HƏYAT
BURULĞANLARINDA
(Zeynəb
Əliqızının hekayələri haqqında)
Bəzən hekayəni
"kiçik canr" adlandırır, onu roman və povestlə
müqayisə edib həyatı təsvirdə geniş
imkanlara malik olmadığını söyləyirlər.
Lakin canrları bir-birinə qarşı qoymağın, zənnimcə,
heç bir elmi əsası yoxdur. Roman da, povest də, hekayə
də eyni məqsədə xidmət edir: həyatı,
insanlararası münasibətləri, zamanın mühüm və
aparıcı tendensiyalarını, cəmiyyətin sosial və
mənəvi problemlərini bədii tədqiq obyektinə
çevirməkg
Zəmanəmizin böyük
yazıçısı Çingiz Aytmatov məqalələrinin
birində yazmışdı: "Hekayəni damla ilə
müqayisə etmək olar, lakin bu damlasız okean ola bilməz.
Mənim fikrimcə, hekayə dövrün mozaikasıdır.
Mozaika isə məlum olduğu kimi xırda və zərif hissəciklərdən
ibarətdir. Burada da dövrün, zamanın səciyyəvi
cizgiləri portret halında canlana bilər.
Hekayə həmçinin
qravüraya bənzəyir. Yazıçı əməyi də
müəyyən mənada qravüraçı sənəti
ilə səsləşir: ifadə vasitələrindəki zəriflik,
maksimum yığcamlıq, detalların dəqiqliyi hər
ikisinə aiddir".
Bu gün də hekayənin
imkanları böyükdür. Onun oxucu auditoriyası əvvəlki
onilliklərə nisbətən xeyli artmışdır. Bu
çevik canra bütün qəzet və curnallar, nəşriyyatlar,
radio və televiziya geniş yer verir, hər gün, bəzən
hər saat hekayə oxumağa, dinləməyə adət
etmişik. Əlbəttə, belə anlarda məyusluq da
baş verir, dinlədiyimiz və televiziyada tamaşa etdiyimiz
hekayələrin bir qismi bədii-estetik dəyəri və
keyfiyyəti etibarilə bizi təmin etmir. Lakin eyni zamanda sevinməyə
də əsasımız var: hal-hazırda gözəl hekayəçilər
və hekayə topluları ilə
qarşılaşırıq. Belə gözəl hekayəçilərdən
biri də Zeynəb Əliqızıdır.
Mən Zeynəb Əliqızının
hekayələrini oxuyanda özümü həyatda olduğu
kimi hiss etdim, mənə elə gəldi ki, onun təsvir elədiyi
hadisələrin, olayların içərisində mən də
varam.
Zeynəbin hekayələrinin əsas
mövzusu günümüzlə, çağdaş həyatımızla
bağlıdır. O, yaşamadığı, müşahidə
etmədiyi hadisələri, bilavasitə ünsiyyətdə
olmadığı, tanımadığı, iç
dünyasına bələd olmadığı insanları qələmə
almır. Onda həyatı, gerçəkliyi, insanları
müşahidə qabiliyyəti yetərincədir. Hiss olunur
ki, Zeynəb yaşadığı mühiti, həyatı, cəmiyyətdə
baş verən ictimai-siyasi-mənəvi prosesləri dərindən
izləyir və ən xarakterik hadisələri hekayələrinin
mövzusuna çevirir.
Onun ən
gözəl hekayəsi "Şəhid anası"dır.
Bu hekayəni oxuyanda sarsılmaya bilmirsən, qəhər səni
boğur. Belə təsiri, belə duyğunu Zeynəb süni
şəkildə yaratmır, hekayədəki Nurxanım
ananın taleyi doğurur.
Geniş həyət
qapısından orta boylu, altmış-altmış beş
yaşlarında arıq, çəlimsiz bir qadın girdi. Sifəti
sapsarı saralmışdı, elə bil sarılıq xəstəliyi
keçirmişdi. Və azardan qurtarmamış
yorğan-döşəkdən durub gəlmişdi. Gözləri
quyunun dibində idi, güclə işıldayırdı.
Dodaqları övkə rəngimndə idi. Ağappaq nazik
hörükləri başına bağladığı qara
yaylığının altından çıxıb biri sinəsindən,
o biri kürəyindən, donunun üstündən
sallanırdı. Ayaqlarında çit ayaqqabı vardı.
Onu tanıyanlar bir az narahat oldular.
