi faciənin iştirakçıları
olan ermənilər bu azərilərə və bu türklərə
nədən belə nifrət edirlər hələ də...
Bu vəhşilik
hardandır?
... Bir zamanlar çox böyük bir demokrat olaraq tanınan erməni yazıçısı Qrant
Matevosyanın bir hekayəsi var. Bu hekayədə
belə yazır, Qrant Matevosyan":bizim kənd
bir türk kəndi ilə qonşu idi. Türk insanları bizim kəndə bal satmağa gələrdilər. Dədələrimiz
türklərdən bal
alardılar. Türk insanları getdikdən sonra dədələrimiz həmən balı
əvvəlcə itə
yedirirdilər, sonra
biz yenə də qorxa-qorxa yeyirdik o balı. Əgər it ölməsəydi yeyərdik
o balı... "
Bu bir
erməni yazarının
fikridir. Bizim günlərin
yazarının fikri.
Bunu oxuyan erməni uşağı necə ola bilər,
əcaba
Bir atalar sözünü xatırladım: "Gedər
xəncər yarası,
getməz söz yarası"...
İzahata bir ehtiyac varmı?
... Yuxuma girər hər gecə o foto...
Türkcəsi:
"YeniAsya" qəzeti,
27 sentyabr, 1993.
Tofiq Abdin
Ədalət.-2012.-25
fevral.-S.15.