MİLLƏT
NECƏ TARAC OLUR OLSUN, NƏ İŞİM VAR
Millət necə tarac
olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur
olsun, nə işim var?!
Qoy mən tox olum,
özgələr ilə
nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları
razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma
çatsın,
Mən salim olum, cümlə
cahan batsa da batsın,
Millət necə tarac
olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur
olsun, nə işim var?!
Salma yadıma söhbəti-tarixi-cahani,
Əyyami-sələfdən
demə söz bir də, fılani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli
görmək nə gərək, ömrdü fani;
Millət necə tarac
olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur
olsun, nə işim var?!
Övladi-vətən
qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə
əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim
ucalansın;
Millət necə tarac
olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur
olsun, nə işim var?!
Hər millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər hərə bir mənzilü məvadə
tərəqqi,
Yorğan-döşəyimdə
düşə gər
yadə tərəqqi,
--
Biz də edərik aləmi-röyadə
tərəqqi;
Millət nesə tarac
olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur
olsun, nə işim var?!
ARZU
Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!
Nə dərsə, məktəbə,
elmə, filanə hacət olaydı!
Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,
Nə dəftərə, qələmə,
kağıza bu rəğbət olaydı!
Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə,
Və nə uşaqlarımızda
bu qabiliyyət olaydı!
Nə əhlimizdə ayıqlıq
əlaməti görünəydi,
Nə bir para oxumuşlarda
bu zəkavət olaydı!
Nə hüsn olaydı cavanlarda əmr-millətə
qarşı,
Nə bu cavanlar olaydı
və nə bu millət olaydı!
Düşəydi
daş o günə kim, qəzet-məzet
sözü çıxdı,
Qəzet işin törədən nabəkarə lənət
olaydı!
Nə gündə, həftədə,
ayda çıxan qəzet və nə jurnal,
Nə mətbəə, nə mühərrir və nə təbaət olaydı!
Nə Şərq olaydı, nə Əqsayi-şərq,
həm nə Japonya,
Nə onların hünəri xəlqə dərsi-ibrət
olaydı!
Nə "Nəfxi Sur Cəhangir",
nə "Məlik-Mütəkəllim",
Nə bəzi kişvəri-İranda
bu ləcacət olaydı!
Nə Türkyədə bu qanun-əsasi nəşr olunaydı,
Nə biədəb yeni türklərdə bunca cürət olaydı!
Nə xortlayaydı bu şəkl ilə "Molla Nəsrəddin", ey kaş!
Nə kalba Səbzalılarda bu xovfü vəhşət
olaydı!
O köhnələrdən
əcəb kim,
utanmayıb da deyirlər:
Gərək bu əsrə görə boylə, boylə adət olaydı!
Bu bişüurların
ağlına, kəmalına
bax bir!
Qadam kəmalınıza! Barı
sizdə qeyrət olaydı!
ADƏMİ
ADƏM EYLƏYƏN PARADIR
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır,
Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,
Baş-ayaq eyb içində olsan da -
Tək bu aləmdə dövlətin olsun;
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü
qaradır.
Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır
əmlakın;
Atəşi-xanə
suzi-millət ikən
--
Hər kəsin səcdəgahıdır
xakın;
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü
qaradır.
Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,
Ta ki, var əldə beş puçuq
quruşun --
Mötəbərsən
gözündə əşrafın;
Adəmi adəm eyləyən paradır,
AY
CAN! AY CAN!
Düşdü
bütün qəzetlər
qiymətdən, ay can, ay can!....
Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....
Qıl yaymayırdı əsla zalımların gözündən,
Rüsvay idik cahanda məlunların
sözündən,
Ax, ax! Nə yaxşı oldu, iş düşdü öz-özündən,
Əlləşməmiş
qutardıq zəhmətdən,
ay can, ay can!....
Düşdü
bütün qəzetlər
qiymətdən, ay can, ay can!....
Badi-səba, apar ver, Molla
Qəvama müjdə,
Yazsın, de, Lənkəranda Molla Səlama müjdə,
Söylə, o
da yetirsin cümlə əvama müjdə;
Düşdü
bütün qəzetlər
qiymətdən, ay can, ay can!....
Munbərdə
rəqsə gəlsin
behcətdən, ay can, ay can!....
Ərz et bəşarət ilə Qafqaydakı vücudə:
Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,
Hər nə bilirsən eylə qeybətdə, rübərüdə,
Yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!....
Düşdü
bütün qəzetlər
qiymətdən, ay can, ay can!....
