SABAHA
BÖYÜK İNAM
Xocavəndlilər
bu inamdan ilhamlanırlar
Bəzən bu boyda şəhərdə
özümə yer tapa bilmirəm. Adamlar da mənə yad gəlir,
münasibətlər də. Elə təsəvvür
edirəm ki, gedib
düşmüşəm Afrikaya, Amerikaya. Çünki
gördüklərimlə, düşündüklərim,
xatırladıqlarım düz gəlmir. Ən
azı ona görə ki,
torpağının 20 faizi işğal olunmuş məmləkətin
paytaxtında nə müharibənin, nə itirilmiş
torpaqların, nə də bütövlükdə faciəmizin
toplumunu əks etdirən məqamlar çox azdır. Doğrudu, dəfələrlə
bu fikir ən yüksək
səviyyələrdə səslənib və
ağrılarımızı, faciələrimizi əks etdirən
faktları, görüntüləri paytaxtın küçə
və meydanlarında da, park
və bulvarlarında nümayişi
arzulanıb. Nə isəg
Mən bütün bunları
içimdə götür-qoy edə-edə
düşünürəm ki, görəsən Azərbaycan qədər
hər şeyi özündə yaşadıb,
böyüdüb təqdim edən və yaxud da onun
bütünlüklə gününə, zamanına uyğun
mərhələyə gətirə bilən ikinci bir məmləkət
varmı? Çünki bu məmləkətdə hamıya, hər
kəsə, eyni zamanda uyğun olub-olmayan hər şeyə
iynə ucu boyda da olsa yer ayrılır, şərait
yaradılır. Bu ürək genişliyi, bu səxavət
zaman-zaman Azərbaycana qarşı paxıllıq hissindən
yol açır, şərait yaradır, problemlər ortaya
çıxarır. Bütün bunlara baxmayaraq, Azərbaycan
öz yolundan dönmür, öz prinsiplərindən çəkinmir
və yolu ilə, prinsipləri ilə inkişafında, tərəqqisində
davam edir.
Hər görüş insana yeni
bir ümid, yeni bir nəfəs verir və hər
görüşdən sonra gördüklərini, şahidi
olduqlarını öz-özünə saf-çürük
edirsən, nəyin necə olduğunu araşdırmağa
çalışırsan. Həqiqətin qiymətini verməyə,
onun yanında olmağa səy göstərirsən. Mən də
axtardığım, görmək istədiyim o gerçəkliyin
həmişə sorağında olmuşam. Bu mənada
doğulduğum bölgəyə hər səfərimdən
sonra ən azı 5-10 gün xəyallardan ayrıla bilmirəm.
Şahidi olduqlarımla qoyub gəldiklərim, bu gün gördüklərimlə
dünən yaddaşıma köçürdüklərim
qarşı-qarşıya gəlir. Hər ikisi haqlıdı.
Biri dünən baxımından - tarix gerçəkliyindən,
biri də bugünün reallığından. Elə hər
iki gerçəkliyə istinad
edib gördüklərimin təqdimatına
keçirəm.
Xocavənd rayonu 20 ildən artıqdır
ki, işğal alıtndadı və Dağlıq Qarabağda
yeganə rayon Xocavənddir ki, onun özünə aid olan
qışlaq torpaqları işğaldan azad edilib. Yəni
faktiki olaraq Dağlıq Qarabağa aid torpaqların
işğalında bu gün həyat
qaynayırgtikinti-abadlıq işləri aparılırg insanlar
məskunlaşırgtəsərrüfatlar qurulur.
Bütün bunlar isə ölkə prezidentinin
"Regionların inkişafına dair Dövlət
Proqrammı"nın tərkib hissəsi olmaqla yanaşı,
həm də ölkə başçısının
qaçqın və məcburi köçkünlərin həyat
səviyyəsinin yaxşılaşdırılması
üçün imzaladığı Sərəncamların,
verdiyi tapşırıqların nəticəsidir. Birmənalı
olaraq, bu gün salınan yeni qəsəbələr,
yaradılan infrastruktur məhz ev-eşiyindən didərgin
düşmüş soydaşlarımıza dövlət
qayğısıdır. Xocavənd rayonunun timsalında bu
qayğını kifayət qədər görmək,
müşahidə etmək mümkündür
Təkcə ötən illə
müqayisədə bu ilin 6 ayı ərzində Xocavənddə
görülən işlərin siyahısını gözdən
keçirəndə kifayət qədər irəliləyişlərin
olduğu, uğurların qazanıldığı diqqəti
çəkir. Əgər ötən illərdə rayonun icra
strukturları, idarə və müəssisələri Beyləqan
şəhər mərkəzində yerləşirdisə,
indi artıq onların hamısı xocavəndlilər
üçün salınmış yeni qəsəbədə
bir-birindən yaraşıqlı inzibati binalarda yerləşir.
Təkcə rayon İcra hakimiyyətinin inzibati binası deyil,
o cümlədən rayonun digər dövlət
strukturlarının xidməti binaları da müasir texniki
avadanlıqlarla təmin edilmiş, onlar da normal iş şəraitinə
malik olublar.
Bütün bunlar təkcə
tikinti-abadlıq sahəsində görülən işlərin
kiçicik hissəsidir. Bütövlükdə isə
salınan qəsəbələrdəki küçə və
yolların, işıq, su problemlərinin həll edilməsi,
eləcə də bu qəsəbələrdə sosial məişət
obyektlərinin istifadəyə verilməsi, məktəb, səhiyyə
ocaqlarının yaradılması baxımından da uğurlu
addımlar atılmaqdadı. İndi Xocavənd rayonunun
Haramı adlanan ərazidəki qəsəbələrində
hər gün yeniliklə qarşılaşmaq
mümkündür. Elə bu günlərdə rayonda olan
xarici qonaqların, o cümlədən də millət vəkili
Qənirə Paşayevanın dəvəti ilə ölkəmizə
gəlmiş Kərkük nümayəndələrinin Xocavəndə
səfəri bu bölgənin hər gün diqqət mərkəzində
olduğundan xəbər verir. bunun bir neçə səbəbi
var. Ən başlıca səbəb isə bu rayonda hər kəsin
bir-biri ilə anlaşması, hər kəsin öz işini
görməsidir. Digər tərəfdən Azərbaycanın
ən məşhur kəşfiyyatçısı, "Azərbaycan
bayrağı" ordenli İbad Hüseynov da bu rayondandır.
Həmçinin bu rayonun düşmənlə təmas
nöqtəsi son dərəcə yaxındır.
Bax, bütün bunların nəticəsidir
ki, bu gün Xocavənddə qarşıya qoyulan vəzifələrin
yerinə yetirilməsi üçün əzmkarlıqla
yanaşı, həmrəylik də öz sözünü
deyir. Eyni zamanda, ölkə prezidentin öz xanımı ilə
birlikdə bu rayona da səfərlər etməsi xocavəndlilərin
sabaha ümidlərinə əlavə təkanlar verib. Burada hər
kəs qələbəyə, torpaqlarımızın azad ediləcəyinə
inamla yaşayır. Təbii ki, inam da qələbənin
yarısından bir az artıqdır.
Əbülfət
MƏDƏTOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-15
iyun.-S.21.