Şirvan şəhəri 2011-ci ilə yekun vurdu
Yığıncaqdan qeydlər
(əvvəli ötən
sayımızda)
Hər naxış bir
gözəllikdir
80 min nəfərə yaxın əhalisi
olan Şirvan şəhəri hər gün görkəmini
bir az da gözəlləşdirir. Elə bu məqsədlə
tikinti -abadlıq işləri nəticəsində şəhərin
küçə və meydanları indi daha
baxımlıdır. Ötən il Heydər Əliyev
Prospektində 5.6 kilometr məsafədə asfalt-beton
örtük əsaslı təmir edilmişdir. Şəhərin
30 küçəsində, Hacıqəhrəmanlı və
Bayramlı qəsəbələrində uzunluğu 16 kilometr
olan əraziyə asfalt qoyulmuşdu. İsmət Qayıbov,
Mehmandarov küçələrində də cari təmir
işləri yüksək keyfiyyətlə
aparılmışdır.
Hazırda Ulu Öndərin
adını daşıyan prospektə Daxili İşlər
Nazirliyinin sifarişi ilə Bas Pasport və Qeydiyyat və
Miqrasiya idarəsinin Regional Mərkəzinin İnzibati
binasında son tamamlama işləri aparılır. Şirvan
memarlıq üslubunu yaşadacaq "Xalq Bank" ASC-nin bank
filialının inşası da son mərhələdir. Təməli
İlham Əliyev tərəfindən qoyulan Olimpiya İdman
Kompleksində tikinti davam etdirilir.
Şəhərin
yaşayış massivlərində yeni salınacaq məhlələrin
inşası da unudulmur.Orada qoyulacaq oyuncaq və idman
qurğuları uşaq və yeniyetmələri daha çox
sevindirəcək.
Sağlam insan, yaxşı təhsil ölkənin gələcəyidir
Bu mübaliğəsiz belədir.
Hesabat yğıncağında qeyd edildi ki, bu sahədə də
Şirvan şəhərində xeyli uğurlar əldə
olunub. Səhiyyə Nazirliyi tərəfindən şəhər
poliklinikası, Uşaq Birləşmiş Xəstəxanasının
şöbələri, məhkəmə tibb
ekspertizasının binası əsasında təmin
edilmişdir. Ərazinin 5 min kvadrat metri asfaltlaşdırılmışdır.
Şəhər Mərkəzi Xəstəxanasının vəsaiti
ilə Təxirəsalınmaz Təcili Tibbi Yardım
Stansiyası, Vərəm Şöbəsi təmir
edilmişdir. Abadlıq işləri genişləndirilməklə
6584 nəfər xəstəyə tibbi
yardım göstərmişdir.
Əvvəlki illərdə
olduğu kimi Şirvan şəhər təhsili 2011-ci ildə
də bir sıra naliyyətlər qazanmışdır. Ötən
il tələbə adını qazanmış 200
şirvanlı məktəblidən 20 nəfəri qəbul
imtahanlarında 600 -dən çox bal toplamışdır.
Onlardan 2 nəfəri Prezident Təqaüdünə layiq
görülmüşdür. Məktəblərə 30 mindən
çox müxtəlif adda pulsuz dərslik, 70 ədəd
elektron oxu vəsaiti verilmişdir. Təhsil şöbəsinin
müdiri Paşa Nəbiyev ölkə Prezidentinin sərəncamı
ilə pedoqoji sahədəki xidmətlərinə görə
" Əməkdar müəllim" adına layiq
görülmüşdür. 20 saylı məktəb
"İlin ən yaxşı məktəbi", Şamama
Yolçiyeva "İlin ən yaxşı müəllimi"
müsabiqəsinin qalibi olmuşlar.
Təhsil Nazirliyi tərəfindən
şəhərdəki 1 saylı uşaq
bağçası-körpələr evində, 12 saylı tam
orta məktəbdə təmir bərpa işləri
aparılmışdır. 21 saylı orta məktəbin bir hissəsində
isə təmir işləri başa
çatdırılmışdır. Dünya bankının vəsaiti
hesabına 16 saylı orta məktəbdə əsaslı təmir
işləri, Bayramlıq qəsəbəsində 480
şagird üçün məktəb binasının
inşası aparılır.
