ZAMANIN
QİYMƏTİNİ ANLADAN KİTAB
Və
yaxud "yaradıcılıq
hesabatı"
"ZAMAN xəbərzis
ötdü" kitabını mütaliə edərkən
hörmətli yazıçımız Anarın bu sözlərini
xatırladım: "Yaxşı kitabla tanışlıq
uzun müddətli ünsiyyətdir, möhkəm dostluqdur,
mehribançılıqdır".
Bu
mehribançılığı, bu ünsiyyəti hər
cümləsi, hər səhifəsi Vətən, torpaq, sevgisi
ilə çulğalaşan bu əsərdə duydum,
gördüm. Orada bütün varlığı ilə azərbaycançılıq
ideologiyasını elm müstəvisinə qaldıran bir alim
hikmətini, Vətən, torpaq sevgisinə bürünmüş
bir şair duyğusunu, hər sözündə, amalında
millətinin, dövlətinin tərəqqisini təbliğ edən
bir publisist, jurnalist çağrışını sezdim...
Və özümdə hiss etmədən
hər şeyə məlhəm olan Zaman, Vaxt haqqında
düşündüm. "İnsanın baxtına
çıxan ən vacib şey-Vaxtdır, Zamandır. Vaxtdan
uca yal-nız İnsan dura bilər. Vaxtın üstündə
qanadlanıb pərvaz etmək qüdrəti yalnız bəşər
övladına xasdır...". O, bəşər
övladı ki, qəlbini, kölnünü söz
dünyasına verib, sözün sehrinə düşdü,
sözü ilə qəlblərə məlhəm oldu, sevindirdi,
ovundurdu qəlbləri. Za-manın, məkanın sehrində
söz qalasını ucalddı.
"ZAMAN xəbərsiz
ötdü"nü mütaliə edərkəndə bir daha
zamanın necə böyük dəyərə sahib
olduğunu duydum. Və elə onu oxuyarkən zamanımın
da xəbərsiz ötdüyünə sevindim.
Düşündüm, daşındım, dühaların hikmətini
sezdim, qürür duy-dum dahi Mirzə Cəlilə, onun əzəmətli
azərbaycançılıq təliminə cağrış
gördüm bu kitabda.
"Tarixin bütün dövrlərində
parçalanıb, bölünmüş türk elinin Azərbaycan
boyda özəyini sevməyin elmi də var, adına azərbaycançılıq
deyirlər. Bu boş yer-dən ortaya atılan, beyinlərə
yeridilən dəyər yox, gücünü "Anamın
kitabı"ndan alan əvəzi olmayan, qiyməti bilinməyən
bir dəryadır" söyləyən ön sözün
müəllifi Əməkdar jurnalist, tarix üzrə fəlsəfə
doktoru Natiq Məmmədli bu fikri nə qədər gö-zəl
və ətraflı şərh edib. "Zaman xəbərsiz
ötdü" kitabını "yaradıcılıq
hesabatı" adlandıran müəllif "Ümidlər və
arzular şairəsi" adlandırdığı ön
sözündə filologiya üzrə fəlsəfə
doktoru, şairə-publisist Sona xanım Vəliyevanın
yaradıcılıq yolunu həm elmi baxımdan, həm də
bədii aspektdən çox ətraflı və maraqlı
şəkildə açıqlaya bilib.
Bu ön sözü oxuyarkən xəyal
məni necə il bundan əvvələ apardı. Görkəmli
ədəbiyyatşünas alim Yaşar Qarayevdən müsahibə
alırdım. Söhbət zamanı yazı ma-sasının
üzərindəki bir kitabı göstərərək dedi:
"Yaxşı kitabdır. Ön söz o qədər əha-təli
yazılıb ki, bütün diqqətimi cəlb etdi. Mütləq
onu oxumalıyam".
"Zaman xəbərsiz
ötdü"ünün ön sözündə oxuyarkən
Yaşar müəllimin bu sözlərini xatırladım.
