Bu tibb ocağı Şirvan şəhərindədir
Tez-tez xatırladığım,
ancaq adını unutduğum bir məşhur həkimin dediyi
iki sözdən ibarət bir cümlənin nəyə qadir
olduğunun fərqindəyəm. Böyük rus şairi A.S.
Puşkinin şəxsi həkimi onun dueldə
aldığı yaradan çox tezliklə öləcəyinin
təsiri altında iş yerinə gəlir. Ona bütün
varlığı ilə inanan pasientlərindən biri
soruşur ki, həkim, mənim vəziyyətim necədir.
Böyük psixoloji sarsıntı keçirən həkim
" Sən də öləcəksən" deyir. Və səhəri
gün pasient doğurdanda dünyasını dəyişir. Həkimin
kiçicik bir səhfi bir insan ömrünə son qoyur.
Həkim
qədər insanların ehtiyacı olan ikinci bir peşə
sahibi varmı görəsən?
Həyatımızı etibar
etdiyimiz bu ağ xalatlılar haqqında bu gün söhbət
açmağa xüsusi ehtiyac var. Çünki, cəmiyyətimizi
inkişaf etdirən, sabahımızı qoruyacaq insanların
sağlamlığı məhz onların əlindədir.
İnsan ömrünü, sağlamlığını hər
şeydən uca tutan belə kollektivlər, həkimlər
ölkəmizdə kifayət qədərdir.
Belə tibb ocaqlarından biri də
Şirvan Mərkəzi Şəhər Xəstəxanasıdır.
Xəstəxananın
keçmişinə qısa səyahət
Haqqında
danışdığımız Şirvan Mərkəzi Şəhər
Xəstəxanasının özünəməxsus tarixi var. Xeyli
əvvəllər burada xırda bir feldeşr məntəqəsi
insanlara xidmət edib. Bir qədər sonra isə tibb məntəqəsi
kimi fəaliyyət göstərib. Elə o vaxtlar müxtəlif
səbəblər üzündən burada tüğyan edən
malyariya və traxoma xəstəlikləri əleyhinə
dispanserin yaradılması zərurəti meydana
çıxmışdır. Sonralar traxoma xəstəlikləri
əleyhinə dispanserin əsasında rayon göz xəstəxanası
yaradılmışdır. Malyariya dispanserinin bazasında isə
tropstansiyasının təşkil edilməsi bu dövrə təsadüf
edir.
30-cu illərdə rayon kimi fəaliyyət
göstərən bu məkanda təşəkkül tapan mərkəzi
xəstəxana köhnə binalarda, kiçik sayda həkim və
orta tibb heyyəti ilə fəaliyyətə başlayır. Sovetlər
dönəmində bir qədər də genişlənən
xəstəxana insanlara xidmətində əsaslı
dönüş yaradır.
1963-cü ildə doğum evinin də
yerləşdiyi 3 mərtəbəli Mərkəzi Şəhər
Xəstəxanası istifadəyə verilir. 85
çarpayılıq bu xəstəxana bir neçə
şöbəni özündə birləşdirir.
1980-ci ildə şəhərdə
400 çarpayılıq xəstəxana fəaliyyətə
başlayır. Bir sıra yeni şöbələrlə bərabər,
müstəqil doğum evi, göz, uşaq və onkoloji xəstəxana,
gigiyena və epidiomologiya stansiyası və digər tibb müəssisələri
təşkil edilir. 240 həkimi, 500 orta tibb işçini
özündə birləşdirən xəstəxana tezliklə
regionda öz sözünü deməyə başlayır.
Qonşu Sabirabad, Saatlı, Salyan, Hacıqabul rayonunun sakinləri
bu xəstəxananın xidmətindən istifadəyə daha
çox üstünlük verirlər.
Həkimlərin yüksək peşə
hazırlığı, dəqiq müayinələr, effektli
müalicə, pasientlərə diqqət bu xəstəxananın
imicini xeyli yüksəldir. Respublikada sayılıb-seçilən,
nümunə göstərilən Şirvan Şəhər Mərkəzi
Xəstəxanası bu ənənəni indi də
yaşatmaqdadır.
Hər
şey qayğıdan, şəraitdən aıslıdır
Hər bir ölkə vətəndaşının
həkimlər tərəfindən ciddi müayinə olunmaq və
xəstəliyinə uyğun da xəstəxanada müalicə
almaq, haqqı var. Ancaq yüksək ixtisaslı həkimin də
təyin etdiyi müalicə üçün müvafiq şəraitin
olması labüddür axı.
Son vaxtlar respublikada aparılan
böyük abadlıq-quruculuq, təmir-tikinti işləri səhiyyə
xidmətindən də yan keçməyib. Əlhalinin
sağlamlığını qorumaq məqsədi ilə
dövlətin həyata keçirdiyi proqramlarda bu çox
yaxşı əks olunur. Regionların sosial-iqtisadi
inkişafında daha bariz öz həllini tapan bu
abadlıq-quruculuq işləri Şirvan Şəhər Mərkəzi
Xəstəxanasında öz izlərini qoyub.
Dörd mərtəbədən
ibarət xəstəxananın əsas korpusu 2010-2011-ci illərdə
Respublika Səhiyyə Nazirliyinin dəstəyi ilə əsaslı
təmin edilib. Xəstələrin qəbul şöbəsi
ilə bərabər burada cərrahiyyə, trovmotologiya,
terapiya, reanimasiya və digər şöbələr indi
müasir avadanlığı olan otaqlarda yerləşir. Xəstələrin
müalicə olunduqları palatalar çox səliqəli və
rahatdır. 2009-2010-cu illərdə əsaslı təmir edilən
doğum evi də bu gün Avropa standartlarına cavab verir desək,
yanılmarıq. Yenidən quraşdırılmış
istilik, su, elektrik xətləri daha etibarlı, daha
effektlidir.
İki mərtəbədən ibarət
poliklinika da ötən il təmir olunaraq insanların istifadəsinə
verilir. Hər iki mərtəbədə yerləşən
bütün otaqlar, sanuzerlər bu gün mübaliğəsiz
ən gözəl sözlərə, ifadələrə
layiqdir. Qeydiyyat şöbəsindən tutmuş şəkər
və vərəm, kardioloji, nevroloji, uroloji kabinetlərin,
rentgen otağının, laboratoriyanın yerləşdiyi bu
poliklinikada hər şey göz oxşayandır. Məhkəmə
Tibb Ekspertizası və Potoloji Anatomiyasının binası
indi tamam başqa görkəm alıb. Xəstəxananın mətbəxi
də təmir edilərək xəstələrin ixtiyarına
verilir.
Bir sözlə, Səhiyyə
Nazirliyinin dəstəyi ilə Şirvan Şəhər Mərkəzi
Xəstəxanasında son illərdə aparılan təmir-tikinti,
abadlıq işləri şübhəsiz təqdirəlayiqdir.
Bunun xəstəxananın kollektivi də həmişə minnətdarlıqla
qeyd edirlər.
(ardı gələn sayımızda)
Səxavət
Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-5
iyun.-S.7.