YENİ
PROYEKTİMİZ: GERİYƏ BAXANDA
RİZA
NUR 20-Cİ İLLƏRİN AZƏRBAYCANI HAQQINDA (1)
Hər nə qədər unudulmaz
dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ
BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və
özəlliklə yazar tayfasının, şəxsən mənim
özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə
bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici
şeylər yaşanmışdır. Bu məqamları və
olanları yada salmaq həm də ibrətamiz bir ovqatın
yaranmasına səbəb olur. İstər şəxsi
yazarlıq həyatımızda, istərsə də bizdən
öncə yaradan sənətkarların yazılarında elə
anlar var ki, bu günümüzün içindən
çıxan məqamların ta özüdür. Bu
proyektimizdə öz yazılarımızla birlikdə
zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim
yazılarda son dərəcə öyrədici məqamların
olduğunu görəcəksiniz.
Hər nə qədər unudulmaz
dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ
BAXMA ,QOCA insan istər-istəməz geriyə baxmalı olur və
özəlliklə yazar tayfasının, şəxsən mənim
özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə
bir o qədər şirin günlər olmasa da, bir çox təssəlli
verici şeylər yaşanmışdır.Bu məqamları
və olanları yada salmaq həm də ibratamiz bir ovqatın
yaranmasına səbəb olur. İstər şəxsi
yazarlıq həyatımızda,istərsə də bizdən
öncə yaradan sənətkarların yazılarında elə
anlar var ki,bu günümüzün içindən
çıxan məqamların ta özüdür.Bu proyektmizdə
öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin
əsərlərindən istifadə edəcəyim
yazılarda son dərəcə öyrədici məqamların
olduğunu görəcəksiniz.
***
Salam Tofiq bəy !
Sizə bir yazı göndərirəm.
Bu yazı barədə çoxdandı sizə danışmaq
istəyirdim, amma nədənsə hər dəfəsində
unudulurdu.
Bu yazı Dr.Riza Nurun 2000 səhifəlik
üç cildlik bir kitabındandır. Dr.Riza Nur
Atatürkün ən yaxın dostlarından biri olub.
Cümhuriyyət qurulduqdan sonra Avropaya gedib, Atatürkə
müxaliflik etmişdir. Kitabın adı "HƏYAT VƏ
XATİRƏLƏRİM"dir.
Kitabı yazmış və
çap etdirmiş. Avropanın ən önəmli
kitabxanalarına göndərmiş və Atatürk
öldükdən sonra açılsın deyə şərt
qoymuş. İlk dəfə 1960-cı illərdə
açılmış, bir türk alimi görmüş və
o kitablardan parçalar çap etdirmiş. Sonra Türkiyədə
bu çox mübahisələrə səbəb olmuş.
Mübahisələrə baxmayaraq Türkiyədə hissə-hissə
çap olunsa da, bütünlüklə nəşr edilməsi
qadağan olunmuşdur. Çünki Atatürklə və
İnönüylə bağlı bir çox dedi-qodular var
Bizi maraqlandıran təbii ki, bu
dedi-qodular deyil. Bizi maraqlandıran bu adamın 1920-ci ildə Azərbaycana
diplomat olaraq göndərilməsi, orda Nəriman Nərimanovla
və o dönəmin önəmli şəxsiyyətləri
ilə görüşməsidir. Hətta Tağıyevin
xanımını da ziyarət etmişdir.
Azərbaycandakı
qardaşlarımız bilməz, amma Türkiyədə
yaşayan bizlər üçün ən maraqlı dönəm
Azərbaycanın 27 aprel 1920-ci ildən sonrakı vəziyyətidir.
1920-ci ilin aprel ayına qədər
olan hadisələri, Türkiyədə yaşayan o dönəmin
Mehmet Emin Resulzadə kimi məsul şəxslərin qələmindən
bilirdik. Azərbaycandakı xanlıqlar dövrü, sonra gələn
milli hərəkatlardan hamımızın xəbəri var.