Sona xanımın bir alim, şair, publisist, jurnalist və ən
başlıcası vətənpərvər, millətsevər
bir vətəndaş, azərbaycanlı kimi portret cizgilərini
ustalıqla canlandıra bilən Natiq müəllim
yazır":...Dəyərli oxucu, əlində tutduğun bu
kitab bir hesabatdır, ömrün dolğunluğuna heyrətlənəcək
bir hesabat. Səni düşündürən və
ömrün boyu da düşündürəcək
mövzular haqqında olan hesabat. O, mövzular ki, xəyalında,
ürəyinin ən təmiz yerində sənə hakim kəsilən
Vətən, torpaq, yurd sevgisi, nisgili... ".
O, yurd sevgisi ki, hər
sözündə, hər misrasında duyularaq bizi ata yurdumuza,
uşaqlıq cağlarımıza aparır. Bu haqda xalq
şairi Sabir Rüstəmxanlı gözəl deyir: "Sona
xanımın şeirləri ürəyimizdə vətən
havasını, uşaqlıq dünyamızın xiffətini əsdirir,
yenidən tərk edilmiş ocaqlara qaytarır ...".
Doğrudur poeziyamızda bu
mövzulara dönə-dönə müraciət edilib. Amma
Sona xanım ona yeni məzmun verərək özünəməxsusluqla
təzələyir, oxucusunun qəlbinə, ruhuna hakim kəsilir.
Bununla da xanım şairə zamanının necə
ötdüyündən xəbərsis olur. Çünki bu
zaman xoş duyğulara çulğalanıb ötərək,
gövrək, həzzin bir şair qəlbində əriyib
gedir.
Sona xanım yalnız poeziyada deyl,
jurnalistlik və publisistik fəaliyyətində də zaman, məkan
məfhumunu, milli dəyərləri, etik-estetik normalara
bağlılığı əks et-dirə bilən bir qələm
əhlidir. 1999-cu ildən "Kaspi" qəzetinin
bütün ağırlığı onun zərif çiyinləri
üzərindədir. Elə jurnalistlik fəaliyyətinin də
mühüm hissəsi bu qəzetlə bağlıdır.
Klassiklərimizin ruhu duyulan "Kaspi"yə yeni həyat
verməklə Sona xanım mətbuat tariximizdə yeni bir ənənənin
-tarixi varislik ənənəsinin əasını qoydu.
Xanım yazar, xələfi olaraq sələflərinin tarixi
missiyasını layiqincə yerinə yetir-məyə
başladı. Hətta müsahibələrinin birində Sona
xanım deyir ki: "...Jurnalistika digər peşələrdən
fərqli olaraq elə bir fəaliyyətdir ki, bu sahənin
romantikasıl ilə yaşamasan, orada yaratmaq mümkün
deyil. Jurnalist romantikasını həmişə içimdə
yaşatmışam və ömrümün son gününə
qədər onu yaşatmağa çalışacağam. Bu
çox vacib keyfiyyətdir".
İlk dəfə
"İşıqlı yol" qəzetində çap
olunan, ədəbi aləmə qədəm qoyan Sona
xanımın həyat və yaradıcılıq yolu da
işıqlı, nurlu oldu. Daima Tanrı sevgisinə
sı-ğınan Sona xanım Azərbaycan mətbuatında və
ədəbiyyatında öz sözü, öz amalı ilə
tanınan qələm, kalam əhli kimi sevilir, oxunur. Bu sevgidən
"Arazbarı", "Çəhrayı rəngli
dünyam", "Zaman xəbərsiz ötdü" və
daha necə kitabları yarandı...
Beş bölmədən ibarət
olan "Zaman xəbərsi ötdü" kitabı
"Portret cizgilər" adlı bölmə ilə
başlayır. Bu bölmədə Sona xanımın həyat
yolundan, ədəbi aləmə gəlişindən bəhs olunur.
