SƏNGƏR,
QEYRƏT, DÖYÜŞ POEZİYASI
ƏDƏBİ
HƏYAT
Bu gün hamının içində Qarabağ dərdi yaşayır. Bu dərdi hərə öz cismində, ruhunda bir cür yaşadır. Şeirimizdə də bu dərd korun-korun tüstülənməkdədir. Şairlər var ki, o dərdi məhz dərd kimi yaşadırlar. Nisgilli, ağlar misralar şeirləri boyu səpələnir. Onlar "Qarabağ haçan alınacaq?" həsrəti ilə Vətəndən Vətənə boylanan, gözləriylə unutmadıqları kəndlərinə yol çəkən soydaşlarımızdır. O kəndlər, oradakı bulaqlar, otlar, yamaclar, dərələr, ağaclar indi xatirə-xatirə yaddaşlarda yaşamaqdadır. O bulaqlar, o otlar, ağaclar də qaçqın, köçkün dediyimiz insanların yolunu gözləyir. Amma elə şairlər də var ki, müharibə başlanandan bu günə kimi iki möhtəşəm şairimizin-Məmməd Arazın "Ayağa dur, Azərbaycan!" və Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" çağırışlarını poeziyanın əsl məramına çevirməkdədirlər. O şairlərdən biri Ramiz Duyğundur. Xalq şairi Söhrab Tahir onun haqqında yazır ki: "Ramiz Duyğun poeziyası səngər, qeyrət, döyüş poeziyasıdır". Mən də əlavə edib deyirəm ki: "Ağlamaq, sızlamaq, nostalgiyaya qapılıb keçmişi hüznlə yad eləmək bu poeziyaya yaddır".
Müqəddəs bir amal hökm edir qəlbə,
Düşmən
niyyətini, səfini
pozmaq.
Meydanda ölməyin adı-Qələbə,
Meydandan qaçmağın adı-uduzmaq.
Məğrur qəhqəhəylə
düşmənə hücum,
Biçsin xainləri yel qanadımız.
Bu sənin, bu onun, bu
mənim borcum,
Tarixdə qalibtək qalsın adımız.
Qara gözlərinin qara giləsi-
Qarabağ
yad yurda heç vaxt qarışmaz.
Götür, bu sətirlər döyüş gülləsi,
Ağlama, ağlamaq bizə yaraşmaz.
Bu şeiri Ramiz Duyğun 1989-cu ildə qələmə alıb. O zaman Azərbaycanın başı
üstünü qara buludlar almışdı. Məlum himayədarlarının
dəstəyi ilə torpaqlarımıza göz
dikən və tədricən kəndlərimizi,
şəhərlərimizi işğal
etməyə hazırlaşan
duşmənlə üz-üzəydik.
İçimizdə "yaxın
qonşu", "böyük
qardaş" məhəbbəti
silinib gedirdi. Amma qüvvələr qeyri-bərabər idi. Belə bir zamanda
Ramiz Duyğun "Torpaq ələn getdigqalx", "Özünə
arxalan, özünə
güvən", "Qarabağımdan
əl çək"
deyirdi. Doxsanıncı
illərin əvvəllərindən
ta Atəşkəs dövrünə qədər
Ramiz Duyğun, yəni müharibənin ən şiddətli çağlarında öz
şair-vətənpərvər missiyasını şərəflə
yerinə yetirdi, döyüşən gəncləri
daha cəsarətli olmağa səslədi, səfərbərlik ruhunda
şeirlər yazdı,
eyni zamanda, içindəki nisgili də şeirə çevirdi, xüsusilə,
Şuşanın-hər qarışından
Natəvanın, Üzeyr
bəyin, Xan əminin addım səsləri eşidilən
bu gözəllik sərgisinin tarmar olmasına dözəmmədi:
Ürəyimdə
Şuşa ağlar
Buludlarla baş-başa ağlar.
Pəhləvan
qayaları para-para,
dəlik-dəlik
Güzgü bulaqları çilik-çilik.
