Zaqatala: gözəlliyin və əzəmətin
təntənəsi
(əvvəli ötən
sayımızda)
Mal-qaranın
sayı 2010-cu illə müqayisədə artmış , 3877
(+123) ton ət, 40788(+505) ton
süd, 17,1 milyon (+631
min) ədəd yumurta,
149 (+8) ton bal istehsal olunmuşdur.
2011-ci ildə rayonda əhalinin kənd
təsərrüfatı məhsullarına olan tələbatı
buğda və quş əti istisna olmaqla daxili istehsal
hesabına ödənilmişdir. Buna görə də 2012-ci
ilin məhsulu üçün 8430 (+67,5) hektar buğda səpilmiş,
illik istehsal gücü 500 ton olan quşçuluq fabrikinin
istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Respublika Prezidentinin "Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dövlət
dəstəyi haqqında" sərəncamının
icrası olaraq 2011-ci ildə 11111 (+139) istehsalçıya
24053,49 (+217,42) ha növündən asılı olmayaraq əkin
sahəsinin, eləcə də 1813 istehsalçıya 7807,73
ha buğda sahəsinin becərilməsində istifadə olunan
yanacaq və motor yağlarına görə cəmi 1 milyon 274
min 448 manat subsidiya hesablanmış, güzəştli qaydada
568 ton mineral gübrə satılmışdı.
Ekoloji mühitə diqqət
2011-ci ildə rayonda ətraf
mühitin kompleks mühafizəsi, ekoloji mühitin
yaxşılaşdırılması istiqamətində 110
hektar sahədə mədəni meşə əkinləri
aparılmış, 137200 ədəd ağac əkilmişdir.
Rayonda təbii sərvətlərin, eləcə də
torpaqların mühafizəsinə diqqət
artırılmış, torpaqların 439 alqı-satqı, 9
icarə və 25 hərrac əməliyyatı rəsmiləşdirilərək
mülkiyyətçilərə 473 ədəd, torpaq
islahatı ilə əlaqədar isə 8838 ədəd "
Torpaq sahəsinin Planı və Ölçüsü " sənədinin
verilməsi təmin edilmişdir.
2011-ci ildə 318,3 min m3 həcmində
suvarma kanalları lildən təmizlənərək 15500
hektar torpaq sahəsinin suvarılması təmin edilmiş, 2
pilləli "Alazan Nasos stansiyası"-nın təmiri
davam etdirilmiş, 2 ədəd subartezian quyusu
qazılmış, dörd zona üzrə sudan istifadəedənlər
birlikləri yaradılaraq dövlət qeydiyyatına
alınmışdır.
Rayonda sel sularının
dağıdıcı təsirinin qarşısının
alınması məqsədi ilə 866 pm bənd tikilmiş,
8500 m3 həcmində mövcud bəndlər təmir
edilmiş, 600 m3 qabion bənd qoyulmuş, 1,3 milyon m3 həcmində
çay yataqları təmizlənmişdir.
Hesabat ilində rayonda bütün
maliyyə mənbələri hesabına 29,5 milyon manat həcmində
tikinti, abadlıq və quruculuq işləri
görülmüşdür.
Tikinti,
abadlıq və quruculuq
Büdcə vəsaiti hesabına
Tala çayının sağ sahilində uzunluğu 300 metr
olan daş-beton bəndin, Aşağı Çardaxlar kəndində
220 şagird yerlik ümumi orta məktəb binasının
tikintisi, Muxax kəndində 1 saylı tam orta məktəbin əsaslı
təmiri başa çatdırılmış, Muxax kənd 3
saylı ümumi orta məktəb üçün 80
şagird yerlik və Zəyəm kənd tam orta məktəb
üçün 180 şagird yerlik yeni məktəb
binalarının tikintisinə başlanılmış, rayon
statistika idarəsinin və baytarlıq idarəsinin yeni inzibati
binalarının tikintisi davam etdirilmiş, beş uşaq
bağçasında yenidənqurma və əsaslı təmir
işləri aparılaraq yeni inventar və avadanlıqlarla təmin
edilmişdir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi
ilə Zaqatala şəhərində yeni 50 yerlik uşaq
bağçasının tikintisinə
başlanılmışdır. Yevlax-Balakən dəmir yolunun
151-ci mənzilində hündür tipli platformanın tikintisi
başa çatdırılmış, Yaponiya səfirliyinin
maliyyə dəstəyi ilə məişət
tullantılarının idarə olunması poliqonu tikilib
istifadəyə verilmişdir.
2011-ci ildə rayonda ümumi sahəsi
15088 kvm olan 141 fərdi yaşayış evinin, sahibkarlar tərəfindən
yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin,
coxmərtəbəli yaşayış binalarının
tikintisi aparılmış, 3,5 milyon manatlıq, o cümlədən
yerli imkanlar hesabına 303,0 min manat həcmində abadlıq və
təmir işləri görülmüşdür.
