1972:
HEYDƏR ƏLİYEV QƏDİM QARABAĞ ABİDƏSİNİ
ERMƏNİ SAXTAKARLIĞINDAN NECƏ XİLAS ETDİ?!
HEYDƏR
ƏLİYEV: "MƏSƏLƏ BÜROYA
ÇIXARILSIN!"
II məqalə
Arxeoloqların
həyəcan təbili: "Ermənilər Dağlıq
Qarabağdakı alban məbədini öz kilsələrinə
çeviriblər"
Azərbaycana siyası rəhbərlik
edən Heydər Əliyev Azərbaycan tarixini,
arxeologiyasını, mədəniyyətini, ədəbiyyatını
daha geniş və fəal bir şəkildə tədqiq, təbliğ
etmək barədə qəti siyasi mövqe nümayiş edəndən
sonra, ermənilərin Azərbaycan ərasilərində
"erməni tarixi" axtarmaq, respublikamızda sərbəst
arxeoloji qazıntılar aparmaq imkanları minimuma endi. Bununla
yanaşı, Azərbaycanda 1960-cı illərdən geniş
vüsət almağa başlayan arxeoloji tədqiqatların,
xüsusilə Qarabağ ərazisinin arxeoloji öyrənilməsinin
keyfiyyət və kəmiyyəti sürətlə artdı.
Qarabağda aparılan məqsədli
elmi-arxeoloji tədqiqatlarda bir çox alimlərimizlə
yanaşı, professor R. Göyüşov da fəal iştirak
edirdi. Ötən məqaləmizdə bu barədə ətraflı
yazdığımızdan, görkəmli alimin
yaradıcılığına bir daha qayıtmağa lüzum
bilmirik. Eyni zamanda, bir məsələni yenə də
xatırladırıq ki, Azərbaycan ərazilərində erməni
abidələrinə münasibətlə bağlı Ermənistandan
Heydər Əliyevə ünvanlanan rəsmi məktubda duyulan
narahatlıq, məhz Azərbaycan arxeoloqlarının Qarabağda,
o cümlədən, Dağlıq Qarabağda əldə
etdikləri nailiyyətlərdən irəli gəlirdi.
Qarabağın arxeologiyasının tədqiq olunması erməni
alimlərinin bu ərazidəki Albaniya və Azərbaycan abidələrinə
qarşı total saxtalaşdırma məqsədlərinə
real elmi zərbələr vururdu, bundan keçirdikləri
narahatlığı qeyri-ixtiyari büruzə verirdilər.
Qarabağın arxeoloji tədqiqatı
zamanı Elmlər Akademiyasının ekspedisiyasına rəhbərlik
edən professor R. Göyüşov ermənilər yaşayan
Mardakert rayonunda gördüklərindən heyrətə gəlir.
Tarixi abidələrə, Azərbaycan mədəniyyətinə
hər zaman alim, vətəndaş humanistliyilə yanaşan
R. Göyüçov alban məbədinə qarşı ermənilərin
dağıdıcılıq və saxtalaşdırma əməlləri
barədə Azərbaycan SSR Elmlər Akademiyası Tarix
institutunun direktorunu məlumatlandırır. Bu qədim tarixi məbəddə
rastlaşdığı erməni
özbaşınalığı və
dağıdıcılığı onun alim təəssübkeşliyi
sayəsində aşkar edilir.
"...Məbədin içərisində
Eçmiədzinin baş katalikosu Vazgenin və Andronikin şəkilləri
bir neçə yerdən asılmışdır"
İstinad etdiyimiz mənbəyə
- Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsinin Siyasi Sənədlər Arxinə (Fond 1,
siyahı 59, s.v. 120) əsasən R. Göyüşovun Azərbaycan
SSR EA Tarix İnstitutunun direktoruna məktubunu təqdim edirik:
"Azərbaycan SSR EA Tarix
İnstitutunun direktoru C. B. QULİYEV YOLDAŞA Govurqala
/Ağdam/ arxeoloji dəstəsinin rəisi Rəşid
Göyüşov tərəfindən
MƏLUMAT
Bu il ekspedisiyamızın üsvləri
alban katalikosluğunun mərkəzlərindən biri və
xarabalığı, hazırda Mardakert rayonunun Vəng kəndi
ərazisində olan Qanzasar məbədinə getmişdi. Bu məbəd
Mehranilər sülaləsinin nümayəndəsi Həsən
Calal tərəfindən XIII əsrdə inşa edilmişdir.
