And olsun

 

   Şairləri qanadında bəsləyən,

   İnsanların həyatını süsləyən

   İncə ruhlu mələklərə and olsun!

   Boynundakı dalğa-dalğa tellərə,

   Qaşlarının altındakı sellərə,

   Qəlbindəki istəklərə and olsun!

 

   Gül üzündə yeni-yeni açılmış,

   Xoş iyisi ürəyimə saçılmış

   Qoxladığım çiçəklərə and olsun!

 

   Qumruların yatağını oxşayan,

   Pişik kimi ayağını oxşayan

   Salxım-salxım küləklərə and olsun!

   Buludlardan ildırımlar çaxdıram,

   Göy üzündə çırağbanlar yaxdıran

   Ala gözlü şimşəklərə and olsun!

 

   Həp səninlə görüşməkdir diləyim,

   Uğurunda gecə-günüz çəkdiyim

   Zəhmətlərə, əməklərə and olsun

   Gnəcliyimə qanad verən, ruh verən,

  

   Hər dəqiqə ayrı cilvə göstərən

   Əlirişməz diləklərə and olsun!

   Bu həyatın fərqi yoxdur dənizdən,

   İştə onun üzərində rəqs edən,

   Qanadlanan ürəklərə and olsun!

  

   Səsən mənim həyatımın mehvəri,

   Səsən mənim gənc ömrümün rəhbəri,

   Tapındığım fələklərə and olsun!

 

 

   Mil düzü

  

   Bir düz ki, fərq etməz xəyalın gözü,

   Hər daşı bir çılpaq qərib öksüzü,

   Məlul çöhrəli bir dulu andırır;

   İnsanın fikrini dumanlandırır.

   Ey illər uzunu çiçəksiz, otsuz,

   Elçisiz, qonaqsız, kimsəsiz, yurdsuz,

   İlanlar yatağı olan Mil düzü!

   Yabançı əllərdə qalan Mil düzü!

   Bilsən nələr keçmiş başından sənin,

   Qəmgin torpağından, daşından sənin!

   Bir kimsə etməmiş sana mərhəmət,

   Salmamış üzünə "sayəyi-rəhmət".

   Göylərin buludu sana yabançı,

   Günəşin telləri sırtına qamçı.

   Boş yerə yağmış da qarın, yağışın,

   Bir alov kəsilmiş baharın, qışın.

   Kimsə anlamamış faydanı sənin,

   Alan olmamışdır qadanı sənin.

   Odur ki, kədərin başından aşmış,

   Yazıq, bilməmişsən ürəkələr daşmış.

   İnsanlar nankormuş tarix boyunca,

   Çalıb çağırdığın yoxdu doyunca.

   Dolanmış başına dönmüş fələklər,

   Əsmiş üzərindən çılğın küləklər.

   Tarixdən büsbütün adını silmiş,

   Sana hər çapavul yağı kəsilmiş.

   Şırıldarkən Araz yaxınlığında,

   O zalım da qalmış öz qılığında.

   Zavallı halına o da yanmamış,

   Bir parça səninçin dalğalanmamış.

   Bə"zən üzərində tikanlı otlar

   Göyərmiş, çoxuna vermiş umudlar.

   Ellər köç eyləmiş, sürülər gəlmiş,

   Qoynunda bir quzu səsi yüksəlmiş.

   Bir səs ki, zülmətdə ağlayan bir səsg

   Bir səs ki, həzindən çağlayan bir səsg

   Bir səs ki, yoxluğun üstündə ölmüş,

   Yenə o yoxluğa batmış, gömülmüş.

  

 

   Öyrəniş

  

   Həyat nədir? Sual verdim özümə,

   Mə"nasını çiçəklərdən öyrəndim

   Yaşadıqca çarpışmayı, sevməyi

   Qəlbimdəki diləklərdən öyrəndim.

 

   Bir yay aldım çıxmaq üçün şikarə,

   Tuş gəldim bir ahu gözlü nigarə.

   Nişan alıb ox atmağı, çarə,

   Daş ürəkli mələklərdən öyrəndim.

 

   Sular kimi köpüklənib daşmağı

   Ellər kimi uca dağlar aşmağı

   Min bir əməl arxasınca qoşmağı

   Dürlü-dürlü ürəklərdən öyrəndim.

 

   Xəbər olsun hər tazəyə, hər gəncə:

   İnsan - çocuq, həyat ona əyləncəg

   Mən gurultu qoparmağı ilk öncə

   Alov gözlü şimşəklərdən öyrəndim.

 

   Həyat nədir? Ölüm nədir? Boş sual!

