İQTİSADİ YÜKSƏLİŞ MÜASİRLƏŞMƏNİN ƏSAS STİMULUDUR

 

   (əvvəli ötən saylarımızda)

  

   Hesabat dövrü ərzində ümumi sahəsi 2959 m2 olan 36 ədəd fərdi yaşayış evi, ümumi sahəsi 942 m2 olan 7 ədəd xidmət və sahibkarlıq obyektləri tikilərək istifadəyə verilmişdir.

   Əhalinin sel sularından müdafiəsi məqsədilə Balakən, Katex və Mazım çaylarında daş beton bəndlər 600 m3 həcmində cari təmir olunmuş, 180 min m3 həcmində çay yataqlarının tənzimlənməsi tədbirləri həyata keçirilmişdir. Eyni zamanda, Arılıqbinə, Şambul, Meşəşambul, Qazbinə, Qaysa və Xalatala kəndlərinə məxsus əkin sahələrinin və yaşayış evlərinin mühafizəsi üçün 30 km uzunluğunda suvarma və qurutma kanalları təmizlənmişdir.

   Rayonun qazlaşdırılması sahəsində hesabat dövründə 3563 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 8872 nəfərə çatdırılmışdır. Talalar, Katex, Qazma, Sarıbulaq, Xalatala, Şambul kəndlərinə və Qabaqçöl qəsəbəsinə qaz xətlərinin çəkilməsi davam etdirilmişdır.

   Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində şəhərin Qafqaz küçəsində və Mahamalar kəndində su xətlərinin dəyişdirilməsi yekunlaşmış, Füzuli küçəsində 2 km məsafədə sıradan çıxmış su xətlərinin dəyişdirilməsi işlərinə başlanmışdır. Rayonun Gülüzanbinə və Şambul kəndlərində 2 artezian quyusu qazılmış, Katex, Tülü və Şərif kəndlərində 3 artezian quyusunun qazılmasına başlanılmış, Xalatala, Qullar, Kortala və Yeni Şərif kəndlərində artezian quyularının qazılması nəzərdə tutulmuşdur. Eyni zamanda, istismar olunan və yararsız vəziyyətə düşmüş 4 subartezian və 2 artezian quyusu təmir edilərək əhalinin istifadəsinə verilmişdir.

   2012-ci ilin birinci yarısında rayonda elektrik enerjisi verilişi sahəsində keyfiyyətin artırılması üçün 8 ədəd transformator əsaslı təmir edilmişdir. Yüksək və aşağı gərginlikli elektrik hava xətlərində 211 yeni dəmir beton dayaq basdırılmış, 15 ədəd 0,4 kv-luq, 3 ədəd 10 kv-luq ayırıcı, 1 ədəd 50 kv-lıq yeni transformator quraşdırılmışdır.

 

    Sosial həyat, təhsil, səhiyyə və mədəniyyət

 

   Hesabat dövründə 836 ailəyə ünvanlı sosial yardım təyin olunmuş, 1686 ailəyə ödəniş aparılması davam etdirilmişdir. Yardım alan ailələrin 7227 nəfər ailə üzvü olmuş, hər ailəyə düşən yardımın orta aylıq məbləği 110 manat təşkil etmişdir.

   Ümumtəhsil məktəblərində tədris ilinin başlanğıcında 740 sinif komplektində 11987 şagird məktəbə cəlb edilmiş, şagirdlərin təlim-tərbiyəsi ilə 1802 müəllim məşğul olmuşdur. 2011-2012-ci tədris ilinin sonunda II yarimillik ərzində məktəblərdən gedən və yeni gələn şagirdlərin sayı dəqiqləşdirilmiş, 6 ay ərzində 94 nəfər rayondan kənara getmiş, 38 nəfər isə rayona gəlmişdir.

   Şagirdlərdə təlimə maraq oyatmaq, xüsusi istedada malik şagirdləri aşkar edib onların istedadlarını daha da inkişaf etdirmək məqsədi ilə ümumtəhsil məktəblərinin şagirdlərinin müxtəlif tədbir, yarış və müsabiqələrdə iştirakı təmin edilmişdir.