Bu arvadın toya gəlməsi qəribə
idi. O, əslində heç vaxt şənliyə getmirdi.
Nurxanım şəhid anası idi.
Doğrudan da, təzadlı bir mənzərə
yaranır. Şəhid anası toya gəlir. Hamı bu gəlişə
mat-məəttəl baxır. Musiqiçilər
çalğını yarımçıq
dayandırırlar. Şəhid anası "Əl
çalın" havasını sifariş edir və
başlayır oynamağa. Toy
iştirakçılarının hər birinin içindən
bir sazaq keçir. Şəhid anası
çalğıçılara deyir ki, havanı dəyişsinlər.
O, yenə oynayır. Uşaqlar əl çalır, amma
böyüklər susurlar. Heç kəs əl
çalmır. Onu tutub saxlamaq istəyirlər, "arvadın
başına hava gəlib" -belə düşünənlər
də olur. Nurxanım isə oynamaqdan doymur. Nəhayət,
iki-üç dəfə dövrə vurandan sonra hamıya
ehtiramla baş əyir. şəhid anası üzünü
camaata tutub deyir ki: "Mən dəli-zad olmamışam."
Hekayə bu ana qədər emosional təsirini itirmir. Müəllif
elə buradaca hekayəni bitirə bilərdi. Amma müəllifin
və onun qəhrəmanının məramı
açıqlanmazdı. Çünki hər hansı bir bədii
əsərdə onun ideyasını açıqlayan sonluq -
final olmalıdır. Nəsr əsəri, xüsusilə, hekayə
üçün bu, daha vacibdir. Nəhayət, ay camaat!
Üzümə belə çaşqınlıqla
baxmayın... Mən toy görməmişəm evimdə.
İki oğul böyütdüm, toylarını görə
bilmədim. Oğlanlarımdan biri Qarabağ müharibəsində
həlak oldu. On gün itkin oğlumu axtardım. Sonra xəbər
çıxdı ki, əsgərdir, Vətən
torpaqlarını qoruyur. Amma mən ehtiyac içərisində
övlad böyüdəndə, həmin ordu yaradanlar bir
cüt corab belə gətirib verməmişdilər ki, al,
balanın ayağına geyindir... Mən dəli deyiləm, əzizlərim,
qurban olum sizə. Sadəcə, ömrüm boyu dəli bir toy
havası ilə yaşamışam. Bu sümüklərim
oğul toyunda oynamaq həvəsi ilə
alışıb-yanıb".
Bu hekayənin uğuru nədədir?
Birincisi; hekayənin canı, bel sütunu olan hadisənin təsirli
olması. Elə bir hadisə ki, biz onu həyatda
müşahidə etmişik, hətta hekayədə təsvir
olunduğu kimi göz yaşları da axıtmışıq.
İkincisi; hekayənin qəhrəmanı ümumiləşdirilmiş
bir obrazdır-Şəhid anası. Azərbaycanda yüzlərlə
belə şəhid anasını tanıyırıq və bu
şəhid anası onların hamısının taleyini,
ağrı-acılarını özündə əks edirir.
Üçüncüsü; hekayə öz bədii-estetik səviyyəsinə
görə də diqqətəlayiqdir. Zeynəb xanım qəhrəmanının
iztirablarını çox təsirli boyalarla əks etdirir. Bu
hekayə əsasında hətta təsirli bir bədii film də
yaratmaq olar.
Hər hansı bir hekayədə
düşündürücü mətləbin olması
vacibdir. Oxucu bilməlidir ki, yazıçı hansı mətləbdən
söz açır, onun təsvir elədiyi hadisələr və
insan obrazları nə dərəcədə
inandırıcıdır? Bu hadisələr və insanlar real
həyatdan gəlmədir, yoxsa yazıçı təxəyyülünün
uydurmasıdır? Həyatın reallıqları ilə bir
daha bədii ədəbiyyatda üz-üzə gələndə,
özü də bu reallıqları bədii biçimdə
görəndə, hər iki tərəf sevinən olacaq. Həm
yazıçı, həm də oxucug Zeynəb Əliqızının
hekayələrində də biz bu məziyyətləri
görə bilirik.