Mənzil fonduna daxil olan 11
yaşayış binasının dam örtükləri dəyişdirilmiş,
7 binanın girişləri, qəzalı vəziyyətdə
olan binadaxili su xətləri təmir edilmiş, əhaliyə
göstərilən kommunal xidmətin həcmi artaraq 319,0 min
manat olmuşdur.
Bununla yanaşı şəhərin
abadlıq qurğularının, işıq təsərrüfatının
qorunub saxlanılması, məhəllədaxili yolların təmiri
və abadlaşdırılması işlərinə
lazımi əhəmiyyət verilməmiş, məişət
tullantılarının daşınmasında nöqsanlar tam
aradan qaldırılmamışdır.
2011-ci ildə Əliabad qəsəbəsinə,
Yuxarı Tala kəndinin qazlaşdırılmamış hissəsinə,
Maqov və Danaçı kəndlərinə qaz xətləri
çəkilmiş, əhali sektorunda abonentlərinin sayı
10319-a çatdırılmış, 2012-ci ildə 14 kəndə
qaz çəkilişi nəzərdə tutulmuşdur.
"Zaqatala şəhərinin su
təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması
və tikintisi"nə dair irimiqyaslı layihənin 2-ci mərhələsinin
icrasına başlanılmışdır. Lakin etiraf etmək
lazımdır ki, şəhər və kənd
yaşayış məntəqələrində əhalinin
içməli su ilə təchizatında olan nöqsanlar tam
aradan qaldırılmamışdır.
Təhsil
və səhiyyə
2011-ci ildə rayonda təhsil sahəsində
məqsədyönlü işlər aparılmış, vacib
qərar və sərəncamlar qəbul edilmiş, rayonda 67
ümumtəhsil məktəbi, 39 məktəbəqədər,
5 məktəbdənkənar tərbiyə müəssisəsində
2967 müəllim fəaliyyət göstərmişdir.
Mərkəzləşdirilmiş
qaydada keçirilən buraxılış-test imtahanlarında
11-ci siniflər 83 faiz, 9-cu siniflər 99 faiz nəticə əldə
etmiş, respublika olimpiadalarında 7 nəfər II və IV
yerleri tutmuşlar.
XI sinfi bitirmiş məzunlardan 275
nəfəri tələbə adını qazanmış, 13 nəfər
abituriyent 600 dən, 43 nəfəri isə 500-dən yuxarı
bal toplamışdır.
Respublika Prezidenti Cənab İlham Əliyev
gənclərlə aparılan işin vacibliyinə
böyük önəm verərək demişdir: - "Gənclərdə
çox böyük potensial, böyük enerji vardır, vətənpərvərlik
hissləri çox yüksəkdir... Biz gəncləri
quruculuq işlərinə daha da fəal cəlb etməliyik".
Zaqatala gəncləri öz bilik,
bacarıq və qabiliyyətlərini müxtəlif layihələrdə
uğurlu nəticələri ilə təsdiq
etmiş,respublika və rayon müsabiqələrində
iştirak edən 200-ə yaxın şagird diplom və fəxri
fərmanlarla təltif olunmuşdur.
Rayonun ərazisində müvəqqəti
olaraq məskunlaşmış qaçqın və məcburi
köçkün ailələrinin sosial problemləri ilə
daim məşğul olan rayon icra hakimiyyəti onların
yaşayış şəraitinin
yaxşılaşdırılması üçün bir
sıra tədbirlər həyata keçirmiş,
"Gülüstan" Turist bazasında müvəqqəti məskunlaşmış
32 ailə yeni inşa edilmiş yaşayış binasına
köçürülmüşdür.
Son illər əhalinin
sağlamlığının qorunmasına diqqət
artırılmış, rayonda 253 həkim, 788 tibb
bacısı əhaliyə səhiyyə xidməti göstərmişdir.
Bütün növ peyvəndlər vaxtlı - vaxtında
aparılmış, mərkəzi rayon xəstəxanası və
kənd səhiyyə obyektlərində tikinti abadlıq
işləri görülərək, yeni inventar və tibbi
avadanlıqlarla təchiz edilmişdir.
Müalicə Diaqnostika Mərkəzində
səhiyyə xidmətini yüksəltmək
üçün xüsusi laboratoriya yaradılmış, mərkəzə
il ərzində 25379 nəfər müraciət etmiş, 1574
nəfər əməliyyat olunmuş, Hemodializ şöbəsində
55 xəstəyə 7932 seans keçirilmişdir.
(ardı
gələn sayımızda)
Məzahir
Əhmədoğlu
Azərbaycan
Respublikasının
Prezidenti
yanında kütləvi informasiya
vasitələrinin
inkişafına dövlət dəstəyi
fondunun
maliyyə yardımı ilə
Ədalət.-2012.-2
mart.- S.6.