ÜMUMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
(mövzu əsasında VIII yazı)
Güclü
iqtisadiyyatın qurulmasında müasirləşən təhsilin
rolu böyükdür
Bütün dövrlərdə cəmiyyətin
tərəqqisi bilavasitə təhsilin inkişafından və
onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən
asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin
inkişafını sürətləndirmiş, elmi və
texnoloji nailiyyətlər isə təhsil sistemi
qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr
qoymuşdur.
Qloballaşmanın geniş vüsət
aldığı hazırki mərhələdə, informasiya cəmiyyətində
sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin
gücləndiyi, habelə təbii resursların tədricən
tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Birləşmiş
Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri"
elan etmişdir. Yüksək intellektə malik insan
kapitalının formalaşmasında, davamlı inkişafa zəmin
yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin
rolu mühüm əhəmiyyət kəsb edir. Təbii,
burada təhsilin bütün mərhələlərinin
ümumi məzmunu nəzərdə tutulur.
"Təhsil əsri" və İKT
Ümumtəhsil sisteminin müasirləşməsindən söz açarkən xüsusi qeyd etmək lazımdır ki, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Danılmaz faktdır ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə formalaşır.
Müstəqilliyin şərəfli
yolları ilə gələcəyə doğru inamla irəliləyən
ölkəmizdə son illər ərzində aparılan
davamlı islahatlar siyasəti dövlətimizin əhəmiyyətli
dərəcədə güclənməsinə imkan
vermiş, dinamik sosial-inkişafı və
xalqımızın rifah halının
yaxşılaşdırılmasını təmin
etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqındakı sərəncamı ölkədə gənclərə,
onarın savadlı, vətənpərvər, "Təhsil əsri"nə
layiq olmalarına göstərilən qayğının, dəstəyin
bariz nümunəsidir.
Təhsilə
dövlət qayğısının yeni mərhələsi
Bu gün dövlət
qayğısı ilə əhatə olunmuş Azərbaycan təhsilinin
uğurlarının gündən-günə
artmasının, inkişaf etməsinin və dünya təhsilinə
inteqrasiyasının təməlində Ulu Öndər Heydər
Əliyev tərəfindən müəyyən edilmiş
siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi durur. Cənab Prezidentin dəfələrlə
səsləndirdiyi "Təhsil Azərbaycanın davamlı
inkişaf strategiyasının ən öncül istiqamətlərindən
biridir" fikri təhsilin dövlət siyasətinin mərkəzi
subyekti olduğunu sübut edir. Respublikamızda geniş
vüsət almış yeni məktəblərin, digər
uşaq tərbiyə müəssisələrinin tikintisi,
onların əsaslı təmiri və müasirləşdirilməsi,
müasir avadanlıqlarla, informasiya-kommunikasiya texnologiyaları
ilə təchizi, yeni dərsliklərin - tədris vəsaitlərinin
çap edilərək pulsuz şagirdlərə
çatdırılması, yeni təlim
texnologiyalarının tətbiqi, pedaqoji kadr
hazırlığı və s. bu kimi tədbirlər milli təhsilimizin
möhkəm təməllər, elmi proqramlar əsasında
qurulduğundan və düzgün inkişaf etdirildiyindən xəbər
verir. Respublikamızda mövcud potensialı müasir və
innoativ təhsil sisteminin təkmilləşdirilməsi
üçün geniş imkanlar açmaqla onun iqtisadi
inkişafının mühüm amilinə çevrilməsini
təmin etməlidir fikrini əsas götürən ölkə
rəhbəri 2011-2012-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə milli strategiyanın
hazırlanması haqqında da sərəncam
imzalanmış, bu sahədə böyük işlərin
startı verilmişdir.
Təhsil
sahəsində Kürdəmirdə çox işlər
görülür
Son illər Kürdəmir rayonunda
da təhsilə, onun inkişafına və müasirləşməsinə
xüsusi diqqət və qayğı göstərilir. Burada
yeni məktəblər tikilir, məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi
üçün əlavə tədbirlər
görülür. Qazanılan uğurlu nəticələr
pedaqoji kollektivləri daha yüksək göstəricilərə
ruhlandırır. Hansı vəzifədə
çalışmasından asılı olmayaraq həmişə
qurub-yaratmaq və uğurlar qazanmağı qarşıya məqsəd
qoyan, bütün bilik və təcrübəsini vətənin
yüksəlişinə sərf edən hörmətli
İrşad Əliyevin bu rayona rəhbər təyin edilməsi
təhsil işçilərini də sevindirmişdir.
Çünki onlar İrşad müəllimin yüksək
idarəçilik bacarığına və şəxsi
nüfuzuna bələddirlər.
Keyfiyyət
uğurların göstəricisidir
Kürdəmir rayon təhsil
şöbəsinin müdiri Tacəddin Novruzovla söhbətimiz
zamanı öyrənirik ki, kollektiv 2011-2012-ci tədris ilini
uğurla başa vuraraq yeni dərs ilinə hazırlıq
işlərinə başlayıb. Təbii ki, təhsil
sistemində və onun həyata keçirilməsində ən
mühüm göstərici təhsilin keyfiyyətidir.
Bütün dövrlərdə, eləcə də təhsil
islahatının və yeni təhsil qanununun həyata keçirildiyi
indiki dövrdə yüksək təhsil keyfiyyətinə
malik olmaq, milli-mənəvi və əxlaqi dəyərləri
özündə əks etdirən təhsil siyasətini həyata
keçirmək əsas vəzifələrdən biri
olmuşdur.
Məktəblərdə
aparılan təlim-tərbiyə işlərinin keyfiyyətini
yüksəltmək sahəsində əldə edilən
uğurların nəticəsidir ki, ötən dərs ilində
rayon məktəbliləri respublikada keçirilən müxtəlif
nominasiyalar üzrə müsabiqələrdə, bilik
yarışlarında və fənn olimpiadalarında
yaxından iştirak etmişlər.
(ardı
gələn sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-10 iyul.-S.3.