27 aprel 1927-ci ildən sonra Azərbaycanda nələr
olmuşdur? Ruslar və yerli kommunistlər xalqla necə
davranmışlar? Üsyanlar, etirazlar olmuşdurmu? Çox
insan öldürülmüşdürmü? Bu sualları biz
özümüz-özümüzə versək də, əlimizdə
o dövrə aid qaynaq, mənbə
çatışmazlığından heç cür cavab tapa
bilmirdik.
İllər sonrası Almaniyaya
getdikdən sonra əlimə yuxarıda adını çəkdiyim
üç çildlik bir kitab keçdi. Kitab əslində
bir bioqrafik və yazdığım kimi Türkiyədə
çap olunması qadağan olunmuş bir kitab. Onun çap
olunduğu yer Almaniyada bir şəhər və nəşr edən
adam da alman familyalı birisi. Kitabın yazarı bir zamanlar
Türkiyədə haqqında çox danışılan Dr.
Riza Nur idi.
Dr.Riza Nur Osmanlının son
dövrlərində millət vəkilli olmuş, adı bir
sıra hadisələrə qarışdıqdan sonra xaricə
qaçmış, sonra da Ankarada başlayan milli hərəkata
qoşulmuş, Atatürkün yaxın adamlarından biri
olmuş,daha sonra yazdığımız kimi Atatürkə
müxaliflik etmiş, yenə də xaricə
qaçmış bir şəxsiyyətdir. Həyatı
enişlər və yoxuşlarla dolu bir şəxsiyyət
olaraq, Riza Nur Atatürklə yola getməsə də,
kitabın bir çox fəsillərində Azərbaycanı
da anlatmışdır.
O kitabadan bir bölümü sizə
göndərirəm. Əgər xoşunuza gəlsə "ƏDALƏT"
qəzetində çap edərsiniz.
Kitab məndə var.
Salam və məhəbbətlə
Orxan Aras, Almaniya
BİR DİPLOMATIN QƏLƏMİNDƏN 1920-Cİ İLLƏRİN AZƏRBAYCANI
... Bakıya çatdıq. Bizi hərbi
bir paradla qarşıladılar. Bir evə yerləşdirdilər.
Tiflisdə Qars kimi soyuq yox idi. Bakı isə daha isti.
Buraların iqlimi mutadil. Bu yaz
çox isti keçir, - dedilər.
Şəhəri gəzdik. Avropa
şəhərləri kimi. Ermənilər çox rahat. Bir
qısım türklər Birinci Dünya müharibəsi
sonlarında və sülh bağlanan ilk çağlarda
İngilis ordusuna əskər olaraq
çağrılmışlar. Ermənilər də gəlmiş,
dava etmi, xəyanətkarcasına Bakını almışlar.
Türklər gəlmiş və buranı xilas etmiş. Yusif
İzzət paşa başçılığındakı
bir ordu Qafqaz dağlarına qədər gəlib
çıxmış. Şəhər bu davaların sonucu
yandırılmış, yıxılmış, xüsusiylə
ermənilər Türk Xeyriyyə Cəmiyyətinin
binasını məhv etmişlər. Binanın yalnız
yandırılmış çərçivəsi
qalmaqdadır. Neft yataqlarını gəzdik.
Bura uzaqdan sərv ağacaları
ilə örtülü bir ormanı xatırladır. Nefti
quyulardan tulumba ilə çəkirlər. Təbii olaraq
özü fışqırır yer altından.
Təqdir fabrikalarını,
xüsusilə Nobel fabrikalarını gəzdik.Bir çox
mancanaqlar gördük. Xam məhsul kimi yerdən
çıxan retrol məhsulları (neft, benzin, vazelin və
s.) ayrılıb müxtəlif kranlardan axır. Qazanların
dibində mazut qalır. İlk mərhələdə
çıxan çamuru (çöküntünü)
sarı rəngdə görüncə, buna insanın MAVİ
QIZIL deyəcəyi gəlir
Neft milyonçularından məşhur
Tağıyev vardır. Çox zəngindi. Yaxşı
adamdı. Məşhurdu. Malını xeyirli işlərə
sərf edir, öz xalqını insanları üçün
məktəblər, xəstəxanalar açır, insanlara qəzet
çıxartdırır. Bolşeviklər gəlincə
bütün malını əlindən alırlar. Zavallı
bir müddət sonra kədərindən ölmüş.