"Ölüm uzaqda
qaldı"g Bu hekayəni oxuyuram və indiyə qədər
oxuduğum bir çox novellalar yadıma düşür. Əslində,
novella da hekayənin bir növüdür, yalnız fərq
orasındadır ki, novellaların sonu gözlənilməz
hadisə ilə bitir. Zeynəb xanımın bir neçə
hekayəsi də məhz öz novellavari sonluğu ilə diqqəti
cəlb edir. Adını çəkdiyim hekayədə oxucunu
intizarda saxlayan bir məqam təsvir edilir. Mesxeti türklərindən
olan Lena ağır xəstəliyə düçar olan və
həkim diaqnozuna görə sağalmağına zərrə
qədər ümid yeri yeri qalmayan anasının
intizarındadır. Öləcəkmi, qalacaqmı? Bu
intizarlı anların təsvirində Zeynəb bədii boyalarını
əsirgəmir. Və sondag Uərrah İlham qadının həyata
qayıtması üçün bütün
bacarığını sərf edir, xəstənin
ölümlə həyat arasında çarpışan
ürəyinin son döyüntülərini seyr edirkən,
birdən möcüzə baş verir. "Ölüm uzaqda
qalmışdı".
Zeynəb Əliqızının
hekayələrində əsas qəhrəmanların bir
çoxu qadınlardır. O, nənələrin, anaların
könül dünyasına, onların duyğular aləminə
yol tapa bilir. Daha doğrusu, onların zərif duyğuları
ilə öz duyğularını birgə yaşayan bir nənənin
həyatından söz açır. Bu nənə
qaçqındır, "otaraya gətirir. Məsələn,
onun "Güllü nənə" hekayəsi müasir
dövrün ağrı-acılarıyla oturmuşdu kəndində,
evində-eşiyində. Göyərti də əkirdi, meyvə
də yığırdı, yuxa da bişirirdi, bal da kəsirdi".
Amma "xaraba qalsın belə dövranı". Nənə
şəhərə, oğlu Səlimə pənah gətirib.
Amma o, kəndçiliyini unutmur. Şəhərdə göyərti
satmaqla günlərini dolandırır. Doğrusu, bu hadisə
əvvəlcə mənə inandırıcı
görünmədi. Amma sonra Güllü nənənin
satdığı göyərtilərdən əldə elədiyi
pulu itirməsi, buna görə göz yaşları
axıtmasıg təbii göründü. Nənələr,
babalar həmişə zəhmətiylə dolanmışlar.
Oğlunun evində şad-xürrəm də yaşaya bilərdi,
amma zəhmətsiz yox. Zəhmətlə qazanılan pulu isə
itirmək olmaz. Güllü nənəni də ağladan elə
budur.
Zeynəbin hərarətlə təsvir
elədiyi obrazlardan biri də Yusif babadır ("Quru
budaq"). O, kənddə yaşayır. Övladını-Bəkiri
görmək üçün şəhərə gəlir.
Baxıb görür ki, oğlu sərxoşluqla məşğuldur.
Və onun normal bir insan olacağına
ümidi yoxdur. Qayıdır kəndə. Axşamın alatoranında ağacları
doğramakğa başlayır.
Nə desə yaxşıdır: "Kirpiyimlə
od götürmüşəm,
bunları min əzab-əziyyətlə,
alın tərimlə
suvarmışamg Gözləmişəm
ki, bax, bunların cavan pöhrələrinə bənzəyən
nəvələrimg gəlib
bu ağacların arasında gizlənpaç
oynayacaqlar, yelləncək
asıb əylənəcəklər,
yarpaqlarını yoluşdura-yoluşdura
meyvələrini yığacaqlarg
Qismət olmadıg .Görə bilmədim. Gözüm baxa-baxa yurdum boş qaldı. Ağacım
göyərmədi... qurudug
Bu birilər də qurunun oduna yanırlar".
Ürək ağrıdan səhnədir.
Zeynəb də şəhərə
kənddən gəlib.
Və onun hekayələrində
o təbiilik, o səmimiyyət
ki var, o dil şirinliyi, təravəti ki, hər sətirdə hiss edirsən, bu da yarpağını sığalladığı, budağını
oxşadığı ağacların
səmimiyyətidir, təbiiliyidir.
