ÜMUMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
Təhsil
əsri Azərbaycan reallığında
Davamlı inkişaf tərəqqi və yüksəliş
prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyənləşdirir.
Bütün sahələrdə yeniləşən
respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə
möhkəmləndirir. Hazırda dünyanın əksər
ölkələri iqtisadi çətinliklərlə
üzləşdiyi halda, möhtərəm
Prezidentimizin düzgün
daxili və xarici siyasəti
nəticəsində Azərbaycan ildən-ilə böyük nailiyyətlərə imza atır. Bu gün Azərbaycanın hər bir bölgəsi böyük
tikinti meydanını xatırladır. Rayonlara, qəsəbələrə
şəhər simasının gətirilməsi əyalət
insanlarının mənəvi-psixoloji ovqatını, firavan gələcəyə inamını daha da artırır.
Ölkə vətəndaşları yaxşı başa düşürlər ki,
çətin və ağrılı günlər arxada qalmışdır. Qarşıda
sürətli iqtisadi və mədəni
uğurları, demokratik inkişaf
səviyyəsi ilə dünya
arenasında layiqli mövqeyini
təmin edən qüdrətli və əzəmətli Azərbaycan
görünür.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
"2011-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya"nın
hazırlanması ilə bağlı Dövlət
komissiyasının yaradılması ölkəmizin
ictimai-siyasi və sosial həyatında ən mühüm və
əhəmiyyətli hadisə olmuşdur. Müstəqil Azərbaycanda
informasiya cəmiyyətinin təşəkkülünü və
biliklərə əsaslanan iqtisadiyyata keçid şəraitində
yeni təhsil modelinin qurulmasını təmin edəcək
Milli Strategiyanın hazırlanması təhsilin
inkişafının dövlət siyasəti səviyyəsində
prioritet istiqamət kimi nəzərdə tutulmasına, ölkə
Prezidentinin təhsil sahəsinə göstərdiyi müntəzəm
diqqət və qayğıya əyani sübutdur.
Təhsil
əsri və İKT
Bütün dövrlərdə cəmiyyətin
tərəqqisi bilavasitə təhsilin inkişafından və
onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən
asılı olmuşdur. Cəmiyyətin tələbatı təhsilin
inkişafını sürətləndirmiş, elmi və
texnoloji nailiyyətlər isə təhsil sistemi
qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr
qoymuşdur. Qloballaşmanın geniş vüsət
aldığı hazırki mərhələdə, informasiya cəmiyyətində
sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin
gücləndiyi, habelə təbii resursların tədricən
tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Birləşmiş
Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri"
elan etmişdir. Yüksək intellektə malik insan
kapitalının formalaşmasında, davamlı inkişafa zəmin
yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin
rolu mühüm əhəmiyyət kəsb edir. Təbii,
burada təhsilin bütün mərhələlərinin
ümumi məzmunu nəzərdə tutulur. Ümumtəhsil
sisteminin müasirləşməsindən söz açarkən
xüsusi qeyd etmək lazımdır ki, biliklərə əsaslanmış
iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə
İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT)
inkişafı ölkənin intellektual və elmi
potensialının vacib göstəricilərindən biridir. Bu
bir danılmaz faktdır ki, bu gün qloballaşan dünyada
ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə,
onların İKT-dən səmərəli istifadəsi ilə
formalaşır. Müstəqilliyin şərəfli
yolları ilə gələcəyə doğru inamla irəliləyən
ölkəmizdə son illər ərzində aparılan
davamlı islahatlar siyasəti dövlətimizin əhəmiyyətli
dərəcədə güclənməsinə imkan
vermiş, dinamik sosial-iqtisadi inkişafı və
xalqımızın rifah halının
yaxşılaşdırılmasını təmin
etmişdir.
Dövlət qayğısı uğurlara yol
açır
Bu gün dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan təhsilinin uğurlarının günü-gündən artmasının, inkişaf etməsinin və dünya təhsilinə inteqrasiyasının təməlində, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs və bu kursun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" - fikri təhsilin dövlət siyasətinin mərkəzi subyekti olduğunu sübut edir. Respublikamızda geniş vüsət almış yeni məktəblərin, uşaq bağçalarının tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, onların müasir avadanlıqlarla, informasiya və kommunikasiya texnologiyaları ilə təchizi, yeni dərsliklərin - tədris vəsaitlərinin çap edilərək pulsuz şagirdlərə çatdırılması, pedaqoji kadr hazırlığı və digər tədbirlər milli təhsilimizin düzgün inkişaf etdiyindən xəbər verir.
Göyçayda
təhsilə xüsusi yanaşma
Bütün bu mühüm məsələlər
Göyçay rayonunda da təhsil sistemində aparıcı
istiqamət olaraq həyata keçirilməkdədir. Rayon rəhbərliyinin
təhsilə münasibəti, müntəzəm qayğı
və diqqəti xüsusi qeyd olunmalıdır.
2011-2012-ci dərs ilində rayonda
57 ümumtəhsil məktəbi, o cümlədən 40 tam
orta, 13 ümumi orta, 4 ibtidai məktəb fəaliyyət
göstərmişdir.
Rayonun ümumtəhsil məktəblərində
15577 nəfər şagird təhsil almışdır. Onların
təlim-tərbiyəsi ilə 2852 nəfər müəllim
və tərbiyəçi məşğul olmuşdur. 5 məktəbdənkənar
təbiyə müəssisəsində isə məktəblilərin
asudə vaxtı müntəzəmliklə səmərəli
təşkil olunur.
(ardı gələn sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-20
iyun.-S.7.