VƏTƏNDƏN
VƏTƏNƏ BOYLANAN SƏTİRLƏR...
ƏDƏBİ
HƏYAT
Ağdamın Mərzili kəndini görməmişəm. Amma bilirəm ki, Qarabağın bütün səfalı kəndləri kimi o da gözəldir. Və o kəndin adı çəkiləndə ilk növbədə dünya şöhrətli alim Xudu Məmmədovu xatırlayıram. Deyirlər Ağdamın ən böyük kəndidir Mərzili. O kənddə doğulan bir şair bajımız da var - Rəna Mərzili. Onun təzə şeir kitabında belə bir şeirlə qarşılaşdım: "Kəndimizlə aram bir addımlıqdı".
Xan çinarın qəddi
vaxtsız bükülmüş,
Göz yaşlarım yollar boyu səpilmiş.
Yuxular gözümdən ərşə
çəkilmiş,
Kəndimizlə
aram bir addımlıqdı.
Yollar yad əldədir, jığırım göynər,
Qürbətdə
igidim, fəqirim göynər.
Alışar ürəyim, of, bağrım
göynər!
Kəndimizlə
aram bir addımlıqdı.
Rəna Mərzilinin şeirlərində
bu həsrətin, ürəkdə qırov bağlamış bu qübarın ifadəsi olan şeirlər çoxdur. İnsan üçün yurd itkisi bütün itkilərin ən ağırıdır.Təsəvvür edirsinizmi, öz doğma ocağına həsrət bir insan Ağdamın işğal olunmamış
bir kəndindən düşmən əlində
olan kəndinə sarı boylanır. Vətəndən Vətənə.
Dünyada bundan böyük dərd olarmı? Bəli, Vətənin ibtidası dünyaya göz açdığın o məkandan
başlanırmış.
Bir quşu salsan qəfəsə
O da deyər birnəfəsə.
Hamı dönər qərib səsə,
Vətən, Vətən, yenə Vətən!
Qanad çalıb, bir yol alar,
Öz koluna dörd dolanar,
Düşündükcə
qəlbim yanar,
Vətən, Vətən, yenə Vətən!
Rəna Mərzilinin bu həsrətin ifadəsi olan bir şeiri
də var: "Kəndimin havası".
Bu gün doğma kəndindən, yurd-yuvasından
ayrı düşən
soydaşlarımızın bəzən ümumi, mücərrəd Vətən
həsrəti bir şablona çevrilməkdədir.
Təbii ki, bu tipli şeirlərdə
də qəm var, həsrət var, amma o qəmin,
o həsrətin konkret
bir ünvanı, işarəsi daha təbiidir.
Gözümün
yaşıdır yanağımdakı,
Kəndimin havası burnuma gəlir.
Zaman zənciridir ayağımdakı,
Kəndimin havası burnuma gəlir.
Qadın yazarlarımızın əksəriyyəti
üçün müəyyən
mövzu məhdudluğu
ilə qarşılaşmışıq.
Onların çoxu sevgidən, ana məhəbbətindən, təbiətin
gözəlliklərindən, ailə-məişət qayğılarından
söz açırlar.
Təbii ki, Vətəndən də yazırlar, ölkədə
baş verən ijtimai-siyasi hadisələrdən
də söz açırlar. Amma daha çox öncə qeyd etdiyim mövzular onlara doğmadır. Rəna Mərzilinin şeirlərində isə
bu məhdudluğu görmədik. Əslində,
bu ənənəvi mövzuların özünün
də onlarla çalarları var.
Bəli, o, həsrətində olduğu
kəndindən, o kəndin
burnuna gələn havasından. Ana məhəbbətindən,
sevgidən, təbiətdən...
yazır, yəni qadın yazarların hamısında olduğu kimi dediyimiz mövzulara müraciət
edir. Amma təkcə bunlarla məhdudlaşmır. Belə
bir həqiqəti sübut edir ki, şair, içindən nə keçirsə, hissi, duyğusu onu hara səsləyirsə, yazmaq olar. Bir
-iki misal göstərək.
Rəna xanım öz körpələrini uşaq
evinə aparan, onları ana səadətindən məhrum
edən analara üzünü tutub deyir:
Öz balanı özgələrə
pay verib,
Gecə yuxusunu necə yatırsan?
Balanın səsinə dağlar hay verir,
Sən özgələr harayına
çatırsan.
Gün düşər, isinən
çiçəklər oynar,
Çiçək
balan ağlar, aha batırsan.
Tərbiyəvi
şeirdir. Hərçənd
ki, bu şeirdə
daha böyük mətləblər qaldırmaq
olardı.
Rəna Mərzilinin bir silsilə DAĞLAR şeiri
var. Bu silsilə Azərbaycan
poeziyasındakı DAĞLARın
poetik ərazisinə nəsə əlavə edirmi? Fikrimizcə, o silsilədə "Dağ
parçalanıb" onun
ən uğurlu şeiridir.