Get Qübbəyə
səlam et Molla Hacı Babayə,
Söylə tutuldu cumlə jurnal, qəzet vəbayə,
Mömün müridlər ilə dur qoş səda-sədayə,
Ümmətlərin
yığılsın hər
kətdən, ay can, ay can!....
Düşdü
bütün qəzetlər
qiymətdən, ay can, ay can!....
Yatdı qəzet yazanlar, fursət dəxi sizindir,
Qarşıda var orucluq, söhbət
dəxi sizindir,
Məsciddə
mənbər üzrə
lənət dəxi sizindir,
Ayrılmayın
ölüncə lənətdən,
ay can, ay can!....
FƏXRİYYƏ
Hərçənd
əsirani-qüyudati-zamanız,
Hərçənd
düçarani-bəliyyati-cahanız,
Zənn etmə ki, bu
əsrdə avareyi-nanız,
Əvvəl nə idiksə, yenə biz şimdi hamanız....
Turanlılarız,
adiyi-şüğli-sələfız
biz!
Öz qövmümüzün başına
əngəlkələfiz biz!
Zülmətsevər
insanlarız üç-beş
yaşımızdan,
Fitnə göyərir torpağımızdan,
daşımızdan,
Tarac edərək, bac
alırız qardaşımızdan,
Çıxmaz,
çıxa bilməz
də bu adət başımızdan....
Əslafımıza
çünki həqiqi
xələfız biz!
Öz qövmümüzün başına
əngəlkələfiz biz!
Ol gün ki, Məlikşah
Büzürk eylədi
rəhlət,
Etdik iki namərd vəzirə təbəiyyət,
Qırdıq o
qədər bir-birimizdən
ki, nəhayət
Düşmən
qatıb əl, taxtımızı eylədi
qarət....
Öz həqqimizi gözləməyə
bitərəfiz biz!
Turanlılarız,
adiyi-şüğli-sələfiz biz!
Bir vəqt olub leşkəri-Çingizə tərəfdar,
Xarəzmləri
məhv elədik qətl ilə yekbar,
Xarəzmlərin
şahı fərar eylədi naçar,
Məscidləri,
məktəbləri yıxdıq
yerə təkrar....
Həqqa ki, səzavari-nişanü
şərəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!
Bir vəqt də dəvayi-səlib oldu mühəyya,
Dəvada firəngilərə qalib gəlib, əmma
Dincəlməyib
etdik yenə bir faciə bərpa,
Öz tiğimiz öz rişəmizi kəsdi sərapa....
Guya ki, biyabanda bitən
bir ələfiz biz!
Öz qövmümüzün başına
əngəlkələfiz biz!
Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anatoluya dolduq,
Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca
yorulduq və yorulduqca qırıldıq....
Turanlılarız,
adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına
əngəlkələfiz biz!
Bir vəqt salıb
təfriqə olduq iki qismət,
Teymur şaha bir paramız
etdi himayət,
Xan Yıldırıma bir paramız qıldı itaət,
Qanlar saçılıb Ankarada
qopdu qiyamət....
Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!!!
Öz qövmümüzün başına
əngəlkələfiz biz!
Teymur şahi-ləngə olub tabeyi-fərman,
Xan Toxtamışı eylədik
al qanına qəltan,
Ta oldu Qızıl Ordaların dövləti talan,
Məsko şahına faidəbəxş
oldu bu meydan....
Əlyövm uruslaşmaq ilə zişərəfis biz!
Öz dinimizin başına əngəlkələfis biz!
Bir vəqt Şah Ismayilü Sultani-Səlimə
Məftun olaraq eylədik islamı dünimə,
Qoyduq iki tazə adı
bir dini-qədimə,
Saldı bu təşəyyö, bü təsənnün bizi bimə....
Qaldıqca bu halətlə səzayi-əsəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!
Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
İstərdi əlac eyləyə bu qorxulu dərdə,
Bu məqsəd
ilə əzm edərək girdi nəbərdə,
Məqtulən
onun nəşini qoyduq quru yerdə....
Bir şeyi-əcibiz, nə bilim, bir tühəfiz
biz
Öz dinimizin başına əngəlkələfiz
biz!
İndi yenə var tazə
xəbər, yaxşı
təmaşa,
İranlılıq,
osmanlılıq ismi olub ehya,
Bir qitə yer üstündə
qopub bir yekə dəva,
Meydan ki, qızışdı olarıq məhv sərapa....
Onsuz da əgərçənd
ki, yeksər tələfiz biz!
Öz qövmümüzün başına
əngəlkələfiz biz!
Mirzə Ələkbər
Sabir
Ədalət.-2012.-2
iyun.-S.20.