ƏLVİDA,
UZAQDA QALAN UŞAQLIQ...
ADİL
BABAYEV
Uşaqlıq günlərim
yadıma düşür,
Qəribə yuxular
görürdüm onda,
Gah göydə ulduzla, Ayla
görüşür,
Gah saray tikirdim suyun altında.
***
Gündüz eşitdiyim şirin nağılın
Gecə qəhrəmanı olurdum özüm.
Qartaltək üstündə kiçik
bir salın
Süzürdüm qəlbimdə, canımda
dözüm.
***
Qorxunc divlər ilə mən əlləşirdim,
Qızmış pələnglərə atırdım kəmənd.
Bir anda gözümdə gözəlləşirdi
Neçə viranə yurd,
neçə köhnə
kənd.
***
Düz yolda qarşıma çıxdı daş-kəsək
Düz işdə bir
aləm bədxahım
oldu.
Əsdi baharıma bəzən qar, külək,
Əkdiyim çiçəklər vədəsiz soldu.
***
Gördüm nağıllarla uyuşmur
həyat,
Burda əsəblərin od olmalıdır.
Aldığın
ən kiçik, adi mükafat
Alnının təriylə yoğrulmalıdır.
***
Bir gül bitirməkçün
can yandırmalı,
Bir ev tikmək
üçün dağ
yarmalısan.
Haqqın bayrağıtək dalğalanmalı,
Qəlbini Günəştək yandırmalısan.
***
İnilti, sızıltı çatmır
köməyə,
Zirvələr insandan hünər
istəyir.
Qanad vermək üçün
adi kəlməyə
Qələm, sənətkardan təpər istəyir.
***
Əlvida, uzaqda qalan uşaqlıq!
Ey şirin nağıllar, sizə əlvida!
Həyatdan dərsimi almışam artıq,
Atmışam qəlbimi sönməz
bir oda.
1975
ƏSGƏR
ÇƏKMƏLƏRİ
Mənə göz dağısınız
uzun illərdən bəri,
Ey əsgər çəkmələri,
ey əsgər çəkmələri
Cavan idim, lap cavan, başaçıq, ayaqyalın,
Dərdi-qəmi çox idi
onda elin -mahalın.
Atalar cəbhələrdə ölümlə
çarpışırdı,
Anaların qəlbində hicran
dərdi daşırdı.
Mən əsgər getməmişdim,
hələ çatmırdı
yaşım,
Arzulardı qanadım, fikirlərdi
yoldaşım.
Gündüzlər
işləyirdim, axşamlar
oxuyurdum
Çörək
az olan
zaman ümidlərdən
doyurdum,
Bazar aşıb-daşırdı, sanma
nemət bol idi,
Bazar güzəran üçün
bir dayaq, bir yol idi.
Kimi sabun satırdı, kimi ilanbalığı,
Dərdlərin
böyüklüyü, qəlblərin
xırdalığı,
Hər anda görünürdüg
Bazarda qıtlıq, yalan,
Gah aldadırdı satan,
gah aldanırdı alan.
Mən çəkmə axtarırdım,
adi əsgər çəkməsi,
Qoy heyrətə salmasın
bu istəyim heç kəsi.
Ayrı çəkmə yox idi, dəblər düşmürdü yada,
Bəli, bizim nəslimiz
belə gəlib həyata.
Çəkməm
köhnəlmiş idi,
əl vursan tökülərdi,
Bircə ipini çəksən,
yüz yerdən sökülərdi.
Birdən bir çəkmə gördümg işım-işım,
təptəzə,
Rənginin parıltısı işıq salırdı gözə.
Yaxınlaşıb
soruşdum, münasibdi
qiyməti,
Lakin ala bilmədimg bir insan fəlakəti-
Elədi çiling-çiling arzumu, istəyimi.
Qaçdım
onun yanından yanğından
qaçan
kimi,
Çəkmələr
özününmüşgayaqları kəsilmiş,
Gərəksiz
çəkməsini əsgər
satmağa gəlmişg
- Ucuz satıram, oğlan, götür!
Əlim gəlmədi.
Geri döndüm,
o axşam ürəyim
dincəlmədi.
