Çingiz Aytmatov xalq yazıçısı deyildi
Ədəbi fəxri adlar bir
çox sovet ölkəsində yox imiş
Kulis.az xalq yazıçısı
və xalq şairi fəxri adlarının daha hansı
respublikalarda verilməsiylə bağlı
araşdırmanı təqdim edir.
Uzun illərdir fəxri adlarla
bağlı incəsənət adamları arasında söz
savaşı səngimir. Biri o birinin aldığı ada layiq
olmadığını, bir başqası isə layiq
olduğu halda illərdir bu ada sahib ola bilmədiyini deyir. Ancaq
bu tip məsələlərə məsul olan müvafiq
dövlət orqanlarının da öz arqumenti var. Bu məsuliyyətə
cavabdehlik daşıyan rəsmi şəxslər bildirirlər
ki, belə məsələlər subyektiv fikirlərə yox,
daha ciddi təlimatlara söykənməli və onların əsasında
da müəyyən edilməlidir.
Bəs bu kriteriyalar nədən ibarətdir? Ümumiyyətlə, fəxri adlar kimlərə verilməlidir
və bu ada layiq görülənlər
hansı göstəricilərə
cavab verməlidir?
Yaş və əmək fəaliyyəti, staj kimi faktorlar bu seçimdə nə dərəcədə
rol oynayır?
Qeyd edək ki, fəxri
adların verilməsi
ilə bağlı
"Azərbaycan Respublikasının
fəxri adları haqqında" xüsusi fərmanı da var. Fərman 1998-ci il
22 may tarixində imzalanıb
və zamanla fərmana müəyyən
əlavələr də
edilib. Fəxri adların verilməsi
də bu fərmanda nəzərdə
tutulmuş kriteriyalar əsasında müəyyən
edilir. Belə ki, Azərbaycan Respublikasının fəxri
adları mədəniyyət,
ədəbiyyat, elm, təhsil,
səhiyyə, memarlıq,
jurnalistika, mühəndislik,
bədən tərbiyəsi,
idman, mülki aviasiya , habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək
peşə ustalığına
və ictimai həyatda fəal iştiraka görə verilir.
Fəxri adlar ölkə
vətəndaşları ilə
yanaşı, digər
ölkələrin vətəndaşlarına
da verilə bilər. Bundan başqa, eyni
fəxri ad bir şəxsə təkrar verilə bilməz. Ancaq bir fəxri
ada layiq görülmüş şəxs,
əmək fəaliyyətinin
digər sahəsində
xidmətlərinə görə
müvafiq fəxri ad almağa-bu, fəxri adların verilməsi şərtlərinə zidd
gəlmirsə, - təqdim
edilə bilər. Bu ada layiq görülmüş şəxslərə
Azərbaycan Respublikasının
fəxri adının
vəsiqəsi və döş nişanı təqdim olunur.
"Xalq
yazıçısı" fəxri adı Azərbaycan ədəbiyyatının
inkişafında böyük
xidmətlərinə, xalqın
böyük rəğbətini
qazanmış yüksək
ideyalı və bədii cəhətdən
dəyərli ədəbi
əsərlər yaratmağa
görə yazıçılara
verilir.
"Xalq
şairi" fəxri
adı Azərbaycan poeziyasının inkişafında
böyük xidmətlərinə,
xalqın böyük
rəğbətini qazanmış
yüksək ideyalı
və bədii cəhətdən dəyərli
ədəbi əsərlər
yaratmağa görə
şairlərə verilir.
Bizim bir sıra yazıçı və şairlərimiz hələ
də haçansa bu fəxri adı
alacağına ümid
bəsləyir və düşünürlər ki,
bu ad onların türklər demiş,
"doğal hakkı"dır.