Abidəyə baxış
zamanı gördük ki, məbədin içərisində,
mehrab hissədə Eçmiədzinin baş katalikosu Vazgenin və
Andronikin şəkilləri bir neçə yerdən
asılmışdır. Məbədin mehrabı paltar-palazla bəzədilmiş
və oraya şam yandırmaq üçün hər cür ləvazimat
qoyulmuşdur. Abidənin həyətində xüsusi qurbangah
düzəldilmiş və nəzir toplanılır; ziyarətə
gələnlər üçün taxtadan düzəldilmiş
xüsusi mağar yerli əhalidən toplanan qab-qaşıq və
s. əşya ilə təchiz edilmişdir. Bütün
bunların nəticəsidir ki, məbədin daxili
divarlarında vaxtı ilə işlənmiş gözəl
freskalar aradan çıxır, cənub tərəfdəki ən
qədim kilsə isə dağıdılır. Abidəyə
toplanan nəzir-niyaz isə DQMV mədəniyyət şöbəsi
tərəfindən təyin edilmiş gözətçinin
şəxsi gəlirinə çevrilir.
Bütün bunlar Azərbaycanın orta əsr memarlığının ən gözəl nümunələrindən biri olan Qanzasar məbədinin tarixi abidə kimi əhəmiyyətinin azalmasına, hər şeydən əvvəl isə müasir gənclərin mənəviyyatına mənfi təsir göstərir. Odur ki müvafiq tədbir görmənizi xahiş edirəm.
4/VIII-72. İmza. "
Bu məlumatın əsasında
Tarix institutunun rəhbərliyi Azərbaycan EA-nın
prezidentini, öz növbəsində, Elmlər
Akademiyasının prezidenti Azərbaycan KP MK-nı rəsmi məktubla
məlumatlandırır. Respublikanın siyasi rəhbəri
Heydər Əliyev məktubdakı faktların dəqiq,
müfəssəl araşdırılmasını və
yaranmış vəziyyətlə bağlı yazılı məlumat
verilməsini Mərkəzi Komitəyə tapşırır.
1972, Qarabağ: Ermənilərin
tarixi abidəyə qarşı və tarixdəki əməlləri
Heydər Əliyevin
tapşırığı ilə Mardakertdəki alban kilsəsinə
qarşı ermənilərin özbaşına və
qeyri-qanuni davranışı MK-nın iki şöbəsi - təbliğat
və təşviqat, elm və təhsil şöbələri
tərəfindən müfəssəl araşdırılır.
Hər iki şöbə aparılan araşdırmaların nəticələri
haqqında MK-ya rəsmi məlumat verir. Məlumata foto
faktları da daxil edilir. Rəsmu məlumatı təbliğat
və təşviqat şöbəsinin müdiri T. Əliyev,
elm və təhsil şöbəsinin müdiri F. Əhmədov
imzalayırlar. Faktik olaraq, Azərbaycan KP MK-nın birinci
katibinə yazılan bu məlumatı oxuculara ilk dəfə təqdim
edirik:
"Sekretno.
ÜK KP AZERBAYDJANA
O qrubom naruşenii sovetskoqo
zakonodatelğstva o reliqioznıx kulğtax v Mardakertskom rayone.
Za poslednie qodı ÜK KP
Azerbaydjana i Sovet Ministrov respubliki neodnokratno obrahali vnimanie
partiynıx, sovetskix i administrativnıx orqanov na neobxodimostğ
stroqoqo soblödeniə sovetskoqo zakonodatelğstva o
reliqioznıx kulğtax.
Posle postanovleniy ÜK KPSS ot 16
iölə 1971 q. "Ob usilenii ateistiçeskoqo vospitaniə
naseleniə" i ÜK KP Azerbaydjana ot 2 fevralə 1971 q.
"O merax usileniə borğbı s reliqioznımi perejitkami i
naruşeniəmi sovetskoqo zakonodatelğstva o kulğtax v
respublike" vo mnoqix qorodax i rayonax prinətı merı k
usileniö antireliqioznoy rabotı. Odnako v rəde mest tak
nazıvaemıe "svətıe mesta" vse ehe aktivno
ispolğzuötsə antiobhestvennımi glementami. Prodoljaöt
imetğ mesto faktı, koqda takimi obcektami stanovətsə pamətniki
arxitekturı i kulğturı, oxranəemıe qosudarstvom.
