Allah
Könül
sızıltısı, ürək ağrısı,
Bəxtimə yazılan
yazımı, Allah!
Yandırır sinəmi
ağrı-acısı,
Deyə bilməyirəm
sözümü Allah!
Dağlara üz tutub gəzə
bilmirəm,
Əl atıb gülünü
üzə bilmirəm.
Köç-köç olur ellər,
dözə bilmirəm,
Özün ver dözümü,
dözümü Allah!
Dərdlərim dəfn olub, yox
olmalıdı,
Arzular cücərib boy
atmalıdı.
Gülabı dünyadan kam
almalıdı,
Almaynan əlimdən sazımı,
Allah!
Sazım
Başımda çox hava,
çox havacat var.
Dillən telli sazım, din telli sazım.
Ürəyimdə
hələ çoxdu
atəşim,
Alış telli sazım,
yan telli sazım.
Bir payız axşamı dolur ürəyim,
Yaman yaralanır, solur
ürəyim.
Sızıldayır,
şan-şan olur ürəyim,
Canım telli sazım,
can telli sazım.
Ya Rəbb, bu
ah nədi, bu nala nədi?
Gülabı dəlidi, ya
divanədi?
Usdadlar usdadı Xındı Məmmədi
Axtar telli sazım, an telli sazım.
Səməd bəyim
Yaman köyrəlibdi qoca Borçalı
Mürşüdüm,
sultanım, a Səməd bəyim.
Bəs kimi axtarım, bəs kimi anım
Mürşüdüm,
sultanım, a Səməd bəyim.
Alosman elinə talan saldın sən,
Calalı kürdünə qılınc çaldın
sən.
İran deyiləndən xərac aldın sən,
Mürşüdüm,
sultanım, a Səməd bəyim.
Hanı İsmayıl bəy,
İsgəndər ağa?
Hanı Hasan bəynən Məhəmməd
ağa?
Hanı İsrafil bəy, Cahandar ağa?
Mürşüdüm,
sultanım, a Səməd bəyim.
Bir zaman xalqımın dayağı idin,
Qoca Borçalının pənahı idin.
Sən mənim mürşidim, mənsə müridin,
Mürşüdüm,
sultanım, a Səməd bəyim.
Oyan, dur məzardan qisas çağıdır,
Sinəmi dağlayan düşmən
dağıdır
Gülabının
ömrü qəm oylağıdır
Mürşüdüm,
sultanım, a Səməd bəyim.
Aşıq Gülabı
XINDIMƏMMƏDOĞLU
Ədalət.-2012.-12
iyun.-S.6.