Bu yazını
hazırlayarkən keçmiş
sovet respublikalarında
fəxri adların, xüsusən xalq yazıçısı və
xalq şairi adlarının verilib-verilmədiyi
ilə bağlı qısa araşdırma apardıq. Məlum oldu ki, dünya ədəbiyyatına
nəhəng yazıçılar
bəxş etmiş Rusiyada nəinki indi, heç SSRİ dövründə də hansısa yazıçıya
və ya şairə xalq şairi, xalq yazıçısı adları
verilməyib. İndinin
özündə belə
Rusiya qanunvericiliyində
belə bir hal nəzərdə tutulmayıb
Sovet dövləti dünya ədəbiyyatının şah
əsərlərindən olan
"Sakit Don"un müəllifi Şoloxovun ədəbi-siyasi
ierarxiyasının yüksək
zirvələrə qalxması
üçün çox
şey etmişdi.
1932-ci ildə Kommunist
Partiyası sıralarına
daxil olan Mixail Şoloxov müxtəlif çağırışlarda
SSRİ Ali Sovetinin deputatı
seçilmiş, heç
bir ali
təhsil almadığı
halda 34 yaşında
SSRİ Elmlər Akademiyasının
həqiqi üzvü olmuş (1939), 1940-cı ildə
ədəbiyyat və
incəsənət sahəsində
I dərəcəli Stalin mükafatına,
1950-cı ildə Lenin mükafatına
layiq görülmüşdü.
Ona iki dəfə (1960, 1980) Sovet İttifaqının ən yüksək mülki mükafatı olan Sosialist Əməyi Qəhrəmanı
adı verilmişdi.
N. S. Xruşşovun xüsusi rəğbətlə
yanaşdığı Şoloxov
sovet rəhbərini bir sıra xarici
səfərlərdə müşayiət
etmişdi. 1961-ci ildən
etibarən Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü idi
Mixail Şoloxov "Rusiya tarixi üçün mühüm dövrdə
Don kazakları haqqındakı eposun mükəmməlliyinə və
bədii təsir gücünə görə"
1965-ci ilin ədəbiyyat
Nobelinə sahib olmuşdu.
Onun Nobel
nominantlığının tarixi isə 1954-cü ildən başlanmışdı.
Yazıçı öz Nobel nitqində
qarşısında dayanan
əsas vəzifənin
"əməkçilər, qurucular və qəhrəmanlar yetirən
xalqı tərənnüm
etmək olduğunu"
bildirmişdi. Şoloxov xalq
yazıçısı deyildi.
Eləcə də sovet ədəbiyyatının generalları
olmuş N. Tixonov, A. Fadeyev də öz ölkələrində
fəxri adlar almamışdılar.
Dünyaca məşhur qırğız
yazıçısı, bir
sıra beynəlxalq mükafatların sahibi Çingiz Aytmatov öz ölkəsinin xalq yazıçısı
adını almamışdı.
Çünki Qırğızıstanda dövlət tərəfindən
belə bir fəxri ad verilmirdi. Həmçinin qazax ədəbiyyatının
fəxri olan Oljas Süleymenov da xalq şairi
deyil.
Türkmən ədəbiyyatının qurucularından olan Berdı Kerbabayev Türkmənistanın xalq
yazıçısı fəxri
adını alıb.
O, türkmən türkcəsini
zənginləşdirən ustad yazıçılardan
hesab olunur. "Qayğısız Atabay",
"Ötən günlər",
"Su damcısı" və
digər romanların müəllifidir.
Yaxın qonşumuz olan
Gürcüstanda yazıçı
və şairlərə
fəxri adlar verilmir.
Ermənistanda bu ad vaxtilə
verilib, indi isə orda da
xalq yazıçısı
və xalq şairi adlarının verilməsi dayandırılıb.
Vaxtilə Azərbaycanın çörəyini yemiş
və bu ölkənin xalq şairi adını almış Samvel Qriqoryan həm də Ermənistanın xalq şairi idi.
Ukrayna, Belarus, Pribaltika respublikalarında
da dövlət tərəfindən xalq yazıçısı və
xalq şairi fəxri adları verilmir.
Kənan HACI Kulis.az
Ədalət.-2012.-15
iyun.-S.22.