RÜSTƏM
KAMAL
50
yaşın işığı
...Neynirəm şəhəri,
kəndi,
Neynirəm şəkəri, qəndi?
Mənim işim könülnəndi,
Könül ver, nuş eylə məni.
Olanda da könül
dostu olasan...
Halal sözün
ucalığını, pak və bakirəliyini, uca göylər
qədər dərin, ağır dağlar kimi əzəmətli,
bulaq suyu qədər duru, çiçək qönçəsi
qədər zərif olduğunu söz adamları daha
yaxşı bilirlər. Zər qədrini zərgər bilən
kimi...
Söz adamı haqda söz yazmaq
çətin iş imiş , lələ. Amma haqqında
söz açıb, mənzərəsini cızmağa cəhd
etdiyim bu söz sərrafı, nə yaxşı ki, könul
verib, nuş eylədiyim könül dostumdu. Mən Rüstəm
Kamalla duz- çörək kəsib dost olmazdan öncə duz
əvəzi söz, çörək əvəzi kəlmə
kəsib dostlaşmışam. Xeyli sonralar isə
duz-çörək kəsib, könül verib, könül
almışıq. O duz- çörəkdən ki, onun qədir-qiyməti
əzraili belə ram edə bilib. Fərzi tamam olmuş,
butün omrünü xeyirxahlıq içində
yaşayıb, hər kəsə əl tutmuş aqil bir
insanın canını almazdan öncə əzrail bu pirani
qocanın gözünə görünür və ondan son diləyini
soruşur. Xoş rəftarla Əzraili süfrəsinə dəvət
edən müdrik, Əzraillə duz- çörək kəsir
və kəsdikləri duz- çörəyə and verir ki,
yarımçıq qalan işlərini başa vurunca ona
möhlət versin. Əzrail üzünü Allaha tutub: "Mənimlə
duz- çörək kəsib, ey uca Yaradan, ölümdən
möhlət istəyir bu Adəm oğlu. Canını necə
alım?"-deyən Əzrail belə kəsdiyi duz-
çörəyin qarşısında aciz qalıb...
1990
-cı ildə Özbəkistandan Vətənə qayıdarkən
( 8 il- 1982- 1990-cı illər
Özbəkistanda
yaşamışam) ömür səhifəmə əyani və
qiyabi daxil olan könül dostlarımın içində
Rüstəm Kamal da var idi. O, əyani olaraq
tanıdığım ən sonuncu könul dostum
olmağına baxmayaraq, qiyabi olaraq tanıdığım ilk
dostlarımdan biri olub. Belə ki, 1991-ci il "Ulduz"
jurnalında "Qara Yanvar" adlı qorelyef janrında
işlədiyim bir əl işim dərc olunmuşdu. Elə həmin
jurnalda "İncə dərəsində bir yaz
axşamı" başlığında dərc olunmuş o
maraqlı məqaləni oxuyandan sonra sözün
ucalığına bir də vuruldum. Hər kəs səsindən
tanınar, sözundən bilinər və elə o gündən
Rüstəm Kamalı tanıdım.
Rüstəm Kamalı bir bal
arısına bənzədirəm hərdən. Arı ətirli
güllərə, çiçəklərə uçunub,
onları sevə- sevə oxşayıb, balını
döyşürərək necə pətəklərə,
şanılara ifcin-ifcin yıgırsa, o da sözün gözəlliyinə,
ətrinə uçunur, hər sözdən bir şirə
çəkib bal pətəklərini eləcə doldurub,
söz xəzinəmizə dəyərli töhvələr bəxş
edir. Bunu elə ilk tanışlığımızdan duydum.
Günlərin birində şair
dostum Rəfail İncəyurd zəng edərək, Rüstəm
Kamalın yerini öyrəndiyini söylədi. Beləliklə,
mənim Bakı Slavyan Universitetinə gəlməyimi xahiş
etdi və bildirdi ki, illərlə sorağında olduğumuz
bu maraqlı söz adamı Mingəçevirdən Bakıya
köçmüş və Slavyan Universitetində işləyir.
Görüşərkən Barat Vüsalın vasitəsiylə
qiyabi olaraq məni tanıdığını söylədi.
Beləliklə, məsləhətləşib bağ evinə
getməyi qərarlaşdırdıq. Məmməq İlqara və
bir neçə könül dostlarımıza da zəng edib
bir yerə yığışdıq. Yol boyunca "Dəli
Kür" qəzetində təzəcə dərc olunmuş
şeirlərimi oxudu. Şeirlərim xoşuna gəlmişdi
deyəsən.
- Nə maraqlı misradı,- deyib
aşağıdakı beyti xüsusi vurğuladı.
"Külək döyür, şöy vələslər gərnəşir".
Çox keçmədən, indi "Səhra gülləri"
kitabıma ön söz əvəzi sarvanlıq edən
"Poetik ləhcəmizin irfan nəfəsi" adlı məqaləsini
çap etdirdi.
