EY SULTAN BƏY! EY SULTANLIĞI, BƏYLİYİ DAĞILAN...

 

   Seyid Əzim Şirvani Gəncədə dünya poeziyasının Tanrısı Şeyx Nizami Gəncəvinin dağılmış, sahibsiz kimsəsiz məzarı önündə dayanaraq ağrıya-ağrıya, bəlkə ağlaya-ağlaya söylədiklərini indiki nəsil bilməsə köhnə nəsil əzbər bilir: "Ey Nizami, ey nizamı dağılan..."

   mən Şirvaniyəm, Sultan bəy Nizami Gəncəvi! Amma mən Qars vilayətinin Qoçköy (yerli əhali Köçköy deyir, niyəsi sonra) kəndində Sultan bəyin...

   ... O Sultan bəyin ki, ötən əsrin əvvəlində Andranikin 30 minlik ordusunu Zəngəzur Qarabağda darmadağın etmişdi...

   ... qəbri önündə dayananda ilk yadıma gələn Şirvaninin həmin məşhur sözləri oldu...

   Kəndə çatanda uzaqda Türk bayraqlarının dalğalandığı qəbiristanlığı görəndə...

   ... Türkiyədə demək olar ki, bütün qəbiristanlıqlarda belə bayraqları görmək olar. Şəhidlərə ehtiram əlaməti olaraq onların məzarları başında Türk bayrağı dalğalanır. Böyük ehtiramdır, elə deyilmi?! Bəlkə biz tətbiq edək?!.

   ... qədər özümü tox tutmaq istəsəm gücüm çatmadı, gözlərim doldu, içimdən gələn hıçqırığı boğazımda kilidləmək istədim, bacarmadım, havam çatmadı. Bu nədi, Tanrım?! Bu ki bir üzü gəlin anamın, 25 yaşında qəzada həlak olan qardaşımın, Qarabağ uğrunda canlarından keçən şəhidlərimizin uyuduğu Qarağacı qəbiristanlığı deyil axı?!

   - Aykut, yavrum, arabanı saxla!

   Aykut bəy kövrəldiyimi, qəribə hisslər keçirtdiyimi duymuşdu...

   ... Bu siqaretə söyürlər, vallah, adamın havası çatmayanda bu siqaretin o zəhrimar tüstüsü canına Cıdır düzünün hələ ki, heç kimin dada bilmədiyi cənnət mehi kimi yayılır...

   siqaretin tüstüsündən kef edən ciyərlərim məni oğlanlarımdan 8-9 yaş kiçik olan Aykut bəyin yanında ağlamaq ayıbından xilas edir.    

   Aykut bəy su gətirir:

   - Xocam, bəlkə əl-üzünüzü yuyub bir az sərinləyəsiz...

   Toxdayasız demir, sərinləyəsiz deyir. Amma mən ona demirəm ki, yavrum, içimdəki yanğını heç o Ağrı dağının başındakı qar da soyutmaz..

   Yanımızdan keçən janrdarmlar arabamızın plakasından (nömrəsindən) Azərbaycandan gəldiyimizi görüb arabalarını saxlayıb yenirlər.

  

   - Azərbaycandanmı?

   - Azərbaycandan.

   - Xoş gəldiniz. Bir ehtiyacınız varmı?

   - Təşəkkür edirik.

   - Bir çayımızı içəsiniz.

   - Sağ olun, işimiz çoxdu.

   - Köyümüzdə əqrəbalarınızmı var?

   Qəbiristanlığı göstərirəm:

   - Ziyarət etmək istəyirəm, dədəm yatır.

   Təəccüblə mənə baxırlar:

   - Dədənmi?! Burda, bizim köydə? Kim?

   - Sultan bəy!

   - Sultan bəy? Atamızın arkadaşımı?

   Atamız - yəni Atatürk.

   Başımla təsdiqləyirəm. Jandarmlar vidalaşıb gedirlər.

   Aykut bəy:

   - Xocam, gedəlimmi?

   - Gedək, yavrum, gedək...

    Kiminkidir bu tək məzar?..

 

   Ağcabədinin Taxtakörpü adlanan bölgəsində Laçın camaatı yaşayır. Möhtərəm Prezidentin sərəncamı ilə burada böyük bir qəsəbə salınıb demək olar ki, laçınlıların yarıdan çoxu burada yaşayır. Təxminən ay yarım öncə qəsəbədə azərbaycanlı xalq qəhrəmanı Sultan bəy Sultanovun xatirə günü keçirilirdi. Mən bu yazıda Sultan bəy haqqında geniş məlumat vermək fikrində deyiləm. Qoy Sultan bəyi tanımayanlar zəhmət çəkib kitablardan tapıb onun kimliyini, necə bir qəhrəman olduğunu öyrənsinlər. Kitab oxumağa ərinənlər bilənlərdən öyrənsinlər.

   Mən tədbirin qonağıydım. Tədbirdə ölkəmizin görkəmli alim ziyalıları iştirak edirdilər. Sultan bəyin qız nəvəsi Elbrus bəy tədbirdəydi.

   Elbrus bəy uzun çalışmalardan sonra gedib Qarsa babasının qəbrini tapıb. Elbrus bəy geniş məlumat verdikdən sonra İctimai Televiziyanın Sultan bəy haqqında çəkdiyi gözəl ciddi sənədli film nümayiş etdirildi...   

   ... Sultan bəyin baş sinədaşısız, dağılmış, kimsəsiz yetim qəbri..

   Sanki Səməd Vurğun "Tək məzar" şeirini Sultan bəy haqqında yazıb.

 

   ... Bu xəyalla gəzdikcə mən

   Qəbristanı qarış-qarış,

   Gözlərimə dəydi birdən

   Üstünü ot, alaq almış

   Bir məzar ki, başdaşı,

   ünvanı, adı var,

   həmdəmi, sirdaşı,

   doğması, yadı var.

  

   Fikrə getdi qəlbim bir an...

   Qəbristana keşik çəkən

   Gül basdırıb, ağac əkən,

   Dünya görmüş bir qocadan

   Soruşdum ki: sən bilərsən,

   Kiminkidir bu tək məzar?

   yazısı, daşı var,

   üstünə gəlib-gedən?

 

   Qoca bir az gülümsədi,

   Sonra qəbrə baxıb dedi:

   - Qafil məgər bilməyirsən?

   Sultan bəyindir bu tək məzar...

   Onu dövran verdi bada...

  

   ... Sən bir millətin uğrunda Tanrının bəxş etdiyi hər şeyi qurban verəsən, milləti Andranikin dəhşətli bir soyqırımından xilas edəsən, qəbir yerin də itə və Sənə hər daşı uğrunda canından keçdiyin Vətəndən bir başdaşı da qismət olmaya...

   Sinəm göynədi. Laçın camaatına söz verdim ki, lap tezliklə Qarsa gedib Sultan bəyin qəbrini ziyarət edəcəm və Bəyin məzarını da adına layiq götürdəcəm!

   ... Sən saydığını say, gör qardaş Türkiyənin dövlət məmurları nə sayır...

  

 

    (Ardı var)

 

 

   Aqil ABBAS

   aqilabbas@rambler.ru

 

   Ədalət.-2012.-14 iyun.-S.1-3.