Nedavno apparatom Upolnomoçennoqo
Soveta po delam reliqiy pri Sovete Ministrov SSSR po Azerbaydjanskoy SSR
ustanovlen fakt qruboqo naruşeniə sovetskix zakonov v Mardakertskom
rayone. Zdesğ pri popustitelğstve mestnıx orqanov arxitekturnıy
pamətnik Qanzasarskiy xram v sele Vanklu stal aktivno
ispolğzovatğsə antiobhestvennımi glementami v üeləx
razjiqaniə reliqioznıx strastey sredi naseleniə i liçnoqo
oboqaheniə.
Pri posehenii xrama rabotnikami apparata
Upolnomoçennoqo Soveta po delam reliqiy bılo obnarujeno mnoqo
pojertvovaniy so storonı veruöhix - tkani, platki, skaterti i druqie.
Na stenax xrama bıli vıveşenı portretı svətoşi
Qriqoriə Prosvetitelə, katalikosa Vazqena I i üarskoqo qenerala
Andronika Ozanəna. Krome toqo na stenax visela ikona boqomateri,
fotoqrafii Gçmiadzina - reliqioznoqo üentra veruöhix armən,
otdelğnıe nomera reliqioznoqo jurnala "Svətoy
Gçmiadzin" i druqaə reliqioznaə literatura. Vnutri xrama
stoəla derevənnaə kassa s razrezom dlə denejnıx
prepodnoşeniy. Po imeöhimsə dannım, zdesğ s
uçastiem priezjix svəhennikov provodətsə massovıe
reliqioznıe obrədı.
Vo dvore xrama nezakonno postroen derevənnıy
naves - stolovaə dlə traurnıx uqoheniy. Odno iz pomeheniy
otremontirovano i ispolğzuetsə pod jilğe samozvanım
"smotritelem" xrama Raşidom Mkrtıçənom,
kotorıy faktiçeski prevratil eqo v deystvuöhee "svətoe
mesto". Zdesğ sobranı kotlı, boçki s vinom, mnoqo
posudı, ispolğzuemoy na traurnıx uqoheniəx, oborudovana
speüialğnaə boynə dlə zakalıvaniə
jertvennoqo skota, a takje oçaqi dlə priqotovleniə pihi. Vo
dvore xrama bılo obnarujeno 6 svejix baranğix şkur,
ostavlennıx palomnikami.
Vsə obstanovka v Qanzasarskom xrame
svidetelğstvuet o tom, çto on prevrahen v deystvuöhuö
üerkovğ. Delo doşlo do toqo, çto k xramu, naxodəhemusə
na qore Qanzasar prolojena trexkilometrovaə doroqa.
Vışeizlojennoe podtverjdaet,
çto Mardakertskiy raykom i Naqorno-Karabaxskiy obkom KP Azerbaydjana ne
sdelali doljnıx vıvodov iz reşeniy ÜK KPSS i ÜK KP
Azerbaydjana ob usilenii ateistiçeskoqo vospitaniə naseleniə,
a sovetskie i administrativnıe orqanı rayona i oblasti ne
obespeçivaöt stroqoqo soblödeniə sovetskix zakonov o
reliqioznıx kulğtax, v rezulğtate çeqo pamətnik
arxitekturı XIII veka - Qanzasarskiy xram ispolğzuetsə fanatikami
v reliqioznıx i druqix antiobhestvennıx üeləx.
İnformiruə o qrubom fakte
naruşeniə sovetskoqo zakonodatelğstva o kulğtax v
Mardakertskom rayone, prosim Vaşix ukazaniy.
Spravku apparata Upolnomoçennoqo
Soveta po delam reliqiy i fotoqrafiy zasnətıe v xrame prilaqaetsə.
T. Aliev.
F. Axmedov.
8/IX - 72."
Bu rəsmi sənəddə (Azərbaycan
KP MK-nın məlumatlandırılmasında) ermənilərin
qanunsuz əməllərinə dair daha bir informasiyaya istinad
olunur. Sənəddən də göründüyü kimi, bu,
SSRİ Nazirlər Soveti yanında Dini İşlər üzrə
Fövqəladə Şuranın Azərbaycandakı nümayəndəliyinə,
şəxsən fövqəladə nümayəndə A. Əhədova
məxsus yazılı informasiyadır. A. Əhədovun rəsmi
tapşırıq əsasında Qandzasar məbədində
baş verənlərlə bağlı apardığı və
üzə çıxardığı həqiqətlər
onun 17/VIII-72 tarixdə təbliğat və təşviqat
şöbəsinə yazdığı 87 saylı
arayışda öz əksini tapmışdır.