Yalqız, tək-tənha ağlar,
Zirvədə söykənib Allaha ağlar.
Ümumiyyətlə,
Ramiz Duyğunun şeirlərində Şuşa
ayrıca bir mövzu, ayrıca bir obrazdır. Kitabda Şuşayla bağlı şeirlərin
hər birində böyük, qarşısıalınmaz
bir məhəbbətin
ifadəsini hiss edirsən.
Babəkimi oyadın, Qazan xanı oyadın,
Koroğlunu oyadın-
Şuşa məni çağırır,
Şuşa səni çağırır.
Kişi öz torpağında yağıya baş əyərmi?
Görmürsənmi,
korsanmı? Daşın,
qayan da mərmi?
Hayqır, Azərbaycanım!
Hayqır, Şuşadan sonra yaşamağa dəyərmi?
Şuşa məni çağırır,
Şuşa səni çağırır.
Dili, ağzı "Şuşa,
Şuşa" deməkdən
yorulmayan şair "Sənə and içirik,
Şuşa qalası"
şeirində nə qədər nikbindirsə,
Şuşaya həsr olunan laylalarda bir o qədər qəmlidir.
İstər Atəşkəsdən öncə,
müharibənin qızğın
çağlarında, hər
günü həm qələbə, həm də məğlubiyyətlə
bitən illərdə,
istərsə də sonralar-Müdafiə Nazirliyinin
Mətbuat Xidmətinə
rəhbərlik etdiyi zaman onun şeirləri
libasını dəyişmədi.
Müharibə psixologiyası
bu şeirlərin ovqatını təyin etdi. İndi də, artıq yetmiş dörd yaşına gəlib çatan-istefada olan Azərbaycan ordusunun bu yüksək rütbəli zabiti, polkovnik Ramiz Duyğunu görəndə
yadıma düşən
ilk iki kəlmə
"Döyüş" və
"Müharibə" olur.
Atəşkəs elan
olunub, amma müharibə bitməyib və içində qisas, intiqam hissi ilə alovlanan vətənpərvərlərdən
biri kimi görürəm onu. Amma o, vəzifədə olanda da şair
idi, məmur deyildi. Lev Tolstoyun "Anna
Karenina" romanındakı Karenin kimi (belə
adamlar bizim məmləkətdə də
az deyil) quru, daşqəlbli, yalnız karyerasını
fikirləşən bir
məmur olsaydı,
"Müharibə veteranı
dilənirdi..", "Polkovnik
papağı satıram",
"Metroda Xocalıdan
bir gəlin dilənirdi", "Qeyrətdən
danışma" şeirlərini
yazmazdı.
"Vətənimdə
didərgin..nə yurdum var, nə
yuvam,
İstəyirəm
yarımın qanını
qanla yuyam.
Elə hey yalvarıram, Allaha çatmır duam.."
Bu dünyanın
çayları hüsnündə
tellənirdi,
Metroda Xocalıdan bir gəlin dilənirdi.
Kədəri hıçqırırdı daranmamış
telində,
Bir qom dilənçi
payı tutmuşdu sağ əlində.
Bir gəlin dilənirdi Azərbaycan dilində,
Bir ana baxıb onagVətəntək yellənirdi-
Metroda Xocalıdan bir gəlin dilənirdi.
Azərbaycan dilində bir gəlin dilənirdi.
Bu şeir
1992-ci ildə yazılıb.
Deyərdim ki, ümumən Ramiz Duyğun ovqat və vaxt şairidir.
