ŞƏFA
TAPMAQ İSTƏYİRSİNİZSƏ...
... İnsanın sağlamlığından böyük və qiymətli nəsə yoxdur. Sağlamlıq elə bir qiymətli şeydir ki, onu heç nə ilə əvəzləmək mümkün deyil. Sadəcə olaraq biz çox vaxt can sağlığımızın qayğısına qalmır və necə gəldi həyat tərzi yaşayırıq. Sonradan da hiss eləyirik ki, pis vərdişlərə alışmışıq və sağlamlığımıza böyük ziyan vurmuşuq. Bu gün ölkəmizin hər yerində olduğu kimi, Füzuli rayonunda da səhiyyənin inkişafı yüksələn xətlə gedir və bir-birindən gözəl, müasir tələblərə cavab verən şəfa ocaqları - xəstəxanalar, müalicə korpusları istifadəyə verilir.
AĞ XALATLI HƏKİMLƏR
Füzulinin işğaldan azad
olunmuş 22 yaşayış məntəqəsində və
1 şəhərində bu gün 13 xəstəxana fəaliyyət
göstərir. Bundan savayı, 17 həkim ambulatoriyaları, 48
feldşer-mama məntəqəsi hər gün insanlara
lazımi köməkliyi eləyir. Təbii ki, bu tibb məntəqələrinin
davamlı olaraq, fəaliyyət göstərməsi elə də
asanlıqla başa gəlməyib. Ən azından ona görə
ki, bu gün Füzulidə səhiyyənin inkişafına
xüsusi bir önəm verilir. Bir faktı da qeyd edək ki,
ölkə prezidenti cənab İlham Əliyev Füzulidə
olarkən əhali ilə görüşündə bildirib
ki, o, Füzuli rayonuna həmişə kömək edəcək
və qayğı göstərəcəkdir. Cənab prezident
sözünü əməli işi ilə doğruldub və
Füzulidə bir çox tibb mərkəzlərinin və xəstəxanalarının
tikintisinə yardımçı olub. İndi həmin xəstəxanalar
əhaliyə xidmət eləyir. Bu xəstəxanalarda nə
az, nə çox düz 188 həkim, 557 orta tibb
işçisi çalışır.
FÜZULİ
TİBB MƏRKƏZİ
Bayaq dediyimiz kimi, Füzulidə səhiyyənin
inkişafı daim diqqət mərkəzində
saxlanılır. Birincisi, ona görə ki, Füzuli cəbhə
bölgəsidir və ermənilərin bir
addımlığında yerləşir. İkincisi də
burda tibbi xidməti ona görə inkişaf etdirirlər ki, sərhəd
bölgəsində hər hansı insan xəstələnərkən
xərc çəkib Bakıya müayinəyə və
müalicəyə getməsin. Füzuli Mərkəzi Rayon Xəstəxanasının
baş həkimi Soltan Əliyev uzun illərdi ki, səhiyyə
sistemində çalışır. Bu illər ərzində
onun tibb sahəsində topladığı zəngin təcrübəsi
bir çox insanları yenidən həyata qaytarıb. Elə
bu bacarığına görə də bir ilə
yaxındır ki, Soltan Əliyev Füzuli Mərkəzi Rayon Xəstəxanasına
baş həkim təyin edilib. Vəzifəyə gələn
gündən də özünü əməli işi ilə
təsdiq edib. Təsdiq edib ki, o, vəzifəyə heç də
təsadüfən təyin olunmayıb. Soltan Əliyev bildirir
ki, son vaxtlar Füzuli rayonunda bir neçə səhiyyə
ocaqları istifadəyə verilib. Onlardan ən önəmlisi
isə Füzuli Tibb Mərkəzidir. Füzuli Tibb Mərkəzi
dünya standartlarına cavab verən ən müasir texnika və
avadanlıqlarla təchiz edilib. Üstəlik də mərkəzdə
daha peşəkar və daha savadlı həkimlər işə
götürülüb. Soltan həkim onu da bildirdi ki, Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümü ərəfəsində Heydər Əliyev
Fondunun təşəbbüsü, Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin dəstəyi ilə Mərkəzi
Neftçilər Xəstəxanasının yüksək
ixtisaslı həkimlərindən ibarət kardiocərrahiyyə
tibb briqadası cəbhə bölgəsində yerləşən
rayonumuzda açıq ürək əməliyyatı
kampaniyası keçirib. Prezident cənab İlham Əliyevin
göstərişinə əsasən rayonun Böyük Bəhmənli
kəndində inşa olunmuş tibb mərkəzində bu
mürəkkəb tibb əməliyyatları uğurla
aparılıb. Kardiocərrahiyyə briqadasının rəhbəri
Rəşad Mahmudov bu əməliyyatlardan çox razı
qalıb. Bir sözlə, bu gün Füzuli Tibb Mərkəzində
ən mürəkkəb tibb əməliyyatları aparmaq
üçün hər cür şərait var.
GƏNCLƏR
İRƏLİ ÇƏKİLİR...