   Fənn Olimpiadalarının Respublika turunda iştirak edən 15 nəfər şagirddən 2 nəfəri III yeri, 3 nəfəri isə IV yeri tutmuşdur. 23 fevral 2012-ci il tarixdə Bakı şəhərində keçirilmiş "Müharibə və uşaqlar" mövzusunda rəsm müsabiqəsində Nizami adına şəhər 1 saylı tam orta məktəbin V sinif şagirdi III dərəcəli diploma layiq görülmüşdür.

   Rayonun ümumtəhsil məktəblərində şagirdlərin fiziki, milli və hərbi vətənpərvərlik tərbiyəsi diqqət mərkəzində saxlanmış, bir sıra yarış və turnirlər keçirilmişdir. Respublika və beynəlxalq miqyaslı yarışlarda rayonun şagirdləri müvəffəqiyyətlə çıxış etmişlər. 29 mart tarixində Təhsil Nazirliyinin təqvim planına uyğun olaraq uşaq və yeniyetmələrin elmi- texniki yaradıcılıq Respublika müsabiqəsinin zona mərhələsi Balakəndə keçirilmişdir.

   Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanında XI sinifdən 698, IX sinifdən isə 1264 şagird iştirak etmişdir. İmtahanın nəticələrinə görə XI sinif şagirdlərinin 7,4 faizi qeyri-müvəffəq olmuş, IX sinif şagirdlərinin isə 22,1 faizi qeyri-müvəffəq olduğundan payız imtahanına saxlanılmışdır. Müvəffəqiyyət faizi 2011-ci ildə 82 faiz olduğu halda hesabat dövründə 10 faiz artmışdır. Təhlillər göstərir ki, ümumilikdə təhsilin keyfiyyət göstəriciləri keçən illə müqayisədə yaxşılaşmışdır. Humanitar və Texniki təmayüllü liseyin 2 nəfər şagirdi təhsildə qazandıqları nailiyyətlərə görə qızıl medalla təltif olunmuşlar.

   2012-ci ilin birinci yarısında 285 cərrahiyyə əməliyyatı və ya 2011-ci illə müqayisədə 83 əməliyyat çox keçirilmişdir ki, onlardan 215-i təxirəsalınmaz əməliyyatdır.

   Müvafiq dövr ərzində 544 uşaq və ya 2011-ci ilə nisbətən 77 nəfər çox uşaq doğulmuşdur.

   Aparılan profilaktiki tədbirlər nəticəsində əhali arasında xüsusi təhlükəli infeksiyalar qeydə alınmamışdır.

   Hesabat dövründə tarix-diyarşünaslıq muzeyində aparılan tərtibat işləri başa çatdırılmışdır. Hal-hazırda muzeydə 4400 eksponat vardır, muzeyə gələnlərin sayı 4420 nəfər olmuşdur. Muzeyin ekspozisiya zalında müxtəlif guşələr yaradılmışdır. 

   2012-ci ilin I yarısında Heydər Əliyev Mərkəzində əlamətdar və tarixi günlər, şair və yazıçıların yubileyləri, sərgilər təşkil edilmiş, dəyirmi masa, konfrans, disput, görüş, və kitab müzakirələri keçirilmişdir. Müvafiq dövr ərzində Heydər Əliyev mərkəzinə gələnlərin sayı 3496 nəfər olmuş, 26 yeni eksponat əldə edilmişdir. Hazırda mərkəzdə 499 eksponat vardır. 2012-ci ilin I yarısında Uşaq incəsənət məktəbinin şagirdləri rayonrespublika miqyaslı müsabiqələrdə müvəffəqiyyətlə çıxış etmiş, məktəbin fortepiano şöbəsinin III sinif şagirdi İctimai televiziyada keçirilən müsabiqənin qalibi olmuşdur.

   2012-ci ilin 6 ayı ərzində rayonun idmançılarının 28 respublika səviyyəli yarışlarda iştirakı təmin edilmişdir. Həmin yarışlarda idmançılar 7 dəfə I yeri, 10 dəfə II yeri və 12 dəfə III yeri tutmuşlar.

   Ümumilikdə "İdman ili" elan olunmuş 2012-ci ildə müxtəlif yarışlarda rayonun 3715 nəfərdən çox yeniyetmə və gənci iştirak etmişdir.

 

 

   MƏZAHİR ƏHMƏDOĞLU

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

   Ədalət.- 2012.- 26 iyul.- S.3.