Dedilər ki: "xanımını ziyarət edək". Təbii
ki, münasib vaxt da vardı. Getdik, bizim İstanbuldakı Səlmiyə
kisalesinin bir cəbhəsi qədər bir bina. Dedilər: evi
bu idi.
Kiçik qapıya yanaşdıq.
Beş-altı pillə nərdivanla aşağı endik. Bir
otaq içində adi əşyalar, bir xanım. Bizi təqdim
etdilər, "Tağıyevin xanımıdır" deyə.
Aman allahım, böyük bir ibrət! "Düşməz-qalxmaz
bir Allah" - deyərlər, bunu xatırladım. Dinsiz bunu
etməz. Nəymiş, nə olmuş? "Allah
görünür-görünməz bəladan saxlasın"
- deyərələr. Çox yerində duadır. "Bir gün
bolşevik deyilən adamlar gələcək. Qiyamət
qopacaq. Hər kəsin malı əlindən alınacaq. Bir qəpiyə,
bir çuvala möhtac edəcəklər".
Kimin ağılna gələrdi?
Bax, görünməz qəza... Zavallı xanıma çox
yazığım gəldi. Öz evinin zirzəmisində
yaşayırdı. Təssəli etdik. Fəqət, boş
laftan nə çıxar? İştə, nə çarə
söylənəcək ki, ədalət yerini tapsın.
Azərbaycan hökuməti bizə
gözəl bir qonaqlıq verir. Sabah yeməyində əla (havyar)
ikra, bol-bol. Və gözəl yağla birlikdə.
Daraşmışıq ikranın canına. Nə eləyək.
təptəzə və nə də xoş. Ömrümdə
belə gözəl ikra yemədim. Bir daha bu fırsat ələ
keçərmi? (...)
(davamı olacaq)
RİZA NURun çox qısa bioqrafiyası
Riza Nur 1879-cu ildə Sinopda
doğuldu. Orta məktəbin ilk siniflərinə Sinopda getdikdən
sonra, İstanbula gələrək Soyuqçeşme Əsgəri
Rüştiyesinə girdi. Sonra Tibb məktəbi İdadisini
(Tibb Liseyini) və Məktəbi Tibbi Şahanəni (Əsgəri
Tibb Məktəbi) təbib kapitan olaraq bitirdi. 1901-ci ildə
Gülhanə xəstəxanasında (Əsgəri Tibb
Akademiyası) çalışqanlığı ilə Alman
müəllimlərin diqqətini çəkdi və orada
assistent oldu.
Əvvəl Prof. Dr. Deike
Paşanın yanında çalışdı, sonra cərrahi
qisminə keçdi. Prof. Dr. Vietin Paşanın yanında
çalışaraq operator oldu. Bu vaxt tibbə aid xüsusi
bir kitab yazdı. Əvvəl padşaha təqdim edilən
kitab, sonra nümayiş olundu və Prof. Vieting tərəfindən
bir qismi Almancaya çevrildi. 1903-cü ildə Rumeli
Zibefçe gömrük qapısına bakterioloji yoxlama
işinə təyin edilən Dr. Riza Nur 1905-ci ildə
Gülhanəyə köməkçi müəllim, 1907-ci
ildə Əsgəri Tibb məktəbiyə cərrahiyyə
müəllimi oldu. Hökumətin elanından sonra edilən
seçkilərdə Sinopdan millət vəkili seçilərək
Məclisə girdi. 1908-ci ildə Birinci İcra Vəkilləri
Heyətində Maarif vəkili oldu.
Tofiq
Abdin
Ədalət.-2012.-23
iyun.-S.15.