Məlumatda maraqlı faktların
aşkar edildiyini oxuyuruq. Məsələn, dağ yüksəkliyində
yerləşən və piyada çətinliklə qət
edilən alban məbədinə 3 kilomert yolun çəkilməsi,
şübhəsiz, DQMV siyasi orqanlarının və Mardakert
rayon rəhbərliyinin birgə dəstəyilə baş
tutmuşdur. Digər tərəfdən, informasiyalardan məlum
olur ki, Qarabağdakı qədim alban məbədinin erməni
kilsəsinə çevrilməsi təkcə yerli erməni əhalisinin
və yerli idarəetmə orqanlarının işi deyildir. Bu
işdə Yerevandakı, Ermənistandakı bəzi dini,
siyasi, ictimai qüvvələrin də fəal iştirakı
olmuşdur. Məsələn, məbəddə ermənilərin
dini mərasimlərinə Ermənistandan "din xadimlərinin"
təşrif buyurması, bu işin arxasında həm də qərəzli
siyasi məqsədlərin dayandığını göstərir.
Elə rus və erməni dillərində nəşr olunan
"Müqəddəs Eçmiədzin" jurnalının
məbədə gətirilməsi və yerli ermənilərə
"kilsə" vasitəsilə paylanması da belə məqsədlərdən
xəbər verir. Maraqlıdır ki, ölkənin ali siyasi
idarəetmə mərkəzi - SSRİ Kommunist
Partiyasının Mərkəzi Komitəsi ateizm tərbiyəsi
haqqında xüsusi qərar qəbul etdiyi, dini kultlarla
mübarizə məqsədilə SSRİ Nazirlər Kabineti
yanında rəsmi dini qurum yaratdığı halda, Ermənistanda
rus dilində "Müqəddəs Eçmiədzin" dini
jurnalı nəşr olunmuşdur?
Erməniləri xristianlaşdıran
dini şəxsin və bütün Rusiyada, Türkiyədə,
Qafqazda, İngiltərədə,
Fransada, sonradan
SSRİ-də "tayqulaq
general" adı ilə
tanınan Andronikin (onun qulağını Zəngəzurda, Zıbıx
ətrafındakı döyüşdə
satqınlığına və
qorxaqlığına görə
öz erməni əsgərlərinin gözü
qarşısında Sultan bəy
kəsmişdi) fotolarının,
üstəlik hansı
isə "erməni qəhrəmanının" kepkası
və tüfənginin
məbəddə asılması,
şübhəsiz, ermənilərin
hələ o illərdə
DQMV-dəki etnik təxribatlarından və
şovinist niyyətlərindən
xəbər verir. İstisna deyil ki, "yas mərasimi",
"dini bayram",
"dini ibadət"
adı altında bu məbəddə ermənilər özlərinin
ixtira etdikləri
"Andronik günləri"
də keçiriblər.
Bu "yadetmədə" məqsəd Türkiyədə,
Qarabağda, Qərbi Azərbaycanda vəhşi
qırğınlar törətmiş
Androniki Qarabağ ermənilərinin yaddaşına
"milli qəhrəman"
kimi sırımaq idi. Digər tərəfdən, Qarabağdakı
ermənilərin etnik
birliyini təmin etmək üçün məhz dini amildən istifadə olunması da məsələnin görünməyən
tərəflərindəndir. Ən mahiyyətli və görünən tərəf isə ermənilərin Qarabağdakı
qədim alban abidəsini öz kilsələrinə çevirmələridir.
Daha bir gizli qalmayan və rəsmi arayışlarda açıq
şəkildə deyilən
bir fakt da budur ki,
Mardakert rayonunda ermənilərin törətdiyi
bu qanunazidd, özbaşına, qeyri-humanist,
qərəzli əməllər
rayonun, başlıcası
isə DQMV-nin siyasi və hüquq-mühafizə orqanları
tərəfindən qəsdən,
bilərəkdən görməməzliyə
vurulmuşdur. Heydər
Əliyevin siyasi qərarı erməni saxtakarlığına qarşı
ən sərt cəza idi
Azərbaycan Respublikasının Dağlıq
Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda alban tarixi abidəsinin yerli ermənilər tərəfindən kilsəyə
çevrilməsi barədə
Azərbaycan KP MK xüsusi
qərar qəbul edir. Məsələnin müzakirəyə çıxarılması,
haqqında qərarın
verilməsi, bu qərarın hazırlanması,
onun siyasi və hüquqi baxımdan düzgün, obyektiv yazılması birbaşa Heydər Əliyevin göstərişi
və iştirakı ilə baş verir. Məktub və məlumatları, yaranmış vəziyyəti,
məlumatların dəqiqləşdiriməsini,
vəziyyət barədə
arayışın yazılmasını,
müzakirəni və
qərarı KP MK-nın
nəzarətinə götürən
Heydər Əliyev bütün qanunlara, obyektivliyə, ədalətə
tam əməl edərək,
bu işi hazırladığı rəsmi
qərarla da sona yetirir.