Bütün zamanlarda olduğu kimi
bu gün də hər bir ölkənin, şəhərin, kəndin
gələcəyi sağlam insanlardan, yaxşı təhsildən
keçir. Bu baxımdan Şirvan şəhərində kifayət
qədər uğurlar vardır. Demək gələcəyə
nikbin baxmaq olar
Qayğısız ömür ömür deyil ki..
İnsanlar kimi dənizlərin,
şəhərlərin, kəndlərin də qayğıları
var. Bu mənada qeyd edilən və edilməyən
uğurları ilə bərabər Şirvan şəhərinin
də qayğıları yox deyil. Doğrudur, son vaxtlar şəhərin
içməli su problemi yoxdur, ancaq, az qala 50 il bundan əvvəl
30 min nəfər üçün inşa edilmiş su təsərrüfatı
bu gün iri bir sənaye şəhərinin tələblərinə
cavab vermir. Yağış və çirkab, qrunt suları
şəhər təsərrüfatı ilə bərabər
yaşayış binalarına, sağlamlığa da xeyli
ziyan vurur. Yaxın vaxtlarda şirvanlılar bunlardan azad olacaq.
Çünki, çox yaxın vaxtlarda şəhərin su və
kanalizasiya sisteminin yenidən qurulması işlərinə
başlanılacaq.
Dövlət Proqramıda
2009-2012-ci illərdə şəhərdə yüngül və
yeyinti sənayesinin inkişaf etdirilməsi Sənaye və
Energetika, Kənd Təsərrüfatı Nazirliklərinə
tövsiyə edilmişdir. Şəhər İcra Hakimiyyəti
Bayramlıq qəsəbəsində uyğun infrastrukturun
yaradılması üçün bütün şəraitin
olduğunu dəfələrlə bildirsə də nazirliklər
hələ də lazımi reaksiya verməmişlər.
Sosial təyinatlı ictimai
binaların istilik təchizatını
yaxşılaşdırmaq üçün zəruri olan
işləri görməyə cavabdeh "Azəristiliktəhcizat"
ASC-də hələ ki, əməli işə keçməyə
tələsmir.
Şirvan şəhərində
ARDNŞ tərəfindən inşa edilmiş 720 yerlik
stadionun tikintisi də naməlum səbəblərdən
2008-ci ildən dayandırılmışdır. Şəhər
rəhbərliyi Neft Şirkətinə də tikintini başa
çatdırmaq üçün dəfələrlə
müraciət etməli olmuşdur.
Əlbəttə, bütün
bunlar şəhərin əsas qayğılarından olmaqla bərabər
rəsmi hesabatda əksini tapan məsələlərdəndir.
...Bu
da təkliflər
Yuxarıda qeyd edildiyi kimi, həm də
səmimi dialoqa söykənən hesabat
yığıncağında şəhər sakinləri, fəallarda
öz fikir və mülahizələrini, təkliflərini deməyi
unutmadılar.
Kürkörpü
yaşayış massivindəki 19 saylı məktəbin
direktoru Münəvvər Həbibi hesabatda toxunulan yeni məktəb
binasının tikintisinə başlanılması zərurətini
qeyd etdi.
Şəhər musiqi məktəbinin
müəllimi İlham Salmanov istifadə etdikləri
binanın tam yararsız olması barədə fikir söylədi.
Digər çıxış isə
şəhərdə Mərkəzi Kitabxana üçün
ayrıca bir binanın olmasına diqqət çəkdi.
Bütün bunların gündəlikdə
olduğunu və müvafiq işlər
görüldüyünü bildirən Şirvan şəhər
İcra Hakimiyyətinin başçısı Mərdan Camalov
digər qayğılardan da bəhs etdi.
Razılıqla qarşılanan
hesabat yığıncağının sonunda ölkə
Prezidenti cənab İlham Əliyevə müraciət məktubu
oxundu.
Səxavət
Məmmədli
Ədalət.-2012.-2
mart.- S.7.