XALQIN
SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN
DÖVLƏT QAYĞISI
(mövzu əsasında
VI yazı)
Dünya standartları səviyyəsinə doğru...
Son
illər ölkədə ən çox
diqqət göstərilən və müasir
səviyyədə yeniləşən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi
bu gün özünün ən yüksək inkişaf dövrünü
yaşayır. Ölkəmizdə səhiyyənin
inkişafı, onun maddi-texniki
bazasının gücləndirilməsi daim
diqqət mərkəzində saxlanılır.
Respublikamızda bütün xəstəxanalar
və tibb ocaqları müasir
səviyyədə təmir olunur,
onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan
avadanlıqla zənginləşdirilir.
Bu gün paytaxtla yanaşı,
respublikanın ən ucqar rayondarında da müasir tibb
ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkəmizdə
uğurlu səhiyyə islahatlarının tərkib hissəsi
olan yeni xəstəxana və tibb müəssisələrinin
regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşlarına
göstərdiyi qayğının təzahürüdür.
Ölkə rəhbərliyinin diqqət və
qayğısı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev regionlara səfərlərində, bütün
görüş və çıxışlarında
sosial-iqtisadi inkişafın effektiv nəticələri kimi əhalinin
sağlamlığına göstərilən
qayğını xüsusi vurğulayır.
Sitat: "Mən çox şadam
ki, həm bölgələrdə, həm Bakıda
böyük, yeni, müasir səhiyyə ocaqları tikilir. Bu
proses uğurla davam edir və davam edəcəkdir. Azərbaycanda
səhiyyə sistemi dünyanın aparıcı ölkələrinin
səviyyəsinə qalxmalıdır və
qalxacaqdır..."
Sitat: "Gərək bu mərkəzlərdə,
xəstəxanalarda yaxşı tibbi xidmət göstərilsin.
Onun üçün həkimlərin həm peşəkarlığı
yüksəlməlidir, həm də onlar öz biliklərini
artırmalıdırlar. Eyni zamanda beynəlxalq əlaqələr
də genişlənməlidir..."
Özəl
sektorun yeni nailiyyətləri
Bu gün dünyanın bir
çox ölkələrində özünə böyük
inam və etibar qazanmış Bioloji Təbabət adlı
müalicələr sistemi Azərbaycanda da özünü təsdiqləməkdədir.
Dünya səhiyyəsinin son nailiyyətlərindən olan
Bioloji təbabətin respublikamızda ilk tətbiqini isə
özəl sektor həyata keçirib.
Azərbaycanda
bioloji təbabətin inkişafı Elxan Yaqubovun adı ilə
bağlıdır
Elxan Yaqubov. Artıq bu soy-ad
respublikada və bir sıra xarici ölkələrdə
çoxlarına tanışdır. Humanitar sahənin iş
adamı olmaq heç də asan məsələ deyil. Ancaq
Elxan Yaqubovun ciddi səyləri artıq öz bəhrəsini
verməkdədir. Dövlət dəstəyinə və
ölkədə aparılan yeniləşmə proseslərinə
arxalanan iş adamı qarşısına qoyduğu məqsədə
nail olmaqdadır. Azərbaycanda 2001-ci ildən tətbiqinə
başlanılmış Bioloji təbabət müalicələr
sistemi artıq daha geniş miqyas almaqdadır. Bakıda mərkəzi
klinika fəaliyyətə başladıqdan sonra bioloji təbabətə
ilkin maraqlar daha geniş tələbata çevrildi.
Klinikanın yerlərdə də filiallarının
yaradılması ideyaları gündəmə gəldi. Və
bir neçə regionda buna hazırlıqlar başlandı.
Şirvan bölgəsi üçün Göyçay şəhərində
müasir üslublu klinika tikilib Qurtuluş günü ərəfəsində
- 14 iyunda istifadəyə verildi. Açılışda
iştirak edən Göyçay Rayon İcra Hakimiyyətinin
başçısı Mənsur Məmmədov Azərbaycan səhiyyəsinin
son illər yüksək templə inkişaf etməsindən,
Prezidentimizin bu sahəyə göstərdiyi diqqət və
qayğıdan söz açaraq qeyd etdi ki, bu gün belə
bir səhiyyə müəssisəsinin tikilib istifadəyə
verilməsi də ən gözəl bayram hədiyyəsidir.
Rayon rəhbəri səhiyyənin müasirləşməsi
və xalqın sağlamlığı məsələlərinin
Ulu Öndərin ən böyük arzularından biri
olduğunu da xatırlatdı.
Baş həkimin söylədikləri...
Göyçay Bioloji Təbabət
Klinikasının baş həkimi Elçin Bilalov söhbətimiz
zamanı bizə maraqlı məlumatlar verir:
- Siz də şahidi oldunuz ki, bu
klinika ən müasir avadanlıqlarla təchiz edilib. Eyni
zamanda burada çalışanların əksəriyyəti
ixtisaslaşdırılmış tibb işçiləridir.
Mən özüm dəfələrlə Almaniyada - bioloji təbabət
elminin formalaşaraq həyata vəsiqə qazandığı
ölkədə və başqa xarici ölkələrdə
elmi-praktik tədbirlərdə olmuşam. Bioloji Təbabət
Klinikasının təsisçi direktoru hörmətli Elxan
Yaqubov bir mühüm məsələni həmişə
ön plana çəkir.
Yaradılan klinikalarda şərait
ən müasir səviyyədə olmaqla yanaşı, onun
tibb personalı da zəngin bilik və bacarığa malik
olmalıdır. Azərbaycanda 2001-ci ilə qədər bu
cür mütəxəssislər çox az idi. Bioloji təbabət
tibbin yeni sahəsi olduğundan Elxan müəllimin təşəbbüsü
ilə ilkin olaraq Almaniyadan, eləcə də artıq bu sahədə
müəyyən qədər formalaşmış Rusiyadan və
Ukraynadan yüksək ixtisaslı mütəxəssislər Azərbaycana
dəvət edildi, seminar keçirildi. Bununla yanaşı rəhbərlik
bioloji təbabətin elmi prinsiplərini öz təcrübələrində
tətbiq edən həkimləri xarici ölkələrdə
təşkil olunan müxtəlif elmi-praktik kurslara göndərdi.
Nəticə olaraq artıq 2005-ci
ildən Azərbaycanda öz kurslarımız təşkil
olundu, bu sahəyə maraq göstərən tibb
işçiləri üçün əlverişli şərait
yarandı. Bütün bunlar Elxan müəllimin böyük
təşkilatçılıq bacarığı, zəhməti
və inamı hesabına başa gəldi və indi də bu
istiqamətin nə qədər düzgün, perspektivli
olduğu qazanılan nailiyyətlərin timsalında
aydınca hiss edilir. Mən burada aparılan müalicələrdən
geniş söhbət açmaq istəmirəm. Hər şey
göz qabağındadır. Ən doğru və optimal
analizlər, diaqnozlar, müalicə üsulları, ən səviyyəli
tibbi xidmət kompleksləri... Eyni zamanda ən əsası xəstəliklərin
antibiotik, kimyəvi və hormonal dərman preparatlarından
istifadə etmədən müalicəsi. Yəni tam təbii -
bioloji üsullarla...
Həqiqətən belədir.
Bioloji Təbabət Klinikasına müraciət edənlər
onun ecazkar müalicə üsullarından həm şəfa
tapır, həm də burada çalışanlardan, xidmətin
səviyyəsindən razılıq edirlər.
Məzahir
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-19
iyun.-S.7.