Həmçinin bu bölmədə onun müxtəlif
vaxtlarda verdiyi müsa-hibələr də yer alır. Bu
müsahibələrdə biz yaradıcı, ziyalı Sona
xanımla yanaşı qayğıkeş, mehriban, səmimi
bir ana, ömür-gün yoldaşı Sona xanımla da
rastlaşırıq. Yaradıcılığında
olduğu kimi həyatda da sadə, səmimi, istiqanlı, diqqətcil
olan Sona xanım da dağ əhlinə xas olan bir sadəlik, səmimilik
var. Bunu "Salam, ata"
adlı şerində
belə bəyan edir:
Salam, ata, mənəm,
gəlmişəm,
Sən demişkən,
sənin
şəhərli balan...
Amma elə deyil, Vallah,
Mən şəhərli olammadım.
Şəhərdə
yaşadım, amma
Şəhərli olammadım.
("Amma nə yaxşı şəhərli ola bilmədiniz, Sona xanım. Onda bəlkə bu saflığı, bu səmimiyyəti itirərdiniz?).
Sona xanımın istər
poeziyasında, istər
publisistik yazılarında
ata yurduna, elinə-obasına, doğulub,
böyüyüb, boya-başa
catdığı torpağa
bağlılıq çox
güclüdür. Bu mövzuda olan şeirlərində həm
də ictimai motivlər üstünlük
təşkil edir.
Bəlkə də oradan
qaynaqlanır ki, şairə xanım həm də cəmiyyətlə, həyatla,
məişətlə bağlı
problemlərə biganə
qalmır, onların həlli yollarını arayır, axtarır.
"Açaq qapıları",
"Ehtiyac", "Kasıblıq",
"Kimsə yoxdur ağı desin bu kəndə", "Bir havasız hava çalın" və b. şeirlərində
müəllifin bir vətəndaş kimi ürək yanğısı,
narahatlığı hiss olunur.
Bu fikirlərlə "Çəhrayı
rəngli dünyam" bölməsində də
rastlaşdım. Onun haqqında görkəmli sənət və
ədəbiyyat xadimlərinin maraqlı, dəyərli fikirləri,
müxtəlif qəzetlərdə çap olunan məqalələri
bir daha bunu sübut edir.
"Publisistik etüdlər"
bölməsində Sona xanımın ayrı-ayrı vaxtlarda
yazdığı publisistik məqalələri yer alıb.
"Müstəqilliyimizin iyirminci ilində mediyanın
inkişafına baxış", "30 illik ilahi
ömür", "Molla Nəsrəddin" və Azərbaycan",
"Qaldı hicran umuduna", "Vətənpərvərlik
və qeyrət birləşəndə", "Üç əsrin
qəzeti-"Kaspi"dən "Kaspi"yə" sərlövhəli
bədii publisistik məqalələr həm də Sona
xanımın tədqiqatçılığından xəbər
verir. Azərbaycan mətbuatı tarixində, onun
inkişafında silinməz yeri və izi olan "Molla Nəsrəddin",
"Kaspi" mətbu orqanları haqqında döv-rü mətbuata
və arxiv sənədlərinə əsaslanaraq maraqlı və
dəyərli fikir söyləyən təd-qiqatçı
alimin araşdırmaları davam etməkdədir.
Hörmətli oxucu! Sona xanım məqalələrindən
birində yazır ki: "Dünyada üç şey təmənnasız,
qarşılıqsız olaraq dəlicəsinə sevilir. Bu,
Tanrıya, yurda və anaya olan məhəbbətdir". Bu
müqəddəs, bu ülvi məhəbbəti hər
cümləsində duymaq istəyirsənsə "ZAMAN XƏBƏRSİZ
ÖTDÜ"nü bir nəfəsə oxu. Oxu ki, qəlbinə
bir daha Tanrı sevgisi, torpaq qeyrəti, ana məhəbbəti
dolsun!
Qərənfil
Dünyamin qızı,
BDU-nun Mətbuat tarixi kafedrasının
müəllimi, fəlsəfə doktoru
Ədalət.-2012.-26
iyul.-S.4.