ƏHMƏD
CAVAD
AZƏRBAYCAN
DÖVLƏT HİMNİ
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın
şanlı Vətəni!
Səndən ötrü can verməyə
cümlə hazırız!
Səndən ötrü qan
tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla
məsud yaşa!
Minlərlə
can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min
bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını
yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Mən türk övladıyam
Mən bir güləm, yük altında əzilmişəm, qardaşım,
Sevinc bilməz bir
məhkumam, ahu-zardır
sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur bana.
Mənə dinmə, sus deyirsən, nə vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində
qalacam?
Niyə susum, danışmayım,
insanlıqda payım var,
Mənim ana Vətənimdir
talan olan bu diyar.
Niyə susum, danışmayım,
Türk yurdudur bu torpaq,
Oğuzların,
elxanların Vətənində
kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrətdən üstün
tut,
Alçaqlığı,
yaltaqlığı rəzilliyi
sən unut!
Necə susum, danışmayım,
mən eyləyim xəyanət?
Hanı sevgi, hanı
Vətən, de harda qaldı millət?
Mən bir güləm, yerim altın, suyum gümüş, özüm ac,
Atam məhkum, anam
sail, elim hər şeyə möhtac.
Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə
gəzəcəkdir yağılar?
Nə qədər ki,
hakimlik var, məhkumluq var, mən varam.
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!
SUSMARAM!
"Mən bir qulam, yük
altında əzilmişəm,
qardaşım,
Sevinç bilməz bir
məxluqam, ahu-zardır
sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmler məskən olmuşdur mana.
Mana dinmə, sus deyirsən, ne vaxtacan susacam
Böhranların, hicranların, məhbəsində
qalacam?
Niyə susum, danışmayım,
insanlıqda payım var,
Mənim ana vətənimdir
talan olan bu diyar.
Niyə susum, danışmayım,
Türk yurdudur bu topraq,
Oğuzların,
elxanların vətənində
kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrəttən üstün
tut,
Alçaqlığı,
yaltaqlığı rəzilliyi
sən unut!
Necə susum, danışmayım,
mən eyləyim xəyanət?
Hanı sevgi, hanı
vətən, de harda qaldı millət?
Men bir qulam, yerim altun,
suyum gümüş,
özüm ac,
Atam mahkum, anam
sail, əlim hər şeyə möhtac.
Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Ne vaxtacan
çiynimizdəgəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq
var, mən varam,
Zülmə qarşı isyankaram,
əzilsəm de susmaram!"
Çırpınırdın Qara
Dəniz
"Çırpınırdın
Qara Dəniz
Baxıb Türkün Bayrağına.
Ah deyərdin, heç ölməzdin
Düşə
bilsəm ayağına!
Ayrı düşmüş dost elinden
İllər var ki çarpar sinən.
Vəfalıdır
gəldi gedən
Yol ver Türkün bayrağına!
Dost elindən əsən yellər
Mənə şer, salam
söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına!
İncilər tök gəl yoluna,
Sırmalar düz sağ-soluna,
Fırtınalar
dursun yana,
Salam türkün
bayrağına!"
"Nə gördümsə"
Armağanım
yaslı nəğmə,
Bir quş oldum,
çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir
layla.
Sordum qərib minarədən:
"Axşam
olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan
hanı?"
Vicdan mənə əmr edər ki:
"Belə gündə bayram etmə".
Quran mənə yol göstərir:
"Yoxsulları məyus etmə".
"Bismillah"
Atıldı dağlardan zəfər
topları,
Yürüdü irəli əsgər,
Bismillah.
O, Xan sarayında çiçəkli
bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah.
Ey hərbin taleyi
bizə yol ver, yol.
Sən ey coşan dəniz
gəl Türkə
ram ol,
Sən ey sağa, sola qılınc vuran qol
Qollarına qüvvət gəlir,
Bismillah.
"Qalx"
Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar,
gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya
yol soran əsgər.
Qovduqların sənin yabançı xanlar
Qurtardı ölkəmi tökdüyün
qanlar.
Bax, nasıl öpməkdə
tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.
"BİSMİLLAH" ŞEİRİ
Məqaləyə baxış
Atıldı dağlardan zəfər
topları,
Bürüdü elləri əsgər,
bismillah!
O xan sarayında çiçəkli
bir qız
Bəkliyor bizləri zəfər,
bismillah!
Ey döyünən yürək,
dumanlı şəhər,
Bilirmisən, bu zor gurultu
nədir?
Aç sisli qoynunu, ordumuz gəlir,
Nişanlın
qoynuna girər, bismillah!
Ey hərbin taleyi, bizə yol ver,
yol!
Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılınc vuran qol,
Qollarına qüvvət gələr,
bismillah!
Ey Baku, sən qorxma, gəldik, gələli,
Səninçün atıldıq
daim irəli!
Sağ qalanlar annələrə təsəlli,
Şəhidlərin ruhu gülər,
bismillah!
Ey düşman, alnının
yazısı qara,
Öldürməz bizləri,
vurduğun yara!
Yolladığın qurşun ərməğan
sana,
O kirli alnını
öpər, bismillah!
Sən mərd olub dursan qarşımda əgər,
Qudurğan sazmalı növbətin keçər;
Sağlandığın
topraq qanını içər,
Yurdun olmaz sana
sipər, bismillah!
Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan.
Təkbir səslərini uzaqdan duyan,
Düşmənimi
zaman istər, bismillah!
Ədalət.-2012.-15 iyun.-S.20.