Hacıqabul
yeni inkişaf mərhələsində
(əvvəli ötən
sayımızda)
Rayonun bütün ərazisi mavi
qazla təmin ediləcək
Hacıqabul rayonunda qış elə sərt keçməsə
də payızın yağışı, qışın
qarı elə soyuq deməkdir. Uzun illər odun-ocaq
sarıdan korluq çəkən rayon sakinləri çox
yaxın vaxtlarda bu
qayğıdan tamam azad
olacaqlar. Rayonun qaz təsərrüfatına 6 ildir başçılıq edən
Hacıqabul Qaz İstismarı sahəsinin
rəisi Elşən Rəhimov son vaxtlar gördükləri işlərdən həvəslə
danışdı. Bildirdi ki,
rayon mərkəzi artıq başdan-başa qazlaşdırılıb.
Bu günə kimi Qarasu, Muğan, Rəncbər,
Qubalıbaloğlan, Atbulaq,
Qızılburun, Navahı kəndləri artıq bu təbii sərvətdən istifadə edir.
Hətta rayondan 37 kilometr
uzaqlıqda yerləşən, 7 para kənddən ibarət
Udulu ərazisi qazlaşdırılıb. İyun ayında
Pirsaat, Kolanı kəndləri, Navahı qəsəbəsi də
mavi qaz ala biləcək.
Bir sözləÜ çox
yaxın vaxtlarda Hacıqabul rayonunun bütün ərazisinə
qaz xətti çəkiləcək, insanlar istilik sarıdan əziyyət
çəkməyəcəklər. Sahə rəisi onu da əlavə
etdi ki, rayonun qazlaşdırılması ilə əlaqədar
bu günə kimi 800 kilometr uzunluğunda müxtəlif
diametrli polietilen boru çəkilmişdir.
İstehlakçılara verilən mavi qazın dəyərinin
toplanmasına da ciddi nəzarət edilir.
Nə deyirik, kaş bütün
evlərdə gur işıq, isti soba olsun.
Söz
işıqdan düşmüşkən
Söz-sözü çəkər
deyib ulularımız. Söz işıqdan
düşmüşkən qeyd edək ki, rayonun elektriklə
fasiləsiz təmin edilməsinə son vaxtlar xüsusi fikir
verilir. Rayondakı abadlıq-quruculuq işləri ilə bərabər
sosial-iqtisadi sahələrdəki uğurlarına görə
rayon sakinləri icra hakimiyyətinin başçısı Əhməd
Muxtarova xüsusi minnətdarlıq edirlər. Hacıqabulun
elektrik enerjisinə də həssaslıqla yanaşan Əhməd
müəllim bu təsərrüfatın daha çevik iş
şəraitində fəaliyyət göstərməsinə
nail olmuşdur.
Bu ilin ilk aylarında rayondakı
elektrik hava xətlərinin 5.8 kilometr məsafəsində təmir
işləri aparılmışdır. Müxtəlif tutumlu
30 ədəd transformator da əsaslı təmir edilmişdir.
Yeddisi isə yeniləri ilə əvəz olunmuşdur.
Kollektiv çalışır ki, Hacıqabul şəhəri
kimi rayonun bütün ərazisində fasiləsiz elektrik
enerjisi olsun.
"Yaxşı təhsil millətin gələcəyidir"
Bu sözlərin müəllifi
müasir Azərbaycanın qurucusu Heydər Əliyevdir. Həyatın
bütün sahələrinə zərgər dəqiqliyi ilə
diqqət verən Ulu Öndərin təhsil haqqında dediyi
bu kəlamlar çox dəqiq, doğru və ibrətamizdir.
Hacıqabul Təhsil şöbəsində
uğurlarla bağlı söhbətdən həmişə
yayınırlar. Çünki iddiaları daha böyük
naliyyətlərdir. Ancaq bu sahədə də Hacıqabulda həyata
keçirilən layihələr təqdirə layiqdir.
Bu il Abdulabad kəndində 480
şagird, Şorbaçı kəndində 220, Xilə kəndində
80, Tağlı kəndində 80, Pirsaat qəsəbəsində
180, Qubalıbaloğlan kəndində 140 şagird
üçün məktəb binası tikiləcək. Rəncbər
kəndində 200 şagird üçün əlavə tədris
korpusu inşa ediləcək. 320 şagirdin təhsil
aldığı Navahı qəsəbəsindəki orta məktəb
bu il əsaslı təmir olunacaq.
Hacıqabul şəhərində
fəaliyyət göstərən "Gündüz"
uşaq bağçasının əsaslı təmir edilməsinə
start verilmişdir. "Lalə" uşaq
bağçası üçünsə yeni binanın
inşa edilməsi planlaşdırılmışdır.
İlin ilk aylarında Kolanı kənd
orta məktəbi tam təmir edilmiş, 60 şagird
üçün əlavə tədris korpusu tikilmişdir.
Məktəblərin yeni invertar və
avadanlıqla təmin edilməsi də, şagirdlərin daha
yaxşı bilik almaları da rayon təhsil işçilərinin
diqqətindədir. Təhsil şöbəsinin kollektivi bu
auranı saxlamaq, genişləndirmək üçün yeni
yollar axtarır.
Sağlamlığı
qoruyanlar - ağ xalatlılar
Hacıqabul rayon Səhiyyə
işçiləri bu günlər daha fəal işləməyə
başlamışlar. Çünki isti yay günləri burda
bir sıra yolxucu xəstəliklərin baş
qaldırmasına səbəb olur.
Son vaxtlar Hacıqabul rayon səhiyyəsində
də bir sıra uğurlara imza atılıb desək
yanılmarıq. İndi Mərkəzi Rayon Xəstəxanası,
Uşaq Sağlamlıq Mərkəzi daha müasir, daha şəraitli
binalarda yerləşir. Yüksək peşə
hazırlığı olan 59 həkim, 181 nəfər orta tibb
işçisi Hacıqabul səhiyyəsini təmsil edir.
15 çarpayılıq Udulu sahə
xəstəxanası, 10 kənd həkim məntəqəsi,
12 tibb məntəqəsi də hacıqabullulara daim xidmət
etməyə hazırdılar.
Rayondakı 146 nəfər onkoloji xəstə, 780 nəfər
diabetli xəstə daim həkimlərin nəzarəti və
qayğıları altındadır. Hər biri 20
çarpayılıq cərrahiyyə, terapiya, doğum
şöbələri olan Dəmir Yol Xəstəxanası da
insanların sağlamlığı keşiyində
dayanır.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi
rayon ərazisində fəaliyyət göstərən yeyinti
məhsulları istehsal edən müəssisələrdə,
ictimai-iaşə obyektində sanitar nəzarətini
havaların qızması ilə əlaqədar bir qədər
də gücləndirmişdir.
Hacıqabul rayonu müstəqil həyata
qədəm qoymasından az keçməsinə baxmayaraq xeyli
naliyyətlərə imza atmışdır. Yeni inkişaf mərhələsini
yaşayan rayonda bu istiqamətdə aparılan işlər
yaxın gələcəyin böyük uğurlarından xəbər
verir.
Səxavət
Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-8
iyun.-S.7.