Füzuli Mərkəzi Rayon Xəstəxanasının
baş həkimi Soltan Əliyev bizimlə söhbətində
bir fikri də xüsusilə vurğuladı ki, son illər
yaş senzi ilə əlaqədar olaraq bir çox həkimlərimiz
təqaüdə göndəriliblər. Təbii ki, təqaüdə
göndərilən onlarla həkimin Füzuli rayon səhiyyəsində
çox böyük xidmətləri olub. O həkimlər
ağır vəziyyətdə və ölümün pəncəsində
olan neçə-neçə insanı xilas edərək həyata
qaytarıblar. Elə buna görə də onların el-oba
arasında böyük hörməti var. Yeni kadrların vəzifəyə
təyin olunması elə də asan deyil. Çünki birinci
növbədə gərək vəzifəyə təyin
olunan həkimin savadı və təcrübəsi olsun. Bu
prinsipdən də çıxış edərək biz yeni gənc
kadrları vəzifələrə təyin etmişik.
Onların arasında baş həkim də var, baş həkimin
müavinləri də. Məsələn, Horadiz şəhər
xəstəxanasına gənc bir həkim - Şaiq
Şükürov baş həkim təyin edilib. Onların fəaliyyəti
göstərir ki, bu işdə nə biz, nə də səhiyyə
nazirliyi səhv etməyib. Ona görə ki, seçib təyin
etdiyimiz gənc kadrlar göstərilən etimadı zaman-zaman
doğruldurlar. Bu da onu deməyə əsas verir ki, Füzuli səhiyyəsi
yaşlı nəsildən sonra gənc nəslin etibarlı əllərindədir.
Hər şey dəqiq və yerində olanda, bax onda atılan
addımlar da düzgün olur.
ŞƏKƏRLİ
XƏSTƏLƏR DİQQƏT MƏRKƏZİNDƏ
Hər yerdə olduğu kimi,
Füzuli rayonunda da uçotda dayanan xəstələr var. Xüsusən
şəkərli xəstələr bu mənada daha çox
diqqəti cəlb eləyir. Əlbəttə, bütün xəstələrə
və səhhətində problem yaranan insanlara səhiyyə
xidməti göstərilməlidir. Amma şəkərli xəstələrə
bu diqqət ikiqat və daha çox olmalıdır. Baş həkim
Soltan Əliyev bildirir ki, əvvəllər bu sahədə
müəyyən nöqsanlar mövcud olsa da, artıq həmin
qüsurlar zaman-zaman aradan qaldırılıb. Şəkərli
xəstələrin dərman təhcizatına və digər
problemlərinə böyük diqqət yetirilir. Xəstəxanaların
baş həkimlərinə bir daha tapşırıq verilib
ki, bu sahədə heç bir problem yaranmasın. Eyni zamanda
şəkərli xəstələrlə bağlı
narazılıqlar elə yerindəcə həll edilsin. Şəkərli
xəstələrə hörmətli nazirimiz Oqtay Şirəliyev
də qayğı göstərməyi bizim
qarşımıza əsas vəzifə kimi qoyub. Cənab
nazir bizimlə olan söhbətində bildirib ki, davamlı
olaraq, şəkərli xəstələr pulsuz dərmanlarla
təmin edilməlidir. Məhz biz də rayon ərazisində
bu tapşırığı yerinə yetirmək
üçün baş həkimlərə lazımi göstərişlər
vermişik. Hansı həkimdən narazılıq edilirsə
həmin məsələlər operativ surətdə həllini
tapır və şəkərli xəstə lazımi dərmanla
təchiz edilir.
XƏSTƏXANALARDA
ŞƏRAİT YAXŞILAŞIB
Təkcə Füzulinin Horadiz şəhərində deyil, eyni zamanda Qayıdış, Zobucuq və yeni salınmış digər yaşayış məntəqələrində də səhiyyə xidməti günbəgün yüksəlir. Zobucuq qəsəbəsindəki Füzuli Mərkəzi Rayon Xəstəxanası hər cür texnika və avadanlıqla təchiz edilib. Burda müxtəlif xəstəliklərin tam müalicəsi mümkündür. Çünki xəstəxanada çox bacarıqlı və təcrübəli həkimlər işləyirlər. Cərrahdan tutmuş, terapefte qədər hər cür ixtisaslı həkim var. Reanimasiya otağı isə hər cür avadanlıqla təmin edilib. Mürəkkəb əməliyyatlar aparılan zaman xəstələr həmin reanimasiya otağında yerləşdirilir və onlara operativ xidmətlər göstərilir. Təbii ki, müasir texnika və avadanlıqla yanaşı, xəstənin sağalmasında həkimin savadı və təcrübəsi böyük rol oynayır. Çünki həkim savadsız olsa, ən müasir avadanlıqla belə xəstənin həyatını xilas etmək mümkün olmur.
Nə yaxşı ki, Füzulidə
müasir standartlara cavab verən xəstəxanalarda
savadlı, təcrübəli və bacarıqlı tibb
işçiləri çalışırlar. Baş həkim
bizimlə söhbətində onu da dedi ki, rayon səhiyyəsinin
inkişafına icra hakimiyyətinin başçısı
Alı Alıyev yaxından köməklik göstərir. Onun
köməkliyi və yardımı ilə biz müəyyən
inkişafa nail olmuşuq.
... Xəstəni həyata qaytaran
yuxarıda Allah, yerdə isə həkimlərdir. Hər bir xəstə
xəstəxanaya gedərkən Allahdan kömək istəyir
və həkimdən yardım umur. Bu yardım insana
çatanda onun həyatı ölümün pəncəsindən
xilas edilir. Füzulinin də tibb işçiləri, ağ
xalatlı həkimləri bax beləcə neçə-neçə
ağır xəstəni həyata qaytarıb və onların
alqışını qazanıblar...
Faiq
QİSMƏTOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-7
iyul.-S.14.