Dayandı gözlərimdə neçə
min taxta ayaq,
Qopdu çəkmələrimdən, qəlbimə
düşdü
yamaq
1959
ANAMIN
ÜZÜYÜ
Anam Xeyransaya ithaf edirə
O illər, ağır illər, getsin bir də
gəlməsin,
O illərdən
yara var ürəyində hər kəsin.
...Heç yadımdan çıxmayır:
soyuq
bir qış axşamı
Bürümüşdü bir kədər,
bir intizar anamı.
Qara kipriklərində göz yaşları dururdu,
Yamaqlı bir kisəni taxılla doldururdu,
Pəncərənin
yanında, ondan bir az aralı,
Əlində üsür təsbeh, çal bığları
boyalı
Bir kişi dayanmışdıg
Dodaqaltı gülürdü.
Anamınsa üzündən qəm-möhnət
tökülürdü,
- Tez ol, tez ol,
ay bacı, kəsbi-karım
var mənim,
Hər qapıda yubansam
işim zay olar mənim.
Dərdli anam üzüyü barmağından çıxartdı,
Verdi qoca dəllalag zənn etməyin ki, satdı
Öz nişan üzüyünü
anam qızıla,
pula,
Anam dəyişdi onu
bircə batman taxıla.
Dəyişdi yaşatmaqçın öz
yeganə oğlunu,
Gözləyə bilmək üçün
öz ərinin yolunu.
Baxdı qoca möhtəkir üzüyə ləzzət
ilə,
Baxdı, anam da baxdı, sonsuz bir həsrət ilə.
O getdi, mən kövrəldim, anam könlümü aldı,
Taqətsiz qollarını mənim
boynuma saldı.
- Gün olar, atan gələr,
biz də xoşbəxt
olarıq,
Üzük nədir, ay bala, lap quş südü alarıq.
Yox, məni ovutmadı anamın bu sözləri,
İndi də sözümdədi onun qəmli gözləri...
1960
VAXT
İLƏ ÜZ-ÜZƏ
Üz-üzə
durmuşuq vaxt ilə:
O mənim ömrümü əridir
gilə-gilə,
Mən ondan qoparıram
payıma
düşən ayları,
illəri.
Silahsız döyüş gedir
aramızda
nə vaxtdan bəri.
Mən ona vermişəm
uşaqlığımı,
gəncliyimi,
asudəliyimi,
dincliyimi
Əvəzində
almışam
həzin
sətirləri,
hərarətli
misraları,
simamdakı
payızı,
qəlbimdəki
baharı.
Vaxt mənə həm dostdur, həm düşmən,
Mənasız keçəndə günlərim
yoruluram
özüm özümdən.
Vaxt - ən etibarlı dostum,
ədalətli
hakimim.
Onun rəftarından doğur
sevincim,
qəmim.
O döyərdi
məni bəzən
dəmiri
zindanda döyürmüş
kimi.
Saxlayardı iti yerişimi
polad
yüyən kimi,
Dedi: - Ehey!
Diqqət ver,
bərk
çapır ömür
atları.
Alıram güldürə-güldürə
səndən
günləri, saatları.
Elə bilmə mən
adi
saat əqrəblərinin
doğrayıb
heçliyə tökdüyü
vaxtam,
günəm,
Yox, mən sənin
arzun,
düşüncən, ömrünəm.
Mən -
Dalğaları
qayalara çırpınan
ümmanam,
Mən -
hər
şeyin sərrafıyam,
mən-Zamanam.
Dinləyirəm
onun səsini,
qəlbimdə
ümid şölələri,
arzu
qığılcımları.
Gedirəm -
işığa
sarı,
sevincə
sarı,
hədəfə
sarı.
Əridirəm
günlərimi
vaxtın
alovunda yana-yana,
Çatmaq üçün
arzuların,
xəyalların sorağına.
1971
YAZILMAYAN
MİSRALAR
Qardaşlarım,
Bacılarım,
Bu gün
şeirim oğurlanıb
açıq-aşkar.
Sözlərimə
lağ etməyin
dediyimdə
həqiqət var.
Sanmayın ki, oğurlanıb
şeirim
yazı otağımdan,
gözgörəsi
körpə sözlər
qoparılıb
dodağımdan -
dodağıma
çatmamışdan
oğurlanıb
mənim şeirim.
Deyin, kimə xəbər verim?
Neyləyəcək burda milis idarəsi.
Şeiri məndən yazılmamış
oğurlayıb
bir
nadanın həyətdəki
boğuq səsi.
