Əhməd
Cavadın 120 illik yubileyi
qeyd olundu
Azərbaycan Dövlət
Filarmoniyasında Azərbaycanın Dövlət Himninin
sözlərinin müəllifi, görkəmli şair və tərcüməçi,
repressiya qurbanı Əhməd Cavadın 120 illik yubileyi qeyd
edilib.
APA-nın məlumatına görə,
tədbirdə mədəniyyət və turizm nazirinin birinci
müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar
Birliyin sədri, xalq yazıçısı Anar, xalq şairi
Nəriman Həsənzadə, Əhməd Cavadın nəvəsi
Anar Axundzadə, Türkiyə Cümhuriyyətindən gəlmiş
Azər Elmas çıxış ediblər.
Tədbirdə Əhməd
Cavadın şeirləri və onun şeirlərinə bəstələnmiş
"Can Azərbaycan" "Gəncədən gəlirəm
yüküm xurmadır",
"Çırpınırdı qara dəniz"
mahnıları səsləndirilib. Yubiley mərasimində
tanınmış sənət adamları şair haqqında
danışıb, onun şeirlərindən parçalar oxunub,
sözlərinə bəstələnmiş musiqilər səsləndirilib.
Tədbirin aparıcısı millət vəkili, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov
olub.
Qeyd edək ki, Ə.Cavad 1892-ci il
mayın 5-də Gəncə qəzasının Şəmkir
dairəsinin Seyfəli kəndində anadan olub. O, sovet-kommunist
rejiminin repressiyasına
məruz qalaraq 1937-ci ildə güllələnib.
Ədalət.-2012.-6
iyun.- S.7.