DƏRDİ
ALMADIM EYNİMƏ
Ayaqlarımdan ağrılar
Gəlib çatıbdı
başıma.
Min cürə həblər
qatıram,
Hər gündə üç yol
aşıma.
Belə ağrısı çox
olan
Dərdi almadım eynimə.
Gözünə
döndüyüm dərd də,
Yol tapıb doldu beynimə.
Görün, nə qədər
şirinəm,
Dər də mənə üz
çöndərib.
Gündüzlər üzümə
gülüb,
Gecələr ağrı göndərib.
İndi əl çəkməyir
məndən,
Vallah, dəlidi, cinlidi.
Mənə zorla söz öyrədir,
Yamanca qəddar, kinlidi.
Yaxşı bilirəm, belə dərd,
Bələnmir
ağa-sarğıya.
Oğul kimi dözəcəyəm,
Tanrıdan gələn
ağrıya.
HAYIF
Kİ....
Bu baxış, de, nə
baxışdı,
Payızda yağan
yağışdı,
Ömrə ələnən
qarğışdı-
Hayıf ki, bir az gecikib.
Bu baxışın
gül bitirməz,
Şaxta vurub, bar yetirməz,
Qaranquş, bülbül gətirməz-
Hayıf ki, quşlar
perikib.
Səninki ta "eh"ə qalıb,
Yanaqların şehə qalıb,
Toxtamağın
mehə qalıb-
Hayıf o da əsib
keçib.
UNUT MƏNİ...
MƏNİ
UNUT...
Baxışların
dalğın bulud,
Yanaqların yaşdı, qurut.
Hislərini ovut-uyut,-
Unut məni...
Məni unut...
Köksündə
qəm çağlasa
da,
Kipriyin nəm bağlasa da,
Qəlbin küsü saxlasa da-
Unut məni...
Məni unut...
Mənə gələn yolun
bağlı,
Sağın uçurum, solun
bağlı,
Əlin açıq, qolun bağlı-
Unut məni...
Məni unut...
Qucaqlayıb dizlərini,
Göyə dikmə gözlərini.
Eşit şair sözlərini:
Unut məni...
Məni unut...
Şərur
İbrahim
YUSİFOĞLU
Ədalət.-2012.-13
iyun.-S.7.