BÖLGƏNİN
MƏRKƏZİ RABİTƏ MÜƏSSİSƏSİ
Bugünkü inkişafın təməl dövrü
Ölkəmizdə
rabitə sektorunun inkişaf
strategiyasının əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Hələ Sovet İttifaqının tərkibində olarkən
Azərbaycanın inkişaf perspektivlərinin
respublikanın sənaye potensialının gücləndirilməsi,
xüsusən də elmtutumlu sahələrin
genişləndirilməsi ilə birbaşa
bağlı olduğunu görən Heydər
Əliyev artıq ötən əsrin yetmişinci
illərində bu sahəyə xüsusi diqqət yetirmiş
və İnformasiya və Kommunikasiya
Texnologiyaları sektorunun bugünkü
inkişafının təməlini qoymuşdur.
Uğurla davam etdirilən bu proses
Azərbaycanın müstəqilliyinin ilk illərində də
ciddi xarakter almışdı. Azərbaycanda yeni
texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun
modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər
quruldu
Bu gün Azərbaycanda gələcəyə
istiqamətlənən, elm və
texnologiyaların inkişafını şərtləndirən,
iqtisadiyyatın hər bir sektorunun
davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin
hər bir üzvünün
rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Azərbaycanda
rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da
məhz bu siyasətin tərkib hissəsidir.
Böyük
müasirləşmə proqramı
Hələ Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair birinci Dövlət Proqramının müzakirələri
zamanı Prezident İlham Əliyev informasiya və kommunikasiya
texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ
elan etmişdi. Azərbaycan Respublikasının Prezidenti
İKT sektorunun inkişafına həmişə yüksək
dəyər verir. "Biz informasiya texnologiyaları sektorunun
inkişafına böyük vəsait ayırırıq.
Kosmik sənayeyə xüsusi diqqət yetiririk. Öz peykimizi
buraxmağı planlaşdırırıq. Beləliklə,
böyük müasirləşmə proqramı həyata
keçirilməkdədir". Bu sitat cənab Prezidentin
çıxışlarındandır.
Uğurlu nəticələr
Ölkənin şimal-qərb
bölgəsində Şəki rayonunun özünəməxsus
əhəmiyyət daşıyan yeri var. Son vaxtlar qədim
Şəkinin çoxistiqamətli inkişafı da diqqəti
cəlb etməkdədir. Rayon rəhbərliyi Şəkinin ən
birincilər sırasında qərarlaşacağına
israrlıdır. Sevindirici haldır ki, rayonun rabitə
sisteminin fəaliyyəti də nümunəvidir. Şəki
telekommunikasiya qovşağı bütün göstəricilər
üzrə uğurlu nəticələr qazanmaqdadır. Şəki
rayon Telekommunikasiya Qovşağının rəisi, təcrübəli
mütəxəssis Məmməd Əhmədovla söhbətimiz
zamanı o, görülən işlər barədə ətraflı
məlumat verdi:
- Ölkə
başçısı tərəfindən aparılan
uğurlu daxili və xarici siyasət nətcəsində
respublikamızda qeydə alınan sürətli sosial-iqtisadi
inkişaf fonunda informasiya- kommunikasiya texnologiyaları sektoru
dinamik inkişaf edir, əldə edilən gəlirlərin həcmi
artır, bu sektorun iqtisadiyyatda rolu getdikcə yüksəlir. Regionun
ən dinamik inkişaf edən ölkəsi kimi, Azərbaycan,
bu gün İKT sahəsinin genişləndirilməsi
üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz
bu imkanlardan maksimum bəhrələnərək, dünya
birliyinə inteqrasiyanı özünün ən
başlıca vəzifəsi kimi görür. Bunun nəticəsidir
ki, bu gün ölkəmiz İKT sektoru üzrə regionda
lider mövqeyini qoruyub saxlamaqdadır. Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Aztelekom İstehsalat
Birliyi və rayon rəhbərliyi tərəfindən
yaradılmış əlverişli şərait nəticəsində
Şəki Telekommunikasiya Qovşağında da dinamik iqtisadi
inkişaf əldə olunmaqdadır. Qovşağımız,
maliyyə-iqtisadi və texniki göstəricilərinə
görə rabitə müəssisələri arasında
qabaqcıl yerlərdən birini tutmaqla yanaşı, yeni
texnika və texnologiyaların tətbiqi sahəsində də
uğurlar qazanmışdır. Əhaliyə, idarə, təşkilatlara
və dövlət strukturlarına daha keyfiyyətli rabitə
xidmətlərinin göstərilməsi, yüksək səviyyədə
texniki istismarın təşkili üçün illik
profilaktiki planlar tərtib olunmuş, stansiya və xətt
qurğularında profilaktiki işlər aparılmaqdadır.
Tarif gəliri proqnozu 104,6 icra olunmuş, debitor
borclarının yığılması üçün
mütəmadi tədbirlər aparılır.