Təzə-təzə
ürəyimdə ayaq
açan,
xəyalıma
işıq saçan
sözlərimi
oğurladı
bir
namərdin buz baxışı.
Gözlərinə
baxan zaman
ilhamımın
gəldi qışı.
Buza döndü ürəyimin
hərarəti
soyuq
sözlər,
donuq
gözlər
oğurladı
sözümdəki şeiriyyəti.
Ev-eşiyi qarət olmuş
bir
adama oxşayıram.
Qaçırılmış
sözlərimi
həsrət
ilə oxşayıram.
Düşünürəm
niyə
gərək oğurlansın
özü
kövrək,
ətri
çiçək
saf
duyğular?
Üz verməsək,
söz
verməsək,
səs
verməsək
nakəslərə,
nadanlara,
İşimizlə,
eşqimizlə
ölüm
hökmü yaza bilsək
biz onlara,
Qovsaq sevinc,
fərəh,
ilham oğrusunu,
nadanlığın,
nakəsliyin
bəlkə
bir gün çatar sonu.
Havamız da, suyumuz da,
günümüz
də təmiz olar.
Öyünəcək
sərvətimiz -
Zəka, bilik, nəğmə olar,
şeir
olar.
1971
MƏN
KÖNLÜMÜ ŞEİRƏ DERDİM
Vida edib əlli yaza, əlli qışa,
gəlib
çatdım əlli
yaşa.
Ömür adlı çətin yolda
əlli
mənzil qaldı dalda.
Bu azdımı,
ya çoxdumu -
mən
bilmirəm, zaman desin.
Əgər varsa, bu torpağa
gərəkliyim,
əcəl
mənə aman versin.
Ömür var ki, yetər
ancaq bircə sətrə -
oldu,
öldü...
Nə səngərdə qardaşıyla
qoşa yatdı,
nə
çörəyi yoldaşıyla
yarı böldü.
Dost toyunda
sevinmədi,
çağlamadı,
Yasa getdi, kədərlənib
kövrəlmədi,
ağlamadı.
Fikri qaldı gah evinin bəzəyində,
xanımının
zinətində, daş-qaşında.
Gah özünün libasında,
maşınında,
masasında
Yeddi qıfıl arxasında
gizlətdiyi
rüşvətində, daş-başında.
Mən könlümü şeirə
verdim,
dincliyimi
etdim haram.
El gözündən,
el dərdindən
uzaq
düşsəm, yaşamaram.
Əlli ildə qarşılaşdım
ağır,
qorxunc mərəzlərlə.
Şərəfimə
ləkə olan
böhtanlarla,
qərəzlərlə.
Satqınlığı,
xəyanəti, ətaləti,
sürgün
etdim varlığımdan
ilim-ilim.
Ulduzlara uçuş üçün
meydan
oldu ayım-ilin.
Əlli ildə nifrətimlə dəf elədim
min cür şəri.
Yollarıma işıq saçdı
ürəyimin,
diləyimin şəfəqləri.
Əlli ildə qıra-qıra
qarşımdakı
adam cidli "qaya"ları, sal
"buz"ları,
Qəzəbimə hədəf
etdim
təbəssümlü dəyyusları.
Biganəlik buludları
əgər qovsa qəlbimdəki
ümidimi, baharımı,
Öz əlimlə diri ikən
qazıyarm məzarımı.
Bax beləcə -
ürəyimi Günəş ilə
tutub qoşa,
gəlib çatdım əlli
yaşa...
Əlli nədir, yüz yaşamaq
istəyirəm!
Qəlbə yatan bircə misra yaratmaqçün,
mürgüləyən
vicdanları
var
səsimlə oyatmaqçün,
Qüsurlarla, kəsirlərlə
savaşmaqçün,
azadlığa
qovuşmaqçün
mən yaşamaq istəyirəm!
Ürəyimdə sözlər
yatıb
alay-alay,
yığın-yığın.
Mən feyzindən
doğmamışam
Sənət adlı bu
könüllü dustaqlığın.
Qoy heç kəsi qorxutmasın
saçlarıma səpilən toz,
alnımdakı bu
qırışlar,
Mən şairəm
Şair üçün
nə qocalıq,
nə ölüm var!
1975
Ədalət.-2012.-30 iyun.-S.20.