Yardımlı
bu gün və sabah
(əvvəli
ötən sayımızda)
Yaxşı
yaşamaq yaxşı işləməkdən keçir
Yardımlı rayonunun kəndləri bir-birindən xeyli uzaqda yerləşirlər.
Əsas dolanışıq yeri kənd təsərrüfatı
olan rayonda 36776 hektar torpağın mülkiyyətində,
12567 hektar isə xüsusi
mülkiyyətdədir. 17377 hektar torpaq ərazisi isə bələdiyyənin səlahiyyətindədir.
Bu ilin məhsulu üçün
2011-ci ildə 2872 hektar ərazidə taxıl səpini
aparılmışdır. Daha münasib, daha məhsuldar 200
ton toxum, 90 ton azot gübrəsi gətirilməsi də rayonun
aqrar sahəsinə diqqətdir.
Heyvandarlığa xüsusi fikir
verən rayon sakinləri iri buynuzlu mal-qaranın sayını
27577 başa çatdırmışlar. Xırda
buynuzluların sayını 78473 başa yüksəldən
yardımlılılar ötən il 5839 sentner ət, 40192
sentner süd istehsal edə bilmişlər.
Rayonun ənənəvi məşğuliyyət
sahələrindən olan arıçılıq təsərrüfatını
inkişaf etdirmək, istehsal olunmaq məhsulu satmaq
üçün yerli sakinlər arıçılıq
birliyi yaratmışlar. Ötən il 4 nəfər sahibkar
arıçı paytaxt yarmarkalarında 800 kiloqrama qədər
yüksək keyfiyyətli bal sata bilmişdir.
Dağlarda yaşamaqla iqtisadi
çətinlik çəkməmək üçün burda
daim çalışmaq lazım gəlir. Yardımlılılar
əkin-biçindən, dağlara yayılan mal-qaradan, fərdi
təsərrüfatlardan istifadə etməyi bacaran
camaatdır. Ona görə də indi bu rayonun iqtisadi durumu
yüksələn xətlə inkişaf edir.
Həlli vacib sahələr də
var
Bu dağ rayonunda "Regionların
Sosial-İqtisadi İnkişafı Dövlət
Proqramı" əsasında xeyli işlər
görülmüşdür. Yardımlıya ilk dəfə
mavi qazın verilməsi 2006-cı ilin oktyabrında Ölkə
Prezidenti İlham Əliyevin təşəbbüsü və
iştirakı ilə olmuşdur. Rayon mərkəzi ilə bərabər
cəmi bir neçə yaxın kəndləri əhatə edən
bu sahənin indi dairəsi böyüməkdədir. Mayın əvvəllərində
Əngövül kəndinə mavi qazın verilməsinə
başlanmışdır. Bozayran, Osnağaran, Dəryavar,
Hünəş, Daşkənd, Gavran, Şəfəqli kəndlərinə
mavi qaz verilməsi üçün sənədləşdirmə
işləri aparılır.
Rayonun elektrik təsərrüfatında
son illər bir çox layihələr həyata keçirilsə
də, sakinlərin işi və təminatında köhnə
elektrik xətləri problemlər yaradır.
Kənd yollarının daha rahat
olması təklifləri də sakinlərin içindən gələn
arzudur.
Bu və ya digər sosial
qayğıları yerlərdə görüş keçirən
Yardımlı rayon İcra Hakimiyyətinin
başçısı Sevindik Hətəmov sakinlərin öz
dilindən eşitməyə daha çox üstünlük
verir. Yardımlılılar da onları eşitməyə,
qayğı göstərməyə hazır olan yeni icra
başçısı ilə daha səmimi olmağa can
atırlar. Çünki səmimiyyət, açıq
söhbət olan yerdə qarşılıqlı anlaşma və
uğurlar labüddür. Qısa müddətdə keçirilən
70-dən çox belə görüş rayondakı bir
çox iqtisadi-sosial məsələlərin həllinə təkan
vermişdir.
Yüksək təhsil yaxşı
şəraitdən asılıdır
Yardımlı rayonunda uzun müddət
məsul vəzifələrdə işləmiş, indi təqaüddə
olan Vaqif Rufullayev təhsildən söz düşəndə
həmişə şəraiti önə çəkir:
- Qardaş, uçuq-sökük,
heç bir şəraiti olmayan, buz kimi soyuq otaqda lap akademikin
özü neyləyə bilər? Ona görə də mən
son vaxtlar ölkədə inşa edilən bütün tədris
ocaqlarını çox bəyənirəm. Ötən il
bizim rayonda 150 yerlik müasir tələblərə cavab verən
Uşaq Musiqi Məktəbi tikildi. Hələ ondan əvvəlləri
demirəm, dövlətimizin proqramına uyğun olaraq 220
yerlik Ostayır, Alçabulaq, Şəfəqli, 80 yerlik Gendərə,
Gügəvar kənd məktəblərinin tikintisinə
başlanmışdır. Kürəkçi kəndində
360 şagird üçün məktəb tikiləcək. 180
yerlik Anzov kənd məktəbinin, 55 yerlik Yolocaq uşaq
bağçasının tikintisi üçün layihə sənədləri
hazırlanır. Bax bütün bunları mənim deməyim,
sənin yazmağın çox asandır. Ancaq
Yardımlının çox uzaq kənlərində bu
işi təşkil etmək, həyata keçirmək elə-belə
iş deyil. Hələ mən bunun maliyyə mənbələrini
demirəm. Ölkədə son 10 ildə tikilən məktəbləri
hesablasaq təhsilə göstərilən qayğının
mənzərəsi tam aydın olar. Məktəblilər indi
kompüterdə dərs keçirlər. Təhsilin müdiri
deyir ki, indi bizdə 210-dan çox kompüter var, hələ
arxası da gəlir. Qoy çox olsun, uşaqlarımız nə
qədər savadlı olsa səsimiz bir o qədər uzaqdan gələr.
Söhbətin sonunda Vaqif müəllim:
"Nəvələrim hərdən mən başa
düşməyim deyə başqa dildə
danışırlar. Rus dili deyil, alman
dili də deyil. Alman dili olsaydı
başa düşərdim,
axı arvad almandır. Deyəsən ingilis dilində
danışırlar" - deyə
söhbətə yekun
vurdu.
Rayon mərkəzdən
uzaq olsa da, qanuna yaxındır
Xeyli böyük ərazisi
olmasına baxmayaraq, Yardımlıda narahatlıq
doğuran elə ciddi hadisələr baş vermir. Bu ilin ilk aylarında
qeydə alınan 13 hadisənin heç biri ictimai fəlakət
törətməyən faktdır.
Oğurluq, dələduzluq, insan alveri kimi
faktlar burda heç vaxt qeydə alınmır.
Hərbi
çağırışdan yayınma hallarına da rast gəlinmir.
Ötən çağırış 87 nəfər gənc ordu sıralarına yola salınmışdır.
Belə,
dağlarda həyat öz axarı ilə davam edir.
Səxavət Məmmədli
Azərbaycan Respublikasının Prezidenti
yanında kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-23
iyun.-S.21.