Yəni yaşadığı
günlərin, ayların,
illərin ictimi-siyasi,
mənəvi ovqatını
tutu bilir. Amma onu da unutmayaq
ki, müəyyən bir dövrün mənzərəsini, baş
verən hadisələri
protokol qaydası ilə şeirə çevirənlər də
olub və bu şeiriyyətsiz nəzm parçalarının
ömrü uzun olmayıb. Amma Ramiz Duyğunun şeirləri müharibə
illərinin psixologiyasını
və ovqatını həqiqət işığında
əks etdirdiyi üçün yaşayacaq
şeirlərdir. Həm
də və ən başlıcası,
bu şeirlər poeziyamızın lirik-publisistik
qolunu təmsil edir. İllər keçəcək, sülh
yoluylamı, ya müharibə yoluyla torpaqlarımız işğaldan
azad olunandan sonra dönüb 1988-ci ildən üzü bu yana baxacayıq,
şeirimizin o illərdəki
mənzərəsini seyr
edəcəyik..Və
heç şübhəsiz,
Ramiz Duyğunun poetik duyğu ilə yazdığı qəzəb və nisgil dolu şeirləri
də bir mənbə, qaynaq rolunu oynayacaq. Görəcəyik ki, R.Duyğun Füzuli uğrunda döyüşlərdə
qəhrəmanlıqla həlak
olan gizir Etibar İsmayılovu
("Etibar nağılı"),
ağır yaralanmış
çavuş Uümşüd
Əliyevi ("Doğra
məni, kəs məni) necə vəsf edirmiş. Vətənə xəyanət
edən bir xaini necə lənətləyirmiş ("Bu torpaq səni götürməz"), bir
yaralı əsgərin
dadına necə çatırmış ("Yaralı
əsgər"). Görəcəyik
ki, inam və nikbinlik bu şeirlərin ruhuna hopub. "Dilbər xanım göz yaşları içində soruşdu:
"Görəsən, Şuşaya
gedəcəyimiz günü
görəcəyik?" . Şair
cavab verir ki:
Bu Vətənin
hər elində səngər-səngər dursaq
əgər,
Bu yurdun hər qarşında bir istehkam qursaq
əgər.
Çəkicləri
bir nəfərtək
bir zindana vursaq əgər-
Biz o günü
görəcəyik,
Biz Şuşaya
tank üstündə qalib
kimi girəcəyik.
İşdir əgər,
biz o günü
görəmməsək,
Qarabağa girəmməsək,
nə az, nə çox,
Yaşamağa
haqqımız yox!
Qılınc-qalxan
qurşamalı-
Yer altında yaşamalıg
Ramiz Duyğunun lirik-publisistik səpgidə yazdığı
"Tarixin lənəti"
("Birlik dastanı")
poemasında isə Zaman daha geniş
dairəni əhatə
edir. Şair təxminən iki əsrdən artıq bir müddətdə Azərbaycanın başına
gələn fəlakətlərdən
söz açır.
XIX və XX əsrlərdə
Azərbaycan torpaqlarının
hissə-hissə əldən
getməsini ürək
ağrısı ilə
təsvir edir. Burada günahkarlar da məlumdur: həm torpağımıza
göz dikən xarici dövlətlər, həm yurd-yuva anlayışından məhrum
olub bizim məmləkətdə yuva
quran-dövlət quran
ermənilər, həm
də içimizdəki
"sapı özümüzdən
olan baltalar".
Günahsız
körpələrə
od, zəhər içirildi.
Azərbaycanlı
olan
güllədən
keçirildi,
qılıncdan
keçirildi.
Qələm-kağıza
sığmır,
erməni cəlladlığı,
Daşnak fahişəliyi.
Faşizmdən çox ötə,
Erməni vəhşiliyi.
Qanımız damla-damla,
erməni kaşısında
Yandırıldı Qarabağ
Avropanın, dünyanın
Gözləri qarşısında.
Bu məlum qəziyyələr
xatırlanandan sonra müəllif tarixin ibrət dərslərindən
nəticə çıxarmağı tövsiyyə edir. Yeganə
əlac isə BİRLİKdir. "Tufanda sarsılmayan,
Savaşda qısılmayan, Sınmayan, basılmayan
BİRLİK. Birlik tələbimizdi, Birlik QƏLƏBƏMİZDİ.
Qarabağda ÜÇRƏNGLİ BAYRAĞIMIZdı
Birlik!".
Vaqif
YUSİFLİ
Ədalət.-2012.-9
iyun.-S.-18.