Yuxarıdakı məlumat və
arayış, R. Göyüşovun və Elmlər Akademiyasının
məktubları Azərbaycan KP MK qərarı ilə birlikdə
SSRİ KP MK-ya və SSRİ Nazirlər Sovetinə təqdim
edilir. Bir qədər sonra Azərbaycan KP MK-nın qərarı
DQMV-nin və Mardakert rayonunun rəhbər orqanları tərəfindən
həyata keçirilir, yəni Qandzasar məbədinə
qarşı erməni qanunsuzluqları tam aradan
qaldırılır. Azərbaycanın siyasi rəhbərliyi rəsmi
Moskvanı bu barədə də məlumatlandırır.
İndi isə Azərbaycan KP
MK-nın qərarı ilə tanış olaq:
"17 oktəbrə 1972 q., protokol N 13.
POSTANOVLENİE
SEKRETARİATA
ÜENTRALĞNOQO KOMİTETA
KOMPARTİİ AZERBAYDJANA
O qrubom naruşenii sovetskoqo
zakonodatelğstva o reliqiznıx kulğtax v Mardakertskom rayone
Zapisku Otdela propaqandı i
aqitaüii ÜK KP Azerbaydjana po dannomu voprosu napravitğ na
rassmotrenie Naqorno-Karabaxskoqo obkoma KP Azerbaydjana. O prinətıx
merax dolojitğ ÜK
KP Azerbaydjana."
Azərbaycan KP MK katibliyinin 17
oktyabr 1972-ci il tarixli (protokol N 13) "Mardakert rayonunda dini
kultlara dair sovet qanunçuluğunun kobud şəkildə
pozulması haqqında" qərarı ilk baxışda cəzasızlıq
təsiri bağışlayır. Çünki gözlədiyimizin
əksinə olaraq, qərarda DQMV və Mardakert rayon rəhbərliyinə
nə ağır partiya, nə də işdən
çıxarılma cəzaları verilmir. Əslində isə,
Azərbaycan KP MK-nın bu qərarı ilə Heydər Əliyev
DQMV-nin erməni rəhbərliyini çox ağır cəzalandırmışdır.
Belə ki, erməni özbaşınalığının,
saxtakarlığının və iddialarının
qarşısını elə DQMV və Mardakertin erməni rəhbərliyinin
əlilə də almışdır. Bu isə ermənilərin
özü və havadarları üçün çox sərt
cəza idi. Çünki Heydər Əliyevin siyasi qərarı
və bu qərarın DQMV erməni rəhbərliyi tərəfindən
sözsüz yerinə yetirilməsi SSRİ-nin siyasi mərkəzinə
və Ermənistandakı anti-Azərbaycan dairələrinə
ermənilərin öz səhvlərini etiraf etdiyini deyirdi. Digər
tərəfdən, ermənilərin Qarabağdakı alban
tarixi abidəsilə qeyri-humanist, mədəniyyətsiz, qərəzli
davranışının Azərbaycan KP MK tərəfindən
"sovet qanunlarının kobud pozulması", "sovet
qanunlarına zidd hərəkət" kimi qiymətləndirilməsi
DQMV-nin erməni rəhbərləri üçün ciddi rəsmi
xəbərdarlıq idi. Bu, həm də məkrli erməni əməlinə
o dövrdə verilən ən düzgün, obyektiv siyasi və
hüquqi qiymət idi. Belə bir qiymət Qarabağ ermənilərinə
"Azərbaycanda erməni xalqının
hüquqlarının pozulması" barədə SSRİ ali
siyasi orqanlarına saxta, yalan şikayət məktubları
göndərməyə, necə deyərlər, "ayaq
yeri" qoymurdu.
Ariz ABDULƏLİYEV
Ü.Haclbəyli adına
BMA-nın
dosenti ariz-abdulaliyev@mail.ru
Ədalət.-2012.-26 iyun.-S.7.