Akif Səmədin gözündə
qalan murazlarından biri mənə qismət oldu. Akif Səməd
sağlığında çapa hazırladığı
" Özümə yol" kitabının ön
sözünü Rüstəm Kamala yazdırmaq istəyirdi. O
mənə belə bir söz demişdi:
-Məmməd, ölkəmizdə,
ədəbi camiəmizdə tənqidçi alimlərimiz
çoxdur, hamısına da böyük hörmətim var.
Amma özünəməxsus, qeyri-adi qələm sahibi olan bir
alim var. Çox istəyərdim ki, "Özümə
yol" kitabımın ön sözünü o alim yazsın.
Əslən Qazağın Şıxlı kəndindən olan
bu alim Rüstəm Kamaldır. Heyf ki, uzaqda yaşayır, ora
gedib-gəlmək mənim üçün çətindir.
Mənim qiyabi olaraq könül
verdiyim bu uca könül sahibi sən demə Mingəçevir
şəhərində yaşayırmış..
Beləliklə, qiyabi olaraq
könül verib nuş eylədiyim bu gözəl insanla dost
deyib bağlandıq bir-birimizə. Bu gün bu qədər saz
bolluğunun içində bir ustad çalğısına,
söz bolluğu içində bir halal misraya nə qədər
ehtiyac varsa, bir belə dost bolluğu içində də
Rüstəm kimi halal, hümmət bir dosta hər kəsin bir
o qədər ehtiyacı var yəqin ki. Tam səmimi olaraq
etiraf edim ki, bu gün ən çox görüşmək
üçün darıxdığım 2-3 dostumun biri
Rüstəm Kamaldı. Bilənlər, oxuyanlar bilir ki, son illər
" İnsan mənzərələri" kitabının
üzərində işləyirəm. Fırça ilə kətana
işlədiyim insan mənzərələrinin bir qisminin
sözlə də portretini işləyirəm. Söz
adamının sözlə portretini cızmağın
ağırlığını bu yazını əlimə
alanda hiss etdim. Elə insanlar var ki, onlar haqda nə qədər
qısa yazmağa çalışırsan, bir o qədər
uzun alınır. Heç bilmirəm bu maraqlı insanın
hansı rakusdan portretini cızmağa başlayım.
Onunla xeyli yol yoldaşı
olmuşuq. Bu yəqin belədir ki, onu mətbuat səhifələrindən,
elmi və bədii tədbirlərdəki
çıxışlarından və s. çox ciddi,
istedadlı alim və millət vəkili Nizami Cəfərovun
təbirincə desək, mütəfəkkür alim kimi
tanıyırlar. Amma onunla dostluq edib, yol yoldaşı olandan
sonra, onun çox maraqlı insani keyfiyyətlərinə bələd
olub, bu rəngarəng, dadlı-duzlu dil sahibinə
bağlanmamaq, onsuz darıxmamaq qeyri-mümkündü. Mən
ciddi təhsil almış bir rəssam olaraq politranı
çox yaxşı dərk edirəm. Onu da qeyd edim ki,
politrada rənglər bolluğu da adamı
çaşdırır. Əzim Əzimzadə adına rəssamlıq
məktəbində təhsil alarkən müəllimim
olmuş Azərbaycanın görkəmli rəssamı Hafiz Məmmədov
qara rəngi politraya yaxın qoymamağı məsləhət
görərdi. Ağ rəngdən isə mümkün qədər
az və ehtiyatla istifadə etməyi tövsiyyə edərdi.
Mən eyni şeyləri Rüstəm Kamalın söz
politrasında müşahidə etmişəm. Onu da
müşahidə etmişəm ki, Rüstəm ümumən
qara rəngdən istifadə etmir. Və hətta
mübaliğəsiz, onu başdan- başa işıq adam
adlandırardım. Qara ona görə qaradır ki, o
bütün işığı udur, özündə yox
edir...
Yol səfərlərimizdəki
söhbətlər əsnasında o gözlərim
önündəcə gah akına, gah baxıcıya, gah
görücüyə və hətta deyərdim bir sirli
şamana çevrildiyini dəfələrlə müşahidə
etmişəm. Danışıqlarının çoxu qeybdən
gəlir sanki. Bir neçə dəfə onun
danışıqlarının lentə alınmamasına
çox heyifsilənmişəm. Onun sözlə necə rəftar
etməsini, necə qılığından girib
dostlaşmasını, hərdən də xoşu gəlməyən
zəif misralarla necə qəddar rəftar etdiyini dəfələrlə
görmüşəm. Belə ki, elə söz, elə misra,
elə beyt olub ki, üstündən qara çəkib, cəllad
kimi üzüb şeirin içindən çıxarıb.
Söz olub ki, oxuyanda üzundən-gözündən
işıq dolu təbəssüm axıb. Söz olan yerdə
onunçün dost, düşmən yoxdur. Zəif misraya
güzəştə getməsi mümkün deyil. Sözü
özünü tanıdığı kimi
tanıyır.Sözün anatomiyasını ən dəqiq cərrah
qədər bilir.