İnsan dərdini dağlara deyir, dağlar əzəldən insanın
həmdəmi olub. Vüqarda, dəyanətdə
insanı dağa bənzədiblər. Amma insanın dərdi o qədər böyükdür
ki, dağ da buna dözmür,
parçalanır.
Yığılsa
göz yaşım, göl yalan olar,
Saralıb-solaram,
gül yalan olar.
Keçib getməz günüm, il yalan olar,
Arxam, güvəndiyim dağ parçalanıb.
Sinəmin bu dağı gedəsi deyil,
Ağarıb, daşların vədəsi
deyil,
Dağlarda qartalın sədası deyil...
Arxam, güvəndiyim dağ parçalanıb.
Yaxşı şeirdir, amma bir şey çatmır,
gərək dərdin
səbəbi də açıqlanaydı.
Rəna xanım bütün şeirlərini hecada yazıb, əksəriyyətini
də qoşmada, gəraylıda. Bunu ona irad tutmaq
olmaz. Əsas odur ki, şeirdə
fikirlə hiss bir-birini
tamamlasın, fikrin ifadəsi poetik olsun. Dünya haqqında:
Sən ey xəyallı dünya,
Yaşıllı,
allı dünya!
Həsrəti zəhər olan,
Vüsallı,
ballı dünya!
Allaha müraciətlə deyilən
bir şeir:
Yarını incidənlərin
Ürəyini
Allah kəssin!
Qeyrəti olmayanların
Çörəyini
Allah kəssin!
Güjsüzləri
döyənlərin,
Öz-özünü öyənlərin,
Şər yazıb, şər deyənlərin
Biləyini
Allah kəssin!
Bu xainlərin,
ay ellər,
Kələyini
Allah kəssin!
İndi isə Rəna Mərzilinin sevgi şeirləri haqqında.
Bu şeirlərin bir çoxu yaşanılan, duyulan hisslərdən yoğrulub. Sevgi şeiri elədir ki, orada yalan
tez üzə çıxır. Rəna
Mərzilinin sevgi şeirlərində ənənədən
gələn motivlər
az deyil, amma o çalışır
ki, bir ürəyin
sevgi həyəcanlarını
şeir dilində ifadə etsin. Sevgi şeiri şairin təkcə öz həmdəminə şəxsi, subyektiv münasibəti deyil, həm də dünyaya, onun gözəlliklərinə, bütün
sevənlərə, sevilənlərə
müraciətidir.
Eşq əmanətdir, dedilər,
Can da bizə əmanətdir.
Eşqsiz janın nə qiyməti?
Sevmək özü jəsarətdir!
Rənanın sevgi şeirlərində lirik qəhrəmanın
"Sevmək özü
jəsarətdir!" ifadəsi
şüar kimi səslənmir. Bu jəsarət
hər cür əzaba dözməyin sınaqlarından keçir:
"Alışıb eşqin
odunda, Yağında qovrulan könlüm!".
"Sevgi elə bir bəladır, Qanunu yox, qaydası
yox". "Tapılmayan
dərman kimi Sən də məndən üz döndərdin". "Başımız
qəmə qarışıb,
Dilimizi "kaş"
yandırır". Bu da
bir sevgi təjnisi:
Xəbər çatıbdı yara, dan
Yarın sızlayır yaradan.
Ümid sənədir, Yaradan!
Yarı yarsız etmə, yarı.
Ya yar vəfasız, ya da mən,
İnanmadım
bir yada mən.
Neynim, düşmədim yada mən,
Yarı yarsız etmə,yarı.
Yazdım dərdimin yarısın,
Yağı mənimtək yarısın.
Qəlb sınanda sən yarı sın,
Yarı yarsız etmə, yarı.
Bu qeydlərimi
Rəna Mərzilinin
"Ağarmağa vaxt
qalmadı" adlı
sonuncu (dördüncü)
şeirlər kitabını
oxuyandan sonra apardım və öncə qeyd etdiyim kimi, məni
çəkən müəllifin
yurd həsrətiylə
bağlı kövrək,
həzin misraları oldu. Ümumiyyətlə,
Rəna Mərzili təbii və səmimi şairədir.Bu
təbiiliyin və səmimiyyətin poetik ifadəsini də bəzi misallarla açıqladıq. Amma həmin təbiiliyə və səmimiyyətə
xarij səslənən
hallarla da üzləşdik. Bəzi
şeirləri heç
gərək bu kitaba salınmayaydı. Elə şeirlər də var ki,
içində lüzumsuz
misralar diqqəti jəlb edir. Ona görə də gələcək kitablarında müəllif
poetik səliqə-səhmana,
dilin gözəlliyinə
diqqət yetirməlidir.
Sonda yurd həsrətlisi Rəna xanıma "arzuların çin olsun" deyirəm.
Vaqif YUSİFLİ
Ədalət.-2012.-2
iyun.-S.19.