DƏLİ
ŞAİR
Heç bir sualda,
heç
bir cavabda,
Heç bir yazıda ,
heç
bir kitabda
"Ağıllı
şair" sözünə
rast
gəlmədim.
"Dəli şair" dedilər
şairə,
Şair tanımadı
ölçü,
sərhəd, dairə.
Dərisi soyulan Nəsimi
haqqın
dəlisi.
Ciyəri şişən Sabir
xalqın
dəlisi.
Qeysə Məcnun dedilər,
Koroğlunun aşığına
Cunun dedilər.
Mahmuda Kərəm dedilər,
Yəhya bəyə Dilqəm
dedilər.
Dəli şair dedilər Səmədə
Vurğun dedilər,
çılğın
dedilər,
dalğın
dedilər.
Müşfiq Dilbərin dəlisi,
Vurğun Dürrənin dəlisi.
Şair bəzən elə coşur
Bir dünyaya sığa bilmir
bircə
zərrənin dəlisi.
Yanır qəlbi, yanır bağrı,
Gedir eşqinə doğru.
Heç bilmir
başının
üstündəki
Doğan Günəşdimi,
tökülən
doludumu,
yağan
qardımı.
Ürəyi vardı, şair oldu,
Ağlı olsaydı
şair
olardımı?!
Gedib daş daşıyardı,
divar
çəkərdi,
Torpaq becərərdi,
ağac
əkərdi.
Günü göy əkiyə
bükülməzdi,
Gördüyünə
görə
gözləri
tökülməzdi.
Bəbəkləri
oyulmazdı,
Diri-diri dərisi
soyulmazdı.
Öz dərdini çəkərdi,
Özgələrin
dərdini
içində
yaşatmazdı.
Qanan, qanmayan
bostanına
daş atmazdı.
Cana doymazdı
hədələrdən,
Tənə yeməzdi
gədələrdən.
Nə yediyi ağı,
nə
içdiyi zəhər
olardı.
Neçə qəlbində
bu
qədər qəm,
Nə gözündə bu qədər
qəhər
olardı.
Zorəntəbib
şairlər
Yüz də yazsın, yaratsın,
Kimə nə ziyanı,
kimə
nə xeyri.
Allahın özü yaradır
vergili
şairləri,
ilahi
şeiri.
Bir Allahdan başqa
Yoxdu köməyi,
arxası,
yardımı,
Ürəyi vardı,
vuruldu
şair oldu,
Ağlı olsaydı
bu
qədər zülmlər
çəkib
şair
şair olardımı?
Zəlimxan YAQUB
Ədalət.-2012.-13
iyun.-S.6.