İQTİSADİ YÜKSƏLİŞ MÜASİRLƏŞMƏNİN ƏSAS STİMULUDUR

 

   (əvvəli ötən sayımızda)

  

   Aqrar sahənin bütün istiqamətlərinə qayğı və diqqət

 

   Bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda iri buynuzlu mal-qaranın sayı 38390 baş, ana malın sayı 18304 baş, qoyun keçilərin sayı 35800 baş, quşların sayı 185876 baş, atların sayı 2719 baş, arı ailələrinin sayı 7294 ailə olmuşdur.

   Son 6 ayda 2596 ton ət, 8308 ton süd, 35,7 ton yun, 4817 min ədəd yumurta istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən heyvandarlıqda bütün növ məhsulların istehsalı üzrə artım əldə olunmuşdur.

   Heyvandarlıq sahəsində müsbət işlərlə yanaşı qeyd olunmalıdır ki, rayonda mal-qaranın baş sayının, məhsul istehsalının artmasına baxmayaraq hər baş heyvandan alınan məhsul günün tələblərinə cavab vermir. Bu sahədə elmin nailiyyətlərindən, qüvvəli yemlərlə yanaşı şirəli yemlərdən istifadə edilməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsinə, süni mayalandırmanın daha geniş tətbiq edilməsinə ciddi ehtiyac vardır. Ona görə fermerlərlə sahibkarlarla bu istiqamətdə daha səmərəli qurulmalıdır.

   Cari ildə kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə istehsalçılara kreditlərin verilməsi istiqamətində işlər təşkil olunmuş, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 3 nəfərə 33 min manat, kənd təsərrüfatının inkişafı kreditləşməsi layihəsi çərçivəsində isə 350 nəfərə 230 min manat kredit verilmişdir.

 

   Abadlıq sahəsində müxtəlif tədbirlər

 

   Heydər Əliyev adına mədəniyyət istirahət parkında şəhərin digər yerlərində 600-dən çox ağac, 800-dən çox qızıl gül kolunun 300 ədəd dekorativ ağacların əkilməsi təmin edilmişdir. Eyni zamanda, H.Əliyev prospektindəki dibçəklərə qazonlara çiçək şitilləri əkilmiş yaşıllıqlara xidmət göstərilmişdir.

   Hesabat dövründə 20 ha meşə əkini aparılmış, 465 ha meşə əkinlərinə xidmət 22 ha torpaq hazırlığı işləri görülmüşdür.

   Keçən dövr ərzində rayonun fermerləri 24 ton müxtəlif növ kənd təsərrüfatı məhsullarının Bakı şəhərində yarmarkada satışını təşkil etmişlər.

   Bu il respublika əhəmiyyətli avtomobil yollarına xidmət göstərilmiş, ümumilikdə asfalt-beton qarışığı ilə 1190 m2, çınqıl materialı ilə 21000 m2 çala təmiri işləri görülmüşdür. Respublika əhəmiyyətli avtomobil yolunun şəhərə aid 153-154-cü kilometrində 770 m2 asfalt-beton səki quraşdırılmışdır. Rayon əhəmiyyətli avtomobil yollarında çınqıl materialı ilə ümumilikdə 50990 m2 çala təmiri işləri görülmüşdür.

   Yerli bələdiyyələrin vəsaiti hesabına rayonun Püştətala, Hənifə, Meşəşambulş, Mahamalar Tülü kəndlərində 5,3 km uzunluğunda kəndarası yollara asfalt tökülmüş, 44,2 km uzunluğunda yollar qum çınqıl materialı ilə təmir olunmuşdur. İlin sonunadək daha 6 kənddə kəndarası yollara asfalt töküləcəkdir. 29,5 km uzunluğunda su kanalları arxlar qazılmış, 1,3 km uzunluğunda yeni su xətti çəkilmişdir. 2 su keçidi dəyişdirilmiş, 1 su keçidi təmir olunmuşdur. Kortala kəndində çay sahilində 4890 m3 val vurulmuş, İsaxlıgirmə kəndində Mazımçay üzərində uzunluğu 50 metr olan körpünün tikintisi başa çatmış əhalinin istifadəsinə verilmişdir.

 

    Rayonda məktəb tikintiləri davam edir 

 

   Məktəb tikintiləri sahəsində 360 yerlik Xalatala, 80 yerlik Qullar-3 180 yerlik Katex-zavod kənd məktəbləri üçün yeni məktəb binalarının tikintisi davam edir. Nizami adına şəhər 1 saylı tam orta məktəbində əsaslı təmir işləri başa çatmış, məktəb yeni dərs ilinə şagirdlərin istifadəsinə veriləcəkdir. Şəhər 1 3 saylı uşaq bağçaları əsaslı təmir edilərək istifadəyə verilmişdir.

   Bundan başqa, 2 saylı Qullar məktəbi üçün 220, Hənifə məktəbi üçün 480, Qazma 2 saylı məktəbi üçün 360, Qaracabinə məktəbi üçün 80, Şambul məktəbi üçün 180 Qazbinə kənd orta məktəbi üçün 220 yerlik olmaqla ümumilikdə 1540 yerlik 6 yeni məktəbin layihələndirilməsi aparılır ki, bu məktəblərin tikintisinə yaxın zamanda başlanacaqdır.

   Heydər Əliyev meydanının abadlaşdırılması işləri davam edir. Prospektin yol qovşaqlarında hasarlarda dekorativ üzlənmə işləri aparılır, sahibkarlıq obyektlərinin fasad hissələri yenidən qurulur. Şəhərdə 1 əyləncə mərkəzinin 2 yeni şadlıq evinin tikintisi davam edir, "Balakən-1" su-elektrik stansiyasının, rayon Mədəniyyət evinin tikintisinə başlanmışdır. Hər iki obyektdə bünövrənin betonlanması işləri gedir. H.Əliyev prospekti 48 M.Əsədov 1 ünvanında yerləşən iki 8 mənzilli yaşayış evinin əsaslı təmiri davam edir. Aydın Məmmədov 4, Nizami 4 5, Səttar Gözəlov 26 ünvanlarında yerləşən çoxmənzilli binalarda əsaslı təmir işlərinin aparılmasına yaxın günlərdə başlanacaqdır.

   Ölkə Prezidenti cənab İlham Əliyevin 28 mart 2012-ci il tarixli "Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına əsasən tikilməsi nəzərdə tutulan Balakən-Qazma-Darvazbinə yolunun layihələndirilməsi işləri aparılır. Hazırda yolun tikintisinə başlanılması ilə əlaqədar ərazidə hazırlıq işləri gedir. Yolboyu işıq, qaz su xətləri təmir olunur, ümumi abadlıq işlərinin ilkin mərhələsi aparılır.

   "Aqrolizinq" ASC-nin Balakən rayon Aqroservis filialının, rayon təhsil şöbəsinin, məcburi köçkünlər üçün çoxmənzilli yaşayış binasının YAP rayon təşkilatının yeni inzibati binalarının tikintisi üçün torpaqayırma sənədləri hazırlanmışdır. Cari ilin sonunadək həmin obyektlərin tikintisinə başlanacaqdır.

  

   (ardı gələn sayımızda)

 

  MƏZAHİR ƏHMƏDOĞLU

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

  Ədalət.-2012.-25 iyul.-S.3.