Axıb
gələn nur
Dünən
arzu, bu gün həqiqət
Çox da uzaq olmayan bir
tarix... Cəmi iki il bundan öncə Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri
- Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Respublikamızın öz gücü
ilə reallaşdırdığı
bu sosial layihə özündə
magistral su kəmərini və nəhəng suötürücü
qurğular kompleksini birləşdirir. Ölkəmizin səkkiz rayonunun ərazilərindən keçən
bu kəmərin uzunluğu 262 kilometrdir.
Çay
və yol keçidləri də daxil olmaqla kəmərin
55 kilometrlik hissəsi
polad borularla çəkilib.
Bir məqamı da
xatırladım ki, həmin boru xətti ilə ölkə paytaxtına çatdırılan suyun
keyfiyyətinin nə dərəcədə yüksək
olduğunu, hətta beynəlxalq səhiyyə
təşkilatları da
təsdiqləyib.
Yeni kəmər vasitəsilə
paytaxta axan suyun keyfiyyəti dünyanın bir çox iri şəhərlərinə verilən
suların keyfiyyət
göstəricilərindən üstündür.
Bu layihənin
həyata keçirilməsi
paytaxt sakinlərinin sağlamlığının qorunması
baxımından da böyük əhəmiyyət
daşıyır. Dəniz səviyyəsindən
400 metrdən çox
hündürlükdə yerləşən
təbii bulaq suyu mənbələri ekoloji cəhətdən
tam təmiz və keyfiyyətlidir.
Layihə çərçivəsində təkcə Bakı şəhərində 250 kilometrdən
çox su xətti, 15 ədəd yeni nasos stansiyası,
70 min kub metr su tutumu olan
yeni su anbarı
tikilmişdir. Bundan başqa layihə çərçivəsində ümumi tutum həcmi 100 min kub metr olan mövcud
su anbarları yenidən qurulub, 300 kilometrdən çox kanalizasiya xətləri çəkilib və bu gün də
qalan işlər mərhələlərlə davam
etdirilir.
Bir vaxtlar xəyal
olan o böyük arzunun gerçəkləşməsi
Ulu Öndərimizin layiqli davamçısı,
möhtərəm prezidentimiz
İlham Əliyevin xalqımıza böyük
diqqəti və qayğısının təzahürüdür.
Ona görə də suyun aydınlıq
olması ilə yanaşı, su verənin də, su gətirənin də nə qədər savab iş görməsi bütün müqəddəs
kəlamlarda öz əksini tapıb.
Hələ ötən əsrlərdən
su problemi ilə üzləşən
Bakı şəhərinə
ilk dəfə su kəmərini - Quba-Bakı
su xəttini, şollar suyunu böyük xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyev ötən əsrin əvvəllərində
çəkdirmişdi. İllər ötdükcə şəhərin
ərazisi böyümüş,
60-70-ci illərdə yeni
salınan mikrorayonların,
Günəşli, Əhmədli
kimi qəsəbələrin
sakinlərinin hesabına
əhalinin sayı artmışdı.
Paytaxtda yeni yaradılan
fabrik və zavodlara, yeni sənaye müəssisələrinə
cəlb olunan işçi qüvvələri
və münbit sosial şərait şəhər əhalisinin
çoxalmasına və
bununla da içməli suya tələbatı artırmışdı.
70-ci illərin
əvvəllərində, hələ
o vaxt respublikamıza rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə
Kür və Ceyranbatan su anbarından yeni su kəmərlərinin çəkilməsi günü-gündən
artan əhalinin su tələbatını
qismən həll etsə də, şəhər böyüdükcə
tədricən yenə
də su qıtlığı yaranırdı.
Bakı şəhərində gündəlik
həyatda mənzillərə
suyun verilməsində
fasilələr yaranırdı.
Bəzi hallarda isə
bütöv bir ərazilərə günlərlə
su verilməsində problemlər yaranırdı.
İndi bu problem demək olar ki, tam aradan
qaldırılıb.
"Bakıya bol-bol su gətirəcəyik"
2000-ci illərin əvvəllərində
ölkəmizin su təsərrüfatı sisteminin
yenidən qurulması
ilə bağlı məsələ qaldırılmışdı.
Ümummilli liderimiz Heydər
Əliyevin göstərişi
ilə Oğuz-Qəbələ
zonasının yeraltı
sularından istifadə
olunması ilə bağlı göstərişlər
verilmişdi. "Bakıya bol-bol su gətirəcəyik"
- deyə Ulu Öndərin böyük
arzularından biri olan su kəmərinin
tikintisi uğurla reallaşdırıldı.
Paytaxt sakinləri və
ümumilikdə Abşeron yarımadasının uzun illərdən
bəri həllini gözlədiyi içməli su probleminin həlli
reallaşdırıldı.
Oğuz-Qəbələ-Bakı su
kəmərinin istismara verilməsi ilə bağlı
keçirilən mərasimdə iştirak edən Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyev bu hadisənin
Azərbaycan xalqı üçün çox gözəl və
əlamətdar bir hadisə olduğunu qeyd edərək
bildirdi ki, "Bu doğrudan da böyük və tarixi hadisədir.
Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin
mövcudluğu haqqında hələ bir neçə onillik
bundan əvvəl məsələ qaldırılmış və
o bölgədə Bakıya içməli suyun gətirilməsi
üçün təkliflər irəli
sürülmüşdür.
Ancaq o illər bu layihənin
reallaşdırılması mümkün
olmamışdır.
Biz bu gün müstəqil Azərbaycanda
şəhərimiz və ölkəmiz üçün
çox böyük əhəmiyyət kəsb edən
böyük bir layihəni həyata keçirdik. Bu
böyük nailiyyətdir, böyük bir qələbədir"...
"Bu kəmər insanlara rahatlıq, sağlamlıq gətirəcək,
su sağlamlıq deməkdir".
Dövlətimizin bu illərdə
həyata keçirdiyi ən böyük infrastruktur layihələrindən
biri olan Oğuz-Qəbələ-Bakı su kəməri paytaxt
sakinlərinə və ümumilikdə Abşeron
yarımadasına özü ilə bərabər yeni həyat
və sevinc gətirdi.
ƏBÜLFƏT
MƏDƏTOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-5
iyul.-S.3.