Ötən illərdə olduğu
kimi, bu il də xidməti ərazimizdə müasir
texnologiyaların tətbiqi davam etdirilmiş, keyfiyyətli və
dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə
Şəki şəhərinin "Soyuqbulaq" ərazisində
salınmış yaşayış massivinin
telefonlaşdırılması məqsədilə Şəki
EATS-4 stansiyasının tutumu 128 nömrə, Kiçik Dəhnə
və Baş Küngüt kənd EATS-lərinin tutumları
uyğun olaraq 512 və 128 nömrə
artırılmışdır. Xətt şəbəkələrinin
genişləndirilərək yeni telefonların qoşulması
üçün işlər başa çatmaq üzrədir.
2011-ci ildə Kiş və Baş Laysk kənd EATS-lərinin
akumlyator batareyaları yenisi ilə əvəz olunmuşdur.
Geniş zolaqlı internetin
inkişafı
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən həyata
keçirilən "2011-2013-cü illər üçün
genişzolaqlı internetin inkişafı üzrə
strategiya" respublikanın başqa bölgələrində
olduğu kimi, Şəki rayonunda da internetin sürətli
inkişafının təmin edilməsini nəzərdə
tutur. Konsepsiyanın tərkib hissəsi kimi Şəki TKQ-nin
şəbəkəsində genişzolaqlı internet xidmətinin
təşkili və genişləndirilməsi ən ümdə
məsələ kimi diqqət mərkəzindədir. 2012-ci
ilin yanvar ayından başlayaraq respublika ərazisində
Aztelekom İB tərəfindən keçirilən layihə
çərçivəsində Şəki rayonunun 14 ən
böyük yaşayış məntəqəsində
genişzolaqlı internetin tətbiqi üçün
müasir avadanlıqlar montaj olunaraq istismara verilmişdir.
İKT-nin inkişafına dövlət
qayğısı və özəl şirkətlərə
yaradılan münbit şərait nəticəsində
qısa müddətdə Şəki şəhərində
ADSL xidməti göstərən internet provayderlərinin
sayı 3 ədəd artaraq 6-ya, genişzolaqlı internet
istifadəçilərinin sayı isə 3000-ə
çatmışdır. Hazırda rayonumuzun ucqar kəndlərində
genişzolaqlı internet xidmətinin tətbiqi
üçün birləşdirici xətləri fiziki kabel
olan Cəyirli, Qayabaşı, Bolludərə və Qaratorpaq
yaşayış məntəqələrinə Fiber Optik
kabelin çəkilişi davam edir.
Azərbaycan Respublikasının
prezidenti İlham Əliyev cənablarının 12 sentyabr
2011-ci il tarixli sərəncamında Şəki şəhərində
və ətraf yaşayış məntəqələrində
böyük quruculuq və abadlaşdırma işlərinin
aparılması, mövcud infrastrukturun yenidən qurularaq
genişləndirilməsi nəzərdə tutulmuşdur.
Hörmətli Prezidentimizin sərəncamı
ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin
rəhbərliyi ilə şəhərimizdə geniş
miqyaslı tədbirlərin həyata keçirilməsinə
başlanılmışdır. Bu tədbirlər çərçivəsində
Şəki şəhərinin Oğuz şossesi və M.Ə.Rəsulzadə
küçəsində rabitə xətlərinin gələcək
infrastruktura uyğunlaşdırılması, yeni kabel
kanalizasiya qurğularının tikintisi, hava rabitə xətlərinin
yeraltı kommunikasiyalara keçirilməsi başa
çatdırılmış, hazırda S.Mümtaz
küçəsi boyunca bu qəbildən olan işlər
davam etdirilir.
Qazanılmış uğurlarla,
yerinə yetirilən layihələrlə yanaşı
2012-2013-cü illərdə rabitənin inkişafı istiqamətində
görüləcək çoxlu işlər vardır.
Perspektiv inkişaf planı nəzərə alınmaqla Şəki
şəhərində istismar olunan mövcud EATS-lərin
tutumunun artırılması hesabına şəhərin
"Çələbixan", "İdman kompleksi" və
S.Mümtaz küçəsinin ətraflarındakı yeni
yaşayış massivlərinin, eləcə də Öryət
və Çeşməli kəndlərində əhalinin
telefona olan tələbatının tam ödənilməsi nəzərdə
tutulur. Bu məqsədlə şəhər mərkəzi
EATS-4-ün tutumunun 11000 nömrəyə, EATS-6-nın
tutumunun 3000 nömrəyə və EATS-5-in tutumunun isə 5000
nömrəyə çatdırılması
planlaşdırılır.
Dövlət siyasətinin tərkib hissəsi kimi Möhtərəm Prezidentimiz İlham Əliyev İKT sahəsinə göstərdiyi diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində daha böyük uğurlar qazanacağına zəmanət verirg
Məzahir ƏHMƏDOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2012.-28 iyun.-S.6.