O çiçəkləri ki, öpüb-oxşayıb,
o çeşmənin ki,
gözündən su içib, o küləyin ki, nəfəsini saçında hiss edib, o yarpızın ki, qoxusunu ciyərlərinə
çəkibg Bax, onlar Zeynəbin hekayələrində bir kənd obrazını yaradır. Kəndin də min bir oyunu var. Laylası, bayatısı, çöl
gözəlliyi, nağılı,
dastanı bir yanag bir də
bənzərsiz, təkrarolunmaz
qocası, qarısı,
hər evin kişisi, qadını, hər ailənin öz şıltağı,
nadinci, ağıllısı,
dəlisi. Və hər kəndin
də özünəməxsus
koloriti. Zeynəb bütün
bunlara yaxşı bələddir və hekayələrində yeri
gəldikcə, o koloriti
canlandıra bilir.
Məsələn, "Hind filmi", "Çoban və lal şəhərli" hekayələrində olduğu
kimi.
Zeynəbin "Çoban və
lal" hekayəsi barədə ayrıca danışmaq istəyirəm.
Mənim
fikrimcə, Zeynəb bu hekayəni daha iriləndirib povestə çevirə bilər. Lal şəhərli-bədbəxt
bir insang çoban isə geniş çöllər
qoynunda azad quşlar kimi ömür sürən bir kəndli. Lalın həyatı, keçmişi
o qədər də açıqlanmır, ancaq
hiss olunur ki, talesiz bir insandır
və mühitindən
usanıb, onu bu dünyada başa düşəcək
bir kimsə yox. Arzulayır ki, onu kənddə
dəfn eləsinlər,
bəlkə ruhu burda rahat ola. Əgər Zeynəb bunu
gələcəkdə povestə
çevirsə, lalın
həyatını, bir
insan kimi faciəsini təfərrüatı
ilə aça.
Arzulayaq!
Zeynəb Əliqızının
"Burulğan" adlı bir povesti var. Onun ayrı-ayrı
hekayələrində təsadüf etdiyimiz psixoloci duyum tərzi
bu povestdə başlıca məziyyətə çevrilir. Əlbəttə,
insanı əməldə, hərəkətdə, kimlərləsə
münasibətdə göstərmək asandır, lakin
insanın daxili aləmini, içəri dünyasını təsvir
etmək əsl istedad tələb edir. Zeynəbin bu povesti məhz
iki insanın daxili dünyasından gələn SƏSLƏRin
etirafı üzərində qurulub. Burada hadisələr də,
obrazların bir-birinə münasibəti də, nə varsa,
içəridə gedir, daxili aləmdə baş verir. Daha
doğrusu, ürəklər danışır. İki
insan-Könül və Nəsim bir idarədə işləyirlər
vəg bir-birlərini sevirlər. Ancaq onların məhəbbəti
qapalıdır, ürəklərini bir-birlərinə
aça bilmirlər. "Hər gün, hər
axşamçağı işdən çıxıb yol gedəndə
onu da özümlə "gətirirdim". Hər səhər
işə gedəndə onu da özümlə
"aparırdım". Mənə elə gəlirdi ki, o da
mənimlə avtobusdadır, yanımda oturan-odur, yanımda
dayanan-odur! Xəyalımda onunla daim şirin-şirin söhbət
edirdim. Söhbətimiz qurtarmaq bilmirdi. Şirin xəyallar
bizim hər ikimizi gah qanadları üstə göylərə
qaldırır, gah ağuşuna alıb dəryalarda
çimdirir, gah da Yer üzünü addım-addım,
qarış-qarış gəzdirirdi. Biz yorulmurduq,
usanmırdıq, doymurduq.."
Beləcə şirin, sonrasa
acı romantika sevənləri içəridən
saflaşdırır, duruldur və o böyük məhəbbət
elə içəridəcə yaşayır. Sonda isə bir
qəza. Qız ölür. "O, gözlərini yumdu. Mən
onu ilk və son dəfə qucağıma alıram. Onun bədənig
necə xoş təmas doğurur, ilahi! Beləcə
dünyanın axırınacan getmək olarmış.."
Əlbəttə, povestin
sonluğunun belə bitməsi ilə razılaşmamaq da olar.
Amma müəllif psixoloci məqamları elə təsvir edir
ki, qızın ölümünə gətirib
çıxarır.
Nəhayət, SON SÖZ: Mən
Zeynəbin istedadını, həyat hadisələrinə
münasibətindəki fərdiliyi hiss etdim, onun səsi, nəfəsi,
özünüifadəsi tamam fərqlidir. Həyatdan gəlir
bu SƏS. Uğurlar arzulayıram!
Vaqif YUSİFLİ
Ədalət.-2012.-23
iyun.-S.19.