RÜSTƏM
KAMAL
O
həm Rüstəmdi, həm də Kamal
Mən bu yazını
özümün özümlə, həm də
özümün onunla söhbəti kimi kağıza
köçürmək istəyirəm. Çünki onun barəsində
yazmaq mənim üçün çox çətindir. Amma
onunla həmsöhbət olmaq o qədər rahatdır ki, o
söhbətin bitib-tükənməsini istəmirəm. Bu həmişə
və hamı ilə belə olmur. Təbii ki, onunla yox,
başqa insanlar var ki, nə qədər istəyirsən
onların bərsində yazasan, onlarla həmsöhbət
olsan, amma alınmır hər şey ürəyincə olmur.
Ya axtardığın sözü tapa bilmirsən və yaxud
baş-başa qaldığın zamanda söhbət səni
darıxdırır, vaxt səni sıxır. Elə istəyirsən
ki, xudahafizləşəsən. Amma çox qəribədir.
Nə qədər özümü bu və ya digər formada
hazırlamışam ki, görüm məni onunla söhbətdə
nə isə sıxacaqmı? Nəyə ğörəsə
ondan tez ayrılıb gedə biləcəmmi?
İnanın ki, alınmır. Bu
insan başdan-ayağa işıqdı, müsbət enerjidi,
müsbət məkandı, müsbət dünyadıgbir
sözlə, bütün müsbətlərin cəmidi,
toplumudu. Telefonda səsini eşidəndə də,
üz-üzə gələndə də, hətta qaçaraq
bir kəlmə kəsəndə də şəxsən mənim
içimə işıq axıb dolur. Təmiz, pak bir
işıq...təmənnasız, iddiasız bir işıq.
Onu lap çoxdan tanıyıram.
Öncə imzasını tanımışam. Yazılarını,
məqalələrini, publisistik düşüncələrini
mütaliə etmişəm, araşdırmalarından xəbər
tutmuşam. Günlərin birində işıqlı dostların
sayəsində onunla üz-üzə gəldik. Bu gəlmənin
də səbəbi yenə dostlar oldu. Həmin
işıqlı dostlardan biri mənə telefon açıb
dedi ki, Rüstəm Kamal sənin barəndə etdiyi qeydləri
mənə göstərdi... İstəyirəm bu müjdəni
sənə çatdıram. Çünki Rüstəm Kamal
ürəyinə, ruhuna yaxın olmayan heç nəyə
münasibət bildirmir. Qələmini, vaxtını
sifarişə həsr etmir, maddiyyata, xidmətə yönəltmir.
Doğrusu, bu mənim
üçün çox gözlənilməz oldu. İçimdə
darıxa-darıxa, gözləyə-gözləyə
qaldım. Ona telefon açıb nə isə soruşmağa
ürək etmədim. Günlərin birində onun
yazısı ilə mətbuatda rastlaşdım. Elə
yazının başlığı mənə hər şey
dedi.
Sonra görüşdük. Bu
görüş yaddaşıma, ömrümə
yazıldı. Az qala bir saata yaxın
söhbət etdik. Özü də özümüzdən yox,
ədəbiyyatımızdan, poeziyamızdan, dostlarımızdan,
sözə yanaşmamızdan,
sözün içində
olmağımızdan... Əslində bu söhbət elə özümüz haqqında idi. İstər o söhbət
Kamal Abdulladan getsin, istər Etimad Başkeçiddən,
istər Dəmirçioğlundan,
istər Salamdan, istər Akif Səməddən, istər
digərlərindən. Bütün
hallarda mövzunun mayası, söhbətin canı söz idi, qələm idi...
Onun 50 yaşının tamam olduğunu mətbuatdan öyrəndim.
İstədim ki, telefon açıb işıqlı
dostumu, bu alim qardaşımı təbrik edim, ürək etmədim.
Çünki onun 50 yaşının
tamam olduğuna inanmaq istəmədim.
İçimdən gələn
səs mənə dedi ki, onun
ən azı 500 yaşı var. Çünki
onun qələmindən
çıxan yazılarda
Nizaminin, Füzulinin, Vaqifin, Ələsgərin,
daha kimlərin zamanı onun öz zamanı ilə, yaşı onun öz yaşı
ilə qovuşur, birləşir. Bu məntiqlə də mən dostumun həm də sözlə yaşıd olduğuna inanıram.
Bu inamla da
onu 50 ilə sığışdıra bilmirəm,
50 yaşın içində
görmürəm.
Bəlkə də bu cür
müqayisəm xoş görünmür. Amma inanın, əlimi
ürəyimin üstünə qoyub deyirəm ki, Rüstəm
Kamalın sözün bütün mənalarında Kişi
Yaşı tamam olur. Elmə, sözə həsr olunmuş
Kişi Yaşı! Sevgini, onun təbirincə desək,
kişi kimi pıçıldayan Əbülfət Mədətoğlu
da Kişi Yaşını qeyd edən Rüstəm Kamalın
həm Rüstəm olduğuna, həm də Kamal olduğuna
özü qədər inanıb, güvənir. Zarafat deyil,
onun adındakı və soyadındakı sözlər həyatının
mənasını kifayət qədər ifadə edir.
Mübarizliyi, dözümü, eləcə də biliyi,
kamalı onu bütün meydanlarda qalib edir.
Mən Rüstəm Kamalı bu
cür tanıyıb, bu cür inanıb, bu cür də dəyərləndirmişəm.
İndinin özündə də, elə dünəndə də,
hətta sabah da o mənim üçün Rüstəm Kamal,
eləcə də həm Rüstəm, həm də
Kamaldı. 50 yaşın mübarək, dostum!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-14
iyun.-S.5.