Harmoniya-- bütövlük,
tamlıq- kamillikdir. Mən bu portret yazımda onun
yaradıcılığından, elmindən, bilgilərindən
daha çox insani dəyərlərindən, xüsusilə
dostluğa sədaqətindən, ailəyə, qohum-əqrabaya
məhəbbətindən söz açmaq istərdim.
Oğlu Qorqudla, qaraca qız balası Tansuyla telefon
danışıqlarına qulaq asıb, balalarıyla ata nəvazişini
necə bölüşməsini heyranlıqla dinləmişəm
və etiraf edim ki, bir ata, baba olaraq onun bu şirinliyinə
ağzımın suyu axıb, bu mehri- məhəbbətə
salavat çevirmişəm. Dostluğa münasibətdə də
mərdanəliyini, dost yolunda fədailiyinin dəfələrlə
şahidi olmuşam. İşlərimlə bağlı Gəncə
şəhərində yaşayıram. Bir neçə dəfə
Gəncədə qonağım olub, Gəncə ədəbi
mühiti ilə tanışlığına körpü sala
bilmişəm. Onun Gəncəyə gəlişi Gəncə
yazarları üçün toy- bayram olub həmişə. Hətta
danışıqlar, söhbətlər əsnasında Gəncəli
dostlarımız heyrətlərini gizləyə bilməyərək,
bu qeyri-adi fitri istedad və bilgi sahibini səyyar universitet
adlandırıblar. Elə mən özüm də yarrzarafat,
yarıciddi bir neçə yerdə demişəm ki, camaat təhsil
almaq üçün universitetə gedir, mən isə onu
yanımda gəzdirirəm.
Eyibsiz insan olmaz. Kim deyir ki, Rüstəm
Kamalın eybi yoxdur. Onun kamilliyinin, böyük ustad
olmasının bir səbəbi də odur ki, o eybini heç
kimə göstərmir. Mən deyərdim ki, xeyirxahlıqda
tayı-bərabəri yoxdur. Adətən istedadlı
insanların içindən qısqanclıq adlı qara bir xətt
keçir. Onu- bunu bəyənməmək, mənəmlik
iddiası özündən xəbərsiz, sözündən
qabaqda gedir. Sadəliyi, səmimiliyi bar verən ağaca bənzəyir...
Saçı- saqqalı çoxdan
ağarmış, üzündən- gözündən
ağappaq nur seli axan bu maraqlı insan sanki elə anadan
saçı- saqqalı ağ doğulub. Görənlər,
eşidənlər elə bilirlər ki, Rüstəm Kamal
artıq 100 yaşı haqlayıb. Eşidəndə ki, bu il
onun 50 yaşı tamam olur, buna inanmaq istəməyib sevinənlərdən
biri də mənəm. Sevinirəm ki, nə yaxşı
yaşı hələ 100-ə çatmayıb. Demək olar
ki, insan ömrünün ən kamil və məhsuldar,
yaradıcılıq ömrünün
başlanğıcına gəlib çıxıb,
könül dostum, arxadaşım Rüstəm Kamal.
Mən şeir yazmağa çox gənc
yaşlarımdan başlasam da, ədəbiyyat aləminə
2004-cü ildən qədəm qoymuşam. Bu ona görəydi
ki, mən öz sözlərimi, yazdıqlarımı
çox gec tanımağa başlamışam. Yəni 55
yaşım olanda sözlərimlə tanış oldum,
tanıdım,inandım yazdıqlarıma. Mənim 30-35 ilə
güclə tanıdığım, tanıyıb da
ortalığa çıxarmağa cəsarət etdiyim
şeirləri Rüstəm Kamal görən kimi
tanıdı. Məndən çox sözlərimlə dost
oldu. Sonra mənə də mehrini saldı, mənimlə də
dostlaşdı. Könul verib,könlümü nuş eylədi.
Adam var özünü ölənəcən tanıya bilmir,
danışır, nə söylədiyini bilmir. Mənim
sözümü, dilimi məndən yaxşı bilən
dostum Rüstəm Kamala həsr etdiyim bu balaca şeir
parçasıyla onun 50 yaşını salamlayıram.
Ümidvaram ki, Azərbaycan ədəbiyyatında
yazılmamış boşluqları öz kamalıyla, qələmiylə
dolduracaq, bu ünlü söz sərrafımız.
Dilimi, sirrimi məndən
yaxşı biləın
könül dostum Rüstəm
Kamala
Gözlərə inana bilmirəm
daha
Qaşların dilini biləndən
bəri.
Elə güləndə də
ağlayır gözüm,
Yaşların dilini biləndən
bəri.
Nəfsimdən utandım,
gözümü dandım,
Özümü tapdıqca
özümü dandım.
Unutdum dilimi, sözümü
dandım,
Quşların dilini biləndən
bəri.
Sönməyi öyrənib,
alışa bildim,
Alışıb, sönməklə
barışa bildim.
Dil tapıb, Tanrımla
danışa bildim,
Daşların dilini biləndən
bəri.
Məmməd
Dəmirçioğlunun təqdimatında
Ədalət.-2012.-2
iyun.-S.18.