   Sevda nədir? Hicran nədir? Bir xəyal!

   Mən bunların əsasını, iştə, al:

   Həp çəkdiyim əməklərdən öyrəndim.

   Gəzdiyim yerlər

 

   Əsirlərdən bəri, illərdən bəri

   Dərdinə qaldığım yerdir bu yerlər.

   Biliyor saçları qızıl bir pəri

   Qurbanı olduğum yerdir bu yerlər!

 

   Bu gözəl aləmi gəzdikcə dağ-dağ,

   Oldum sevincinə, qəminə ortaq.

   Ey söyüdlü dərə, ey dumanlı dağ,

   Səfaya daldığım yerdir bu yerlər!

 

   Qapıldım bu yerdə əyləncələrə.

   Anlamış hər irmaq, bilmiş hər dərə,

   Ya dalıb diqqətlə düşüncələrə,

   Ya ilham aldığım yerdir bu yerlə

 

 

   Qoşma

 

   Şimşək kimi buludları qovaraq,

   Verdim parlaq çiçəklərə könlümü.

   Günəş kimi qaranlığı boğaraq,

   Verdim odlu diləklərə könlümü.

  

   Cavan ömrüm bir mum kimi sönərkən,

   Yüksəklərdən alçaqlara enərkən,

   Əməllərim bir səraba dönərkən,

   Çaxıb verdim şimşəklərə könlümü.

 

   O zaman ki, sahib oldum qanata,

   Bir quş kimi nəzər saldım həyata,

   Etdi məni gənclik şövqüm əhatə,

   Verdim sərxoş küləklərə könlümü.

 

 

   Yadıma düşdü

 

   Keçən günlərimi vərəqləyirkən

   Sevdalı dillərin yadıma düşdü.

   Xəyalın qarşımda canlandı, birdən

   Göyərçin əllərin yadıma düşdü.

  

   Deyildir eşq odu məni yandıran,

   Ruhumun şəhrini işıqlandıran,

   Pozğun şəfəqləri mənə andıran

   Ziyalı tellərin yadıma düşdü.

  

   O gün bir gündü, ey üzü dönmüş,

   Sandım içində bir qaplan döyünmüş.

   Bir anda köpürmüş, bir anda sönmüş

   Xırçın əməllərin yadıma düşdü

  

 

   Küləklər

  

   Hər səhər, hər axşam, hər axşam, hər səhər

   Çox zaman sərsəri küləklər bixəbər

   Bir yaxın dost kimi qapımı döyərlər.

   Küləklər, küləklər, bəstəkar küləklər,

   Dünyanı dolaşan bəxtiyar küləklər!

  

   ""ziniz qorxulu, ""ziniz qorxusuz,

   ""ziniz duyğulu, ""ziniz duyğusuz,

   ""ziniz uyğulu, ""ziniz uyğusuz,

   Küləklər, küləklər, ey sərin küləklər,

   Sizdə var qorxusu hər yerin, küləklər!

 

   Ey çılğın küləklər, nəş""əniz daşarkən.

   Bağların şehindən mey sorub coşarkən,

   Nalqıran dağları atlayıb aşarkən,

   Məni alınız, uçayım dağlara,

   Könlümdə varsa, açayım dağlara!

  

   Gurlayın, ilhamım, sənətim gurlasın!

   Fırtınam, qasırğam, qüdrətim gurlasın!

   Şimşəyim parlasın, zülmətim gurlasın!

   Ey məni sərazad bəsləyən küləklər,

   Bir dağın başından səsləyən küləklər!

  

 

   Oxu

 

   Oxu, sevdiciyim, öz həvəsinlə!

   İlham qanadlanır sənin səsinlə.

   Nəğməndə oynasın sellərin səsi,

   Dan yerindən əsən yellərin səsi.

  

   Gülləri qoxlayan bir ruzgar kimi,

   Qumları oxşayan dalğalar kimi

   Titrəyən, çağlayan nəğmən olaydım,

   Ürəyindən qopan səs mən olaydım,

   

   Oxu! Qüvvət gəlsin şe"", sənətə,

   Könlümün quşunu gətir heyrətə!

   qədər bənzəyir, vardım fərqinə,

   Ömrümün ahəngi sənin şərqinə.

  

 

   Ürək kövrəkləşir sən oxuyanda,

   Sən dinləsəydin mən oxuyanda  

   Oxu, sevdiciyim, öz həvəsinlə!

   İlham qanadlanır sənin səsinlə!

 

 

   Mikayıl Müşfiq

 

   Ədalət.-2012.-9 iyun.-S.20.